Məhkəmə qərarları › İş №2-1(103)-3542/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3542/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3542/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: riskli vergi ödəyiciləri siyahısından çıxarılma) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-4858/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh vergi orqaı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********669900 saylı qərarın ləğv edilməsi və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********669900 saylı qərara əsasən iddiaçı "EXTRA TART” MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin olmadığı müəyyən edildiyi qeyd edilmişdir. Yuxarıda göstərilənlər barəsində iddiaçı tərəfindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən iddiaçının müraciətlərinə hər hansı cavab verilməmişdir. Cavabdeh orqana ünvanlanan məktub və şikayətlərdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən riskli hesab edilmə ilə bağlı mövcud olmuş hallar aradan qaldırılmışdır. Lakin vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmamış və müəssisə (iddaçı) riskli vergi ödəyicisi olaraq qalmışdır. Göstərilənləri nəzərə alaraq Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********669900 saylı Qərarın ləğv edilməsi xahiş edilmişdir. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssislər isə riskli vergi ödəyicisi olduğunu gördüyü üçün müəssisə (iddiaçı) iş görməkdən çəkinmişdirlər. Göstərilən səbəblərə əsasən iddiaçı hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********669900 saylı qərar ləğv edilməli və müəssisə riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır.

3. İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicısi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən hüquqi şəxs İddiaçı MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********840700 nömrəli “Riskli vergi ödəyicisi olması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən əsasən hüquqi şəxs İddiaçı MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********669900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Həmçinin bildirilir ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə AZ5002, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən **********-29001 kodlu təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması müəyyən edilmişdir. Riskli vergi ödəyiciləri siyahısından çıxarılması məqsədilə araşdırmanın aparılması üçün vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə yerində baxış keçirilməklə həmin təsərrüfat subyektində (obyektində) hansı fəaliyyət növü ilə məşğul olduğunun, mal qalığının, işçi sayının, o cümlədən əmək müqaviləsi olmadan işçilərin işlərə cəlb edilməsi hallarının olubolmamasının, nağd pul hesablaşmaları qaydalarına düzgün riayət edilməsinin müəyyən edilməsi zərurəti yarandığından xx.xx.2024-cü il tarixdə **********345400 nömrəli xidməti məktub ilə 2 saylı ƏVİ-nə müraciət edilmişdir. Həmçinin təhlil zamanı təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmasına baxmayaraq, 2023-cü ilin 3-cü rübü üzrə ümumilikdə dəyəri 181.4 min manat olan təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışında müxtəlif tipli malların - avtomobil ehtiyat hissələri, avtomatik yazı makinaları, hesablayıcı maşınlar və başqa maşınlarda istifadə üçün nəzərdə tutulmuş, plastik kütlədən və ya metaldan olan kartricə yerləşdirilmiş kimyəvi liflərdən, eni 30 mm-dən az sonsuz lent şəklində, həmçinin məişət mallarının olduğu, eyni zamanda fərqli fəaliyyət sahələrinə məxsus xidmətlərin olduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən eyni zamanda xx.xx.2023-xx.xx.2022-ci il tarixlərdə cəmi 37.5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə avtomobil ehtiyat hissələrinin satışı və təmiri xidməti ilə yanaşı, xx.xx.2023-cü il tarixlərdə cəmi 25 000 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Mühasibat uçotu sahəsində xidmətlər” qeyd olunduğu, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cəmi 7.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Sair yüklərin daşınması” qeyd olunduğu, xx.xx.2023-ci il tarixdə cəmi 0.6 min manat dəyərində “İxtisaslaşdırılmış sair fotoçəkiliş xidmətləri” qeyd olunduğu müəyyən edilmişdir. Lakin müvafiq xidmətləri həyata keçirmək üçün hər hansı iqtisadi resursların - muzdlu işçilərin, müqavilə əsasında cəlb edilmiş şəxslərin müəyyən edilmədiyi, həmçinin, qeyd olunan işlər üçün zəruri olan mal-material alışının, eyni zamanda müvafiq avadanlıqların, yükdaşıma xidmətini həyata keçirmək üçün qeydiyyatda olan nəqliyyat vasitəsi olması müəyyən olunmamışdır. Araşdırma zamanı həmçinin müvafiq əmək müqaviləsi əsasında cəmiyyətin direktorunun olmadığı, aktiv əmək müqaviləsi üzrə yalnız 1 işçisinin “xadimə” olduğu aşkar edilmişdir. Əmək qanunvericiliyinə əsasən hüquqi şəxsin rəhbəri muzdlu işçi hesab olunduğundan tərəflər arasında əmək müqaviləsi bağlanmalıdır. Cəmiyyətin rəhbəri X1 rəhbəri olduğu digər hüquqi şəxslərin "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “COMMON TİNT” (VÖEN: **********) “Meyarlar”ın tələblərinə uyğun olaraq riskli vergi ödəyiciləri siyahısına daxil edildikləri müəyyən edilmişdir. Təqdim edilmiş və əldə edilmiş mal, xidmətlərlə müqavilələr, təhvil-qəbul aktları (alınmış və satılmış malların adı və say tərkibi göstərilməklə), göstərilən xidmət üzrə cəlb edilmiş muzdlu işçilərin əmək müqaviləsi bildirişləri, mal qalığı, ödəniş sənədləri, bank hesabından çıxarışlar və digər zəruri sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır və odur ki, iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********669900 saylı qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 21:26:07-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2-1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2.) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əssasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənədlər etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Bildirilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün:

1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. Əlverişsiz inzibati akt olmalı;

3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;

4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;

5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarına əsasən, mübahisələndirmə haqqında iddia ümümi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM- in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-4858/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilmişdir.

7. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, Daha sonra xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən **********-29001 kodlu təsərrüfat subyekti (obyekt) iddiaçının **********457500 nömrəli xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə olduğu yer üzrə uçota alınmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilənədək, iddiaçının xx.xx.2024-cü il tarixli, **********378700 nömrəli ərizəsinə əsasən sözügedən təsərrüfat subyekti (obyekt) xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmış və bu barədə vergi orqanının **********578100 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya məlumat verilmişdir. Bildiririk ki, halhazırda da iddiaçının qeydiyyatda olan heç bir təsərrüfat subyekti (obyekt) yoxdur.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayıllı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********611900 nömrəli Çıxarışa əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Dövlət qeydiyyat № (VÖEN): ********** Təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət Hüquqi ünvan: AZ1034, ünvan 2V Nizamnamə kapitalının miqdarı (elan edilmiş) 5.00 manat Təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı X3 – 1 pay Qanuni təmsilçi X3

12. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********2 nömrəli Arayışa əsasən İddiaçınə (VÖEN: **********) məxsus 5002 Sumqayıt şəhəri, İnşaatçılar qəs. ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmişdir. Təsərrüfat subyektinin (obyektinin) adı: ANBAR Kodu: **********-29001 Uçota alınma tarixi: xx.xx.2023

13. İddiaçı qanuni rəhbəri X1 “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması ərizəsinin məzmunundan görünür ki, bu ərizənin 3-cü bölməsində göstərilən vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların ləğvi barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmiş, bu qərara əsasən fəaliiyətin ləğv tarixi bildirilmişdir. Fəaliyyətin ləğv tarixi: xx.xx.2024 Fəaliyyətin ləğv səbəbi: İcarə müqaviləsinə xitam verildikdə (icarə müqaviləsinin müddəti bitdikdə)

14. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digrə təsərrüfat subyektiniiinnn (obyektinin) uçotdan çıxarılması barədə məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024cü il tarixli ərizəsinə əsasən ona məxsus olan **********-29001 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır.

15. Vergi ödəyicisinin obyekti barədə məlumatdan görünür ki, İddiaçınə aid olan, AZ5002, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Anbar xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)- 4858/2024 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulu qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilməmişdir. Lakin həmin tənzimləmənin mövcud olmaması ödəyicinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulunu istisna edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, bu zaman nəzərə alınmalı olan hal ödəyicinin riskli hesab edilməsi üçün müəyyən edilmiş əsasların davam edibetmədiyini aydınlaşdırmaq, eləcə vergi ödəyicinin riskli hesab edilməsi əsaslarının qanuniliyinə qiymət verməkdir. Məhkəmə nəzərə alır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********2 nömrəli Arayışa əsasən İddiaçınə (VÖEN: **********) məxsus 5002 Sumqayıt şəhəri, İnşaatçılar qəs. ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmiş, **********-29001 kodlu təsərrüfat subyekti (obyekti) – ANBAR xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Odur ki, İddiaçı tərəfindən riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023cü il tarixli, **********669900 nömrəli Qərarın qəbul edilməsinə səbəb olan hal (təsərrüfat obyetinin olmaması) aradan qaldırılmışdır. Odur ki, vergi ödəyicisi (iddiaçı) riskli hesab olunan əməliyyatların nəticələrini aradan qaldırdığına görə riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.

22. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən hüquqi şəxs İddiaçı MMCnin fəaliyyəti təhlil olunmuşdur. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən **********-29001 kodlu təsərrüfat subyekti (obyekt) iddiaçının **********457500 nömrəli xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə olduğu yer üzrə uçota alınmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilənədək, iddiaçının xx.xx.2024-cü il tarixli, **********378700 nömrəli ərizəsinə əsasən sözügedən təsərrüfat subyekti (obyekt) xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmış və bu barədə vergi orqanının **********578100 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya məlumat verilmişdir. Odur ki, halhazırda da iddiaçının qeydiyyatda olan heç bir təsərrüfat subyekti (obyekt) yoxdur. 23.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə iddia tələbi əsassızdır, belə ki, iddiaçı tərəfindən riskli hesab edilmə ilə bağlı mövcud olmuş hallar aradan qaldırılmamışdır. 24.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 25.Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-4858/2024 saylı saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. 26.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-4858/2024 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar