Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-354/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh AR VN Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2109/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı iddiaçıya hesablanmış 430.526,03 manat vergi borcunun silinməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2109/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2109/2019 saylı qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinixahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, -İddiaçı MMC tərəfindən vergi öhdəlikləri Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, onun dövlət büdcəsinə x xxxx 2013-cü il tarixə vergilər üzrə 314.432,26 manat, faizlər üzrə 114.767,77 manat, maliyyə sanksiyası üzrə 1.326 manat olmaqla, ümumilikdə 430.526,03 manat məbləğində vergi borcu yaranmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(81)-1722/2013 saylı xx xxx 2013cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərardadı ilə məhkəmənin xx xxx 2013-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC-dən 1.501 manat borcun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iddia tələbləri həmin hissədə təmin edilərək, İddiaçı MMC-dən vergi borcu hesabına 430.526,03 manat tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2015-ci il tarixli 2(102)- 185/2015 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı MMC-yə hesablanmış və onun vergi orqanındakı şəxsi hesab vərəqəsində əks olunan 430.526,03 manat vergi borcunun, qanunla müəyyən edilmiş vergi öhdəliyi müddəti keçdiyindən ümidsiz borc kimi silinməsindən cavabdeh tərəfindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymtələndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Vergi Məcəlləsinin 56-cı maddəsinə görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-ci maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1.1-ci maddəsinə görə bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Həmin Məcəllənin 93.2-ci maddəsinə görə digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hesablanmış vergilərin, fazilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. İş materiallarından görünür ki, x xxxx 2013-cü il tarixə vergilər üzrə 314.432,26 manat, faizlər üzrə 114.767,77 manat, maliyyə sanksiyası üzrə 1.326 manat olmaqla, ümumilikdə 430.526,03 manat məbləğində vergi borcu hesablanmış və müddət ötürülmədən həmin ildə də mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2015-ci il tarixli 2(102)- 185/2015 saylı qərarına münasibətdə də cavabdeh Vergi orqanı tərəfindən müddət ötürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, 2-1(82)-2109/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2109/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçının iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Sədrlik edən: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-354/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-354/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver