Məhkəmə qərarları › İş №2-1(103)-3519/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3519/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3519/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əmənova Türkan Hüseyn qızının katibliyi, İddiaçı, tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəmə qərarının icra edilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11915/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/19 nömrəli qərarının icrasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11915/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı maddi və prosesual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı E.Yusupova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, 7-ci Sverdlov döngəsi, 13 saylı üvnanda iddiaçının qonşusu S.Rəhimov tərəfindən bağlanmış qapı oyuğunun S.Rəhimovun vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh üzərinə hər hansı bir öhdəliyin qoyulmaması səbəbindən ona qarşı hazırki, iddia tələbinin qaldırılmasının düzgün olmaması qənaətinə gələn birinci instansiya məhkəməsi İddiaçı aidiyyəti üzrə Nəsimi rayon İcra şöbəsinə müraciət etməsi tövsiyə etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Belə olan halda kollegiya hesab edir ki, qonşusu tərəfindən aparılmış təmir işləri nəticəsində bağlanmış qapı oyuğunun əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qətnaməsinin icrasının təmin edilməsi cavabdeh Bakı şəhəri Cavabdeh səlahiyyətinə aid deyildir. Başqa sözlə desək Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh üzərinə hər hansı bir öhdəlik qoyulmadığı tədqirdə onun üzərinə qətnamə üzrə yerinə yetirilməli işlərinin yerinə yetirilməsini tələb etmək yolverilməzdir. Belə olan halda, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən İPMin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir . Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11915/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11915/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar