Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3517/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1, 3-cü şəxs X7 və onun vəkili X8 iştrakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4465/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 ünvanında yerləşən bağ evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mükiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443a nömrəli bağ evinin ortaq (yanaşı) divar qonşusu X5 tərəfindən Azərbaycan Respublikasının tikinti qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla, tikintidə ara məsafələrinə və qonşuluq hüququna dair qanunvericiliyin tələblərinə riayət olunmamaqla, qanunsuz tikinti işi aparılır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdeh X3 qarşı qanunsuz tikinti işlərinin aparılmasının qadağan edilməsi, aparılmış qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülməsi tələblərinə dair e-2(003)- 3493/2024 nömrəli mülki iş mövcuddur. Xəzər Rayon Məhkəməsinin e-16(003)-180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, İddiaçı mülkiyyətində olan 443a saylı bağ evinin qonşuluğunda mülkiyyət hüququ əsasında cavabdeh X3 məxsus bağ sahəsində (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi, 64) tikinti işlərinin aparılması cavabdeh X5 və digər şəxslərə qadağan edilmişdir. Sözügedən qərardad daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış həmin yarımtikilinin gələcəkdə də dövlət qeydiyyatına alınmaması üçün məlumat məqsədilə iddiaçı tərəfindən 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla İdarənin səlahiyyətlərinə aid olmadığı üçün qərardadın icrasının mümkün olmadığı bildirilmişdir. Halbuki, məktubda da qeyd edildiyi kimi qərardad icra olunmaq yox, məlumat məqsədilə İdarəyə təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən verilmiş vəkil sorğularına cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (ARDŞAK) yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-35-1/2-2360/2024 nömrəli və Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-12/2-2477/2024 nömrəli məktublarına əsasən qeyd olunan səlahiyyətli dövlət orqanlarının heç birinə X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 nömrəli bağ evində tikinti işlərinin aparılması üçün müraciətinin daxil olmadığı bildirilmişdir. Qeyd olunan qanunsuz tikilinin inşası məhkəmə tərəfindən dayandırıldığı üçün bu gün də yarımtikili şəkildədir (xx.xx.2024-cü il tarixinə yəni çıxarışın verildiyi xx.xx.2024-cü il tarixdən sonrakı dövrə aid fotolar əlavə olunur). Xəzər Rayon Məhkəməsinin icraatında olan e-2(003)-3493/2024 nömrəli mülki işin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh tərəfindən qanunsuz tikilinin xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış təqdim edilmişdir. Tikintidə ara məsafəsinə dair qaydalara və qonşuluq hüququna riayət olunmadan inşa olunduğu adi insan gözü ilə belə görünən, tikinti işlərinin aparılması üçün rəsmi qaydada müraciət olunmamış, tikintisi məhkəmə qərardadı qadağan olunmuş və bu barədə məlumat qeydiyyat orqanına təqdim olunmuş, faktiki olaraq tikintisi başa çatmamış bir yarımtikilinin sökülməsinə dair məhkəmə iddiasına baxıldığı vaxtda dövlət reyestrində bağ evi kimi qeydə alınması ciddi hüquq pozuntusudur. Qeyd olunanları nəzərə alaraq Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 ünvanında xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə X1 xüsusi mülkiyyəti kimi qeydə alınmış bağ evinin (faktiki olaraq yarımtikilinin) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını və bu qeydiyyatın əks olunduğu çıxarışın ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İdarənin müraciətə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə çıxarışın ləğvinə dair mübahisənin məhkəmə qaydasında həll olunmalı olduğu bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, qeyd olunan ünvanda yerləşən bağ sahəsi xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında X1 adına özgəninkiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra üzərində bağ evi inşa edilmiş və vahid əmlak şəklində dövlət reyestrində qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 13cü bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş cavabdehin etirazına dair mülahizədə bildirilmişdir ki, etirazda cari məhkəmə işi üzrə iddia tələbi ilə əlaqəsi olmayan faktiki hallara istinad olunmuşdur. Qanunsuz tikilinin üzərində yerləşdiyi torpaq sahəsinin əvvəllər ailə üzvü tərəfindən X3 bağşlanmış olması cari iş üçün heç bir əhəmiyyət kəsb etmir. Ümumiyyətlə, qanunsuz tikilinin üzərində yerləşdiyi torpaq sahəsinin üzərindəki mülkiyyət hüququ mübahisə predmeti ilə əlaqəsizdir və X1 sözügedən torpaq sahəsi üzərindəki mülkiyyət hüququ iddiaçı tərəfindən mübahisələndirilmir. Cari məhkəmə mübahisəsinin predmetini tikintidə ara məsafəsinə dair qaydalara və qonşuluq hüququna riayət olunmadan inşa olunduğu adi insan gözü ilə belə görünən, tikinti işlərinin aparılması üçün rəsmi qaydada müraciət olunmamış, tikintisi məhkəmə qərardadı ilə qadağan olunmuş və bu barədə məlumat qeydiyyat orqanına təqdim olunmuş, faktiki olaraq tikintisi başa çatmamış bir yarımtikilinin sökülməsinə dair məhkəmə iddiasına baxıldığı vaxt dövlət reyestrində bağ evi kimi qeydə alınmasına dair çıxarışın ləğvi təşkil edir. Buna görə də, sözügedən fakta əsaslanmaqla, istinad olunan hüquq normalarının da cari işə tətbiq edilməsindən söhbət gedə bilməz. Konkret halda isə, üçüncü abzasda sadalanan faktiki hallar inzibati orqanın qanunsuz hərəkətlərini ehtiva etdiyi üçün hazırkı çıxarışın ləğvi haqqında mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Üçüncü şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə iddia tələbi əsassız və qanunsuzdur. İddiaçı bağ qonşusudur. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 443 (Yeni qaydalarla: AZ1041, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi giriş 64) bağ evi üçüncü şəxsin mülkiyyətindədir. Eyni zamanda, bağ evinin yerləşdiyi torpaq sahəsi də onun xüsusi mülkiyyətidir. Bağ sahəsinə mülkiyyət hüquqları qanuni əsaslarla dövlət qeydiyyatına alınmışdır. Hazırkı tələblə iddiaçı üçüncü şəxsin mülkiyyətinə qəsd etmək niyyətindədir. Məlumat üçün bildirilir ki, iddiaçının bağ evi ilə üçüncü şəxsin bağ evinin arasında 11 metr məsafə vardır. Bağ evi layihəyə əsasən tikinti norma və qaydalara uyğun inşa edilmişdir. İnşa etdiyi bağ evi iddiaçının bağ evinə hava və təbii işıq axınının keçməsinə məhdudiyyət, həmçinin həmin evdən istifadəyə hər hansı maneə yaratmır. İddiaçının öz evi iki tərəfdən özünün evə yaxın məsafədə tikdiyi hasarla əhatə olunur, onun evini əhatə etdiyi hasarı evinə hava və təbii işıq axınının keçməsinə məhdudiyyət yaradır. Bundan əlavə, iddiaçının öz torpaq sahəsində inşa etdiyi qaraj Şəhərsalma və tikinti Məcəlləsinin tələblərinə uyğun deyildir, çünki qaraj üçüncü şəxsin həyətinə çıxır. İddia tələbi belə əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin e-16(103)-180/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək X3 məxsus bağ sahəsində tikinti işlərinin aparılması X3 və digər şəxslərə qadağan edilmişdir. Xəzər rayon məhkəməsinin yuxarıda göstərilən qərardadından da görünür ki, Xəzər rayon məhkəməsinin icraatında olan iş üzrə iddiaçı müvəqqəti təminat tədbiri kimi cavabdehə (mənə) tikinti işlərinin aparılmasının qadağan edilməsini məhkəmədən ərizə verərək xahiş etmişdir. Məhkəmə də onun ərizəsini təmin edib, tikinti işlərinin aparılmasını qadağan etmişdir. Hazırkı iş üzrə cavabdeh haqlı olaraq xx.xx.2024-cü il tarixli məktubunda iddiaçıya bildirmişdir ki, yuxarıda göstərilən qərardadın cavabdehin səlahiyyətlərinə aid olmadığından icrası mümkün deyildir. Üçüncü şəxsin bağ evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı qanuni əsaslarla aparılmışdır. Mülkiyyət hüquqlarının qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının bu cür iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. O, mülkiyyətində olan torpaq sahəsi üzərində bağ evinin tikintisi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara əməl etmişdir və bağ evinə qanuni əsaslarla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4465/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı subyektiv hüquq məsələsinə iddia ərizəsində və məhkəmə prosesində də öz münasibətini bildirmişdir və cavabdeh tərəfindən aparılan tikinti işi özü-özlüyündə qanunsuz tikili olmaqla yanaşı birbaşa olaraq iddiaçıya məxsus bağ sahəsinin cavabdeh tərəfindən üç tərəfdən qapadılaraq mühasirəyə alınmasına, bağ evində yaşayan şəxslərin xüsusilə yaşlı sakinlərin sağlamlığı üçün zərərli olan havasızlıq və rütubət şəraitinin yaranmasına, günəş şüalarının qarşısının kəsilməsinə səbəb olması iddiaçının həm bu tikilinin sökülməsi və həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində çıxarışının ləğv edilməsi üçün kifayət edən əsasdır. Üçüncü şəxs X5 tərəfindən apellyasiya şikayətiə dair etiraz təqdim edilmişdir. Etiraz iddia ərizəsinə dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, mülkiyyətində olan torpaq sahəsi üzərində bağ evinin tikintisi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara əməl olunmuş və həmin bağ evinə qanuni əsaslarla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin bağ evinin tikinti niyyəti barədə Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti məlumatlandırılmışdır və tikinti niyyəti barədə məlumatların Reyestrdə qeydiyyata alınma tarixi xx.xx.2024-cü ildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3-cü şəxs X7 və onun vəkili X10 iddia tələbinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsininn iştrakını təmin etməmişdir, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Buzovna qəsəbəsində mülkiyyətində olan 0.05123 ha torpaq sahəsində yerləşən 443a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 375,9 kv.m olan bağ evi və 0,1483 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0,1483 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X5 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq “Məlumatlandırma icraatı” qaydasında, mülkiyyətində olan 0,1483 ha torpaq sahəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi, giriş 64 ünvanında yerləşən layihə əsasında hündürlüyü 7.55 m, mərtəbəliliyi 2 olan fərdi yaşayış (bağ) evinin inşa etdiyini bildirmişdir. İşdə olan "xxxx" MMC tərəfindən X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi, giriş 64-də yeləşən bağ evinin layihəsi tərtib edilmişdir. İşdə olan üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintilərin dövlət reyestrinin internet səhifəsindən çıxarışa əsasən məlumatlandırma icraatı ilə bağlı informativ və statistik xarakterli məlumatlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin layihəsi sifarişçi X2 tağşırığı əsasında, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilməklə, layihəçi "xxxx" MMC tərəfindən hazırlanmışdır. Tikinti niyyəti barədə məlumatların Reyestrdə qeydiyyata alınma tarixi: xx.xx.2024-cü il. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(003)-180/2024 saylı qərardadından görünür ki, iddiaçı X11 həmin iş üzrə cavabdeh X3 qarşı “tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 ara məsafəsinə və qonşuluq hüququna riayət olunmadan qanunsuz tikinti işlərinin aparılmasının qadağan edilməsi, qanunsuz inşa olunmuş tikintinin cavabdehin hesabına sökülməsi və sairə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qərardadla İddiaçı müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilərək, mülki üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində İddiaçı mülkiyyətində olan sahəsi 0.05123 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ,3 otaqlı, 41.1 kv.m yaşayış, 90.5 kv.m köməkçi sahədən ibarət 443a saylı bağ evinin qonşuluğunda mülkiyyət hüququ əsasında cavabdeh X3 məxsus bağ sahəsində (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 6-cı Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi, 64) tikinti işlərinin aparılması cavabdeh və digər şəxslərə qadağan edilmişdir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443a nömrəli bağ evinin mülkiyyətçisidir. Hazırda onun hüquqi marağı və məqsədi bağ qonşusu olan üçüncü şəxs X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 ünvanında bağ evinin sökülməsinə yönəlmişdir. Bununla bağlı isə iddiaçı Xəzər Rayon Məhkəməsində üçüncü şəxsə qarşı iddia qaldırmış və hazırda iş həmin məhkəmənin icraatındadır. İşin apellyasiya baxışı zamanı AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 26 avqust 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin məlumatı əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2 mərtəbəli 443 saylı tikintilərin dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Şöqi qızının mülkiyyətində olan 600 kv.m torpaq sahəsinin koordinatları mövcuddur və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi torpaq sahəsinin planından görünür ki, həmin torpaq sahəsinin qonşularla sərhədi müəyyən olunub. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd) Belə ki, hazırki iş üzrə iddiaçı üçüncü şəxs tərəfindən mübahisə predmeti olan bağ evini inşa edərkən tikinti qanunveriliyinin tələblərinə (ara məsafəsinə əməl edilməməsi, məlumatlandırma icraatı ilə bağlı müraciət) əməl etmədiyini bildirərək onun adına verilmiş xx.xx.2024- cü il tarixli, ********** nömrəli çıxarışının ləğv edilməsini tələb edir. İşdə olan arxiv qovluğunda olan sənədlərdən görünür ki, evin qeydiyyatı məlumatlandırma icraatı ilə bağlı sənədlər əsasında aparılmış və bu barədə üçüncü şəxsin Xəzər RİH-ə ünvanlanmış ərizəsi mövcuddur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ilk növbədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş sənədlər, başqa sözlə, məlumatlandırma icraatı ilə bağlı qaydalara əməl edilməsinin qanuniliyi mübahisələndirilməlidir. Hansı ki, həmin icraat çərçivəsində evin şəhərsalma və tikinti qanunvericiliyinə əməl edilməklə tikilməsi halları (bu fonda həmçinin, ara məsafəsinə əməl edilib-edilməməsi ilə bağlı məsələlər) araşdırıldıqdan sonra həmin iddia uğurlu olacağı təqdirdə cavabdeh inzibati orqana qarşı hazırkı tələb irəli sürülə bilər. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia tələbinə yalnız mülkiyyət hüququ haqqında çıxarışın verilməsi üçün əsas olmuş sənədlər mübahisələndirildikdən sonra mümkünlük şərtlərinə cavab veriləcəyi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də, İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4465/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4465/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3517/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3517/2025
25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver