Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3536/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X20 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X18 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi X8, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-1(112)-11247/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1962-ci il tarixli “texniki pasportu”nun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının X5 1960- cı və 1961-ci illərdə Qərbi Azərbaycandan Bakı şəhərinə ev almaq üçün gəlmişdir. Həmin ərəfədə qardaşı X21 Bakı şəhərində təhsil alırdı. X5 ev almaq niyyətini qardaşı X12 bildirmişdir. Bundan sonra Hüseynə pulu verdikdən sonra qayıtmışdır Qərbi Azərbaycana. Qayıtdıqdan sonra atası Kərimə və baçısı Raziyəyə demişdir ki, iddiaçı pulu qardaşına verdi ki, ikisinə də yaşamaq üşün ev alsın. Ev alındıqdan sonra X24 ailəsini, yəni atası Kərimi, bacısı Rəsiyəni, oğlunu yaşamağa Bakı şəhərinə gətirdi. Bakı şəhərinə köçüb gəldikdə onlar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi dağaltı küçəsi ev 16 da yaşamağa başlamışlar. Bir müddət sonra qaynatasının qardaşı X21 gəlib atası Kərimə demişdir ki, ona dövlət tərəfindən ev verilməlidir, lakin bu ev adına olduğundan ev verilməyəcəkdir. Bu səbəbdən evi atası Kərəmin adına keçirəcəyini bildirmişdir ki dövlətdən ev alsın. 1963-cü ildə X21 atasının razılığını aldıqdan sonra notariusa getmişlər və evi atasının bağışlama müqaviləsi əsasında adına keçirmişdir. Bundan sonra X21 ailə qurmuş və bir müddət sonra Dövlət tərəfindən 5 otaqlı mənzillə təmin edilmişdir. X7 1964-cü ildən dövlət tərəfindən ona verilmiş evdə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. İddiaçının X5 isə 1968-ci ildə ailə hayatı qurmuş, atası Əkbərov Kərim və balaca qardaşı Həsənlə Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi dağaltı küçəsi ev 16 da yaşamağa davam etmişdir. X2 ailə qurduqdan sonra iki uşağı dünyaya gəlmişdir. Oğlu Teymur və qızı. İddiaçı, X3 Məsim Kərim oğlunun oğlu Teymurla 1993-cü ildə ailə qurdu və toydan sonra onlara, yəni qayanatamın evinə gəlin köçdü. Həmin nikahdan iki övladı dünyaya gəldi. 1994-cü il təvəllüdlü X22 və 1996-cı il təvəllüdlü X23. Həyat yoldaşı Məsimov Teymur 1973-cü ildə həmin evdə dünyaya gəlmişdir. Lakin 2024-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. İddiaçı iki uşaqla həmin evdə yaşamağa davam etmişdir, lakin yoldaşının yoxluğundan istifadə edən qohumlar müxtəlif böhtan, yalan, bəhanələr gətirərək onları həmin evdən çıxartmaq istəyirlər. Maraqlıdır qaynatasının pulu ilə ev alınır və sonradan evin sahibinin yoxluğundan istifadə edərək, qeyri-qanuni yollara əl ataraq bu çirkin atdımlar atmağa başlamışlar. xx.xx.2024-cü ildə qaynatasının qardaşı qızı X1 daşınmaz əmlakla bağlı müraciət etmişdir. Lakin müraciət edərək orada yalandan güya həmin ev babasına yox, atasına məxsus olduğunu bildirmişdir. Buda yalandır çünki, 1961-ci ildə alqı-satqı olunmasına baxmayaraq, 1963-cü ildə Məsimov Hüseyn bu evə atası Əkbərov Kərimə bağışlamışdır. Qaynatasının atası Əkbərov Kərimin ölümündən bir müddət qabaq 18 fevral 1986-cı evi Hüseynə vəsiyyət etmişdir. Lakin bu bağışlamanın və geri olan vəsiyyatnaməyə diqqət yetirəndə məlum olur ki, oğul və ata arasında olan bu oyunlarda məhz məqsəd onları həmin evdən çıxartmaqdı. Yəni yaşadığı evə-qaynatasının aldığı evə, orada ailəsi ilə uzun müddət yaşadığı evdən, doğulan boya başa çatan övladlarının evindən, 1993-cü ildən bəri yaşayan gəlini və daha sonra nəvələrini həmin evdən qovmaqdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən, 13 sentyabr 1961-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Ordjenikidze rayonu, Qaraçuxur qəsəbəsi, dağaltı ev 16, torpaq sahəsi 600 kv.m X6 tərəfindən satılır və Bakı şəhəri, Montin qəsəbsi 1, Şimal ev 9 yataqxanada qalan müvəqqəti yaşayan X9 adına rəsmişlərdirilir. Bundan sonra qaynatasının puluna alınmış evə dair X12 “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1962-ci il tarixli pasportu” verilmişdir. Yəni qaynatasının puluyla ev alınır və rəsmiləşdiriləndə Hüseynin adına rəsmiləşdirilir. Bundan sonra birdən-birə kimin Hüseynə dövlət tərəfindən ev verilir, yəni yataqxanada qalan adam özünə birdən birə ev alır, rəsmiləşdirir, sonra dövlətdən ev verildiyi üçün birdən-birə qardaşı tərəfindən alınmış evi atasının adına keçirdir. Qaynatasının qardaşı tərəfindən qeyd olunan ünvanda qardaşının puluna ev alarkən 12 sota yaxın torpaq sahəsinin üzərində olan evi alsa da, rəsmiləşdiriləndə həmin müqavilədə və ondan sonra irəli gələn müqavilələrdə 12 sot yox məhz qardaşı tərəfindən alınan və ona verilən hissə üzrə hərəkət etdiyi açıq aydın görünür. Yəni ev alınır qardaşının puluyla 13 sentyabr 1961-ci ildə, müqavilə üzrə 600 kv.m. Qardaşı yəni qaynatası təbii ki, qardaşına inanaraq maraqlanmır. Öz hissəsində yaşayır. Hüseyn isə 1962-ci ildə görəndə ki, qardaşı yəni qaynatası heçnə ilə maraqlanmır, gedir bütün torpağa yəni 12 sota tex.pasport alır və 1963-cü ildə yalanını gizlətmək üçün yenədə 600 kv.m atası ilə alqı-satqı eleyir. Bundn sonra bütün sənədləşmə işləri dayanır. Gördüyünüz kimi Hüseyn tərəfindən aparılmış əməliyyatlar məhz 600 kv. m üzərindədir. Digər hissəsi isə qaynatam yəni qardaşına məxsus olduğu üçün səs-küy çıxmasın deyə güya toxunmamışdır. Buna baxmayaraq, illər keçmiş indidə Hüseynin qızı qaynatasının evinə həmin texniki pasportu əsas gətirərək müxtəlif məhkəmələrdə iddia qaldırmağa başlamışdır. Bu məsələdə şübhəli hal ilkin alqı satqıda göstərilən 600 kv.m- dir, ondan sonra hansısa yolla alınmış 12 sota dair texniki pasportdur və daha sonra yenədə 600 kv.m atasıyla aparılmış alqı-satqıdır. Hesab edir ki, həmin 600 kv.m dair aparılmış alqı-satqıdan sonra 12 sota alınmış texniki pasport qeyri qanuni yolla alınmışdır. Yəni bu məsələdə açıq aydın görünür ki, bir qardaş digər qardaşı aldatmaq niyyəti olmuş və nəticədə aldatmağa nail olmuşdur. Hal-hazırda da həmin Hüseynin qızı atasının yolunu gedərək, qaynatasının vəsait hesabına alınmış evi aldadaraq saxta texniki pasportu əsas gətirərək öz adlarına rəsmiləşdirmək niyyətindədirlər. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Baçşısının Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən 105 nömrəli, xx.xx.1993-cü il tarixdə verilmiş forma 2-dən görünür ki, həmin forma 2 X16 verilir ki, o həqiqətəndə A.Şadlinski küçəsində 5 otaqlı, 96.4 kv.m olan 1 mərtəbəli evin birinci mərtəbəsində yaşayır. Həmin ev xüsusi mülkiyyətlə məhz X16 məxsusdur. Həmin arayışa diqqət yetirsəniz görəcəksiniz ki, elə həmin ərəfələrdə həmin evin “domovoy kitabça” üzrə sahibi məhz elə X5dur. Həmin arayışa əsasən məlum olur ki, həmin evdə kimlər və hansı tarixdən qeydiyyatda olmaqla yaşamışlar və yaşayırlar. Bütün kommunal ödənişlər yəni qaz, su, kanalizasiya və s. hamısı məhz X2 adına olmuş və tərəfindən ondan sonra ailə üzvləri tərəfindən ödənişlər həyata keçirilmişdir. Odur ki, yuxarıda qeyd olunanlar, Hüseyn tərəfindən aparılmış bütün hərəkətlərin saxtakarlıqla aparıldığından məhz bu səbəbdən həmin texniki pasportun ləğv olunmasına dair məhkəməyə iddia tələbi ilə müraciət etmək qərarına gəldi. Qaynatası pul verib Bakıda tələbə olan, yataqxanada yaşayan öz qardaşı Hüseynəki ikisinə də bir həyətdə ev al, özü və qardaşı yəni ikisi də bir həyətdə yaşasınlar. Qaynatası ailəsini yəni atasını, bacısını həmin evə gətirmişdir, orada sonralar ailə qurmuşdur, uşaqları doğulub boya-başa çatmışdır, həmin evə gəlin gətirmişdir, hal hazırdada o kişinin gəlini və nələri həmin evdə uzun illərdir ki, yaşayırlar. Lakin Hüseynin qızı buna heç çür imkan vermir, atası Hüseynin çirkin əməllərini, saxta sənədlərlə, yalanlarla davam etdirmək niyyətindədir. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2- 1(112)-2941/2023 nömrəli qərardadı ilə (hakim L.Musayeva ) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün hesab edilərək icraata qəbul edilməsinə və hazırlıq iclasının təyin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, mübahisələndirilən sənəd fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. Məhkəmə mövqeyi razılaşası olsaq, fərdi yaşayışı evinin qeydiyyata alınmasını gözləməli, ondan sonra həmin qeydi mübahisələndirməliyik. Belə olan halda da çıxarışın verilməsinə əsas olmuş sənədləri də mübahisələndirmək zəruriyyəti yaranacaq. Bundan başqa İnzibati Məhkəmə tərəfindən kömək etmək vəzifəsi də həyata keçirilməmiş, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və sair təklif bildirilmədən, bir iclasa qısa olaraq, iddia qeyri mümkün hesab edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və iddiaçıların nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşdən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və oğulları İddiaçı2 və İddiaçı3 mübahisə predmeti olan ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyindən, yəni daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının mövcud olmadığından X9 adına verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1962-ci il tarixli pasportu” ləğv edilməsini tələb edirlər . Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, texniki pasport inzibati akt hesab olunmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014- cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Məhkəmə kollegiyası onu da izah edir ki, iddiaçılar məhkəmə araşdırması zamanı hüquqi maraqlarının sözügedən daşınmaz əmlaka hüquqlarının qeydiyyata aldırmaqdan ibarət olduğunu bildirdiklərindən, əsas etibarilə sözügedən daşınmaz əmlakın mübahisələndirilən texniki pasport əsasında bağışlanmasına istinad etdiklərindən hazırki tələb onların çatmaq istədiyi məqsədə xidmət etmir. Belə ki, bağışlanma müqaviləsinin əsasında duran texniki pasportun ləğvi hər bir halda onların hüquqi marağına uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-1(112)-11247/2025 nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-1(112)-11247/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev