Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-352/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X7 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmənin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçılar X10, X2, İddiaçı və X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçıların bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışların verilməsi» barədə iddia tələbləri üzrə işdən iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat, iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat və hazırkı iş – İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat ayrılmışdır.
2. Məhkəmənin digər qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə inzibati məhkəmə icraatına X16 üçüncü şəxs qismində cəlb olunmuşdur.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 10 fevral 2023-cü il tarixli məktubunda bildirilir ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından və bağ sahəsi koordinat sistemində yerləşmədiyindən bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. Həmçinin İdarədə mövcud olan arxiv siyahısında vətəndaşın (İddiaçı) adı aşkar edilməmişdir. Bu səbəbdən qərardadda qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. Faktiki olaraq kənardan göstərilən ümumi ərazi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasarlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
4. İddiaçılar X15, X3, İddiaçı və X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçıların bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışların verilməsi» tələblərini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmirşlər.
5. İddia ərizəsində bildirilir ki, iddiaçılar SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi İxtisaslaşdırılmış Tikinti Birliyinin Suenerjitikinti Trestinin müxtəlif sahələrində müəyyən vəzifələrində uzun illər işləmişlər. Bakı Şəhər XDS İK 13 iyun 1990-cı il tarixli 4/145 nömrəli qərarı ilə iddiaçıların işlədiyi Yeni Bakı Elektrik X8 İdarəsinin əməkdaşlarına bağ sahələrinin verilməsi məqsədilə 2.2 ha torpaq sahəsi ayrılmışdır. Bakı ŞİH Baş Memarlıq və Şəhərsalma İdarəsi 30 oktyabr 1990-cı il tarixli 90/İ492, 90/660 saylı aktı ilə həmin torpaq sahəsinin çizgi və sərhədlərini müəyyən edərək təhvil götürmüşdür. Bakı Şəhər XDS İK-nın qərarı icrası edilməsi üçün Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-ya həvalə edilmişdir. Əzizbəyov Rayon XDS İK 13 iyun 1990-cı il tarixli, 4/145 nömrəli qərarı 23 noyabr 1990-cı il tarixli 21 nömrəli qərarı ilə icra edərək iddiaçıların işlədiyi İdarəyə bağ sahəsinin verilməsi üçün torpaq ərazisi ayırmışdır. Əzizbəyov Rayon XDS İK-nın 23 noyabr 1990-cı il tarixli 21 nömrəli qərarı qərarında “Xoş Diyar” Bağçılıq Yoldaşlığı üzvləri tərəfindən həmin bağ sahələrinin bölüşdürülməsi göstərilmişdir. 2 fevral 1991-ci il tarixdə iddiaçıların üzv olduğu “Xoş Diyar” Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi yığıncağı keçirilərək püşkatma yolu ilə həmin bağ sahələri ədalətli şəkildə bölüşdürülmüşdür. Həmin bölgüyə əsasən Bakı şəhəri, Şüvələn qəsəbəsi ərazisində iddiaçıların hər birinə 11, 13, 15, 17 saylı bağ nömrələri verilməklə 0,6 ha torpaq sahəsi ayrılmışdır. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri, Şüvələn qəsəbəsi ərazisində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə dair verilmiş mülkiyyət haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahələrinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı 29 sentyabr 2020-ci il tarixli məktubunda – iddiaya qarşı yazılı etirazında bildirilir ki, X10, X2, İddiaçı və X5 Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən onlara məxsus torpaq sahəsinə verilmiş mülkiyyət haqqında şəhadətnamənin ləğv edilməsi, həmin ərazidə onlara məxsus bağ sahələrinə dair ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. 1) X1 vərəsəsi X5 Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Xoş Diyar” bağlar massivi ünvanında yerləşən 18 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı müraciəti İdarəyə 1 fevral 2020ci il tarixdə daxil olmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən göstərilən sahəyə dair ləğv edilmiş DTXK tərəfindən verilmiş digər şəxsin (X17) adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcuddur. Bundan əlavə, eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına başqa bir şəhadətnamə verilmişdir. Bununla bağlı X9 **********22 qeydiyyat nömrəli 19 fevral 2020-ci il tarixli məktub ünvanlanmışdır. 2) ünvan 3 sahəsinin koordinatlarının müəyyən edilməsi barədə X2 1 fevral 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. X3 tərəfindən göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən göstərilən sahəyə dair ləğv olunmuş DTXK tərəfindən verilmiş digər şəxsin (X17) adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcuddur. Bundan əlavə, eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına başqa bir şəhadətnamə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********20 qeydiyyat nömrəli 19 fevral 2020-ci il tarixli məktub ünvanlanmışdır. 3) ünvan 4ağ sahəsinin koordinatlarının müəyyən edilməsi barədə X10 1 fevral 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X10 adı aşkar olunmamışdır. Həmçinin, göstərilən sahə bağların bölgü sxeminə əsasən 20a saylı bağın ərazisinə uyğun gəlir və həmin bağ sahəsinin mülkiyyət hüququna dair digər şəxsin (X18) adına ləğv edilmiş DTXK tərəfindən şəhadətnamə verilmişdir. Bu barədə X12 **********82 qeydiyyat nömrəli 5 mart 2020-ci il tarixli məktub ünvanlanmışdır. 4) ünvan 5n koordinatlarının müəyyən edilməsi barədə İddiaçı 1 fevral 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, digər fiziki şəxslər tərəfindən hasarlanmış göstərilən sahə digər şəxsin (X16) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur.
7. Məhkəmənin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçılar X10, X2, İddiaçı və X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçıların bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışların verilməsi» barədə iddia tələbləri üzrə işdən iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat, iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat və hazırkı iş – İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat ayrılmışdır.
8. Məhkəmənin digər qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə inzibati məhkəmə icraatına X16 üçüncü şəxs qismində cəlb olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 146/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır
.e) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
15. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş 3-cü şəxs X16 məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
M a d d ə 6 5 . Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparı
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
23. Məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən normalardan göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair order, eləcə də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının adına “Xoş Diyar” bağçılıq yoldaşlığının üzvü kimi Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivindəki 17 saylı bağa dair üzvlük bileti mövcud olsa da, iddiaçının adının həmin bağçılıq yoldaşlığının üzvlərinin siyahısında aşkar olunmadığı məhkəmə icraatında müəyyən edilir. Nəzərə alınmalıdır ki, bu barədə məlumatı cavabdeh inzibat orqan versə də, həmin qurum Bakı ŞİH nəzdində olan bağ təsərrüfatı idarəsi 22 may 2007-ci il tarixdə ləğv olunduqdan sonra onun arxiv daşıyıcısıdır. Nəticə də, iddiaçının adının müvafiq bağçılıq yoldaşlığının üzvlərinin siyahısında aşkar olunmaması onun həmin bağ sahəsinə mülkiyyət hüququnun yaranmasını təsdiqləmir.
25. İddiaçının iddia etdiyi bağ sahəsi başqa şəxsin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, həmin bağın hazırkı iddiaçının mülkiyyəti kimi ilkin qeydiyyatının aparılması mümkünsüzdür.
26. Məhkəmənin 18 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəsisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - “Xoş Diyar” bağçılıq yoldaşlığının üzvlük bileti əsasında İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivindəki iddia etdiyi 17 saylı bağ sahəsinin koordinatlarının üçüncü şəxs X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsinin və ya başqa şəxsin istifadəsində, yaxud mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə hər hansı hissədə üst-üstə düşməsinin müəyyən edilməsi.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2021-ci il tarixli məktubu ilə iş materialları Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə birlikdə məhkəməyə geri qaytarılmışdır. Ekspertin məlumatında bildirilir: Ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə 12 iyul 2021-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Lakin qeyd olunan tarixdən bir ay müddət keçməsinə baxmayaraq, vəsatətdə qeyd olunan əlavə materiallarla (mütəxəssis rəyi və ya baza məlumatları) bağlı hər hansı məlumat Mərkəzə daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizanın aparılmasının təşkili haqqında» Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar geri qaytarılır. Tövsiyə olunur ki, iş materialları təkrarən Mərkəzə qaytarılacağı halda, təkrarlanan qanunsuz yazışmaların aradan qaldırılması məqsədilə 12 iyul 2021-ci il tarixli vəsatətdə göstərilən məlumat və materialların əvvəlcədən toplanaraq iş materiallarına əlavə edilsin.
28. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 27 oktyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir:
29. İş üzrə mütəxəssis rəyinin verilməsi barədə məhkəmənin müraciətinə DƏKÜR Xidmətində baxılmışdır. Məhkəmədən daxil olmuş bundan əvvəlki müraciət əsasında DƏKÜR Xidmətinin 19 aprel 2021-ci il və 7 iyul 2021-ci il tarixli məktubları hazırlanaraq Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. DƏDR Xidməti tərəfindən tədqiqat obyektinə baxış keçirilməməsinə baxmayaraq, Bakı İnzibati Məhkəməsi 24 sentyabr 2021ci il tarixli 2-1(112)-861/2021, 2-1(112)-1616/2021 və 2-1(112)2373/2021 nömrəli məktublarla smeta məbləğinin ödənilməsi ilə bağlı qəbz göndərilərək mütəxəssis rəyinin təqdim edilməsi xahiş olunmuşdur. Bu səbəbdən tədqiqat obyektinə baxış keçirilməsinin tarixi, vaxtı və yeri barədə yenidən məlumat daxil olacağı, daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarş) və texniki sənədlər (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) rəsmi surətdə təqdim olunacağı, tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin tədqiqat obyektinə baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir.
30. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli qərardadı ilə yenidən məhkəmə ekspertizası təyin edilmiş və yuxarıda qeyd olunan məzmunda sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli məktubu ilə iş materialları Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə birlikdə məhkəməyə geri qaytarılmışdır. Ekspertin məlumatında imtinaya əsas kimi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq mütəxəssis rəyinin Mərkəzə daxil olmadığı bildirilir.
32. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə müvafiq sual üzrə mütəxəssis rəyinin məhkəməyə təqdim olunmasının təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (yenidən təşkil nəticəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bazasında yaradılmışdır) həvalə olunmuşdur.
33. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 10 fevral 2023-cü il tarixli məktubunda bildirilir ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından və bağ sahəsi koordinat sistemində yerləşmədiyindən bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. Həmçinin İdarədə mövcud olan arxiv siyahısında vətəndaşın (İddiaçı) adı aşkar edilməmişdir. Bu səbəbdən qərardadda qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. Faktiki olaraq kənardan göstərilən ümumi ərazi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasarlanmışdır.
34. Göründüyü kimi, İddiaçı ona ayrılmış sahə kimi iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 17 saylı bağ sahəsinin yerinin müəyyən edilməsi üçün məhkəmə müvafiq prosessual hərəkətlər (tədbirlər) aparsa da, son nəticədə bağ sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır.
35. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
36. Yuxarıda qeyd olunan hal da İddiaçı iddia etdiyi bağ sahəsinə hüququnun yaranmaması qənaəti yaradır.
37. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl- Şüvəlan bağ massivində yerləşən 17 saylı bağ sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.(maddə 23.1.)
39. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gələrək maddi və prosessual hüquqa uyğun olmaqla mübahisələndirilən qərarı qəbul etmişdir.
41. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-146/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.