Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3526/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-628/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 sentyabr 2021-ci il tarixli 216326-01104 saylı məktubunun qanunsuz hesab edib, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci ilədək fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 26.1, 27.1, 29.1 maddələrinə, Qaydaların 5.1, 5.2, 5.3 bəndlərinə və illik inflyasiyalar nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidentinin illik indeksləşdirmə əmsallarına müvafiq indeksləşdirərək, ona pensiya təyin edildiyi tarixdən, yəni 17 noyabr 2013-cü ildən xx.xx.2020-ci ilədək olan dövrlərdə yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi və həmin dövrlərdə əskik ödənilmiş məbləği maddi ziyan kimi qəbul edib, illər üzrə infilyasiyanı nəzərə alaraq indeksləşdirib ödənilməsinin cavabdehə həvalə edilməsi və dəymiş maddi və mənəvi ziyana görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun maddələrinə müvafiq cavabdehin 10.000 (on min) manat təzminat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2013-cü ildə güzəştli şərtlərlə pensiya təyin edilərkən xx.xx.2006-ci ildən xx.xx.2013cü illərədək yığılmış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə müvafiq indeksləşdirib pensiyanı yenidən hesablayıb ödənilməsini və xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək işlədiyi dövrdə yığılmış pensiya kapitalının iddia ərizəsində göstərdiyi qaydada “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərinə müvafiq indeksləşdirib 37.3.1-ci maddəsini tətbiq edib pensiyanın yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş, iddia tələbi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 17 noyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci ildə 6 ildən çox işlədiyi üçün cavabdehə ünvanladığı ərizəsinə lazım olan sənədləri, o cümlədən fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı barədə sosial arayışı əlavə edərək “Əmək pensiyaları haqqında” Qanunun 26.1, 27.1, 29.1 və 37.3.1-ci maddələrinin tələblərinə müvafiq yenidən hesablamağı xahiş etmişdir. Həmin ilin dekabr ayında pensiyasını 94.22 manat artırmışlar. 29 dekabr 2020-ci ildə pensiyasının düzgün hesablanmaması barədə yenidən müraciət etmiş, 4 aydan sonra ərizəsinə cavab verilərək pensiyanın düzgün hesablandığı bildirilmişdir. 2021-ci ilin mart ayının 3-də 17 noyabr 2013-cü ildə iddiaçıya pensiya təyin edilərkən həmin dövrədək və pensiyaya çıxıldıqdan sonra yığılmış pensiya kapitalının Qanunun 26.1, 27., 29.1 -ci maddələrinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.1, 5.2 və 5.3-cü bəndlərinin şərtlərinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik inflyasiya artım tempinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin hər il verdiyi qərarlara əsasən indeksləşmə əmsallarına müvafiq özü hesablayıb, hesablama apardığı cədvəlləri ərizəsinə əlavə edib təkrar müraciət etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini bilərəkdən kobud şəkildə pozaraq dəfələrlə müraciət etdiyi ərizələrə (30 iyul və 12 avust 2021-ci il tarixli ərizəsi istisna olmaqla) 4 aydan çox müddətə “bir daha” sözünü təkrarlayaraq iddiaçıya eyni məzmunlu məktublar göndərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı daha əvvəl ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********4 nömrəli iddiaçıya ünvanlanmış güzəştli şərtlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında cavab məktubu ilə hal-hazırki pensiyasının hesablanma qaydasına izah vermişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər — 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən İddiaçı xx.xx.2020- ci il tarixli ərizəsinə əsasən İddiaçı vaxtilə pensiya təyin edildikdən sonra qazandığı 8196,89 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45ci maddəsinin ikinci cümləsinin tələblərinə uyqun qaydada əmək pensiyası (8196,89:87 ay (65 yaş-63 yaş 9 ay=15 ay+144 ay-72 ay)=94,22 manat) yenidən hesablanaraq 268,08 manatdan 362,30 manata artırılmışdır. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2021-ci il tarixindən etibarən 403,60 manat müəyyən edilmişdir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 403,60 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Həmçinin, iddiaçı iddia ərizəsində “əksik ödənilmiş məbləği maddi ziyan kimi qəbul edib, illər üzrə infilyasiyanı nəzərə alaraq indeksləşdirilib ödənilməsini, eyni zamanda 10000 manat təzminat ödənilməsi”ni məhkəmədən xahiş etmişdir. Bununla bağlı iddiaçı inzibati orqana müraciət edərək ancaq “güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması”nı xahiş etmişdir. Buna görə da iddia tələbi o hissədə mümkünsüz sayılmalıdır. Yuxarıda qeyd edilənləri və İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-628/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə işə baxıldığı göstərilmişdir, onun iddia tələbi isə xx.xx.2006-cı ildən xx.xx.2020-ci ilədək fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının indeksləşdirilməsi olmuşdur, işə aidiyyəti üzrə baxılmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi bölməsində Qərarın 10/11 vərəqində iş üzrə alınmış məhkəməmühasibatlıq ekspertizasının rəyi olduğu göstərilmişdir. Həmin məhkəmə-mühasibatlıq ekspertizası rəyinin 4-cü Qərarın 11/11 vərəqinin 2-ci abzasında-Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırki iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edildiyini 3-cü abzasında xüsusi biliyə məxsus olan ekspertdə cavabdehin hərəkətlərində hüquq pozuntusuna yol verilməməsini təsdiq etdiyini göstərmişdir. 3-cü abzas –Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilmədiyini göstərilmişdir. Bununla da hakim işə qərəzli şəkildə birtərəfli yanaşaraq, yalan mülahizələrə qanunsuz sübutlara əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Cavabdehin nümayəndəsi Ramil Allahverdiyev pensiya işinə baxış keçirərək əlavə olaraq qeyd etdi ki, iddiaçı 2006-cı ilə kimi 27 il 4 ay 1 gün ümumi stajı əsas götürülməklə 17 noyabr 2013-cü ildən 57 yaşdan pensiyaya çıxıb. 27 il 4 ay 1 gün il ilə ifadədə 27.34 olur, bunu 170-ə vurub, 144-ə bölüb indeksasiyaya uyğun olaraq 2013-cü ilədək 57.66 olub, bu vətəndaşın sığorta hissəsidi. Faizləri Nazirliyin səhifəsindən götürürlər, 2013-cü ildə təyinat olduğu tarixə 57.66 olmuşdur. 100 manat da baza hissəsini əlavə edəndə 157.66 olur. Vətəndaşın 2006-cı ildən 2013-cü ilə kimi yığılan kapitalı var ki, onu sistem vasitəsilə götürürlər. Sistemdə avtomatik indeksləşmə həyata keçirilir, sistemə əsasən sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı-PSK 2006-cı ildən 2013-cü ilin noyabrına kimi (noyabr xaric olmaqla) 7645.50 göstərilir. Həmin məbləğ 144-ə bölünərək alınan sığorta hissəsi 53.09 manatdır. 2013-cü ildə vətəndaş 183.74 manat pensiya almalı idi. Həmin ildən indeksasiya davam edir. 183.74 ilkin təyin edilmiş məbləğdir. xx.xx.2020-ci il tarixində iddiaçı 6 ildən çox işlədiyi üçün pensiyasının yenidən hesablanması məqsədilə müraciət edib. Əmək Pensiyaları haqqında Qanunun 45-ci maddəsinə əsasən həmin dövrün yaşından (65 yaş) vətəndaşın yaşı (63 yaş 9 ay) çıxılır. Nəticədə 15 ay gözlənilən pensiya ödənişi müddətinin üstünə əlavə edilərək 72 ay da çıxarılır. (15 ay +144 ay-72 ay) Nəticədə 87 olur. Kapital 87-ə bölünərək 131.37 pensiya məbləğinin üzərinə gəlinir. 131.37 2023-cü ilə verilən məbləğdir. 131.37 yenidən 2020-yə qayıdaraq 99.43 manat hesablanır. 99.43manat 268.67 manat ilə cəmlənərək, ümumilikdə vətəndaşa 368.10 ödənməlidir. Və 2020-dən bəri indeksasiya olmaqla 19.11 manat maddi yardım əlavə olunmaqla bugün 505.45 manat pensiya alır. Bu sistemə əllə müdaxilə mümkün deyildir. İnflyasiya faizlərini Nazirliyin bazasından götürürük. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyası: -Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 10.2. yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixdən yenidən hesablanır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. (29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş)
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat hissəsində göstərilənləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-45482/23 saylı məktubunda İddiaçı əmək pensiyasının hesablanması haqqında məlumat nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası 01 01 2021-ci il tarixində 403,60 (11,4 %) manat. xx.xx.2022-ci il tarixindən isə 417.32 (3.4%) manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyasının düzgün hesablanmadığını əsas gətirərək Mərkəzi Filiala müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2022-ci il tarixində 424,01 manat məbləğində hesablanmalı olduğu halda 417,32 manat hesablandığı və nəticədə xx.xx.2020- 01 11 2021 tarixləri arasındakı dövr ərzində ona 167,74 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir Həmin əskik ödənilmiş pensiya məbləği "Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32 1-1 ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürüləcəyi müəyyən edilir. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, xüsusi biliyə məxsus olan ekspert də cavabdehin hərəkətlərində hüquq pozuntusuna yol verilməməsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi bu əsaslarda iddianı təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, İddiaçı iddia ərizəsində 17 noyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini, 05.08 2020-ci il tarixində 6 ildən çox işlədiyi üçün pensiyasının yenidən hesablanması məqsədilə inzibati orqana müraciət etdiyini, amma pensiyasının düzgün hesablanmadığını iddia etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********4 nömrəli iddiaçıya ünvanlanmış güzəştli şərtlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında cavab məktubuyla iddiaçıya hal-hazırkı pensiyasının hesablanma qaydasına izah vermişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1 0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar uzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1 0.2-ci maddəsində isə qeyd olunur kı, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş,hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları nın 5 3-cu bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Qeyd olunanlara əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən İddiaçı vaxtilə pensiya təyin edildikdən sonra qazandığı 8196,89 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyası (8196,89:87 ay (65 yaş-63 yaş 9 ay=15 ay+144 ay-72 ay)=94,22 manat) yenidən hesablanaraq 268,08 manatdan 362,30 manata artırılmışdır. Bundan başqa “Əmək pensiyaları haqqında" Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasıl xx.xx.2021-ci il tarixindən etibarən 403,60 manat müəyyən edilmişdir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 505,45 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi verdiyi izahatında da qeyd etmişdir ki, əmək pensiyasının indeksləşdirilməsi sistem vasitəsilə həyata keçirilir və həmin sistemə əl ilə kənar müdaxilə edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı tərəfindən təqdim edilən hesablamalarda mövcud olan inflyasiya faizləri düzgün qeyd edilməmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-628/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov