Məhkəmə qərarları › İş №2-1(103)-3528/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3528/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3528/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “qeydiyyatın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və X7 ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeydiyyatın ləğv edilməsi iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Qeyd olunan fərdi yaşayış evinin 3/60 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6583/2021 nömrəli qətnaməsi, 3/16 hissəsi üzərində mülkiyyət hüququ isə həmin məhkəmənin xx.xx.2010-cu il tarixli, 2(006)-1910/2010 nömrəli qərarı əsasında qeydiyyata alınmışdır. Hazırda müraciət olunan yarımzirzəmi sahəsi həmin qərarlarda öz əksini tapmamışdır. Bundan əlavə, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş İdarənin arxivində olan sənədlərdə iddiaçının iddia etdiyi yarımzirzəmi sahələrinə dair hər hansı bir hüquqmüəyyənedici sənədinin olması müəyyən edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov 184 saylı binanın “A” hissəsinin yarımzirzəmisinin 20 kv.m və 18 kv.m olan sahəsinə faktiki mülkiyyətçi kimi vicdanla, fasiləsiz, etirazsız istifadə etdiyini nəzərə alaraq, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi və bunun əsasında həmin sahəyə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan binada ailə üzvləri ilə birlikdə 1989-cu ildən yaşayır. Bina 1928-ci ildə xüsusi mülkiyyət formasında 2 qardaş erməni tərəfindən tikilmişdir. Bina 2 bloklu olmaqla 3 mərtəbəlidir. Qeyd etmək istəyirki, bu binada yaşayan ermənilərin (onların hamısı qohum olmuşlar) binanın yarımzirzəmisinə mülkiyyət hüquqları müəyyən edilməmişdir. Onların mülkiyyət hüquqları yalnız mənzillərinə müəyyən edilmişdir. Bunu işə əlavə edilən (DƏDRX-dən alınan) çıxarışdan da, görmək olar. Bina fərdi yaşayış evidir. Digər tərəfdən, bu məlumat 1990-cı ilin yanvar ayında xx.xx.1990 və xx.xx.1990-cı il tarixində bu binada yaşayan ermənilər, eləcə də, Nəsimi rayon DİŞ-nin pasport bölməsinin işçiləri, 17 saylı MİS-nin əməkdaşı və digər şahidlərin iştirakı ilə tərtib edilmiş aktlar ilə də təsdiq edilir. 1989-cu ilin son aylarında həmin binadan "A" hissəsindən mənzil aldıqdan sonra o hissədəki yarımzirzəmidən 3 kiçik otaqları götürmüşdür. 1992-ci ildə həmin otaqlardan birinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə mülkiyyət hüququ əldə edərək İnventarlaşdırma Bürosunda (indiki DƏDRX) qeydiyyata aldırdım (qətnamə əlavə olunur). Qalan 2 kiçik otaqların rəsmiləşdirilməsi xidməti fəaliyyətinin gərginliyindən və səhlənkarlığı səbəbindən bu günə kimi baş tutmamışdır. Həmin sahədən bu günə kimi 34 il 3 aydır ki, faktiki mülkiyyətçi kimi fasiləsiz və etirazsız sahiblik və istifadə hüququndan istifadə edir. Onlardan biri 20 kv.m, digəri isə 18 kv.m-dir. Bu müddət ərzində həmin sahələr dəfələrlə tərəfindən təmir edilmişdir. Onların giriş və çıxışları birdir. Biri digəri ilə daxili qapı ilə ələqəlidir. Digər sahələr ilə heç bir əlaqələri yoxdur. Qaranlıq, işıq düşməyən sahələrdir. Eyni zamanda orada su və qaz təchizatı yoxdur. O, bu müddət ərzində qeyd edilən daşınmaz əmlaka vicdanla sahiblik etmişdir. Digər tərəfdən bu sahiblik gizli deyil, açıq surətdə, hər hansı bir şəxsdən asılı olmayaraq öz əmlakı kimi istifadə etmiş və bu əmlakla bağlı vəzifələri yerinə yetirmişdir. Bu müddət ərzində heç kimin hüquqlarını və qanuni mənafelərini pozmamışdır. 34 il 3 ay bütöv və fasiləsiz baş vermişdir. Bu müddət ərzində əldə etmək müddəti sahiblik və istifadə etmə xitam edilməmişdir. Sahiblik və istifadə etirazsız olmuşdur. Bu məsələ barəsində hüquq haqqında mübahisə yoxdur. Mətbuatda elan vermişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını nəzərdə tutur. Orda göstərilir ki, “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR-nın Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyü) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır". Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1786-cı maddəsində göstərilir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüquqi ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. İddia ərizəsində göstərilən ərazinin dövlət qeydiyyatına alınması məqsədi ilə ərizə və ona əlavə edilmiş sübutlarla DƏDRX-ın 1 saylı Bakı Ərazi idarəsinə xx.xx.2025-ci il tarixində mürciət etmişdir. Həmin İdarədən aldığı xx.xx.2025-ci il tarixli bildirişdən məlum oldu ki, bu İdarə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bu imtinada “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsaslanılmışdır. Lakin, bu Maddədə göstərilən 6 halın heç biri, bu məsələnin həlli ilə əlaqəli deyil. Bildiriş ərizəyə əlavə edilmişdir.

4. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 20 və 18 kv.m olan yarımzirzəmi sahəsi üzərində mülkiyyət hüququnun tanınması, bu əsasla onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, yaşadığı binada mülkiyyətçi olmasını nəzərə alaraq, 1989-cu il 28 dekabr tarixində orada yaşayan milliyyətcə erməni olan X1 aldığı 1 otaqlı mənzildə (xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arası) azyaşlı uşaqlarını, xx.xx.1986-cı il tarixdə anadan olan M.V.Babayan və xx.xx.1987ci il tarixdə anadan olmuş V.V.Babayanın Azərbaycan Respublikasının vətəndaşları olmadığını nəzərə alaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatlarını silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yarımzirzəmi sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli və ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, **********11 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Qeyd olunan fərdi yaşayış evinin 3/60 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6583/2021 nömrəli qətnaməsi, 3/16 hissəsi üzərində mülkiyyət hüququ isə həmin məhkəmənin xx.xx.2010-cu il tarixli, 2(006)- 1910/2010 nömrəli qərarı əsasında qeydiyyata alınmışdır. Lakin, hazırda müraciət olunan yarımzirzəmi sahəsi həmin qərarlarda öz əksini tapmamışdır. Fərdi yaşayış evinin ümumi paylı mülkiyyətdə olduğu nəzərə alınaraq iddiaçı tərəfindən mülkiyyətçilərə məxsus payların dəqiqləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim ediləcəyi təqdirdə iddia edilən sahələrə iddiaçının adına qeydiyyatın aparılması məsələsinə baxılacağı barədə məktub ünvanlanmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Hüquqi əhəmiyyətli faktların tanınması barədə ərizələrə baxılması isə inzibati məhkəmə icraatının predmeti deyildir. İddiaçı sözügedən ərizə ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etməlidir. Əlavə olaraq isə iddiaçının sözügedən yarımzirzəmi sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədi mövcud olmadığından, onun inzibati məhkəmə icraatı qaydasında belə bir tələb irəli sürməsi üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə iddiaçının ikinci tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçı sözügedən binada yerləşən, paylı mülkiyyətçilərdən biri olan X2 məxsus 1 otaqlı mənzili ondan aldığını iddia edərək sonuncunun mənzil sahəsi üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən silinməsini xahiş edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən həmin mənzil sahəsinin T.Şaxnazarovadan qanunvericiliklə müəyyən edilmiş qaydada alınmasını təsdiq edən hər hansı bir sənəd (notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və s.) mövcud deyildir. Belə olan təqdirdə, iddiaçının həmin tələbi irəli sürməsi üçün də, subyektiv hüququnun olması istisna edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, onun hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olması istisna edilməli və onun iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməməlidir.

8. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən sahələrin DƏDRX-də qeydiyyatı yoxdur.Bu binada yaşayan ermənilərin binanın yarımzirzəmisinə mülkiyyət hüquqları olmayıb. Bu barədə işdə olan xx.xx.1990 və xx.xx.1990-cı illərdə tərtib edilmiş aktlar işə əlavə edilir. Bu və ya digər səbəblərdən iş üzrə cavabdeh yoxdur. Problemin həlli üçün 2024-cü ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, işə xüsusi icraat qaydasında baxılmasını xahiş etmişdim. Xahiş rədd edildiyi üçün apellyasiya şikayəti verdim. B a k ıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadının 1-ci vərəqində kollegiya üzvləri qeyd etmişlər ki, - “Odur ki, Kərimov S almanMurad oğlunun hazırki tələbi iddia ərizəsi formasında, həmçinin iddiaya cavab verməli olan cavabdeh şəxs müəyyən edilməklə tərtib edilərək məhkəməyə təqdim edilməli və bundan sonra hazırki tələbə iddia icraatı qaydasında baxılmalıdır”. Həmin qərardadın 2-ci vərəqində qeyd edilir ki, -“Ərizəçinin bununla bağlı daşınmaz əmlakın dövlət qeydiyyatını aparan quruma müraciət etməsi işdən görünmür. Ona görə də ərizədə göstərilən məsələnin həlli ilə bağlı həmin orqana da müraciət etmək hüququ mövcuddur. Müraciətin təmin olunmadığı halda, inzibati oqanın hərəkəti, yaxud hərəkətsizliyindən inzibati məhkəmə icraatı qaydasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər” Həmin orqana 2024-2025-ci illər ərzində 4 dəfə müraciət etmiş və müxtəlif cavablar almışam. Onlar işə əlavə edilib. Rədd cavabı almışam. Bu cavablar Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı (əldə etmə müddəti barəsində MM-nin 179-cu maddəsi) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə əsaslandırılmışdır. Deməli, DƏDRX tərəfimdən onlar qarşısında qaldırdığım məsələ barəsində inzibati aktın qəbul edilməsindən imtina etməklə, mənim hüquqlarım və qanun ilə qorunan maraqlarım pozulmuş və bunun nəticəsində onlar barəsində Bakı İnzibati Məhkəməsində mübahisələndirmə haqqında iddia qaldırmışdım. Bununla da onlar bu işdə cavabdeh olmuşlar. Beləliklə, hakim A.A.Abdullayeva tərəfindən AR İPMnin 2.2.1-ci maddəsi düzgün tətbiq edilməyib. Tələbimin2-ci hissəsinə, yəni mənzilini alaraq həyat yoldaşımın adına rəsmiləşdirilməsini hakim A.A.Abdullayeva qəsdən, bilərəkdən təhrif edərək qərardadın 4-cü vərəqində guya erməni qadını T.Q.Şaxnazarova ilə mənim aramda alqı-satqı, müqavilə olmamasını özündən uyduraraq, bu səbəbdən T.Q.Şaxnazarovanın adını DƏDRX-dənsilinməsinin qeyrimümkünlüyünü qeyd edir. Daha doğrusu, bu tələbi irəli sürməyə mənim subyektiv hüququmun olmadığını göstərir. Onun bu əsassız mülahizəsi ilə əsa razılaşmaq olmaz. Belə ki, mənim iddia ərizəsindəki 2-ci tələbim T.Q.Şaxnazarova barəsində deyil. O, ona məxsusolan bir otağını (cəmi 17 kv.m) alqı-satqı yolu ilə notariat qaydasında satmışdır. Bu müqavilə işdə var. Tələb ondan ibarətdir ki, T.Q.Şaxnazarova xx.xx.1989-xx.xx.1989-cu il tarixlində bir həftə ərzində, yəni alqı-satqı zamanı adları qərardadda göstərilən 2 azyaşlı qız uşaqlarını (2-3 yaşlarında) satdığı mənzilə vərəsəlik şəhadətnaməsi ilə BTİ-də (indiki DƏDRX) qeydiyyatasaldırmışdır. Bu azərbaycanlıların əli olub. Həmin şəxslər burada yaşamır və Azərbaycan vətəndaşı deyillər. Hələ bilinmir sağdırlar və ya ölüblər. Bu erməni xislətidir. Fikirləşib ki, bəlkə qayıtdılar. Onda onlar harada yaşayacaqlar? Axı mənzil satılıb. A.A.Abdullayeva isəonları (erməniləri) müdafiə edir. Ermənilər niyə mənim və həyat yoldaşımın mənzilində qeydiyyatda olmalıdırlar? Mənim bu tələbi irəli sümək üçün subyektiv hüququm va AR MM-nin 225.1-ci maddəsindəgöstərilir ki, “Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, digər nikah kontraktında və onlar arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir”. Ailə Məcəlləsi. Maddə 31.1. Ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Ailə Məcəlləsi. Maddə 32.1. Nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsi. Maddə 33.1.Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlırazılığı əsasında həyata keçirilir. Qeyd etmək istəyirəm ki, A.A.Abdullayeva tələbimin bu hissəsinə də qeyri-obyektiv yanaşmış, heç bir araşdırma aparmamış, öz subyektiv fikirlərinə əsaslanmış, sübutlara və digər dəlillərə əhəmiyyət verməmiş və nəticədə qeyriqanuni qərardad qəbul etmişdir. Ümumiyyətlə, hakim bu prosesdə iddia ərizəsi ilə əlaqədar heç bir dinləmələrə şərait yaratmamışdır. İddiaçı kimi isə mənim çıxışıma qadağa qoydu X6 Məcəllənin heçbir maddəsinə (yalnız 35.1-ci maddəsi istisna olmaqla, onlar da düzgün tətbiq edilməyib) istinad edilməyib. Belə ki, bu hissədə göstərilənmaddələr üzrə hakim heç bir təşəbbüs göstərməmiş, araşdırmalar aparmamış, tələbin mahiyyətinə varmamış, tələbin əmələ gəlməsi səbəblərini, onun tarixini, bu problemin əmələ gəlməsinə aid olan keçmiş MM və MPM-nin analogiya baxımından öyrənilməsinə və araşdırılmasına əhəmiyyət verməmiş, inzibati orqana qarşı(DƏDRX) irəli sürdüyüm maddi hüquq normaları ilə maraqlanmamış, çəkişmə prinsipindən istifadə etməmiş, hazırlıq iclasını həyata keçirməmiş, hakimin mübahisə ilə bağlı işi müzakirə etmək vəzifəsini yerinə yetirməmiş, inzibati aktın qanuna zidd olduğunu və bunun nəticəsində mənim hüquqlarımın pozulmasının bərpa edilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Bütün bunlar olmadığına görə hakiim A.A.Abdullayevada müsbət daxili inamyarana bilməzdi. Daxili inamın yaranması ilə qərarların obyektiv və ədalətli olması üçün əsas şərtlərdən biridir. Halkim yalnız bir şeydüşünüb: bütün maddi və prosessual hüquq normalarını pozmaq, DƏDRX-nin mövqeyini, xahişini yerinə yetirərək, iddiaçını məhv etmək. Qərardad oxunan zamanbunların şahidi olacaqsınız. Hakim A.A.Abdullayeva maraqlanmadı ki, inzibatiorqan (DƏDRX) iddiaçının tələbini təmin etmədikdə, hansı hüquq normalarına istinad edib? Bə bunlara qarşı mən hansı hüquq normalarını irəli sürürəm! Ümumiyyətlə, xx.xx.2025-ci ildə məhkəmə prosesi olmadı, əsl komedixana oldu! Bildirmək istəyirəm ki, ərizəmdə göstərdiyim tələbə (xahişə) sübutlar əsasında qanuni, obyektiv qətnamə qəbul edilməsi üçün AR Mülki Məcəlləsinin 178.6, 179 (1,2, 3 hissələri), 7-c i maddə (1, 2, 3-cü hissələri), “Normativ hüquqi aktlar haqqında” Qanunun 87-ci maddəsinin (1, 2, 3-cü hissələri) AR Konstitusiyasının 149-cu maddəsinin Vİİhissəsindən, MM-nin 178, 179, və 7-ci maddələrinə aid olan elmi- praktik kommentariyadan irəli gələn mahiyyəti üzrə olan bu və ya digər xüsusatlar, tələblər, tövsiyələr iş üçün əhəmiyyətli olan heç bir hallar sübut edilməmiş, araşdırılıb hüquqi nəticəyə qiymət verilməyib.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.

18. Belə ki, İnzibati Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda inzibati məhkəmədə icraatı zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər

19. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd edilən əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması aparılmalı olduğu halda həmin araşdırma aparılmamışdır.

20. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 20 və 18 kv.m olan yarımzirzəmi sahəsi üzərində mülkiyyət hüququnun tanınması, bu əsasla onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. Yaşadığı binada mülkiyyətçi olmasını nəzərə alaraq, 1989-cu il 28 dekabr tarixində orada yaşayan milliyyətcə erməni olan X1 aldığı 1 otaqlı mənzildə (xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arası) azyaşlı uşaqlarını, xx.xx.1986-cı il tarixdə anadan olan M.V.Babayan və xx.xx.1987-ci il tarixdə anadan olmuş V.V.Babayanın Azərbaycan Respublikasının vətəndaşları olmadığını nəzərə alaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatlarını silinməsindən ibarətdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

22. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddianın mümkün hesab edilməməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, hüquqi əhəmiyyətli faktların tanınması barədə ərizələrə baxılması isə inzibati məhkəmə icraatının predmeti deyildir. İddiaçı sözügedən ərizə ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etməlidir. Əlavə olaraq isə iddiaçının sözügedən yarımzirzəmi sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədi mövcud olmadığından, onun inzibati məhkəmə icraatı qaydasında belə bir tələb irəli sürməsi üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə iddiaçının ikinci tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçı sözügedən binada yerləşən, paylı mülkiyyətçilərdən biri olan X2 məxsus 1 otaqlı mənzili ondan aldığını iddia edərək sonuncunun mənzil sahəsi üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən silinməsini xahiş edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən həmin mənzil sahəsinin T.Şaxnazarovadan qanunvericiliklə müəyyən edilmiş qaydada alınmasını təsdiq edən hər hansı bir sənəd (notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və s.) mövcud deyildir. Belə olan təqdirdə, iddiaçının həmin tələbi irəli sürməsi üçün də, subyektiv hüququnun olması istisna edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, onun hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olması istisna edilməli və onun iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməməlidir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

25. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən göndərilmiş məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 184 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda “A” hissəsinin yarımzirzəmisi barədə məlumat əks olunmuşdur.

26. Bundan əlavə, məhkəmə sorğusu əsasında Dövlət Notariat Arxivi tərəfindən xx.xx.1988 və xx.xx.1989-cu il tarixli X8 və X4 məxsus vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim edilmişdir.

27. Azərbaycan Respublikasi Baki Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfati Departamenti Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfati Birliyinin məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X5 əsasən sözügedən ünvan paylı mülkiyyətdir. 17 nömrəli MKİS-in 195 nömrəli xx.xx.2025-ci il tarixli arayışına əsasən bildiririk ki, yaşadığınız bina 1928-ci ildə tikilmişdir, bina və zirzəmi sahəsi rayon İcra Hakimiyyətinin balansında olmayan şəxsi mülkdür. Hal-hazırda yaşayış sahəsi və zirzəmi paylı mülkiyyət kimi fəaliyyət göstərir .

28. Bundan əlavə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Qeyd olunan fərdi yaşayış evinin 3/60 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6583/2021 nömrəli qətnaməsi, 3/16 hissəsi üzərində mülkiyyət hüququ isə həmin məhkəmənin xx.xx.2010-cu il tarixli, 2(006)-1910/2010 nömrəli qərarı əsasında qeydiyyata alınmışdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci istansiya məhkəməsi iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasına istinad etsə də buna dair qərardadda heç bir əsaslandırma aparmamışdır. İş materiallarında olan və cavabdeh inzibati orqan tətəfindən verilmiş imtina məktubunun məzmunundan da müəyən edilir ki, iddiaçının hüququ marağı iddia ərizəsində göstərilən daşınmaz əmlaklara dair mülkiyyət hüququnun qeydə alınmasıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 12-ci maddəsinə uyğun olaraq hüquqi yardım göstərilməmiş və iddia tələbini onun hüquqi marağına uyğunlaşdırılmasına şərait yaradılmamışdır. Həmçinin, məhkəmə öz qərarında iddiaçının sözügedən daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun tanınmasını “hüquqi fakt” şəklində kimi yanaşsa da, iddia tələbinin “daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reystrində qeydə alınması” hissəsinə qiymət verməmişdir. Halbuki, qeyd edilən tələb inzibati məhkəmə icraatı qaydasında baxılan tələblərdir. Eyni zamanda iddiaçı iddia tələbində formal xətarla yol versə də belə, formalaşmış məhkəmə təcrübəsi və inzibati prosessual qanunvericilik iddia tələbinin iddiaçının hüquqi marağına uyğun formalşadırlmalı olduğunu müəyyən edir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən hallara səthi yanaşaraq iddia tələbinin dərhal mümkünsüzlüyü qənaətinə gəlmişdir.

30. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iddianın təmin edilməsi barədə əsaslandırılmamış nəticəyə gəlmişdir.

31. Nəzərə alınmalıdır ki, hazırkı halda iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 20 və 18 kv.m olan yarımzirzəmi sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır. Yaşadığı binada mülkiyyətçi olmasını, bina və zirzəmi sahəsi rayon İcra Hakimiyyətinin balansında olmamasını və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 184 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda “A” hissəsinin yarımzirzəmisi barədə məlumat əks olunması nəzərə alınaraq, İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq iddia tələbi dəyişdirilmiş qaydada baxılmalıdır.

32. Kollegiya qeyd edir ki, göstərilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı (sorğular, yerində müayinə və s.), həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də, məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir.

33. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

34. Məhkəmənin bu cür araşdırması, İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

35. Odur ki, işə birinci instansiya məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar araşdırılmalı, bu hallara qiymət verilməli, bundan sonra əsaslandırılmış qaydada işə baxılıb qərar qəbul edilməlidir.

36. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı mümkün hesab etməməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar