Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3529/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8555/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, mübahisələndirilən əmr 14 iyul 2021-ci il tarixdə iddiaçıya elan olunmuş, İddiaçı məxsus əmək kitabçası ona təqdim olunmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı xidmətdən xaric edilməyi barədə əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 30 gün müddətində məhkəmə qaydasında mübahisələndirməmiş, iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35 və 38-ci maddələrinin tələblərinə istinadən tələbin mümkün sayılmaması xahiş edilmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli əmrin dəyişdirilməsini və iddiaçının öz arzusu ilə xidmətdən azad edilməsi kimi hesab edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8555/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, müddətin ötürülməmiş hesab edilməklə iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçasında şəxsin hansı səbəbə görəişdən çıxarılması barədə məlumat qeyd edilməmişdir. Odur ki, əmək kitabçasının alınması iddiaçının hüquq pozuntusu barədə məlumatlı olmasını ehtiva etmir. Çünki cavabdeh şəxsi işdən azad edəndə bildirmişdir ki, şəxs özərizəsi əsasında işdən çıxarılır. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə görə hər hansı haqq hesab aparılmamış və əmrin surətini rəsmi qaydada təqdim etməmişdir. Yalnız müvafiq vərəqələrə imzanın çəkilməsini tələb etmişdirlər. İmza çəkilsə də, hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, “Eləcə də xidməti materiallardan görünür ki, sonuncu dəfə iddiaçı xx.xx.2022-ci il tarixli cavabdehə ünvanladığı ərizəsində yol verdiyi nöqsanlara görə xidmətdən xaric olunduğu, etdiyi nöqsanlardan səmimi peşman olduğu və yenidən xidmətə bərpa edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə Daxili işər nazirliyinin rəhbərliyinin Bərdə rayonunda qəbul edilərək dinlənilmişdir.” Burada qeyd edilməlidir ki, həmin müraciətlər məhz baş vermiş hadisə ilə bağlıdır. İddiaçının barəsində cavabdeh tərəfindən törədilmiş hüquq pozulması ilə bağlı deyil. Odur ki, hesab edirlər ki, müddət ötürülməmiş hesab edilməlidir. Belə ki, mübahisələndirilən əmr rəsmi qaydada iddiaçıya təqdim edilməmişdir və əmək kitabçasında hər hansı qeyd edilməmişdir. Yalnız təqdim edilmiş sorğuya əsasən, iddiaçıya məlum olmuşdur ki, 14 iyul 2021-ci il tarixli əmrə əsasən orqanlarından xaric edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dıyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İnzibati iş materiallarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 3-13-22/2-2197/2023 nömrəli məktubla göndərilmiş xx.xx.2021-ci il tarixli, Ə454-001-21 nömrəli əmrin surətindən görünür ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3, 15 və 29- cu, "Yol hərəkəti haqqında” Qanunun 36 və 37-ci, "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 4, 17 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in 10.04,2021-ci il tarixli G21-001-21 nömrəli göstərişinin tələblərini pozaraq xx.xx.2021-ci il tarixdə müvafiq etibarnamə olmadan idarə etdiyi avtomaşınla maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə, müəyyən olunmuş qaydada rəsmiləşdirilmə aparılmasını təmin etmədən və rəhbərliyi məlumatlandırmadan hadisə yerindən yayındığına, məsələyə aidiyyəti olmayan əməkdaşları ora dəvət etməklə münaqişənin baş verməsinə şərait yaratdığına, xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanlan əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Bakı şəhər BPİ-nin DYPİ-yə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli, Ə454-001- 21 nömrəli əmrin dəyişdirilməsini mübahisələndirmiş, lakin iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Daxili İşlər Nazirliyi Daxili işlər orqanlarında 07 il, 09 ay, 24 gün xidmət göstərdiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə imza etməklə əmək kitabçasını təhvil almışdır. İddiaçı barəsində olan işdən azad edilmə barədə əmrin tarixi, nömrəsi onun əmək kitabçasında bilavasitə göstərilmişdir. AR Əmək Məcəlləsinin 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, iddiaçının ən geci əmək kitabçasını götürərkən işdən azad edildiyi əmrin tarixi və nömrəsi barədə qeydlərin də olduğu əmək kitabçasının əslini əldə etdiyi vaxtdan onun sözügedən əmrdən məlumatlı olduğu təsdiq olunur. İddiaçı apellyasiya şikayətində əmək kitabçasında iddiaçının işdən azad edilmə barədə əmrin əsasının qeyd olunmaması və bununla da həmin əmrin əsası barədə məlumatlı olmamasını bildirsə də, bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə icraatı gedişində cavabdeh tərəf iddiaçıya aid məxfi sayılan şəxsi iş materiallarını məhkəməyə təqdim etmiş və qeyd edilən şəxsi işə baxış keçirilərkən iddiaçının işdən azad edilməzdən öncə xidməti araşdırma ilə tanış olduğu, onunla bərabər bir qrup polis əməkdaçının intizam məsuliyyətinə cəlb edilməsinə əsas olmuş hadisə ilə bağlı iddiaçıdan müvafiq izahatlar alındığı və yekunda onun barəsində xidməti araşdırmanın nəticəsi olaraq intizam məsuliyyətinə cəlb edilmə barədə əsasları özündə əks etdirən məsuliyyətə cəlb olunmasına dair verilmiş rəylə xx.xx.2021-ci il tarixdə tanış olduğu və həmin rəyə etirazı olmadığı barədə imzası ilə qeydlər etdiyi müəyyən olunmuşdur. Bundan əlavə təqdim edilən şəxsi iş materiallarında iddiaçının ailə üzvlərinin - atası X2 xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 xx.xx.2022-ci il tarixli, həyat yoldaşı X1 xx.xx.2021ci il tarixli cavabdehə ünvanlanmış müraciətlərində iddiaçının ehtiyatsızlıqdan yol qəza hadisəsi törətdiyi, buraxdığı nöqsandan peşmançılıq çəkdiyi, xidmətə bərpa edilməsi xahiş edilmiş, cavabdehin həmin müraciətlərə cavablarda iddiaçının xidmət zamanı yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edildiyi qeyd edilərək müraciətlərin təminindən imtina edilmişdir. Eləcə də xidməti materiallardan görünür ki, sonuncu dəfə iddiaçı xx.xx.2022-ci il tarixli cavabdehə ünvanladığı ərizəsində yol verdiyi nöqsanlara görə xidmətdən xaric olunduğu, etdiyi nöqsanlardan səmimi peşman olduğu və yenidən xidmətə bərpa edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə Daxili işər nazirliyinin rəhbərliyinin Bərdə rayonunda qəbul edilərək dinlənilmişdir. Beləliklə, iddiaçının mübahisələndirdiyi əmr barədə, onun daxili işlər orqanlarından xidmətdən azad edilmə əsasları barədə əmrin verildiyi vaxtdan məlumatlı olması şəxsi iş materialları, özünün və ailə üzvlərinin cavabdehə ünvanladığı ərizələrdə iddiaçının yol verdiyi nöqsanlarla bağlı etiraflar ilə öz təsdiqini tapmışdır. İddiaçı barəsində qəbul edilmiş inzibati aktdan məlumatı olduğu iyul 2021-ci il tarixdən 2 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8555/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8555/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3529/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3529/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver