Məhkəmə qərarları › İş №2-1(103)-3542/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3542/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3542/2025 28.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8411/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********289600 nömrəli qərarın ləğv olunması və hesablanmış vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi aşağıdakılarla əsaslandırılmışdır: «... İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra Baş İdarə) tərəfindən X1 Cəmiyyətinin 2021-ci il üçün mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixdə analoji qaydada 57240,80 manat əlavə mənfəət vergisi hesablanmışdır. Tərəflərindən xx.xx.2023-cü il tarixdən etibarən vergi orqanına 5-i əsas və 10-u əlavə olmaqla, ümumilikdə 15 sayda məktub göndərilmiş, 2020 və 2021-ci illərdə müəssisənin faktiki olaraq zərər etdiyi və vergi orqanı tərəfindən rəsmi xərclərin nəzərə alınmamış olduğu bildirilmişdir. Vergi orqanı tərəfindən isə onların müraciətlərinin baxılma müddəti davamlı olaraq ertələnmişdir. Həmçinin araşdırmada iştirak üçün xx.xx.2023-cü il tarixdə **********688600 nömrəsi ilə nümayəndə dəvət etmişdilər. MMC-nin nümayəndəsi tərəfindən tələb olunan bütün izahat və təsdiqedici sənədlərin təqdim edilməsinə baxmayaraq, ƏDV bəyannamələrinin yenidən araşdırılması əsas gətirilərək, mənfəət vergisi bəyannaməsindəki səhv hesablama qərarı ləğv edilməmiş hətta nümayəndələri daha çox hesablama aparılmaqla hədələnmişdir. Nəhayət sonuncu müraciətlərinə vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 3-21-2-3/2-Z-1065-43 nömrəli məktubla cavab məktubu göndərilmiş və məktubda sadəcə 1 cümlə olaraq, hesablamanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən aparılması, xərc və zərərin nəzərə alınmadığı açıq-aşkar bildirilmişdir...” Cavabdeh iddiaya yazılı vəsatət təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət aşağıdakılarla əsaslandırılmışdır. “...Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmişdir (vəsatətə əlavə olunur). Buna baxmayaraq iddiaçı borcun silinməsi tələbi ilə bağlı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Həmçinin iddiaçının qanunu təmsilçisi tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə hesablanmış vergilərlə bağlı cavabdehə şikayət məktubu ünvanlanmış, xx.xx.2024-cü il tarixdə isə həmin şikayətin nəzərə alınmaması barədə təkzib məktubu göndərilmişdir. Göründüyü kimi iddiaçı həmin tarixlərdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərar barədə məlumatlı olmuş, lakin həmin qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8411/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərarı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçıya təqdim edilməmişdir. Həmin qərar gücləndirilmiş elektron imza ilə təsdiq edilməli olduğu halda təsdiq edilməmişdir. Belə ki, həmin qərarda nə imza, nə də QR kod var. İnzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə,elan edilmə anından başlanır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********289600 saylı qərarı gücləndirilmiş elektron imza ilə təsdiq edilmədiyindən qanunvericiliyinin tələblərinə uyğun olaraq təqdim edilmiş hesab edilmir. Odur ki, həmin qərardan verilən şikayətlə bağlı hər hansı prossesual müddət ötürülməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kolleqiyası məhkəmə iclasının təxirə salınmasına lüzum bilmədi və verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etdi. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı qərarın ləğv edilməsi tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. İş materiallarından görünür ki, Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərarı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmişdir. Həmçinin iddiaçının qanunu təmsilçisi tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə hesablanmış vergilərlə bağlı cavabdehə şikayət məktubu ünvanlanmış, xx.xx.2024-cü il tarixdə isə həmin şikayətin nəzərə alınmaması barədə şikayətdən imtina məktubu göndərilmişdir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Konkret halda isə iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmək üçün qeyd olunan iddia müddətini buraxmışdır. Belə olan halda kollegiya hesab edir ki, Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********289600 saylı qərarının xx.xx.2024-cü il tarixdə oxunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyindən, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının qeyd edilən qərarlardan xx.xx.2025-ci il tarixdə, qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ərzində deyil, 1 ildən çox müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəb hesab edilə bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi iddia müddəti 1 ildən də çox ötürüldüyünə görə inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Birinci instansiya məhkəməsinin qərardadından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8411/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8411/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar