Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3547/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9691/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2020ci ildən xx.xx.2022-ci ilədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin təyin edilmiş əlillik əsasında iddiaçıya cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlillik xx.xx.2020-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya təyin edilmiş pensiyanın etibarsız hesab edildiyi, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığıı tarixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş edimişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənişin həyata keçirilməsinə başlanmışdır. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin qismən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırıldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Cavabdeh bir məsələni nəzərdən qaçırmışdır. İddiaçı vaxtında ona pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, bir müddət həmin pensiyanı almağa davam etmiş, daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qanunsuz hərəkətləri nəticəsində onun əlilliyi etibarsız hesab edilmiş, həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir. Ödənişlərin dayandırılmasında onun hər hansı bir təqsiri mövcud olmamışdır. Bu əsasdan cavabdeh inzibati orqanın hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə istinad etməsi məntiqli olmamışdır. İddiaçıya xx.xx.2017-xx.xx.2022-ci illər ərzində 5 illik müddətə əlillik təyin edilmişdir. İddiaçı həmin əlillik müddətində xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər olan dövr üzrə ödənilməli olan məbləği almışdır. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı nəticəsində ona hazırda xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək ödənilməli olan məbləğ icra edilməkdədir. Halbuki iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək olan kompensasiya məbləği tam şəkildə ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-9691/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanunazidd və əsassız hesab olunmaqla ləğv edilməli, həmçinin iddiaçının iddia tələbinin təmin olunmamasına dair yeni qərar çıxarılmalıdır. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını və ötən dövr üzrə hesablamanın əsasları barədə rəsmi cavab verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçıya pensiyanın hesablanma qaydası barədə məlumat verilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” və “Əlillik” altsistemləri vasitəsilə əldə edilmiş məlumatlara əsasən, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2020-ci il tarixdə müayinənin, yəni nəticə olaraq əlilliyin etibarsız hesab edilməsi səbəbindən pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçının cavabdeh Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2017-ci il tarixdə təyin olunmuş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu xx.xx.2020-ci il tarixdən bərpa olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia təmin edilmiş və iddiaçının əlilliyi xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir. “Əlillik” altsisteminə daxil edilən məlumatlardan da göründüyü kimi, iddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə müayinədə olmuş və ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən müayinənin nəticələri hazırda qüvvədə olduğundan buna əsasən iddiaçının əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və bu səbəbdən pensiyanın ödənişi də xx.xx.2022-ci il tarixədək həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında xx.xx.2022-ci il tarixdə keçirilmiş əyani müayinəyə münasibət bildirilməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələblərinə uyğun olaraq əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Belə ki, hətta qeyd edilən məhkəmə qərarı ilə əlillik əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2022-ci il tarixədək bərpa edilmiş olsa da, həmin tarixə qədər xx.xx.2022-ci il tarixdə şəxsin əyani müayinəsi keçirilmiş, nəticədə diaqnoz əlillik əlaməti aşkar etmədiyinə görə əlilliyin təyin edilməsindən imtina olunmuş, DTSERA-nın imtina barədə həmin qərarı iddiaçı tərəfindən mübahisələndirilməmiş, deməli iddiaçı da sözügedən qərarın nəticəsi ilə, yəni əlilliyinin xx.xx.2022-ci il tarixdə bitməsi ilə razılaşmış, buna görə də hazırda da qüvvədə olan həmin imtina qərarı əsasında pensiya ödənişinin xx.xx.2022-ci il tarixədək həyata keçirilməsi qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarında pensiya ödənişinin xx.xx.2022-ci il tarixədək həyata keçirilməsinə münasibət bildirərkən əlilliyin bərpa edilməsi barədə qərarın xx.xx.2022-ci il tarixli müayinədən sonra qəbul edilməsinə istinad edərək səhv nəticəyə gəlmişdir. Belə ki, əvvəla, həmin qərarda sözügedən müayinəyə hüquqi qiymət verilməmiş, müayinənin nəticəsi iddiaçı tərəfindən nə həmin məhkəmə icraatı zamanı, nə də başqa iddia vasitəsilə mübahisələndirilməmiş, nəticə etibarilə DTSERA-nın xx.xx.2022ci il tarixli imtina barədə qərarı qüvvədə qalmışdır. Cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Belə ki, hazırkı iş üzrə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələblərinə uyğun olaraq hərəkət etmiş, yəni iddiaçıya əmək pensiyasının ödənilməsini onun əlillik müddətinin bitdiyi gündən dayandırmış, onun yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa etmişdir. Cavabdehin iddiaçıya tələb edilən dövrlər üzrə əmək pensiyasının ödənilməsini bərpa etmək öhdəliyi məhz iddiaçının əlilliyini müəyyən edən aidiyyəti inzibati orqan tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında yaranır. Qeyd edilən məhkəmə qərarının qəbul edilməsi xx.xx.2022-ci il tarixli imtina barədə qərarın avtomatik qüvvədən düşməsi ilə nəticələnmir. Belə ki, hətta DTSERA tərəfindən xx.xx.2020-ci il tarixdə müayinə etibarsız hesab edilməsə və iddiaçı hələ o zaman pensiya ödənişini almış olsa idi belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndi DTSERA-ya imkan verirdi ki, əlilliyin müəyyən edildiyi 5 illik müddət ərzində iddiaçını əyani müayinəyə cəlb etsin. Qeyd edilən normaya əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, DTSERA əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. DTSERA müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Odur ki, iddiaçıya münasibətdə əlilliyin təyin edilməsindən imtina barədə qərarın qüvvədə olması hazırkı iş üzrə cavabdehin məsuliyyət sferasına aid məsələ deyildir. Əgər əlillik hüquqi cəhətdən etibarlı və qüvvədə olan inzibati akt əsasında bitibsə, bu halda pensiya ödənişini həyata keçirən orqanların vəzifəsi məhz əlilliyin bitdiyi tarixdə ödənişi dayandırmaqdan ibarətdir. Bu halda əlilliklə bağlı qəbul edilmiş qərarlar mübahisələndirilmədən ödənişi həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz. Hazırkı işdə də aidiyyəti inzibati orqanın qüvvədə olan qərarı mövcuddur. Pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməsi ilə bağlı tələbə gəldikdə isə bildiririk ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddiaçının əlilliyi xx.xx.2020-ci il tarixdən bərpa edilsə də, xx.xx.2020-ci il tarixdən pensiya ödənişi həyata keçirilməkdədir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 8 il 5 ay 5 gün sığorta stajı müəyyən edilmişdir. Bundan əlavə, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 64453,12 manat pensiya kapitalı əsasında iddiaçının pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən 1185,62 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 1320,78 manata, xx.xx.2022-ci il tarixdən 1365,68 manata çatdırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən Sizə həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyinizin etibarsız edilməsi səbəbindən ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən əlilliyiniz xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək bərpa edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 8 il 5 ay 5 gün sığorta stajınız, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 64453,12 manat pensiya kapitalı əsasında pensiyanızın məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 1185,62 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 1320,78 manata, xx.xx.2022-ci il tarixindən 1365,68 manata çatdırılmışdır. xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (əlilliyinizin müddəti xx.xx.2022-ci il tarixində bitdiyi üçün) hesablanmış əmək pensiyasının məbləği və 2022-ci ilin İ və İİ rübləri üzrə maddi yardım Sizə ödənilməkdədir. İş materiallarında olan DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış fərq məbləği ayların sayına bölünərək hissə-hissə ödəniləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci ildən səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti müayinənin tarixi:xx.xx.2022-ci il. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12083/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu, yəni xx.xx.2020-ci il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.2. əlilliyə görə əmək pensiyası. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.
41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2017-ci ildən səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla xx.xx.2022-ci il tarixinədək ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya bununla əlaqədar xx.xx.2017-ci ildən əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin əlillik altsistemində etibarsız edilməsi səbəbindən pensiya ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu, yəni xx.xx.2020-ci il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarının icrası ilə əlaqədar iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdək cavabdeh tərəfindən pensiya ödənişi həyata keçirilir. Göründüyü kimi, iddiaçıya əlillik xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək təyin edilsə də, əlillik altsistemində əlilliyi etibarsız edilmiş və məhkəmə qərarı ilə iddiaçının əlilliyi əlilliyin etibarsız hesab olunduğu xx.xx.2020-ci il tarixdən bərpa olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək və məhkəmə qərarından sonra isə xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək cavabdeh tərəfindən pensiya ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək və xx.xx.2022ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əlilliyi etibarsız hesab olunduğu xx.xx.2020-ci il tarixdən bərpa olunduqdan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tərixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilərək xx.xx.2020-ci il tarixdən ödənişin həyata keçirilməsinə başlanmışdır. Cavabdeh orqan mövqeyini onunla əsaslandırmışdır ki, «Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddiaçının əlilliyi xx.xx.2020-ci il tarixdən bərpa edilsə də, xx.xx.2020-ci il tarixdən pensiya ödənişi həyata keçirilməkdədir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir». Lakin qeyd olunmalıdır ki, bu, pensiyanın təyin edilməsi üçün müraciət deyil, əlilliyin etibarsız hesab edilməsi iddiaçı tərəfindən mübahisələndirilmiş və məhkəmə iddiaçının iddia tələbini təmin edərək əlilliyi etibarsız hesab olunduğu tarixdən bərpa etmişdir. Əlillik qanunsuz və əsassız olaraq etibarsız hesab edildiyi üçün və iddiaçının əlilliyinin etibarsız hesab edilməsi, onun pensiya ödənişlərinin dayandırılması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmadığı üçün əlillik bərpa olunduğu tarixdən də pensiya ödənişləri bərpa edilməli, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək iddiaçıya ödənilməyən əmək pensiyası da ödənilməlidir. Bundan başqa, iddiaçının əlillik müddətinin xx.xx.2022-ci ildə başa çatmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək pensiya ödənişini həyata keçirir. Cavabdehin mövqeyinə görə “Əlillik” altsisteminə daxil edilən məlumatlarda iddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə müayinədə olmuş və ona əlilliyin təyin edilməsindən imtina edilmişdir, sözügedən müayinənin nəticələri hazırda qüvvədə olduğundan buna əsasən iddiaçının əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və bu səbəbdən pensiyanın ödənişi də xx.xx.2022-ci il tarixədək həyata keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir və növbəti müayinə tarixi xx.xx.2022-ci il tarix göstərilmişdir. Cavabdehin istinad etdiyi müayinə iddiaçı tərəfindən əlilliyin etibarsızlığının mübahisələndirildiyi məhkəmə araşdırması dövründə cavabdeh tərəfindən etibarsız edilmiş əlilliklə bağlı keçirilmişdir, xx.xx.2022-ci il tarixdə keçirilmiş həmin müayinədən sonra isə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması qərara alınmışdır və həmin əlillik təyin olunduğu son tarixədək qüvvədədir. Bundan sonra isə iddiaçıya təyin edilmiş və məhkəmə qərarına əsasən bərpa edilmiş əlilliyin ləğv edilməsi barədə hər hansı məlumat mövcud deyildir. Ona görə də iddiaçının əlilliyin bütün müddəti üçün əmək pensiyasını almaq hüququ saxlanılır. Bu səbəbdən də xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilməyən əmək pensiyası da ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9691/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.