Məhkəmə qərarları › İş №2-1(103)-3515/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3515/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3515/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2021-ci il tarixli 135 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci il tarixdən etibarən ünvan 1 ünvanında yaşayır. Əvvəl isə anası X2, atası X8 və qardaşı Azər Əhmədovla birlikdə ünvan 2 ünvanında yaşamışdır. X11 17 may 2018-ci ildə, atası Afət Əhmədov isə 19 mart 2021-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, 69 saylı mənzil 125767 saylı 19 fevral 1976-cı il tarixli order əsasında atası Afət Əhmədova verilmişdir. Həmin order də anası, atası, qardaşı ilə bərabər onun da adı qeyd olunmuşdur. 2024-cü ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, 69 saylı mənzilin satılması ilə bağlı məlumatı olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23 ünvanında yerləşən 69 saylı mənzil ünvan 3ş xx.xx.2024-cü il tarixli 4Ə-1770 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İlk öncə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, 69 saylı mənzilə cavabdeh X5 qeydiyyatının və dövlət reyestrindən çıxarışın, habelə ondan doğan nəticələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, 69 saylı mənzilin ilkin olaraq X5 adına qeydiyyata keçməsinə əsaslardan biri cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2021-ci il tarixli 135 saylı sərəncamı olmuşdur. Həmin sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, 69 saylı mənzilin kirayəçisi X8 olmuşdur. Cavabdeh həmin orderi, ölüm haqqında şəhadətnamələrin surətlərini, MKİS-in forma 2 arayışını və 18 yaşı tamam olmuş ailə üzvlərinin razılıq ərizələrini əsas gətirməklə mübahisələndirilən qanunsuz sərəncamı qəbul etmişdir. Sərəncamın hüquqi əsası kimi də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsi olmuşdur. Hesab edir ki, cavabdeh qanunu pozmaqla 07 may 2021-ci il tarixli 135 saylı sərəncamı verib. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. xx.xx.1976-cı il tarixli 125767 saylı orderdə mərhum atasının digər övladı kimi onun da adı qeyd olunub və kirayəçi kimi tanınma onun da hüququdur. Bu səbəbdən qardaşı Azər Əhmədovun müraciəti əsasında onun da razılığı alınmalı idi. Bu razılıq alınmadığına görə gələcək mülkiyyət hüququ pozulmuş hesab edilməlidir.

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş “elan edilmə” anlayışına düzgün mövqe nümayiş etdirməmişdir. Dövlət qurumu tərəfindən göndərilmiş məktubda mübahisələndirilən inzibati aktın tarixi və nömrəsi yazılması elan edilmə demək deyil. O, iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edən zaman sübut qismində DƏDKR phş-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunu təqdim etmişdir. Həmin məktubun 2-ci abzasında qeyd edilib ki, Bakı ş, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, 69 saylımənzil bir neçə sənədə o cümlədən Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 saylı sərəncamına əsasən X5 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi həmin məktubda yalnız mübahisləndirilən sərəncamın tarixi və nömrəsi qeyd edilib. Bu elan edilmə deyil. O həmin sərəncamı həmin vaxt mübahisələndirə bilməzdi, çünki həmin vaxt əlində qeyd edilən sərəncam yox idi, o orada yazılanlarla tanış deyildi. Bəlkə həmin sərəncamda elə bir ifadə, elə bir əsas olan sənəd var ki, həmin hallar bütövlükdə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Qeyd edilən səbəblərdən dolayı o həmin sərəncamı əldə etməli, daha sonra onun ləğvi ilə bağlı onu qəbul etmiş orqana müraciət etməli, sonuncunun hərəkət və ya hərəkətsizliyindən isə məhkəməyə müraciət etməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində aparılan icraat zamanı məhkəmə həmin işdə cavabdeh hazırki işdə isə üçüncü şəxs olan X9 müraciət edərək hazırda mübahisələndirilən Xətai Rayonİcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 saylı sərəncamının məhkəməyə təqdim edilməsini istəmiş, lakin cavabdeh Azər Əhmədov həmin sərəncamı məhkəməyə təqdim etməmişdir. Bu prosses Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixdə saat 11:00-da keçirilmiş hazırlıq iclasında baş vermişdir. Bu səbəbdən tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə 14 yanvar 2025-ci il tarixli 21-XİH/25 saylı vəkil sorğusu ilə müraciət edilmişdir. Sorğuda Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 saylı sərəncamının təqdim edilməsi xahiş edilmişdir. Burada məqsəd həmin sərəncamı rəsmi qaydada əldə etmək olub. Xətai Rayon İcra Hakimiyyətinin 16 yanvar 2025-ci il tarixli 5-11/2-92/2025 saylı məktubu ilə hazırda mübahisləndirilən Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 saylı sərəncamını 22 yanvar 2025-ci il tarixdə qəbul etdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində təyin edilmiş 23 yanvar 2025-ci il tarixli məhkəmə iclasına vəsatətlə müraciət edərək bu halı bildirdi. Elə həmin tarixdə (xx.xx.2025-ci il) Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 saylı sərəncamının ləğv edilməsini xahiş etdi. Daha sonra xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində təyin edilmiş xx.xx.2025-ci il tarixdə vəsatət qaldıraraq işin icraatının dayandırılmasını xahiş etdi və məhkəmə vəsatətini təmin etdi. Baki İnzibati Məhkəməsi yuxarıda göstərilən halları araşdırmadan guya 30 günlük müddətin pozulduğunu göstərib. Halbuki mübahisləndirilən sərəncamı rəsmi qaydada əldə etdiyi tarix xx.xx.2025-ci ildir. Məhkəməyə müraciət tarixi isə xx.xx.2025-ci ildir. Yəni rəsmi qaydada əldə edilən vaxtdan 12 gün sonra. 30 günlük müddət pozulmayıb. Bundan başqa nəzərə alınmalı növbəti mühüm məqam ondan ibarətdir ki, Bakı İnzibati Məhkəməsində birinci proses xx.xx.2025-ci il tarixə təyin edilmişdi. Həmin vaxt artıq məhkəmə bilirdi ki, guya onun mövqeyinə görə iddia müddətini buraxıb. O zaman sual çıxır ki, nəyə görə bu qərardad elə xx.xx.2025-ci ildə qəbul edilməyib. Çünki iddia müddətini ötürməmişdir. Məhkəmə həmin vaxt prossesi təxirə salıb müxtəlif instansiyalara müxtəlif sorğular göndərmiş və həmin sorğulara cavabların alınmasını gözləmişdir. Alınmış cavablar məhkəməni razı salmadığından işə baxmamaq üçün iddia müddətinin ötürülməsi bəhanəsi ilə iddianı mümkün saymamışdır. Tərəflərin izahatları

6. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İŞİN HALLARİ:

9. Bakı şəhəri Cavabdeh Başçısının “Bakı şəhəri, Vunq Tau küçəsi, 23 saylı evin 69 saylı mənzilin kirayə müqaviləsinin vətəndaş X13 ilə bağlanması haqqında” xx.xx.2021-ci il tarixli, 135 №-li sərəncamından çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Vunq Tau küçəsi, 23 saylı evin, yaşayış sahəsi 46.74 k.metr olan 3 otaqlı, 69 saylı mənzilin kirayə müqaviləsinin vət.X12 ilə bağlanması və şəxsi maliyyə hesabında dəyişiklik edilməsi qərara alınmışdır.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********50 №-li məktubunda göstərilmişdir ki, “.... Sizin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, 69 saylı mənzilin qeydiyyata alınmasına dair çıxarışın verilməsinə əsas olan sənədlər barədə məlumat və sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, 69 saylı mənzil 125767 nömrəli xx.xx.1967-cı il tarixli orderə, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 nömrəli sərəncamından çıxarışa, xx.xx.2021-ci il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa, X3, X10 tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir; ünvan 3ş xx.xx.2024-cü il tarixli 4Ə- 1770 reyestr nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir”.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.

16. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin mövcud hallarının yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir.

17. Birinci instansiya məhkəməsi iddianın mümkün hesab edilməməsi ilə bağlı gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, “...iddiaçı ən azından mübahisələndirdiyi Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 nömrəli sərəncamından xx.xx.2024cü il tarixdə artıq məlumatlı olmuş, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək sərəncamın ləğv edilməsini xahiş edərkən həmin sərəncamın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 30 gün müddətində məhkəməyə müraciət etmək hüququ etmək olduğu halda bunu etməmiş və iddia müddətini ötürmüşdür.”

18. Kollegiya məhkəmənin hazırkı iş üzrə yuxarıda qeyd edilən əsaslandırması ilə razılaşmır və aşağıdakıları qeyd edir.

19. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********50 №-li məktubunda bildirilmişdir ki, “...Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, 69 saylı mənzil 125767 nömrəli xx.xx.1967-cı il tarixli orderə, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 nömrəli sərəncamından çıxarışa, xx.xx.2021-ci il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa, X3, X10 tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir; ünvan 3ş xx.xx.2024-cü il tarixli 4Ə-1770 reyestr nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.”

20. Yuxarıda adıçəkilən məktubu aldıqdan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Vunq Tau küçəsi, 23 saylı evin, yaşayış sahəsi 46.74 k.metr olan 3 otaqlı, 69 saylı mənzilə dair çıxarışın ləğvi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhz birinci instansiya məhkməsi də o mövqedən çıxış etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müraciəti zamanı artıq mübaisələndirilən sərəncam barədə məlumatlı olmuşdur.

21. Bununla əlaqədar iddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, həmin sərəncamı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********50 №-li məktubunu aldığı vaxt mübahisələndirə bilməzdi, çünki həmin vaxt əlində qeyd edilən sərəncam yox idi, o orada yazılanlarla tanış deyildi. Bu səbəbdən tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə 14 yanvar 2025-ci il tarixli 21-XİH/25 saylı vəkil sorğusu ilə müraciət edilmiş və Xətai Rayon İcra Hakimiyyətinin 16 yanvar 2025-ci il tarixli 5-11/2-92/2025 saylı məktubu ilə hazırda mübahisləndirilən sərəncamı 22 yanvar 2025-ci il tarixdə əldə etmişdir.

22. Kollegiya apelyasiya şikayətinin həmin dəlili ilə razılaşaraq qeyd edir ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 nömrəli sərəncamı, eləcə də həmin sərəncamın İddiaçı təqdim edilməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir.

23. Ümumiyyətlə, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 135 nömrəli sərəncamı qəbul edilərkən Xətai Rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraatın aparılması, bu barədə İddiaçı məlumatlarındırılması, onun dinlənilmə hüququnun təmin edilməsi və qəbul edilmiş sərəncamın ona təqdim edilməsi (və ya qəbul edilmiş sərəncam barədə məlumatının olması) hallarını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir.

24. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqəlidir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

26. Qanunvericiliyin tələblərindən müəyyən olur ki, iddia qaldırmaq üçün müddət axımı inzibati aktın təqdim olunduğu andan başlayır, lakin işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən sərəncam iddiaçıya təqdim edilməmişdir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur.

29. Göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, qərardadda qeyd olunan əsasla iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

33. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar