Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3522/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X12) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X12) “sərəncamın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1350/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2013-cü il) əsasən Bakı şəhəri Səbail rayonu, X17 küçəsi, ev 9, mənzil 4 İddiaçı xüsusi mülkiyyətindədir.
2. Bakı şəhəri Cavabdeh 126 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Cavabdeh nəzdində X14 İdarələrarası Komissiyanın M-153-091 saylı 12 09 2017-cı il tarixli rəyi təsdiq edilmişdir. Səbail rayonu, Qurban Abbasov küçəsi 9, mənzil 6 ünvanında yerləşən vətəndaş X8 mülkiyyətində olan ümumi sahəsi 215,7 kv.m olan mənzil qeyriyaşayış sahəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12 2009cu ıl tarixli 200 saylı qərarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə vətəndaş X9 bildiriş verilmişdir.Keçirilmiş sahədən istifadə edərkən yanğın təhlükəsizliyi, sanıtar-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunması vətəndaş X9 tapşırılmışdır.
3. Bakı şəhəri Cavabdeh nəzdində X14 İdarələrarası Komissiyasının M-153-091 saylı xx.xx.2017-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən vətəndaş X8 mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzil qeyri-yaşayış sahəsinə keçirilmişdir.
4. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında yaşayan vətəndaş İddiaçı yaşadığı binanınzirzəmisində qanunsuz olaraq aparılan qazıntı və yenidənqurma işlərinin nəticəsində həmin binanın dayanıqlığı üçün təhlükəli vəziyyətin yaranması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciəti Səbail rayon MKTB tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Q.Abbasov küçəsi 9 saylı yaşayış binasının zirzəmisində iki ay öncə Faiq adlı şəxs tərəfindən təmir işləri aparan zaman binanın bünövrəsini qazmışdır. Həmin vaxt görülmüş tədbirlər nəticəsində aparılan qeyri-qanuni təmir işləri dayandırılmış binanın bünövrəsində bərkitmə işləri aparılmışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylıBakı Ərazi İdarəsinin 3-21-3-30/2-16074/2023 **********74 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 9, 6 saylı mənzil X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən ünvanda qeydiyyatdan keçmiş qeyri-yaşayış sahələri aşkar edilməmişdir. Sənədlərin surəti məhkəmə sorğusu əsasında təqdim oluna bilər.
6. Bakı şəhəri Cavabdeh 2 nömrəli sahə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış 1-356 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Cavabdehnə daxil olan 2/10-B-10/2-149 nömrəli, xx.xx.2022cu il tarixli məktub aidiyyəti üzrə Cavabdeh başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baxılmışdır. Səbail Rayon 46 saylı Mənzil Kommunal İstismar sahəsindən aldığı məktuba əsasən Q.Abbasov küçəsi ev 9, 4-cü mənzilin sakini İddiaçı yaşadığı mənzilin zirzəmisinə baxış keçirilmişdir. Qonşu tərəfindən zirzəminin bünövrəsində qeyri-qanuni qazıntı işləri aparılan zaman həmin ünvanda çatlar əmələ gəlmiş, bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi zirzəmi problemi ilə əlaqdar olaraq isə iki qonşu arasında mülki mübahisəyə səbəb olduğundan məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********62 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdirki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 9 dövlət mülkiyyətində olduğundan özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmək məqsədəmüvafiqdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********69 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 9 saylı evin 4-cü mənzilin altında yerləşən zirzəminin X8 və ya digər şəxsin adına özəlləşdirilibözəlləşdirilməməsi barədə ətraflı məlumat verilməsi, əgər həmin zirzəmi özəlləşdirilmişsə, həmin zirzəminin hərraca çıxarılmasına, özəlləşdirilməsinə və ya satılmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin sorğunu təqdim edən şəxsə verilməsi barədə 4 oktyabr 2022-ci il tarixli 2(009)-1937/2022 nömrəli sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 9 nömrəli evin 4-cü mənzilin altında yerləşən zirzəmi X8 və ya digər şəxsin adına qeydiyyatdan keçməsi və özəlləşdirilməsi ilə bağlı hər-hansı məlumat aşkar edilməmişdir.
9. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-19/2- 2/10-1102/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Cavabdeh başçısının 126 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 29206/2023 **********06 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 9, 4 saylı mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-16074/2023 **********74 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 9, 6 saylı mənzil X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən ünvanda qeydiyyatdan keçmiş qeyri-yaşayış sahələri aşkar edilməmişdir. Sənədlərin surəti məhkəmə sorğusu əsasında təqdim oluna bilər.
12. Sabunçu rayon Sukanal İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı tərəfindən "Azersu” ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə əsasən Neftçi Qurban küçəsi, ev9 ünvanında yerləşən mülkiyyətçisi olduğu 4 saylı mənzilin altındakı zirzəmidə yərləşən su və kanalizasiya xətlərinə, o cümlədən suyun axıntısına baxış keçirmək mümkün olmamışdır. Belə ki, zirzəmidə yerləşən su ve kanalizasiya xətləri ümumi dəhlizin altından keçərək mənzilə bitişik əlavə tikilmiş anbarda yerləşir. Su və kanalizasiya xətlərinin hazırkı vəziyyətinə, çəkiliş istiqamətinə baxış keçirmək cəhdi uğursuz olmuşdur. Buna səbəb zirzəminin giriş qapısının məhdudlaşdırılması və anbardakı xətlərin məişət əşyaları və torpaqla dolu kisələrlə bağlı olduğu olmuşdur. Baxışın olmaması və girişin məhdudlaşdırılmasını əks etdirən fotoşəkilləri təqdim edilmişdir.
13. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-358/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə X12 barədə Cavabdeh arxiv fondu üzrə xx.xx.2017-ci il tarixli 126 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri təqdim edilmişdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylıBakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 8643/2023 **********43 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 9, mənzil 6 ünvanına dair arxiv qovluğundasaxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
15. X5 və X12 arasında bağlanılmış AN-İ seriyalı, ******* saylı, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 9, mənzil 6 X1.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
16. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli “Cavabdeh nəzdində X14 İdarələrarası Komissiyanın” xx.xx.2017-ci il tarixli, M- 153-091 saylı rəyinin təsdiq edilməsi və vətəndaş X8 mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Cavabdeh başçısının 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli “Cavabdeh nəzdində X14 İdarələrarası Komissiyanın” xx.xx.2017-ci il tarixli, M-153-091 saylı rəyinin təsdiq edilməsi və vətəndaş X8 mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 9 ünvanında yerləşən 4 saylı mənzil mərhum atası İ qrup X15 əlili olduğu üçün ona Prezident tərəfindən bağışlanmışdır. Atası uzun müddət müharibənin fəsadlarından əziyyət çəkdiyi üçün göstərilən mənzildən köçərək doğulduğu şəhərə Naxçıvana müalicə olunmaq üçün getmiş və orada da vəfat etmişdir. Atası hələ sağlığında sözügedən mənzili ona bağışlamışdır. Həmin ünvanda ona və qonşulara məxsus mənzilin altında su və kanalizasiya xətləri keçən zirzəmi olmuşdur. Qeyd olunan zirzəmidən isə onlar istifadə edərək eyni zamanda ora öz inventarlarını yığırdılar. Belə ki, qonşuluqda yerləşən ofis sahibi X6 sızıntısı bəhanəsi ilə zirzəmiyə daxil olmuş və zirzəmidə qeyri-qanuni qazıntı və söküntü işləri aparmış, kanalizasiya xətlərinin yerini dəyişmiş, özünə məxsus ofisdən zirzəmiyə özbaşına qapı açmış, zirzəmiyə girişi süni olaraq məhdudlaşdırmışdır. Bununla bağlı dəfələrlə hüquqmühafizə və dövlət orqanlarına müraciət edərək hansı əsasla və hansı sərəncam əsasında göstərilən işlərin həyata keçirilməsi ilə maraqlanmışdır. Müraciətlərinə şifahi qaydada bildirilmişdir ki, ona və qonşulara məxsus zirzəmi Cavabdeh müvafiq sərəncamı əsasında həmin zirzəmi X9 verilmişdir. Qeyd olunan sərəncamının təqdim olunması ilə bağlı Cavabdehnə və Dövlət Arxivinin Bakı Filialına müraciət olunmuş, Dövlət Arxivinin Bakı Filialının 14 mart 2023-cü il tarixli, 3-48-2F/2-01716/2023 saylı məktubu ilə 18 sentyabr 2017-ci il tarixli, 126 saylı sərəncam və sərəncamın verilməsinə əsas olmuş sənədlərtəqdim olunmuşdur. Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli Sərəncamla "Cavabdeh nəzdində X14 İdarələrarası Komissiyanın" xx.xx.2017-ci il tarixli, M- 153-091 saylı rəyinin təsdiq edilməsi və ünvan 7 ünvanda yerləşən və vətəndaş X8 mülkiyyətində olanümumi sahəsi 215.7 kv.m olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Lakin sözügedən sərəncam “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinin tələblərini pozmaqla qəbul olunmuşdur. Həmin maddəyə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Lakin sərəncam qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh başçısı tərəfindən verilmiş 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli X2 məxsus ofisdən zirzəmiyə sərbəst giriş- çıxışın olduğu göstərilmiş, lakin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS-in məktubuna əlavə edilmiş binanın 1-ci mərtəbəsinin plansxernindən görünür ki, ofisə qapı mövcud deyildir. Sərəncama əlavə edilmiş plan sxemdə isə qanunsuz olaraq ofisdən zirzəmiyə 3 qapının olduğu göstərilmişdir. Bundan əlavə, mənzilə yerində baxış zamanı məlum olmuşdur ki, evin bünövrəsi ilə 15 saylı Uşaq Poliklinikası arasındakı 2 metrlik torpaq sahəsi qazılıb götürülmüş və həmin sahədən qapı açılmışdır. Beləliklə, sərəncam nəinki onun, həmçinin digər üçüncü şəxslərin qanunla qorunan mənafelərinə toxunmuşdur. Bununla da həm “İnzibati icraat haqqında” Qanunun 61.2, 61.3 və 61.4-cü maddələrinin tələbləri, həmçinin Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında" Qanunun 61.2, 61.3 və 61.4-cü maddələrinin müvafiq olaraq tələblərinə əsasən yazılı inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Lakin sözügedən sərəncama əlavə edilmiş eskiz planın məzmunu real olmayan,uydurma olaraq ofisdən zirzəmiyə 3 qapının olduğu göstərilmişdir. Bundan əlavə, Sərəncama əlavə edilmiş plan-sxemə əsasən binanın 2-ci mərtəbəsinin eskizində açıq- aşkar saxtakarlıq olmuşdur. Belə ki, ona məxsus mənzilin anbarı və onun arxası, ona və qonşuya məxsus otağın və mətbəxlərin sahəsi ofisin sahəsinə əlavə edilmişdir. Həmçinin qanunsuz olaraq 2-ci mərtəbədə ofisdən əlavə 2 qapı çəkilib göstərilmişdir.Halbuki 2-ci mərtəbədə ofisin üstündə və zirzəminin üstündə ona və qonşuya məxsus yataq otaqları, mətbəxlər və qonaq otaqları, sanitar qovşağı və ümumi dəhliz yerləşir. Sərəncam qəbul edilərkən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1, 20.2 və 20.3-cii maddələrinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən Cavabdehnə müraciət olunaraq Bakı şəhəri Cavabdeh başçısının 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli Cavabdeh nəzdində X14 İdarələrarası Komissiyanın xx.xx.2017-ci il tarixli, M-153-091 saylı rəyinin təsdiq edilməsi və vətəndaş X8 mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edərək nəticəsi barədə ona məlumat verilməsi xahiş olunmuşdur. Lakin bu günə qədər müraciətinə nə müsbət, nə də ki, mənfi cavab verilmişdir.
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1350/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsi mümkün sayılmamışdır.
21. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1350/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərardadının ləğv edilərək işə mahiyyət üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən sərəncam "İnzibati icraat haqqında" Qanunun 58.1-ci maddəsinin tələblərini pozmaqla qəbul olunmuşdur. Həmin maddəyə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Lakin sərəncam qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbləri pozulmuşdur.
23. Belə ki, Cavabdeh başçısı tərəfindən verilmiş 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli X2 məxsus ofisdən zirzəmiyə sərbəst giriş-çıxışın olduğu göstərilmiş, lakin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS-in məktubuna əlavə edilmiş binanın 1-ci mərtəbəsinin plan-sxemindən görünür ki, ofisə qapı mövcud deyildir. Sərəncama əlavə edilmiş plan sxemdə isə qanunsuz olaraq ofisdən zirzəmiyə 3 qapının olduğu göstərilmişdir. Bundan əlavə, mənzilə yerində baxış zamanı məlum olmuşdur ki, evin bünövrəsi ilə 15 saylı Uşaq Poliklinikası arasındakı 2 metrlik torpaq sahəsi qazılıb götürülmüş və həmin sahədən qapı açılmışdır. Beləliklə, sərəncam nəinki onun, həmçinin digər üçüncü şəxslərin qanunla qorunan mənafelərinə toxunmuşdur. Bununla da həm "İnzibati icraat haqqında" Qanunun 61.2, 61.3 və 61.4-cü maddələrinin tələbləri, həmçinin Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin tələbləri pozulmuşdur. Sözügedən sərəncama əlavə edilmiş eskiz planın məzmunu real olmayan, uydurma olaraq ofisdən zirzəmiyə 3 qapının olduğu göstərilmişdir. Bundan əlavə, Sərəncama əlavə edilmiş plansxemə əsasən binanın 2-ci mərtəbəsinin eskizində açıq-aşkar saxtakarlıq olmuşdur. Belə ki, ona məxsus mənzilin anbarı və onun arxası, ona və qonşuya məxsus otağın və mətbəxlərin sahəsi ofisin sahəsinə əlavə edilmişdir. Həmçinin qanunsuz olaraq 2-ci mərtəbədə ofisdən əlavə 2 qapı çəkilib göstərilmişdir. Halbuki 2-ci mərtəbədə ofisin üstündə və zirzəminin üstündə ona və qonşuya məxsus yataq otaqları, mətbəxlər və qonaq otaqları, sanitar qovşağı və ümumi dəhliz yerləşir. Sərəncam qəbul edilərkən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1, 20.2 və 20.3-cü maddələrinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
25. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyət üzrə baxılması üçün qaytarılması barədə qərardad edilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin 19 oktyabr tarixində Cavabdeh başçısı Vüqar Zeynalovun qəbulunda olmuş, həmin vaxt ona hazırda mübahisələndirilən 2017-ci il tarixli sərəncam barədə məlumat verilmişdir. Daha sonra üçüncü şəxs tərəfindən mənzildə qazıntı işləri aparılmağa başlanılmış, evin təhlükəli vəziyyətdə olması səbəbindən və həmin sərəncamın onun hüquqlarını pozduğu üçün üçüncü şəxslə əlaqə saxlamış, lakin üçüncü şəxs sərəncamı ona təqdim etməmişdir. Bu barədə İcra Hakimiyyəti və mənzil kommunal təsərrüfat idarəsinə müraciət etmiş, qazıntı işlərinin qeyri-qanuni aparılmasını həmin idarələr də təsdiqləmişlər və ona bildirmişlər ki, həmin sərəncam üçüncü şəxsə qazıntı işləri aparılması barədə hüquq vermir. Daha sonra sənədlərini toplamış, həmin vaxt digər sənədlərlə birgə mənzilin planı da ona təqdim edilmişdir və o, Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, 2019-cu ildə polis idarəsinə üçüncü şəxsin hərəkətləri ilə bağlı müraciət edərkən, üçüncü şəxs polis idarəsində yazdığı izahatında da Cavabdeh başçısının 2017-ci il tarixli sərəncamının olması barədə məlumat vermişdir və o, həmin sərəncam barədə ilk dəfə 2019-cu ildə məlumat almışdır. O, həmin sərəncamın ona təqdim edilməsi barədə 2019-cu il tarixdə polisdən xahiş etdikdə, ona bildirmişlər ki, həmin sərəncamı o, məhkəməyə müraciət etməklə və vəkil vasitəsi ilə əldə edə bilər.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə
Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Maddə 24.4. Fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır:
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
32. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
33. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir.
34. Nəzərə almaq lazımdır ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
35. Həmçinin qeyd edilməlidir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
36. İddiaçı hüquqi maragı Bakı şəhəri Cavabdeh başçısının 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli sərəncamının ləğvinə yönəlmişdir. Odur ki, məhkəmə kollegiyası inzibati orqanın 7 il əvvəl qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi imkanına qiymət verir.
37. İddiaçı Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçıya buraxılmış müddətin üzürlü səbəbləri barədə məlumat verməklə bubarədə əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində mübahisələndirilən sərəncam barəsində məlumatı və xəbəri olmamasını əsas gətirərək məhkəmə iclasında verdiyi izahatını təkzib etmiş, iddianın mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir.
38. İddiaçı mübahisələndirilən sərəncamın mövcudluğu barədəilk dəfə 2019-cu il tarixdə məlumatı olmasını, həmin sərəncamın təqdim edilməməsi halında məhkəməyə müraciət hüququnun ona izah edilməsini, daha sonra, xx.xx.2021-ci ildə Cavabdehndə olarkən ona yenidən sərəncamın mövcudluğunun bildirilməsini məhkəməyə xx.xx.2024-cü il tarixdə verdiyi izahatında ətraflı və təfsilatı ilə qeyd etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, inzibati aktdan həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür.
40. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, “mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər.”
42. Beləliklə də hazırki iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1350/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: İkram Şirinov Pərviz Hüseynov