Məhkəmə qərarları › İş №2-1(103)-3516/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3516/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3516/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6141/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli, 1618 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci ilədək İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur.

2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmısinin xx.xx.2019-cu il tarixli 2-1(82)-3028/2019 saylı qərarəna əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia tələbi təmin olunmuş və iddiaçıya dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar icra olunaraq iddiaçıya xx.xx.2018-ci il tarixdən əlilliyə görə (dövlət qulluğu) pensiya təyin olunmuşdur.

3. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15231/2024 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əmək pensiyası yenidən hesablanmışdır. (Vəzifə maaşı: 523.75 manat; İxtisas dərəcəsinə görə əlavə: 39; Qulluq stajına görə əlavə: 30% -157.13 manat; Mükafat: 10542.74% -2301.34 manat; Son haqqhesab: 94.18 manat. Pensiya faizi: 80%; ) Yenidən hesablanmış pensiya məbləği 2492 manat, 33 qəpik təşkil etmişdir.

4. İddiaçı cavabdeh quruma hazırki tələb ilə müraciət etmiş, lakin sonuncu tərəfindən tələb təmin olunmayaraq xx.xx.2024-cü il tarixli, 3-7-1/2-M-301825/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs vergi orqanlarında fəaliyyətini davam etdirdikdə onun pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir”.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən işlədiyi dövrlərdə istifadə etmədiyi 291 gün üçün ödənilmiş 16268,61 manat kompensasiyanı nəzərə alıb pensiyanı yenidən hesablayıb xx.xx.2018-ci il tarixdən əskik ödənilmiş məbləğin ödənilməsini cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.5-ci maddəsinin normalarınının tələblərinə uyğun olaraq cavabdehin bu barədə qəbul etdiyi qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi və pensiya məbləğinin yenidən hesablanaraq müəyyən edilməsi, eyni zamanda yaranmış fərq məbləğinin əmək pensiyasının üzərinə əlavə edilərək ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19 iyul 2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı xx.xx.2018- ci il tarixdən əmək pensiyasının yenidən hesablanıb, ödənilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqisad Məhkəməsinə müraciət etmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixli 2- 1(82)-3028/2019 saylı Qərarı ilə iddianı təmin etmişdir. Həmin dövrlərdə Fondda yaranan struktur dəyişikləri ilə əlaqədar Qərarın icrası gecikdirildi. Yeni yaradılmış struktur, indiki cavabdeh Qərarı icra etmədiyinə görə mütamadi olaraq cavabdehə müraciət etdi. Müraciətlərinə eyni məzmunda cavab verərək “nəzərə almağı” bildirirdilər. xx.xx.2024-cü il tarixli ərizədə əvvəllər verdikləri cavab məktublarında heç bir Qanuna əsaslanmadıqları üçün tələbinin əsaslarını təsdiq edən Qanunları göstərərək pensiyasının yenidən hesablamasını xahiş etmişdir. Əvvəlki cavab məktublarını nömrə və tarixini dəyişərək əvvəlki cavabları vermişlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə (bundan sonra Baş idarə) xx.xx.2022-ci il tarixli **********494000 nömrəli məktubula 1992-2018-ci illər üzrə hesablanmış əmək haqqı mükafat və digər əlavələr barədə sorğu məktubuna xx.xx.2022- ci il tarixli 22190215 95700 900 saylı cavab məktubuna əlavə edilmiş cədvəldə 2018- ci ilin oktyabr ayında 1992,1993, 1996-2005 və 2006-2018-ci illər üzrə istifadə edilməyən məzuniyyətə görə ******* manat kompensasiya ödənildiyi göstərilmişdir. Baş İdarə tərəfindən ona ödənilməli olan 16268,61 manat məbləğdən 11992,31 manat ödənildiyi üçün əskik ödənilmiş 4276,30 manatın ödənilməsini təmin etmək üçün məhkəmələrə müraciət etdi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli “İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın düzgün hesablanması, hesablanmış ödənişlərdən gəlir vergisinin tutulması və məlumat vərəqəsinin göndərilməsinə” dair Qərarına əsasən əskik hesablanmış 4276,30 manatın ödənilməsini təmin edildi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra Vergi xidməti) ünvanladıqları xx.xx.2024- cü il tarixli 3-17-1/2-207621/2024 nömrəli sorğu məktubuna Vergi xidməti tərəfindən verilən xx.xx.2024- cü il tarixli 3-21-2-1/2-2970/2024 nömrəli cavab məktubuna əlavə edilmiş arayış- cədvəldə son haqq- hesab, kompensasiya bölməsində 16268,61 manat ödənildiyi göstərilib.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 523,75 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 157,13 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 2301,34 manat, son haqq-hesaba və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul vəsaitinə görə əlavə 94,19 manat (müvafiq arayışda qeyd olunan son haqq-hesab və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar kompensasiya üçün ödənilmiş 16268,61 manat vəsaitin orta aylıq əmək haqqınınmüəyyən edilməsi üçün nəzərə alınan qulluğunun son 24 ayı üzrə ödənilmiş 2260,30 manatın 24-ə olan nisbəti) olmaqla orta aylıq əməkhaqqı 3115,41 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxıl edilir. Qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin pensiyası iki hissədən ibarət olur: sığorta hissə və qulluq stajına görə əlavə. Qanunun 10.2-ci, 13.3-cü və 18.2-ci maddələrinə əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi metodologiyalar əsasında həyata keçirilir. Belə ki. əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən məbləğlərə münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları vətəndaşın (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır. Qanunun 20.30-cu maddəsinə əsasən, yalnız qulluq stajına görə əlavənin məbləğinin müəyyən edilməsi zamanı onların büdcədənkənar vəsaitlər hesabına aldıqları əlavələr orta aylıq əməkhaqqının, dövlət məvacibinin və ya təminat xərcliyinin tərkibində nəzərə alınmır. Eyni zamanda Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyinin tərkibində də büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr və digər ödənişlər nəzərə alınmır. Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-cı il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs vergi orqanlarında fəaliyyətini davam etdirdikdə onun pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı vergi orqanlarından azad olunduğu 16 oktyabr 2018-ci il tarixdən əvvəkli dövr üçün vergi orqanlarının sabiq əməkdaşı kimi əlilliyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmçinin bildiririk ki, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 523,75 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 157,13 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 2301.34 manat, son haqqhesaba və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul vəsaitinə görə əlavə 94.19 manat (müvafiq arayışda qeyd olunan son haqq-hesab və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar kompensasiya üçün ödənilmiş 16268,61 manat vəsaitin orta aylıq əməkhaqqının müəyyən edilməsi üçün nəzərə alınan qulluğun son 24 ayı üzrə ödənilmiş 2260,30 manatın 24-ə olan nisbəti) olmaqla orta aylıq əməkhaqqı 3115,41 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.11 2-ci maddəsinə əsasən, 30 il 8 ay qulluq illərinə uyğun olaraq orta aylıq əməkhaqqının (3115,41 manat) 80 faizi-2492,33 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrəindeksləşdirilmələr nəzərə alınaraq əmək pensiyası 3279,37 manat olmaqla iddiaçının müvafiq kart hesabına köçürülür. Analoji iş üzrə Ali Məhkəmənin 07 aprel 2023-cü il tarixli 2-1(102)-659/2023 nömrəli qərarında qeyd olunmuşdur: Azərbaycan Respublikası Baş Prokurorluğunun 22 aprel 2020-ci il tarixli əmri ilə iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 22 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və iddiaçıya pensiya hesablanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 21 may 2020-ci il tarixli “Pensiyanın hesablanması uçun əmək haqqı barədə arayış" verilmişdir. Həmin arayışda iddiaçının son 24 ay ərzində aldığı məbləğlər qeyd edilməklə yanaşı, onun istifadə etmədiyi məzuniyyətlərə görə 10.414 manat 22 qəpik məbləğində pul kompensasiyası hesablanaraq ödənildiyi və həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ayırmalar edildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən pensiya hesablanarkən isə istifadə edilməyən məzuniyyətlərə görə verilən 10 414 manat 22 qəpik nəzərə alınmamışdır. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya işdən azad edilərkən ödənilmiş 10414,22 manat vəsait 1984/1985, 1992/1993, 1993/1994. 1995/1996, 1996/1997. 1998/1999, 2000/2001, 2001/2002-ci illər üçün ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiyadır. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2002-ci ilədək olan dövrə aiddir, qulluqun son 24 ayının əməkhaqqına və digər əlavələrə aid deyil Qanunvericilik isə prokurorluq orqanlarında qulluqun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur. Bu səbəbdən də ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haggı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haggı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2018-2020-cü illəri əhatə edən əmək hagqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6141/2025 nömrəli, 27 may 2025ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, iş üzrə tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmiş, tətbiq edilmiş hüquq yanlış təfsir edilmiş, bununla da əsassız və qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbinin təmin edilməsinə dair mövqeyini konkret əsaslandırmamış, işin hallarını və qanunvericiliyin normalarını sadalayaraq, nəticədə iddia tələbinin təmin edilməli olmadığını qeyd etmişdir. Məhkəmə qeyd etmişdir ki, istifadə edilməmiş məzuniyyətə görə ödənilən pul kompensasiyasına daxil olan məbləğ pensiya hesablanarkən nəzərə alınmamalıdır. Halbuki, Məhkəmə nəzərə almamışdır ki,ona 2018-ci ilin oktyabır ayında pensiya hesablanarkən “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” kimi ödənilməli olan 16268,61 (on altı min, iki yüz altmış səkkiz manat, altmış bir qəpik) manatdan, 11992,31 (on bir min, doqquz yüz doxsan iki manat, otuz bir qəpik ) manat nəzərə alınmaqla hesablanmalı idi. Həmin vaxt ona 4276,30 (dörd min, iki yüz yetmiş altı manat, otuz qəpik) manat ödənilməmişdi. Ali Məhkəmənin İK-nın xx.xx.2023-cü il tarixli Qərarı ilə ona “istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın” tam ödənilməsi qərara alındıqdan sonra, əvvəlki illərdə ödənilməmiş həmin məbləğ - 4276.30 manat də Dövlət Vergi Xidməti tərəfindən ona ödənilmişdir. O, isə ona sonradan ödənilmiş 4276.30 manat məbləğin də nəzərə alınaraq, ümumilikdə 16268.61 manat pul məbləğinin də nəzərə alınmaqla, əmək pensiyamın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh Mərkəzi Filialı isə müraciətinə imtina verməklə, almalı olduğu pensiya məbləğindən onu məhrum etmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102) - 428/2023 saylı Qərarı ilə onun Əliliyə görə pensiyası, xx.xx.2020-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək bərpa edilmişdir. Lakin ƏSMMN-nin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2020-ci il tarixindən bu günədək, 16268,61 (on altı min, iki yüz altmış səkkiz manat, altmış bir qəpik) manatdan, 2260,30 (iki min, iki yüz altmış manat, otuz qəpiyi ) manatı nəzərə alır, 14008,31 (on dörd min, səkkiz manat, otuz bir qəpik) manatı isə nəzərə almamışdır. 2018-ci ilin oktyabr ayından, xx.xx.2020-ci il dövrü ücün 4276,30 (dörd min, iki yüz yetmiş altı manat, otuz qəpik) manatı və xx.xx.2020-ci il tarixdən bu günədək, 14008,31 (on dörd min, səkkiz manat, otuz bir qəpik) manatı pensiyanın üzərinə yenidən hesablanmasının təmin edilməsi barədə iddia əsaslı olduğu halda, birinci instasniya məhkəməsi iddia tələbinə aid olmayan qanunvericilik aktlarını, Nazirlər Kabinetinin qərarlarını sadalamışdır. Sadalanan həmin qanun normalarının və Nazirlər Kabinetinin qərarlarının onun iddia tələbinə aidiyyəti olmadığı halda, məhkəmə, nəticədə həmin qanunvericilik aktlarına əsasən onun iddiasının təmin edilməli olmaması qənaətinə gəlmişdir. Ona görə də hesab edir ki, məhkəmə maddi hüququ düzgün təfsir etməmiş, onun iddia tələbinə aid olmayan maddi hüququ tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərar prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının istinad etdiyi 16268,61 manat kompensasiya məbləği qulluğun son 24 ayının əməkhaqqına və digər əlavələrə aid deyil. Qanunvericilik isə vergi orqanlarında qulluğun son 24 ayı ərzində alınan bütün əməkhaqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əməkhaqqının orta aylıq məbləğindən (2260,30 manat) pensiyanın hesablanmasını nəzərdə tutmuşdur. Həmçinin bildiririk ki, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 523.75 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 157,13 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 2301,34 manat, son haqq-hesaba və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul vəsaitinə görə əlavə 94,19 manat (müvafiq arayışda qeyd olunan son haqq-hesab və ya istifadə edilməmiş məzuniyyət ilə əlaqədar kompensasiya üçün ödənilmiş 16268,61 manat vəsaitin orta aylıq əməkhaqqının müəyyən edilməsi üçün nəzərə alınan qulluğun son 24 ayı üzrə ödənilmiş 2260,30 manatın 24-ə olan nisbəti) olmaqla orta aylıq əməkhaqqı 3115,41 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən. 30 il 8 ay qulluq illərinə uyğun olaraq orta aylıq əməkhaqqının (3115,41 manat) 80 faizi-2492,33 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə ındeksləşdırilmələr nəzərə alınaraq əmək pensiyası 3279,37 manat olmaqla iddiaçının müvafiq kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(112)-6141/2025 nömrəli qərarında qeyd olunmuşdur kı, ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əməkhaqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki. istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi qulluğun son 24 aydakı dövrü əhatə edən əmək haqqının tərkibinə daxıl deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-cı maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orla aylıq məbləğindən hesablanır. Analoji ış üzrə Ali Məhkəmənin 07 aprel 2023-cü il tarixli 2-1(102)-659/2023 nömrəli qərarında da qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən apellyasıya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 27 may 2025-cı il tarixli 2-1(112)-6141/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

16. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”:

1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.

2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.

3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

4. əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir.

5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.

6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. ...

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

17. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1- dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.

2. İndeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanma ... 2.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

154. əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

177. Orta əmək haqqı və onun hesablanması qaydası

1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.

5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahı”sı

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

23. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.

24. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.5-ci maddəsinin normalarınının tələblərinə uyğun olaraq cavabdehin bu barədə qəbul etdiyi qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi və pensiya məbləğinin yenidən hesablanaraq müəyyən edilməsi, eyni zamanda yaranmış fərq məbləğinin əmək pensiyasının üzərinə əlavə edilərək ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz.”

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

26. İşin faktiki hallarından görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.2017-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia tələbi müracət edərək məhkəmədən ona dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)- 3028/2019 saylı qərarı ilə iddia tələbi təmin olunmuşdur. Həmin qərar icra olunaraq iddiaçıya xx.xx.2018-ci il tarixdən əlilliyə görə (dövlət qulluğu) pensiya təyin olunmuşdur. Hazırki iş üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-15231/2024 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əmək pensiyası yenidən hesablanmışdır. (Vəzifə maaşı: 523.75 manat; İxtisas dərəcəsinə görə əlavə: 39; Qulluq stajına görə əlavə: 30% -157.13 manat; Mükafat: 10542.74% -2301.34 manat; Son haqqhesab: 94.18 manat. Pensiya faizi: 80%; ) Yenidən hesablanmış pensiya məbləği 2492 manat, 33 qəpik təşkil etmişdir.

27. İşin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçının əmək pensiyası Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsin (toplanmış kapitala görə) əsasən yenidən hesablanmış və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-2170/2025 nömrəli Qərar qəbul olunmuşdur. Həmin qərara müvafiq olaraq İddiaçı yenidən hesablanmış əmək pensiyasında vəzifə maaşı -523.75 manat, ixtisas dərəcəsinə görə əlavə 39 manat, qulluq stajına görə əlavə 30% -157.13 manat, mükafat -10542.74% ,2301.34 manat, Son haqq- hesab- 94.18 və dövlət məvacibinin cəmi -3115 manat 41 qəpik nəzərə alınaraq hazırki pensiya məbləği 3279.37 manat, yenidən hesablanmış pensiya məbləği 2492,33 manat müəyyən olunmuşdur.

28. İddianın hazırda hüquqi marağı 291 gün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınmasıdır.

29. Lakin qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Hazırki işdə iddiaçının istifadə edilməmiş məzuniyyətə görə müəyyən edilmiş kompensasiya məbləği iddiaçının dövlət orqanında qulluğun son 24 ayı dövlət məvacibinin orta aylıq məbləği ilə əlaqədar olmamış, həmin dövrə aid olmayan ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiya olmuşdur.

30. Odur ki, iddiaçının həmin kompensasiyanı nəzərə alıb cavabdehdən əmək pensiyasını tələb etməkdə haqlı olmamışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 466/2025 saylı xx.xx.2025-cü il tarixli qərarında da Kollegiyanın mövqeyi belə olmuşdur.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6141/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6141/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Kamran Əkbərov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar