Məhkəmə qərarları › İş №2-1(103)-3528/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3528/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3528/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı “hərəkətsizliyə və prosessual pozuntulara son qoyulması, qərarların icra edilməsi və s tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinə son qoyulması, 400C21 saylı cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-116/2021 və 6(005)6/2022 nömrəli qərarlarının icra edilməsi, cinayət işinin məhkəməyə göndərilməsi öhdəliyinin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh 400C21 nömrəli cinayət iş üzrə iddiaçının şikayətlərinə səthi və formal yanaşmış, şablon qərarlar qəbul etmiş, yeni açılmış hallar üzrə heç bir əlavə araşdırma aparmamış, Nərimnov Rayon Məhkəməsinin 6(005)-6/2022 nömrəli qərarları icra etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci madddəsinin tələbləri baxımından mümkün sayılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanlarıncinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İddia ərizəsinə və ona əlavə edilmiş əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh prokurorluğun 400C21 nömrəli cinayət işi üzrə və məhkəmə nəzarəti qaydasında baxılan iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-116/2021 və 6(005)6/2022 nömrəli qərarının icra edilməsi ilə bağlı olan hərəkətsizliiyi mübahhisələndirilir. İPM-in 2.1-ci maddəsinin tələbinin mənasından isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Məcəllənin qeyd olunan norması baxımından, iddiaçının Cavabdeh və onun vəzifəli şəxslərinə qarşı, onların cinayət prosesual fəaliyyət dairəsinə aid məsələləri mübahisələndirən hazırkı iddia tələbinin inzibati məhkəmə icraatının mümkünlüyü istisna edilir. Beləliklə də, hazırkı iddianın inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtləri mövcud olmadığından, İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia kimi qiymətləndirilməsi mükün deyil. İPM-in 35.3-cü maddəsinin tələbinə əsasən isə m iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Eyni zamanda, iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin qərardadından da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə, iddianın mümkün sayılmaması barədə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadını əsassız hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar