Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3547/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi, İddiaçıların qanuni nümayəndələri Qanuni nümayəndə və X3 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2957/2023 saylı 07 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZE seriyalı, 06446537 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1973-cü il tarixdə Füzuli rayonu, Əbdürrəhmanlı kəndində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 7ində qeydiyyatdadır. AA seriyalı 000567 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonunu 1993-cü ildə tərk etmiş, cavabdeh tərəfindən ona əvvəlcə xx.xx.1999-cu il tarixdə məcburi köçkün statusu, sonradan isə vəsiqəsini dəyişərək xx.xx.2014-cü il tarixdə AA seriyalı 324430 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. AZ-İ № 213318 nömrəli, xx.xx.2002-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və Qanuni nümayəndə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1980-ci il tarixdə Özbəkistan Respublikası, Kokand şəhərində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. AZ-İ № 861308 nömrəli, xx.xx.2006-ci il tarixli, AZ-İİ №936107 nömrəli, xx.xx.2012-ci il tarixli və AZ-İİİ №571827 nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı2 xx.xx.2006-cı il tarixdə, İddiaçı1 xx.xx.2011-ci il tarixdə və İddiaçı3 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşlar, onların atası X7, anası Qanuni nümayəndədır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-31216-1222 nömrəli məktubuna əsasən xx.xx.1973cü il təvəllüdlü X7 xx.xx.1992-ci il, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 xx.xx.2016-cı il, xx.xx.2011ci il təvəllüdlü İddiaçı1 xx.xx.2016-cı il, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı3 xx.xx.2019-cu il tarixdən ünvan 7ində qeydiyyatdadırlar. xx.xx.1980-ci il təvəllüdlü Qanuni nümayəndə xx.xx.1996-cı il tarixdən ünvan 4 ünvanda, xx.xx.2005-ci il tarixdən ünvan 5atdadır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli 02/3055 nömrəli məktubundan görünür ki, X7 məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin 26 noyabr 2014-cü il tarixli protokolu ilə ona AA seriyalı, 324430 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Qanuni nümayəndə məcburi köçkün statusuna malik deyildir. İddiaçıların atası X7 övladlarına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların atasına (qanuni nümayəndəyə) ünvanlanmış 01/4767 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Ərizəçinin həyat yoldaşı Qanuni nümayəndə qeydiyyatı ünvan 6 ünvanında olduğu üçün istəyinin müsbət həlli Komitənin imkan xaricindədir. Bundan sonra iddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-ci il təvəllüdlü İddiaçı2, xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2013cü il təvəllüdlü İddiaçı3 “məcburi köçkün statusu"nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçılar qismində İddiaçı2, İddiaçı1 və İddiaçı3 qəbul edilməsini və övladlarına “məcburi köçkün statusu"nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsil iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə 15 dekabr 2005-ci ildə X7 ilə rəsmi nikaha daxil olmuşdur. X2 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür ( AA seriyalı 324430№-li vəsiqə). Bu nikahdan üç övladı dünyaya gəlmişdir- xx xxxxxxx 2006cı il təvəllüdlü İddiaçı2, xx xxxxxx 2011-ci il təvəllüdlü İddiaçı1 və xx xxxx 2013-cü il təvəllüdlü İddiaçı3. Həyat yoldaşı X4 məcburi köçkün statusu verilsə də, övladlarına məcburi köçkün statusu verilməmişdir. Bununla bağlı həyat yoldaşı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə rəsmi qaydada müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan 01/4767 nömrəli xx.xx.2022-ci il tarixli məktub ilə cavab verərək bildirmişdir ki, Qanuni nümayəndə qeydiyyatı ünvan 3 ünvanında olduğu üçün istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 atası X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. X1 rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı2, İddiaçı1 və İddiaçı3 anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. Qanuni nümayəndə ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı2, İddiaçı1 və İddiaçı3 anası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Nizami rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən onlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2957/2023 saylı 07 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçıların qanuni nümayəndələri Qanuni nümayəndə və X7 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia mümkün iddiadır, çünki iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh imtina etdikdən sonra məhkəməyə müraciət etmişlər. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh inzibati orqana qarşı tələbi “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin onlara verilməsi” barədədir. Bununla bağlı onlar (qanuni nümayəndəsi olan atası), cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onların iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olmasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın hər üç iddiaçıya münasibətdə rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 148 saylı 08 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi həyata keçirir. Sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Hazırki işdə iddiaçıların atası məcburi köçkün statusuna malikdir, anasının isə qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş, hazırda işğaldan azad olmuş rayona deyil, xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, N.Abdullayev küçəsi, ev 4/25Q ünvanınadır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçılar xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2011-ci il təvəllüdlü İsmayılov X5 qəbul edilməsindən əvvəl doğulsalar da, onların müvafiq hüququ xx.xx.2014cü il tarixdən, yəni atası Cavid İsmayılova məcburi köçkün statusu verildiyi tarixdən yaranmışdır. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya baxışı zamanı iddiaçıların qanuni nümayəndəsi olan Cavid İsmayılov tərəfindən məhkəməyə təqdim olunan AA seriyalı 000567 nömrəli xx.xx.1999-cu il tarixli məcburi köçkün vəsiqəsindən müəyyən olundu ki, X4 ilk dəfə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşdükdən sonra xx.xx.1999-cu il tarixdə məcburi köçkün statusu və vəsiqəsi verilmiş, həmin statusun müddəti xx.xx.2010-cu il tarixədək uzadılmış və sonradan vəsiqəsini yeniləmiş, sonuncu dəfə ona xx.xx.2014-cü il tarixli vəsiqə verilmişdir. Bu hallar onu deməyə əsas verir ki, X3 məcburi köçkün statusu iddiaçılar xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 doğulmasından öncə də mövcud olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tələbinin təmin olunmasından imtina edilərkən “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad olunması düzgün olmamışdır. Qeyd olunmalıdır ki, Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində nəzərdə tutulmuşdu ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Sözügedən müddəa sonradan (xx.xx.2013-cü ildə) qəbul edilmiş və iddiaçılar xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 vəziyyətini ağırlaşdırdığından onlara münasibətdə geriyə tətbiq edilə bilməz. Çünki həmin şəxslərin doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamışdır. Azərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-618/2020 saylı xx.xx.2020-ci il və 2-1(102)-710/2021 saylı xx.xx.2021-ci il tarixli qərarlar). Məhkəmə kollegiyası digər iddiaçı- İddiaçı3 tələbinə münasibətdə isə qeyd edir ki, o, xx.xx.2013-cü il tarixdə doğulmuş, həmin tarixdə yuxarıda adı çəkilən Qaydalar qüvvədə olmuşdur. Odur ki, həmin iddiaçıya münasibətdə birinci instansiya məhkəməsi iddianı rədd etməklə bağlı düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; Həmin Qanunun 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2957/2023 saylı 07 iyun 2023-cü il tarixli qərarı qismən, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qərar qalan- İddiaçı3 iddiasının təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2957/2023 saylı 07 iyun 2023-cü il tarixli qərarı qismən, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2957/2023 saylı 07 iyun 2023-cü il tarixli qərarı qalan- İddiaçı3 iddiasının təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3547/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3547/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver