Məhkəmə qərarları › İş №2-1(103)-3539/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3539/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3539/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2ın cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə “inzibati binaya pasport qeydiyyatının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2023 saylı 01 iyun 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 14 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən inzibati binaya pasport qeydiyyatlarının bərpa edilməsinin cavabdeh Binəqədi rayon Polis İdarəsinin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasına dair ərizə təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2023 saylı 01 iyun 2023-cü il tarixli qərardadı ilə iddianın geri götürülmüş sayılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv olunması, iddia tələbinin rədd olunması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması xx.xx.2023-cü il tarixə təyin edilmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə heç bir məlumat verilməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. Göründüyü kimi iş üzrə iddiaçılar tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasına dair ərizə təqdim etmişdir. Bu halda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad cavabdeh tərəfin qanunla qorunan maraqlarına toxunmur, habelə cavabdeh tərəfin tələbinin təmin olunmama halı mövcud deyildir. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2023 saylı 01 iyun 2023-cü il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar