Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-352/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3801/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair mülkiyyət hüquqlarının, onun yəni, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun yəni, İddiaçı adına ümumi sahəsi 39,26 kv. metr olan Bakı şəhəri Xətai rayonu, N.Rəfiyev küçəsi, 17 saylı evin 8 saylı mənzilinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu X14 İcraiyyə Komitəsinin xx xxxxx 1993-cü il tarixli, 042379 saylı orderinə əsasən ünvan 2 mənzil 8 ünvanında yerləşən evin 1-ci mərtəbəsində, 1 otaqdan ibarət, yaşayış sahəsi 24 kv.m olan 8 saylı mənzil iki nəfər ailə tərkibi ilə (X6 (özü), İddiaçı (1952-ci il təvəllüdlü bacısı) bacısı X2 verilmişdir. Həmin tarixdən, yəni 1993-cü il tarixdən mənzilə pasport qeydiyyatına alınmış və həmin ünvanda yaşamağa başlamışdır. Hal-hazırda da həmin ünvanda yaşamağa davam edərək, qeydiyyatı həmin ünvanadır və həmin ünvanda ondan başqa heç kim qeydiyyatda yoxdur. Bu halı, 101 saylı Mənzil-X15 tərəfindən verilmiş 03 nömrəli, xx.xx.2020-ci il tarixli arayış və “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli “Asan-2” tərəfindən verilmiş arayış təsdiq edir. Mənzilin icarədarı bacısı xx.xx.2011-ci il tarixdə ölmüşdür. Həmin mənzilin adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh müraciəti təmin etməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Digər tərəfdən mübahisəli daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənəd 1993-cü il tarixdə bacısı X3 adına verilmiş order olmuşdur. Göründüyü kimi, həmin mənzil xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq icra hakimiyyəti orqanının mənzil kirayə müqaviləsi (order) əsasında verilmiş yaşayış sahəsidir. Bu səbəbdən də, həmin mənzilə dair hüquqlar xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən müəyyən edilməlidir. Beləliklə də, cavabdehin hərəkəti qanunsuz hesab edilməli və yuxarıda qeyd edilən mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3801/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3801/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Yasamal rayon X8 xx.xx.1993-cü il tarixli, 042379 nömrəli orderinin əsli və arxiv arayışı nə “ASAN Xidmət” Mərkəzlərinə, nə də idarəyə təqdim edilməyib. Order Yasamal rayon X14 tərəfindən verilsə də, Yasamal rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənib. Həmçinin, sənədin kiril qrafikası ilə tərtib olunmasına baxmayaraq, möhürdəki yazılar latın qrafikasında tərtib olunub. Bu səbəbdən də orderin həqiqiliyinə şübhə yaranıb. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu X8 xx.xx.1993-cü il tarixli 118/9 saylı qərarı əsasında Bakı şəhəri Yasamal rayon İcraiyyə Komitəsi tərəfindən xx xxxxx 1993-cü il tarixdə X1 adına verilmiş 042379 №li orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu N.Rəfiyeva küçəsi 17 nömrəli evin 8 saylı, 1 otaqdan ibarət mənzil “AzərNeftyağ” İB-də işləmiş X2 ayrılmışdır. Orderdə ailə üzvləri kimi X1 (özü) və İddiaçı (bacısı) adları göstərilmişdir. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 101 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş Bakı şəhəri Xətai rayonu N.Rəfiyev küçəsi ev 17, mənzil 8-in sxemindən görünür ki, mənzil 1 otaqdan ibarət olmaqla, yaşayış sahəsi – 25,56 kv. metr, ümumi yaşayış sahəsi 39,26 kv.metr sahədən ibarətdir. Sabirabad rayon VVAQ şöbəsi tərəfindən xx xxxxxxxx 1970-ci il tarixdə verilmiş AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1952ci il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnamədə uşağın atası kimi X5 anası kimi isə X12 qeyd edilmişdir. Sabirabad rayon VVAQ şöbəsi tərəfindən xx xxxxxxxx 1970-ci il tarixdə verilmiş AZ seriyalı 017609 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1940cı il təvəllüdlü X9 ilə xx.xx.1952-ci il təvəllüdlü X4 xx.xx.1970-ci il tarixdə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Mikayılova soyadı verilmişdir. Azərbaycan Respublikası vətəndaşının AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatın çıxarışından görünür ki, X6 xx.xx.1993-cü il tarixdə X17 nikaha daxil olmuş və nikah bağlandıqdan sonra arvada İsayeva soyadı verilmişdir. Saatlı rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş № 05/Q- 291/69 saylı akt qeydindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə Sabirabad rayonunda doğulmuş X1 ölümü Bakı şəhəri Xətai RQŞ-də xx.xx.2011-ci il tarixdə 750 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Asan 2 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri Xətai rayonu N.Rəfiyev küçəsi 17 saylı evin 8 №-li mənzilində yaşayır və həmin mənzildə yalnız o, daimi qeydiyyatdadır. Birinci instansiya məhkəməsi işin hallarına “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 15-ci maddələrini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarını, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 9-cu maddələrini, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1, 146.4-cü maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx xxxxxx 1991-ci il tarixli, 34 nömrəli qərarının 2-ci bəndinə əsasən Möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” haqqında xx xxxx 2001-ci il tarixli, 506 nömrəli fərmanının 3-cü bəndinə əsasən qərara alınmışdır ki, Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirsinlər və 2001-ci il avqustun 1-ə qədər ilkin nəticələr haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. Hazırki vəziyyətdə sənədin həqiqiliyinə şübhələrin yaranması əsassızdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3801/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-352/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-352/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver