Məhkəmə qərarları › İş №2-1(103)-3513/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3513/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3513/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-11310/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbini irəli sürərək X9, X4, X5, X1 qeydiyatda olduqları ünvan 1 ünvanında qeydiyyatdan çıxarılmalarına dair cavabdehin üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-11310/2023 saylı qərardadı ilə X7, X2, X3 və X1 İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmələri qərara alınmışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh isə məktubla məhkəməyə müraciət edərək nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Qanunvericliliyin tələbindən birmənalı olaraq görünür ki, məhkəmənin cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-11310/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28 və 83-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-11310/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar