Məhkəmə qərarları › İş №2-1(103)-353/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-353/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-353/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 İdarəsinə (hazırki X9 üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3933/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3933/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.1987-xx.xx.1990-cı ildə Sumqayıt şəhər 35 saylı X10 təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X9 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1987-xx.xx.1990-ci ildə Sumqayıt şəhər 35 saylı X10 təhsil aldığı müddət ümumi iş stajna daxil edilməklə ona xx xxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı x xxxxxx 2006-cı ilədək 15 ildən artıqdır. xx.xx.1987-xx.xx.1990-cı ildə 35 saylı Sumqayıt şəhər X10 təhsil almışdır. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş ’’Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən həmin dövr də ümumi iş stajına daxil edilir. Eyni zamanda xx xxxx 1990-cı ildən xx xxxx 1999-cu ilədək “xxxx“ İstehsalat Birliyinin “Etilen Poletilen“ zavodunun doqquz il müddətində Azərbaycan Respublikası Nazjrlər Kabinetinin xx xxxx 1993 cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmışdır. xx xxxxxx 2006-cı ilədək 18 il iş stajına malik olmuşdur. Güzəştli şərtlərlə ona pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya görə 15 il ümumi stajı olan və bu stajın ən azı 7 il 6 ayını güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Həmin Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən, həmin yaş həddi xx.xx.1997-ci il tarixindən başlayaraq xx.xx.2000-ci il tarixinədək hər il 6 ay artırılmışdır. Yəni İddiaçı ilə bağlı tələb olunan yaş həddi 49-a qaldırılmışdır. İddiaçı isə xx.xx.1972-ci il təvəllüdlüdür, yəni hələ 49 yaşı tamam olmamışdır, buna görə də, hazırki iddia ilə bağlı subyektiv hüququ yaranmamışdır. İddiaçıya münasibətdə yaş və staj tələbləri xx.xx.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər (pensiyaların hesablanma qaydasına (2010-cu ildəki dəyişikliklərin nəzərə alınıbalınmaması baxımından) münasibətdə Ali Məhkəməsinin də mövqeyi eynən belə olmuşdur) isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qırarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin nümayəndəsi və vəkilinin çıxışını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Lerik rayonu, Nücü kəndində doğulmuşdur. - Sumqayıt 10 №-li Peşə Liseyinin 31 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixində 35 №-li X12 Məktəbinə daxil olmuş, (hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2011-ci il 99 nömrəli qərarı ilə 10 №-li Sumqayıt peşə liseyi adlanır) “Nəzarət ölçü cihazları və avtomatika üzrə aparatçı” ixtisası üzrə təhsil almış və xx.xx.1990-cı il tarixində tam kursu bitirmiş, ******* saylı diplomla təmin olunmuşdur. - İddiaçı məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci ldən xx.xx.1990-cı ilədək Sumqayıt şəhəri, 35 saylı X10 təhsil almış, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək 35 saylı texniki peşə məktəbinin təyinatı üzrə “Üzvi sintez” istehsalat birliyi yüksək təzyiqli polietilen zavodunun konfeksiyalaşdırma sexinin hazır məhsulun qablaşdırılması və göndərilməsi şöbəsinə qablaşdırma maşınlarının 3-cü dərəcəli maşinisti vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək qablaşdırma maşınlarının 4-cü dərəcəli maşinisti vəzifəsində işləmiş, xx.xx.1994-cü ildə “Üzvi sintez” İB-nin ləğvi ilə əlaqədar “xxxx” Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 128 saylı əmrinə əsasən yeni yaranmış “Etilenpoletilen” zavoduna keçirilmiş, xx.xx.1994- cü ildən xx.xx.1999-cu ilədək “Etilenpoletilen” zavodunun 12 saylı konfeksiya sexində 4- cü dərəcəli maşinist, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək 33 saylı su, qaz və kanalizasiya sexinə 4-cü dərəcəli nasos qurğu maşinisti, xx.xx.2004-cü ildən xx.xx.2010- cu ilədək həmin sexdə 5-ci dərəcəli nasos qurğu maşinisti, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək su və kanalizasiya (J-66) sexində 4-cü dərəcəli nasos qurğularının maşinisti, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək 33 nömrəli su, soyutma və kanalizasiya sexində 4-cü dərəcəli nasos qurğularının maşinisti, xx.xx.2013-cü ildən xx.xx.2019-cü ilədək su təchizatı, su soyutma və kanalizasiya sexinin J-66 şöbəsində 4-cü dərəcəli nasos qurğularının maşinisti, xx.xx.2019-cu ildən su təchizatı, su soyutma və kanalizasiya sahəsində (J-66 şöbəsi) 5-ci dərəcəli nasos qurğularının maşinisti vəzifəsində işləyir. - “Etilen-polietilen” Zavodu Kadrlar Şöbəsinin 99 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1994-cü il tarixə gədər tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodu konfeksiya sexində doldurucu-qablayıcı maşının maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verilmişdir. İddiaçı xx.xx.1990-xx.xx.1994-cü illərdə “Üzvi Sintez” Zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - “Etilen-polietilen” Zavodu Kadrlar Şöbəsinin 100 №-lı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1994-ci ildən xx.xx.1999-cü il tarixə gədər tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilən-polietilen” zavodunun konfeksiya sexində doldurucu-qablayıcı maşının maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən hal-hazıra kimi “Etilen-polietilen” Zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - İdarənin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019cu il tarixli, **********5 nömrəli məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, xx xxxxxx 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək 35 №-li Orta X10 təhsil aldığı müddət iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 7 il 6 ay güzəştli iş stajının mövcud olması. Birinci instansiya məhkəməsi araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının Vİİİ Bölməsinin 1080A010 şifrinə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər təhsil dövrü də daxil olmaqla 18 il 3 ay 11 gün ümumi və 08 il 11 ay 27 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir, birinci instansiya məhkəməsi iddianı təmin edərək haqlı olmuşdur, cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3933/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar