Məhkəmə qərarları › İş №2-1(103)-3535/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3535/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3535/2025 28.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X5 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı ″vəzifə maaşının arasındakı fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7702/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2004- 2005-ci illlər üçün nəzərdə tutulmuş müavinətlərin və 1997-ci ilin aprel ayından 2004-cü ilin aprel ayınadək olan müddət ərzində «Gürgüstan istiqaməti» rəisinin əmək haqqısı ilə «İ şöbə rəisi» vəzifəsinin maaşı arasındakı fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi aşağıdakılarla əsaslandırılmışdır: «... o xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuşdur (“yaşa görə” ehtiyata buraxılmışdır). 778 saylı Xüsusi Təyinatlı Taborun tərkibində qrup komandiri vəzifəsində Ağdərə, Laçın və Kəlbəcər rayonlarının yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələrindən azad olunması döyüşlərində iştirak etmişdir. Müharibə veteranıdır. Rütbəsi polkovnik-leytenant. xx.xx.1993-cü il tarixindən MN-nın Baş Kəşfiyyat İdarəsinin tabeçiliyində olan N saylı hərbi hissədə (sonradan dəyişilərək N saylı hərbi hissə, hazırda isə N saylı hərbi hissə, eyni zamanda “Region” X2 adlanır). Agentura kəşfiyyatı ilə məşğul olan şöbədə zabit, baş zabit və ehtiyata buraxılanadək “Gürcüstan istiqaməti” nin rəisi vəzifəsində xidmət etmişdir. Eyni zamanda 1997-ci ilin aprel ayından 2004-cü ilin aprel ayınadək 1-ci şöbə rəisi vəzifəsində xidmət etmişdir. Onun ehtiyata buraxılmağından 8 ay əvvəl, yəni xx.xx.2004-cü il tarixində “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanun Azərbaycan Respublikası Prezidentinin 104 a saylı fərman ilə qüvvəyə minib və tətbiq olunmağa başlamışdır. Həmin qanunun 20.6-cı maddəsi (“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində müavinət verilir”) və 20.7-ci maddəsi (“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlarda daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunmuşdur. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Lakin Qanunun 20.6-cı və 20.7-ci maddələrində nəzərdə tutulmuş müavinətlər xidmət etdiyi 2004 və 2005-ci illər üçün MNnin Maliyə və Büdcə İdarəsi tərəfindən ona verilmişdir. Bildirir ki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunun qüvvəyə minməsi və tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 104 a saylı fərmanında 20.6-cı və 20.7-ci maddələr heç bir əlavələrə, dəyişikliklərə, rəylərə və işlənmələrə ehtiyyat olmadan imzalandığı gündən qüvvəyə minib və tətbiq olunmağa başlayıblar. Prezidentin imzaladığı fərmanın qüvvəyə minmə tarixini və tətbiq olunma qaydasını heç bir vəzifəli şəxs dəyişə bilməz. MN-nin Maliyyə və Büdcə İdarəsinin ona ünvanladığı xx.xx.2025-ci il tarixli 3-25-19/2-Ə-xx-xx/2025 saylı məktubunda bildirir ki, 20.6-cı maddədə qeyd edilən müavinət hərbi qulluqçu məzuniyyətə çıxarkən ödənilir. Lakin o 2004-cü və 2005-ci illər ərzində məzuniyyətə çıxarkən müavinətlər ona ödənilməmişdir. 20.7-ci maddə barədə isə həmin məktubun 4-cü abzasında Maliyyə və Büdcə İdarəsi bildirir ki, onun müalicə olunmasına zərurət olması barədə hərbi hissədə hər hansı müraciət qeydə alınmamışdır. Bu cavablar barədə bildirir ki, Qanunun 20.6-cı və 20.7-ci maddələrində müavinət heç bir müraciət və sənəd tələb olunmadan hərbi qulluqçuya ödənilməlidirlər. Prezidentin Qanununun qüvvəyə minməsi tətbiq edilməsi barədə 104a saylı xx.xx.2004-cü il tarixli Fərmanında qəti və aydın göstərilmişdir. Maliyyə və Büdcə İdarəsi tərəfindən aldığı məktublarda ödəmə sənədlərinin hərbi hissələrdə saxlanma müddətləri barədə bir-birinə zidd cavablar 3-25-19/2-Ə-58- 21/2025 saylı məktubda sənədlərin (pul ödənişləri) N il-10 il olduğunu göstərdiyi halda digər xx.xx.2024-cü il tarixli 3-25-19/2-Ə-1783/2025 saylı məktubunda isə paylama cədvəllərinin 75 il olduğu bildirilmişdir. Xidmət etdiyi illər ərzində 1997-ci ilin aprel ayından 2004-cü ilin aprel ayınadək N a saylı hərbi hissədə (hazırda N saylı hərbi hissə və eyni zamanda “Region” X2də adlanır). Tutduğu “Gürcüstan İstiqamətinin rəisi vəzifəsindən əlavə eynzi zamanda daha yüksək vəzifə olan 1-ci şöbə rəisi vəzifəsinin də icra etmişdir. Lakin bu vəzifələr arasındakı maaş fərqləri 7 il ərzində ona ödənilməmişdir. “Region” X2 tərəfindən pul təminatı və və vəzifələr arasındakı maaş fərqləri barədə cədvəldən göründüyü kimi sənədlər maliyyə və büdcə İdarəsinin bildirdiyi kimi məhv edilməmişdir. Onun qaldırdığı məsələlərə aid sənədlər N saylı hərbi hissəndə yerləşirlər. O cümlədən onun 1-ci şöbə rəisi vəzifəsinin icrasına buraxılması barədə əmr N saylı hərbi hissənin kadrlar şöbəsində və Maliyyə Xidmətində də var...” Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının mübahisələndirdiyi məsələ 1997-ci il tarixdən 2004-cü il tarixədək olan dövrə aid olmasına baxmayaraq O, 21 il keçdikdən sonra, iddia qaldıraraq 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1. maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir, 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti N ildir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: "Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir." Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə görə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir. İddia ərizəsi məhkəməyə 2025-ci il tarixində verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Göründüyü kimi iddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 1997-ci il tarixdən 2004-cü il tarixədək “Vəzifə maaşının arasındakı fərqin ödənilməsi” vəzifəsinin cavabdehə həvalə olunması" tələbinə dair iddia tələbini mümkünsüz hesab edilməsini xahiş etmişdir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7702/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya uyğun onunla əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları sıralarına daxil edilməsi 2024-cü ilin aprel ayında olmuşdur. MN-nin Baş Kəşfiyyat İdarəsinin rəisi general mayor H.Nəcəfovun imzaladığı “Arayış”dan göründüyü kimi iddiaçı Azərbaycan Ordusunda tutduğu sonuncu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilmişdir. Odur ki, onun məhkəməyə müraciət etmək hüququ 2024-cü ilin aprel ayından etibarən başlamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″vəzifə maaşının arasındakı fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı X6 “2004-2005-ci illlər üçün nəzərdə tutulmuş müavinətlərin və 1997-ci ilin aprel ayından 2004-cü ilin aprel ayınadək olan müddət ərzində «Gürgüstan istiqaməti» rəisinin əmək haqqısı ilə «İ şöbə rəisi» vəzifəsinin maaşı arasındakı fərqin ödənilməsini tələb edir. İşdə olan M/V seriyalı 003573 saylı xx.xx.1997-ci il tarixli vəsiqədən görünür ki, X6 N saylı hərbi hissədə xidmət etmişdir. İşdə olan ZE seriyalı ******* saylı xx.xx.2005-ci il tarixli hərbi biletdən görünür ki, X6 xx.xx.1978-xx.xx.1979-cu illər müdafim, xx.xx.1979- xx.xx.1980-ci illər Bölmə komandiri, xx.xx.1980-xx.xx.1980-ci illər müdavim, xx.xx.1992- xx.xx.1993-cü illər 3-cü rotanın qrup komandiri, xx.xx.1993-xx.xx.1993-cü illər Avtomobil xidməti rəisi, xx.xx.1993-xx.xx.1993-cü illər Avtomobil xidməti rəisi, xx.xx.1993-xx.xx.1994-cü illər 3-cü şöbənin zabiti, xx.xx.1994xx.xx.1994-cü illər üzrə 3-cü şöbənin baş zabiti, xx.xx.1994- xx.xx.1995-ci illər üzrə kəşfiyyatın işlənməsi bölməsinin zabiti, xx.xx.1995-xx.xx.1996-cı illər 1-ci şöbənin zabiti, xx.xx.1996-xx.xx.1998-ci illər 1-ci şöbənin baş zabiti, xx.xx.1996-xx.xx.2005-ci illər 1-ci şöbənin istiqamət rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-xx.xx.1993-cü il tarixə kimi Tərtər, Ağdərə, Laçın bölgələrində, 1994-cü il ərzində 10 gün döyüş bölgələrində (Hacıkənd) ezamiyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Region” X1 xx.xx.2004-xx.xx.2005ci il tarixləri əzində ehtiyatda olan polkovnikleytenant X4 ödənilmiş pul təminatı barədə arayışdan görünür ki, xx.xx.2004-xx.xx.2004-cü il tarixlərində cəmi 822000 manat, xx.xx.2004-xx.xx.2004-cü il tarixlərində cəmi ******* manat, xx.xx.2005-xx.xx.2005-ci il tarixlərində cəmi 987000 manatdır.(xx.xx.2004-xx.xx.2005-ci il tarixlərində paylama cədvəlidə Şöbə rəisinin vəzifə maaşı 600000 manat nəzərdə tutulmuşdur). İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 3-25-19/2-Ə-17xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ona vəzifənin icrası ilə bağlı pul təminatının ödənilib-ödənilməməsi barədə məlumatlar araşdırılarkən əsas paylama cədvəllərində olan məlumatlardan istifadə edilib. Əsas paylama cədvəllərinin saxlama müddəti isə 75 il təşkil edir. Ezamiyyətə getməyi barədə əmrlər isə hərbi hissənin şəxsi heyət üzrə əmrlər kitabından götürülüb. Həmin kitablar isə ləğv edilmir və hərbi hissədə saxlama müddəti başa çatdıqdan sonra Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilir. Əlavə pul təminatı növləri, o cümlədən məzuniyyətə çıxarkən və müalicə olunma üçün verilən müavinətlər isə hərbi hissələrdə əlavə paylama cədvəlləri ilə ödənilir və həmin cədvəllər hərbi hissədə N il saxlanıldıqdan sonra müvafiq qaydada məhv edilir. Əlavə olaraq bir daha bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti N il və 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Yuxarıda qeyd edilənləri, həmçinin iddia müddətindən 20 il keçdiyini nəzərə alaraq müraciətdə göstərilənlərə mahiyyəti üzrə baxılması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 3-25-19/2-Ə-xx-xx/2024 saylı xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən, iki aylıq pul təminatı məbləğində müavinət verilir. Həmin Qanunun 20.7-ci maddəsinin ikinci hissəsinə əsasən isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Göstərilən müavinətlərin ödənişi üçün şərt Qanunun qeyd edilən maddələrindən verilmişdir. Belə ki, 20.6-cı maddədə qeyd edilən müavinət hərbi qulluqçu məzuniyyətə çıxarkən ödənilir. Qanunun 20.7-ci maddəsi isə hərbi qulluqçulara müavinətin müalicə olunmaları ilə əlaqədar verilməli olduğunu təsbit edir. Əvvəllər xidmət etdiyi hərbi hissədən aldığı məlumata görə, müalicə olunmağına zərurət olması barədə hərbi hissədə hər hansı müraciəti qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası müadifə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 10-cu maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçulara ödənilməli olan, lakin vaxtında ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı və pul təminatının digər növləri barədə iddia müddəti N ildir. Əlavə pul təminatı növləri, o cümlədən məzuniyyətə çıxarkən və müalicə olunma üçün verilən müavinətlər hərbi hissələrdə əlavə paylama cədvəlləri ilə ödənilir və həmin cədvəllər hərbi hissədə N il saxlanıldıqdan sonra müvafiq qaydada məhv edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti N il və 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Yuxarıda qeyd edilənləri, həmçinin iddia müddətindən 20 il keçdiyini nəzərə alaraq müraciətdə göstərilənlərə mahiyyəti üzrə baxılması mümkün deyildir. Bu barədə Maliyyə və Büdcə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-25-19/2-Ə- 16xx-xx/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-25- 19/1-Ə-16xx-xx/2024 nömrəli, xx.xx.2024 tarixli 3-25-19/1-Ə-12xx-xx/2024 nömrəli və xx.xx.2024 tarixli 3-25-19/1-Ə- 8xx-xx/2024 nömrəli məktublarla cavab verilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kollegiya qeyd edir ki, hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7702/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7702/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar