Məhkəmə qərarları › İş №2-1(103)-352/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-352/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-352/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (“ƏMDX) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər ƏMDX, "xxxx" MİK“) “qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1134/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək - “Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən "xxxx" MTKnın binasında iddiaçıya məxsus 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...2015-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 39 ünvanında yerləşən "xxxx" Mənzil İnşaat Kooperativi (”MİK”)-ə məxsus olan 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 73.3 kv.metr və həmin binanın yarı zirzəmisinin bir hissəsində yerləşən 80.5 kv.m qeyri-yaşayış sahələrini satın almış və payçı kimi kooperativin üzvlüyünə qəbul edilmişdir. Bununla bağlı ona "xxxx" MİK tərəfindən 29 aprel 2015-ci il tarixli ümumi iclasın 15/04 nömrəli protokolundan Çıxarış, Eskiz (plan-cizgisi) və kooperativə borcunun olmaması barədə Maliyyə Arayışı təqdim edilmişdir. Bundan sonra ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi müraciət etmiş və ərizəyə imtina verildiyi üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2242/2017 saylı xx.xx.2017 tarixli qərarına əsasən həmin sahə üçün (80.5 kv.m) ona xx.xx.2017-ci ildə ƏMDK-nin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Yenidən həmin "xxxx" MİK-nin binasınn bir hissəsində yerləşən, ona məxsus qeyriyaşayış sahəsinin (80.5 kv.m) sağ və sol hissəsində yerləşən 35.75 kv.m və 85 kv.metr yarı zirzəmi olan qeyri-yaşayış sahələrini satın almışdır. Bununla bağlı "xxxx" Mənzil İnşaat Kooperativi tərəfindən xx.xx.2020-ci il tarixli ümumi iclasın 05 nömrəli protokolundan Çıxarış, Eskiz (plan-cizgisi) və kooperativə borcunun olmaması barədə Maliyyə Arayışı təqdim edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququna dair çıxarışların verilməsi ilə bağlı müvafiq dövlət orqanına dəfələrlə ərizə ilə rəsmi müraciət etmiş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş (dövlət əmlakı olmadığına dair) rəsmi sənəd təqdim etsə də, buna baxmayaraq yenə də mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina edilir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tövsiyəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr, 39 ünvanında yerləşən yaşayış binası 1964- 1965 ci illərdə inşa olunarkən, Azərbaycan SSR Nazirlər Sovetinin "Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında" 7 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə əsasən, MİK-ın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələrinin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul vəsaiti hesabına aparıldığından göstərilən ünvanda yerləşən 5 mərtəbəli binanın yarı zirzəmisi dövlət əmlakı hesab olunur. Odur ki, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar olaraq hüquq müəyyənedici sənədlərlə cavabdehə müraciət etsə də Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi müraciət etdikdə isə ərizəsinə cavab olaraq bildirmişlər ki, qeyd edilmiş ünvanda yerləşən bina dövlət əmlakının Registrində qeydiyyata alınmamışdır. Nəzərə çatdırılmışdır ki, həmin bina və binanın qeyri-yaşayış sahəsi sakinlərin vəsaiti hesabına tikilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddiasının rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbul aktı və qeyri-yaşayış sahəsinin mərtəbəlilik planı təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı qeyri-yaşayış sahəsinin sənəd üzrə sahəsinin 85 kv.m, faktiki ölçüsünün 105.3 kv.m olduğu və giriş-çıxışın digər qeyri-yaşayış sahəsinin ərazisindən olduğu məlum olmuşdur. Bundan əlavə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli fərmanına əsasən müvafiq daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyə olunur. Həmçinin, iddiaçı, məhkəməyə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 85 kv.m və 62 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı sənədlər təqdim etsə də, idarəyə müraciəti zamanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 85 kv.m və 39 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı sənədlər təqdim etmişdir (Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun 8-ci və digər maddələrinə istinad olunur)...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2024 saylı xx.xx.2024-cü il il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 07.01,1965ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil- tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Həmin sahələrin tikintisi üçün xərclərin müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilməsi üçün iki halın eyni anda mövcud olması zəruridir. Müvafiq sahələrin yerləşdirilməsinə və yerlərin düzəldilməsinə kooperativlərin razılığı olmalıdır. Onun dəyərlərini tam ödədiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələri isə evlərinin içində və ya yanında deyil "xxxx" MİK-ə yaşayış binasının zirzəmisi olaraq inşa edilmişdir. Yarı zirzəminin təyinatı, üzərində çoxmərtəbəli binanın tikintisi olmaqla, çoxmərtəbəli binanın tərkib hissəsidir və tikintiyə dair icazə sənədlərində orada ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələrinin yerləşdiriləcəyi, habelə ictimai təyinatlı yer olması nəzərdə tutulmadığından, həmin sahə dövlət əmlakı olmamışdır. Odur ki, inşa olunduğu 1964-1965-ci illərdən uzun müddət keçməsinə baxmayaraq Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən 106 kv.m və 36 kv.m qeyri- yaşayış sahələrinin dövlətə məxsus olması barədə hər hansı qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. "xxxx" MİK-in İdarə Həyətinin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yerləşən 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinin ona ayrılmasına dair xx.xx.2020-ci il tarixli icias qərarları qüvvədə olmasına və tərəfimdən həmin sahələrin pay haqqı tam ödənilməsinə baxmayaraq birinci İnstansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. Məhkəmə təqdim etdiyi dəliliəri nəzərə almamışdır. Məhkəmə prosessual hüquq normasını pozaraq, sübutları (eyni zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətinə qeydə alınması halını təsdiq edən Dövlət Əmlakı tərəfindən verilən ********** qeydiyyat nömrəli Çıxarışı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2023-cü il tarixli məktubunu, xx.xx.20217-ci ildə İnzibati Məhkəmənin qərarını və xx.xx.2016-cı ildə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona verilmiş arayışı tam və hərtərəfli araşdırmamış, düzgün qiymətləndirməmiş, bu isə iddia tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. Məhkəmə prosessual hüquq normalarını pozaraq, qərarını "xxxx" MİK-in İdarə Heyətinin binanın 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinin ona ayrılmasına dair xx.xx.2020-ci il tarixli iclas qərarlarının qüvvədə olması faktı ilə əsaslandırmamış, bu isə iddia tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi tikintiyə dair icazə sənədlərində zirzəminin təyinatının ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələrinin yerləşdirilməsi, habelə ictimai təyinatlı yer olaraq nəzərdə tutulması, müvafiq sahələrin yerləşdirilməsinə və yeriərin düzəldilməsinə kooperativin razılığının olması barədə faktiki hallan aydınlaşdırmamış, qeyri-yaşayış sahələrinin tikinti xərclərinin Dövlət tərəfindən ödənilməsi halı sübut edilməmişdir. Bu barədə sübut təqdim edilməmişdir...” İşin apellyasiya mərhələsində məhkəmənin qərardadı ilə ƏMDX və "xxxx" MTK“ üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Üçüncü şəxs ƏMDX iddiaçının tələbi ilə bağlı apelyasiya məhkəməsinin sorğusuna ünvanladığı cavab məktubunda iddianın rədd edilməsini məhkəmədən xahiş edərək bunu aşağıdakılarla əsaslandırmışdır: “... Azərbaycan SSR Nazirlər Sovetinin - xx.xx.1965-ci il 5 nömrli Qərarına və xx.xx.1983cü il 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Həmin tikililərin inşası mənzil-tikinti kooperativlərinin vəsaiti hesabına maliyyələşdirilə bilməz. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istimarını həyata keçirən müəssisələrin balansına aid edilir. Beləliklə istinad olunan normativ-hüquqi akta əsasən qeyd edilən kooperativ binadakı qeyri-yaşayış sahəsi dövlət əmlakıdır. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə uyğun olaraq dövlət əmlakının Registrdə qeydiyyatın əmlakın balans sahibi olan dövlət qurumunun müraciəti və təqdim etdiyi sənədlər əsasında aparıldığını, hazırkı iddianın predmeti olan əmlakın Registrdə qeydə alınması üçün aidiyyəti dövlət qurumunun müvafiq müraciəti olmadığından, həmin əmlak barəsində Registrdə qeydiyyat mövcud deyildir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət əmlakı sayıldığından həmin əmlak dövlət əmlakının özəlləşdirlməsini tənzimləyən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq xüsusi mülkiyyətə verilə bilər...” Digər üçüncü şəxs Peyk MTK iddia ilə bağlı məhkəməyə ünvanladıtğı xx.xx.2024-cü il tarixli arayış məktubunda iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “...Peyk MTK-nın idarə heyətinin Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahəsinin həmin ünvanda yaşayan Qsımova Mətanət qasım qızına ayrılmasına dair xx.xx.2020-ci il tarixli iclas qərarı qüvvədədədir və onun tərəfindən həmin sahələrin pay haqqı tam ödənilmişdir. Bina tikintisinin aparılması zirzəmi olmadan mümkün olmadığından, çoxmərtəbəli binanın ticarət ictimai iaşə və əhaliyə mədəni məişət xidməti müəsisəsi və idarələrinin yerləşdiriləcəyi, habelə, ictimai təyinatlı yer sayılmadığından həmin sahə dövlət əmlakı olmamışdır. Həmin bina sakinlərinin vəsaiti hesabına tikilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi "xxxx" MİK-nın xx.xx.2020-ci il tarixli iclasının qərarları əsasında İddiaçı verilmiş və onun tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, üçüncü şəxs ƏMDX-nin nümayəndəsi iddia ərizəsinə dair məhkəməyə ünvanlanmış məktubuna uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş cavabdeh və üçüncü şəxs "xxxx" MİK-ın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, sahibliyində olan “Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən "xxxx" MTK-nın binasının zirzəmisində iddiaçıya məxsus 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) …; Qanunun qeyd olunan tələblərinə münasibətdə iş materiallarına əsasən iddia olunan qeyri-yaşayış sahisinin iddiaçının adına qeydə alınması üçün əsas mövcüddür. Belə ki, "xxxx" MİK-vin İdarə Heyətinin 7 oktyabr 2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışa, eyni zamanda, həmin kooperativ tərəfindən vnrilmiş xx.xx.2020-ci il tarixli 05 nömrəli maliyyə arayışına əsasən müəyən olunur ki, "xxxx" MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 106 kv.m qeyri-yaşayış sahəsi İddiaçı satılması və satışdan əldə olunan vəsaitin binanın cari təmirinə sərf olunması qərara alınmış və sonuncu sözügedən 106 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmiş, "xxxx" MİK-ə borcu yoxdur. Eyni zamanda, "xxxx" MİK-vin İdarə Heyətinin 7 oktyabr 2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışa və kooperativ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05 nömrəli maliyyə arayışına əsasən müəyyən olunur ki, "xxxx" MİK-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 39 ünvanında yaşayış binasının zirzəmisinin digər bir hissəsində yerləşən 36 kv.m qeyri-yaşayış sahəsi də İddiaçı satılması və satışdan əldə olunan vəsaitin binanın cari təmirinə sərf olunması qərara alınmış və sonuncu həmin 36 kv.m qeyri-yaşayış sahəsinin dəyərini də tam ödəmiş, "xxxx" MİK-ə borcu yoxdur. Konkret halda, işin mübahisələndirilən halları ondan ibarətdir ki, həm cavabdeh qeydiyyat orqanı, həm də onun üst orqanı üçüncü şəxs ƏMDK tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin - xx.xx.1965-ci il 5 nömrli Qərarına və xx.xx.1983-cü il 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə istinadən mübahisələndirilir ki, mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə, mədəni-məişət xidməti təyinatlı sahələrin inşası mənzil-tikinti kooperativlərinin vəsaiti hesabına maliyyələşdirilə bilməz. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balansına aid edilir. Bu baxımdan, istinad olunan normativ-hüquqi akta əsasən qeyd edilən kooperativ binadakı qeyri-yaşayış sahəsi dövlət əmlakıdır. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin qeyd olunan dəlilləri ilə aşağıdakılara görə razılaşmır. Birincisi, qeyd olunmalıdır ki, iddia olunan qeyri-yaşayış sahəsi binanın ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti təyinatlı sahələri çoxmərtəbəli binanın birinci mərtəbəsində deyil, həmin binanın zirzəmsində yerləşir. İkincisi, cavabdeh tərəfi Azərbaycan SSR Nazirlər Sovetinin-xx.xx.1965-ci il 5 nömrli Qərarına və xx.xx.1983-cü il 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə istinadən iddia olunan binanın zirzəmsində yerləşən qeyri-yaşayış sahəsinin, dövlət tərəfindən maliyyələşdirildiyini bildirilsə də, bunu təsdiq edə bilən sübutlar məhkəməyə təqdim olunmamış, hazırkı məhkəmə iclasında iştirak edən üçüncü şəxs ƏMDX-nin nümayəndəsinin məhkəmənin müvafiq suallarını cavablandırarkən qeyd etmişdir ki, həmin zirzəminin dövlət tərəfindən maliyyəşdirildiyini təsdiq edə bilən ödəniş sənədə Xidmətdə mövcud deyil və ötən 58 il ərzində həmin zirzəminin dövlət əmlakı kimi Dövlət Registərinə daxil edilməsi barədə hər hansı bir müraciət daxil olmamışdır. İş materiallarından görünən odur ki, ƏMDX məhkəməyə təqdim edilmiş «sorğunun cavablandırılması barədə» yuxarıda qeyd olunan 23 dekabr 2024-cü il tarixli məktubunda məhkəməyə rəsmi şəkildə bildirmişdir ki, hazırkı iddianın predmeti olan əmlakın (qeyriyaşayış sahəsinin) Registrdə qeydə alınması üçün aidiyyəti dövlət qurumunun müraciəti daxil olmadığından həmin əmlak barəsində Registrdə qeydiyyat mövcud deyildir. Bundan əlavə, iş materiallarından görünür ki, ƏMDX tərəfindən iddiaçının müvafiq müraciətinə 15 noyabr 2016-cı il **********40 nömrəli cavab məktubu ilə də bildirmişdir ki, qeyd edilən ünvanda yerləşən bina dövlət əmlakının Registrində qeydiyyata alınmamışdır. Üçüncü şəxs "xxxx" MİK isə məhkəmənin müvafiq sorğusuna ünvanlanmış yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixlə cavab məktubunda məhkəməyə bildirmişdir ki, Peyk MİK-ın İdarə Heyəti mübahisəli ünvanda yerləşən 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya ayrılmasına dair xx.xx.2020-ci il tarixli iclas protokol qərarı qüvvədədir və həmin sahələrin pay haqqı iddiaçı tərəfindən tam ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Zirzəmi - çoxmərtəbəli binanın ticarət ictimai iaşə və mədəni məişət xidməti müəsisəsinin yerləşdiriləcəyi və ictimai təyinatlı yer sayılmadığından həmin sahə dövlət əmlakı olmamış, həmin bina onun sakinlərinin vəsaiti hesabına tikilmişdir. Bundan əlavə, iş materiallarına əsasən müəyyən olunur ki, əvvəllər 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-2242/2017 nömrəli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən "xxxx" MİKnin binasının zirzəmsində 80 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququna dair reyestrdən mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş və sonuncu isə həmin qərardan apellyasiya şikayəti verməmiş, qərarı icra edərək iddiaçıya xx.xx.2017-ci il tarixdə 80,5 kv.m qeyri-yaşayış sahəisən mülkiyyət hüququnua dair reyestrdən ******* nömrəli çıxarış verilmişdir. Bundan başqa, işədən görünür ki, cavabdeh orqan tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 3A ünvanında yerləşən başqa bir binada da hazırkı iddiaçıya 73.3 kv.m qeyri-yaşayış sahəsiniə dair də iddiaçının adına qeydiyyata alınaraq ona mülkiyyət hüququna dair xx.xx.2017-ci il taridə ******* nömrəli çıxarış verilmişdir. Göründüuyü kimi, cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçıya - birinci halda, birinci instansiya məhkəməsinin qərarı əsasında (yəni, apellyasiya qaydasında mübahisələndirmədən) həmin binada (Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39) 80,5 kv.m qeyri-yaşayş sahəsinə dair, ikinci halda isə cavabdehin özü tərəfindən məhkəmə mübahisəsi olmadan, həmin prospektdə 3A saylı başqa bir binada ona 73,3 kv.m - qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarış verilmişdir. Bununla da cavabdeh qeydiyyat orqanı eyni hal üzrə iddiaçıya münasibətdə əvvəlki praktikasına uyğun hərəkət etməmiş, «İnzibati icraat haqqında» Qanunun 12.2 və 13.1- 13.2-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki, həmin Qanunun sözügedən 12.1-ci maddəsinin tələbinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən isə inzibati orqanların inzibati praktikaına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqlaraın tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktikailə dəyişdirilə bilər. Yəni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli binanın zirzəmisində yerləşən 106 kv.m və 36.kv.m qeyri-yaşayış sahələrinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasından imtina olunması onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarına uyğun olmayan qərar qəbul etmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşıdlmadımadığını, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edidiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı və iddiaçının “Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında "xxxx" MTK-nın binasında zirzəmisində yerləşən iddiaçıya məxsus 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınıb, ona reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı -“Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında "xxxx" MTK-nın binasının zirzəmisində yerləşən iddiaçıya məxsus 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınıb, ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar