Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3545/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: ayrıc aktının (yerləşmə sxeminin) verilməsi; cavabdehin cərimə edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “ayrıc aktının (yerləşmə sxeminin) verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə qərarın icrasının təmin edilməsi ilə bağlı iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(112)-2565/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Hövsan Südçülük sovxozunda yerləşən mərhum əri X1 ayrılmış torpaq sahəsinə dair ayrıc aktının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2-1(112)-2565/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Hövsan Südçülük sovxozunda yerləşən iddiaçının mərhum əri X1 ayrılmış torpaq sahəsinə dair ayrıc aktının (yerləşmə cizgisinin) iddiaçıya verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2- 1(103)-2498/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilib işə yenidən baxılması və ya iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-216/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2-1(103)- 2498/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.
6. İş məhkəməyə qaytarıldıqdan sonra məhkəmə qərarı icra olunması üçün cavabdehə göndərilmiş, lakin cavabdeh qərarın icrasının mümkün olmadığına əsaslanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(112)-2565/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti 1000 (bir min) manat miqdarında cərimə edilmişdir.
8. Qərardaddan cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli F917 nömrəli sərəncamında 100 kv.m., Abşeron Rayon Hövsan Südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışda isə 1200 kv.m. qeyd olunmuşdur. Ayrıc aktının (yerləşmə cizgisinin) tam dəqiq tərtib edilməsi üçün tələbkar tərəfindən hər iki sənədin notarial qaydada təsdiq olunmuş surəti tələb edilsə də bu günə kimi sənədlər RİH-ə təqdim edilmədiyindən məhkəmə qərarının icrası təmin edilməmiş və bu barədə məhkəməyə məlumat verilərək Bakı İnzibati Məhkəməsinin İş № 2-1(112)-2565/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən tələbkar İddiaçı mərhum əri Zülfüqar Bayramova ayrılmış torpaq sahəsinə “ayrıc aktının (yerləşmə sxeminin) verilməsi ilə bağlı bildiririk ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 171 saylı sərəncamla Abşeron Rayon Hövsan Südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışda uyğunsuzluq olduğundan, həmçinin tələbkar xx.xx.2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışa dair arxiv arayışını RİH-ə təqdim edə bilmədiyindən qərarın icrasını təmin etmək mümkün olmadığı bildirilmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ:
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. 11.Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. 12.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (bundan sonra - İPM) göstərilmişdir ki, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur (116.1.). Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir (116.2.). Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir (120.1.). Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir (120.2.). Cərimə 50000 manatadək məbləğdə müəyyən oluna bilər (120.3.). Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər (120.4.).
16. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir (25.). İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər (26.). Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır (29.).
17. Qanunun və Plenum Qərarının yuxarıda qeyd edilən müdəalarından görünür ki, inzibati mübahisələrə dair işlər üzrə inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə qərarının icrası proseduru 3 hissədən ibarətdir:
1. Qərarı inzibati orqana göndərməklə icra üçün müddət müəyyən edilməsi.
2. İnzibati orqan barəsində cərimə tətbiq edilməsi.
3. Qərar əsasında icra vərəqəsi verilməklə qərarın məcburi icraya yönəldilməsi. 18.Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir. 19.Bakı İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(112)-2565/2023 nömrəli məktubundan görünür ki, hazırda cavabdehin qərara izah verilməsinə dair ərizəyə baxılması üçün işin materiallarını məhkəməyə göndərilməsi xahiş edilmişdir. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəmə qərarının izah olunması üçün etdiyi müraciət onun qanunla təsbit edilmiş fundamental prosessual hüququdur və bu hüququn reallaşdırılması icradan qərəzli şəkildə yayınma kimi tövsif edilə bilməz. Hüquqi məsuliyyətin yaranması üçün şəxsin davranışında hüquqazidd əməl və təqsir faktoru mövcud olmalıdır; lakin qərarın icra qaydasında qeyri-müəyyənlik olduğu halda izah tələb etmək, icranın gələcəkdə daha dəqiq və qanunauyğun təmin edilməsinə xidmət edən legitim bir addımdır. Bu səbəbdən, qərarın icrasındakı ləngimə cavabdehin qanunsuz davranışı kimi deyil, işin obyektiv halları kimi qiymətləndirilməli və cərimə tətbiqi rədd edilməlidir. 21.Beləliklə, birinci instansiya məhkəməsinin qərarı İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. 22.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası 23.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(112)-2565/2023 saylı qərardadı ləğv edilsin. Ərizə təmin edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Fuad Talışınski Məmməd Məmmədov