Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3549/2025 28.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X1 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi ilə, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik müavinətinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 790/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı əlilliyin təyin edilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının icraya yönəldilməsini xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2024-cü il tarixli, 2-1(112)-790/2024 nömrəli icra sənədinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024- cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komissiyasında müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq xx.xx.2023-ci il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, komissiyadan keçdiyi xx.xx.2024-cü il tarixdə iddiaçıya əlillik müəyyən olunmalı idi. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı düzgün icra edilməmişdir. Həmçinin 2022-ci ildən növbəti dövr üçün birdəfəlik əlillik müəyyən edilməli idi....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi apellyasiya şikayəti verərək, ləğv edilməsini və təmin ediləsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apelyasiya mümkün hesab edilmişdir.) Apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasınının iclası barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10 nömrəli qərarının 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının icrası məqsədilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş, xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, işdən göründüyü kimi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə cavabdehin üzərinə iddiaçıya müddətsiz əlillik təyin edilməsi barədə öhdəlik qoyulmamış, həmçinin iddiçıya təyin edilmiş əlillik ardıcıl olaraq 10 il davam etməmiş, təqdim etdiyi sənədlər də ona qoyulmuş diaqnoz üzrə müddətsiz əlillik təyin edilməsinə əsas verməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2023cü ildə Agentlikdə müayinə olunaraq əlilliyin təyin edilməməsi barədə qərar qəbul edilmişdir, növbəti müayinə zamanı onda orqanizm funksiyalarının 60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmiş və həmin əlilliyin müddəti xx.xx.2023-cü ildən hesablanmışdır. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-790/2024 saylı qərarı düzgün icra olunmuşdur. Ona görə də məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının icraya yönəldilməsi ilə bağlı ərizənin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, həmin qərardadın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3549/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3549/2025
28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver