Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3548/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3812/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin 4518 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2002-ci il tarixli, 001964 saylı «Mülkiyyət hüququ haqqında» şəhadətnaməyə əsasən "xxxx" Firması ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 26300,0 m2 torpaq sahəsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən alımışdır. AN-İ ******* saylı xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, "xxxx" Firması Bakı şəhəri, Nizami rayonu, 2427-cü məhəllə ünvanında yerləşən torpaq sahəsinin 0.8 ha hissəsini “Saloğlu fərdi firmasına” satmışdır. Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən əmlak kompleksinin bölgü sxemi də tərtib edilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017ci il tarixli razılaşmadan görünür ki, “Satıcı “Komfort" firması ilə alıcı "Saloğlu fərdi firması" arasında ünvan 5 ünvanında yerləşən 2.63 ha torpaq sahəsinin 0.8 ha hissəsinin alqısatqı barədə xx.xx.2017-ci ildə Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış alqısatqı ******* saylı müqaviləsinin 18-0 bəndinə əsasən tərəflər həmin müqavilənin birinci bəndinə aşağıdakı dəyişiklik edilməsi haqında razılaşma əldə etmişlər: 1. satıcı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2.63 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni "alıcının” mülkiyyətinə verir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən əmlak kompleksi müəssisə üzərində "xxxx" Firmasının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 2829.1 kv.m olan əmlak kompleksi və onun yerləşdiyi 2.63 ha torpaq sahəsi üzərində "xxxx" Firmasının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-838/2019 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı cavabdeh X8, X7, "xxxx" Firması və “Saloğlu fərdi firması”na qarşı əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmənin qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(008)- 838/2019 saylı qərardadı xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış və hazırda həmin qərardaddan şikayət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 9054/2019 saylı qərardadından görünür ki, DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi şikayəti təmin edilməmiş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Bundan sonra iddiaçı məhkəmə qərardadına əsasən ona keçmiş əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********48 nömrəli, xx.xx.2019-cu il tarixli nömrəli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, məhkəmə qərarında göstərilən ölçülərlə faktiki göstərilən torpaq sahəsinin perimetrik ölçüləri arasında fərq mövcuddur. Sabunçu Rayon Məhkəməsinin 2(008)838/2019 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişində qeyd olunan ünvan 8 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 2,144 hektar torpaq sahəsinin 0,23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********869-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə “avtoservis” qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74 m x 31 m olan hissəni iddiaçının mülkiyyətinə keçməsi qeyd olunsa da, lakin müvafiq daşınmaz əmlakın qeyd olunan hissəsinin iddiaçının adına qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd (qanunvericiliklə müəyyən edilmiş qaydada notarial qaydada təsdiq edilmiş əqd, müqavilə və s.) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********59 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı barışıq sazişində nəzərdə tutulan ünvan 8 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 2,144 hektar torpaq sahəsinin 0,23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********86912301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə “avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74m x 31 m olan hissə ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə birlikdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edəcəyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********290 nömrəli imtina məktubunda bildirilmişdir ki, barışıq sazişinin təsdiq edilərək mülki işin icraatına xitam verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 nömrəli qərardadı ilə İddiaçı ilə cavabdehlər X10, X9, “Komfort" firması və "Saloğlu fərdi firması" arasında bağlanmış barışıq sazişi təsdiq edilərək mülki işin icraatına xitam verilmiş və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Daha sonra İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, ünvan 10 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, qeyd olunan qərardada əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli bölgü sxeminə uyğun ünvan 6 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən əmlak kompleksi kimi xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh X8, X7, "xxxx" Firması və “Saloğlu” fərdi fırmasına qarşı əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir: 1. Tərəflərin həmtəsisçi olduqları "xxxx" firmasının əmlak kompleksi olaraq müəssisə kimi ünvan 8 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarşına əsasən xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan hissə iddiaçının xüsusi mülkiyyətinə keçir. 2. Cavabdeh iddiaçının mülkiyyətinə keçən torpaq sahəsinin dövlət qeydiyyatı orqanlarında rəsmiləşdirilməsi üçün lazimi sənədləri ona təqdim etməyi, bu məqsədlə bütün yardımları etməyi öhdəliyinə alır. 3. Cavabdeh iddiaçının mülkiyyətinə keçən torpaq sahəsinin hər hansı yüklülükdən azad olduğuna zəmanət verir və üçüncü şəxslər qarşsında bu şərtin təminatı ilə bağlı tam məsuliyyət daşıyır. 4. İddiaçı həm ilkin, həm də əlavə iddia ərizəsində irəli sürdüyü digər tələblərdən imtina edir. 5. Cavabdeh iddiaçıya qarşı bu sazişin qüvvəyə minməsi və icrasının tam başa çatması tarixinə kimi həmtəsisçilik hüququna əsaslanan və "xxxx" firmasının fəaliyyəti ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəyini öhdəliyinə alır. 6. Tərəflər "xxxx" firmasının hüquqi şəxs olaraq dövlət qeydiyyatı məlumatlarında təsisçiliklə bağlı lazimi dəyişikliklər aparılmasında birgə fəaliyyət göstərəcəklər. 7.İddiaçı "xxxx" firmasının təsisçiliyindən çıxmağı öhdəliyinə alır. 8. Məhkəmə tərəfindən barşıq sazisinin şərtlərinin təsdiq edilməsi nəticəsi haqda Azərbaycan Respublikası MPM-nin 191-ci və 262-ci maddələrinin tələblərinin məzmunu və mənası iddiaçıya və cavabdehə məlumdur və aydındır. Məhkəmənin qeyd olunan qərardadı qanuni qüvvəsini almış və bununla bağlı məhkəmə tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli arayış verilmişdir. Bundan sonra iddiaçı ərizə ilə (qərardad və arayış əlavə edilməklə) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək qərardadın qərar hissəsinin 1-ci bəndində göstərilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu haqqında iddiaçıya reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh məhkəmənin qərardadını icra etməmiş və müraciətinə verdiyi cavab məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixində şikayət vermişdir. Həmçinin barışıq sazişində iddiaçının mülkiyyətinə keçməsi qeyd olunan torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd də (notarial qaydada təsdiq edilmiş əqd, müqavilə və.s) ərizəçi tərəfindən İdarəyə təqdim edilməmişdir. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 9054/2019 saylı qərardadı ilə 1 saylı BƏİnin şikayəti təmin edilməmiş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qüvvədə saxlanılmışdır. İddiaçı yenidən ərizə ilə cavabdehə müraciət etdikdə cavabında bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı icra üçün rəsmi qaydada 1 saylı BƏİ-nə daxil olacağı təqdirdə ərizəyə qanunamüvafıq qaydada baxıla bilər. Qeyd olunan cavab məktubundan sonra iddiaçı məcbur olaraq məhkəməyə ərizə ilə müraciət edib qərardadın icrası ilə bağlı icra vərəqəsi verilməsini xahiş etmişdir. Nəticədə məhkəmə tərəfindən verilmiş icra vərəqəsi Sabunçu rayon icra şöbəsi tərəfindən DƏDRX-nin 1 saylı BƏİ-nə göndərilmişdir. Lakin bu dəfə də 1 saylı BƏİ məhkəmə qərardadının icrasından imtina edərək icra şöbəsinə ünvanladığı məktubda qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Cavabdeh həmin qərardadla onun üzərinə hər hansı bir öhdəlik qoyulmadığını iddia etsə də, qanunvericilik normalarından məlum olduğu kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadının icrasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-838/2019 saylı məktubu İdarəyə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh X8, X7, "xxxx" Firması və “Saloğlu fərdi firması”na qarşı əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il tarixli barışıq sazişinin təsdiqlənməsi qət edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)838/2019 nömrəli qərardadı ilə təsdiq edilmiş barışıq sazişində nəzərdə tutulan ünvan 8 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 2,144 hektar torpaq sahəsinin 0,23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********86912301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə “avtoservis” qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan hissə ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Bununla bağlı Sabunçu Rayon Məhkəməsinə **********40 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3812/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq bildirilmişdir ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qərarın ləğv edilməsinə əsasdır. O iddiasında mülkiyyət hüququnun qeydiyyata alınmasının əsası kimi banşıq sazişinə deyil, məhkəmə qərarına (qərardadına) istinad etmişdir. Apellyasiya Məhkəməsi qərardadında göstərdiyi mövqedən də məlum olur ki, cavabdeh inzibati orqan məhkəmə qərarını (qərardadı) icra etməli və onun mülkiyyət hüququnu qeydə almalı idi. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(0081-838/2019 saylı qərardadı könüllü icra edilmədiyi üçün Məhkəmə tərəfindən qərardadın icra edilməsi üçün icra vərəqəsi də verilmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan yenə də müxtəlif bəhanələrlə qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınır. Bakı İnzibati Məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verməmiş və işə düzgün hüquq normaları tətbiq etməmişdir. Belə ki, onun mülkiyyət hüququnun qeydə alınmasının əsası qanuni qüvvəsini almış məhkəmə qərarıdır (Mülki Məcəllənin 139-1.1.4-cü maddəsi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.4-cü maddəsi). Lakin birinci instansiya məhkəməsi iddia ərizəsində göstərdiyi bu əsasa hər hansı bir qiymət verməmiş və əsassız olaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqqında" Qanunun digər - 8.0.3-cü maddəsinə, istinad edərək göstərmişdir ki, qeyd olunan maddədə barışıq sazişi mülkiyyət hüquqlarının qeydə alınması əsası kimi nəzərdə tutulmamışdır. Onun mülkiyyət hüququ Mülki Məcəllənin 139- 1.1.4-cü maddəsi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.4-cü maddəsində nəzərdə tutulmuş əsasa (qanuni qüvvəsini almış məhkəmə qəran) əsasən qeydə alınmalıdır. Birinci instansiya məhkəməsinin qərarını əsaslandırarkən istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2l(102)-2229/2022 saylı iş üzrə formalaşdırdığı hüquqi mövqeyi ilə bağlı isə bildirir ki, Ali Məhkəmədə baxılan qeyd olunan işin hallan ilə hazırki mübahisənin hallan eynilik təşkil etmir. Lakin hazırki mübahisənin hallarından da məlum olduğu kimi, təsisçilər arasında yaranmış əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmənin təklifi ilə tərəflər arasında barışıq sazişi imzalanmış və həmin barışıq sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edilmişdir. Yəni indiki halda hər hansı bir uydurma və ya yalan əqddən söhbət gedə bilməz, çünki bir daha qeyd edir ki, barışıq sazişi məhkəmənin təklifi ilə imzalanmış və məhkəmə də həmin sazişi qərardadla təsdiq etmişdir. Saziş məhkəmə qərardadı ilə də təsdiq olunduğu üçün artıq öz hüquqi, formasını dəyişmiş, təsisçilər arasında yaranmış məhkəmə mübahisənin həlli kimi məhkəmə qərardadı formasını almışdır. Məhkəmə qərarı isə qanunvericilikdə mülkiyyət hüququnun qeydə alınmasının əsası kimi nəzərdə tutulmuşdur. Buna baxmayaraq Bakı İnzibati Məhkəməsi qeyd olunan məhkəmə qərardadını görməzdən gələrək, guya tərəflər arasında adi (məhkəmədən kənar) barışıq sazişi imzalandığını və barışıq sazişinin qanunvericilikdə mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi nəzərdə tutulmadığını göstərərək iddianı rədd etmişdir. Bakı İnzibati Məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-2229/2022 saylı işin hallarından fərqli olaraq indiki mübahisə üzrə, banşıq sazişi məhkəmə mübahisəsindən sonra yox, bilavasitə məhkəmə mübahisəsi zamanı məhkəmənin təklifi ilə imzalanmışdır və məhkəmə qərardadı ilə də təsdiq edilmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” barədədir. Bu barədə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, tələbi sonuncu tərəfindən təmin edilməmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdə iddiaçının tələbi və hüquqi marağı ünvan 10 ünvanda yerləşən və daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən əmlak kompleksi kimi xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74 m x 31 m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. İddiaçı tələbinin əsası kimi və hüquqmüəyyənedici sənədi olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadını təqdim etmişdir. Hansı ki, həmin qərardada əsasən İddiaçı cavabdeh X8, X7, "xxxx" Firması və “Saloğlu fərdi fırması”na qarşı əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il tarixli barışıq sazişi təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir. İddiaçı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)838/2019 saylı qərardadını təqdim edərək mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh tələbinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 nömrəli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək mülki işin icraatına xitam verilsə də, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibatı orqanın mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əvvəla, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adına mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasını tələb etdiyi əmlak əvvəllər "xxxx" firmasının ******* seriyalı xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak olmuşdur, sonradan həmin əmlakın bir hissəsi mülkiyyətçisi olan "xxxx" firması tərəfindən İddiaçı və digər şəxslərlə (X10, X9, “Saloğlu” fərdi fırması) arasında yaranmış əmlak mübahisəsinə görə iddiaçının mülkiyyətinə verilmişdir. Tərəflər arasındakı əmlak mübahisəsinə baxan məhkəmədə 18 fevral 2019-cu il tarixli barışıq sazişi bağlanaraq, tərəflərin həmtəsisçi olduqları "xxxx" firmasının əmlak kompleksi olaraq müəssisə kimi ünvan 8 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarşına əsasən xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan hissənin İddiaçı xüsusi mülkiyyətinə keçməsi qərara alınmış, həmin barışıq sazişinin şərtləri təsdiq edilmiş və mülki işin icraatına xx.xx.2019-cu il tarixli məhkəmə qərardadı ilə xitam verilmişdir. Həmin qərardaddan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9054/2019 saylı qərardadı ilə təmin edilməmiş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, hazırki vəziyyətdə iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi əmlak üzərində məhz onun mülkiyyətçisi ("xxxx" müəssisəsi) sərəncam verərək, iddiaçı ilə bağladığı barışıq sazişinə əsasən özünə məxsus əmlakın bir hissəsini iddiaçının adına keçirmiş, həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunub işin icraatına xitam verilsə də, iddiaçı sözügedən barışıq sazişinin təsdiq olunması barədə qanuni qüvvəsini almış məhkəmə aktına əsasən adına keçmiş əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də, cavabdeh həmin qərardadla onun üzərinə hər hansı öhdəliyin qoyulmadığına istinad edərək iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim olunmamasını da əsas gətirərək formal səbəblərlə tələbin təmin olunmasından əsassız olaraq imtina etmişdir. Halbuki məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4 və 10.2.1-ci maddələrinə əsasən əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Birinci instansiya məhkəməsinin öz qərarında istinad etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2229/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin inzibati məhkəmə işinin faktiki halları ilə hazırki mübahisənin faktiki halları eynilik təşkil etmir. Belə ki, kassasiya instansiyası məhkəməsinin icraatında olmuş adı çəkilən inzibati işin hallarına görə, iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi mənzil əvvəl onun ərinə məxsus olmuş, sonradan məhkəmə qərarına əsasən tərəflərin həmin mənzil üzərində payları 2/1 müəyyən olunmuş, bu barədə bağlanmış barışıq sazişinin təsdiqi ilə bağlı çıxarılmış məhkəmə qərarı icra olunaraq, tərəflərin mənzil üzərində ½ hissədə (paylı) mülkiyyət hüquqları tanınmış və elektron çıxarış verilmişdir. Lakin sonradan ər arvadının (həmin işdə iddiaçının) xeyrinə öz payından imtina edərək bunun əvəzində arvadının pul ödəməsi şərti ilə və mənzilə dair tam mülkiyyət hüququnun qeydə alınması ilə bağlı çıxarışın verilməsi barədə yeni barışıq sazişi bağlanmış, bu barışıq sazişi də məhkəmə tərəfindən təsdiq olunduğu üçün icra olunması üçün cavabdehə müraciət olunarkən sonuncu tələbin təmin olunmasından imtina etmişdir. Həmin imtinadan narazı qalan iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunsa da, həmin iş üzrə yuxarı instansiya məhkəmələrinin hüquqi mövqeyi fərqli olmuşdur. Belə ki, iddianın təmin olunması ilə bağlı çıxarılmış məhkəmə qərarı ləğv olunaraq iddianın rədd edilməsi qənaətinə gəlinmişdir. Həmin məhkəmə qərarlarında da qeyd olunmuşdu ki, “mənzil üzərində iddiaçının mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir, iddiaçının göstərdiyi dəlillərdən fərqli olaraq Azərbaycan Respublikasının mülki qanunvericiliyində müqavilə növü kimi barışıq sazişi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə mübahisəsi üzrə bağlanmış barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas olmadığından iddiaçının mənzilə dair tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehin imtinası qanuni olmuşdur.” Hazırki işdə isə nəzərə alınmalıdır ki, bağlanmış barışıq sazişinin şərtinə görə mülkiyyətçi özünə məxsus əmlakın bir hissəsini iddiaçıya nəyinsə, yəni pulun müqabilində verməmiş, versəydi yuxarıda qeyd olunan inzibati işdəki kimi barışıq sazişi alqı-satqı müqaviləsini əvəzləmiş olardı və həmin halda cavabdehin imtinası qanuni olardı, hazırki vəziyyətdə mülkiyyətçi ("xxxx" müəssisəsi) sadəcə iddiaçı ilə arasındakı mübahisənin həlli məqsədilə mülkiyyətindəki əmlakın bir hissəsini iddiaçının adına keçirməyə razılıq vermişdir, hansı ki, bu barədə bağlanmış barışıq sazişinə də məhkəmə tərəfindən qiymət verilərək təsdiq olunmuş, işin icraatı xitamlanmış, son vəziyyətdə qəbul edilən məhkəmə qərardadını icra etmək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən cavabdeh inzibati orqanın vəzifəsidir. Nəzərə alınmalıdır ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan iddiaçının qanuni qüvvəsini almış məhkəmə qərardadına əsasən iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunduğu üçün qərar ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməli, bununla da iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3812/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3812/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, qeyd olunan qərardada əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli bölgü sxeminə uyğun ünvan 6 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən əmlak kompleksi kimi xüsusi mülkiyyətdə olan 2.1144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3548/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3548/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver