Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-355/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2024 saylı 26 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə xx.xx.2022-ci il tarixdə 2019-cu ilin gəlir vergisi üzrə bəyannamə və həmin bəyannaməyə 1 saylı və 3 saylı əlavələr təqdim edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən həmin bəyannamə üzrə uyğunsuzluq aşkar edildiyindən **********120100 nömrəli xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********830300 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı 16927,38 manat əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Həmin qərardan narazı qalan İddiaçı inzibati şikayəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 90 saylı 14 oktyabr 2022-ci il tarixli qərarı ilə təmin edilməyərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 may 2022-ci il tarixli **********830300 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 8 aprel 2021-ci il tarixli **********747900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, keçirilmiş kameral vergi yoxlamasının nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********830300 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hazırkı iş üzrə cavabdehlər qismində prosessual iştiraklarına xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh qismində nəzərə alınmışdır. İş üzrə iddia tələbi “xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktın ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, keçirilmiş kameral vergi yoxlamasının nəticələrə dair xx.xx.2022-ci il tarixli **********830300 saylı qərarla razı olmadığını bildirirərək 2019-cu il üzrə gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 16927,4 manat vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdehlər xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı ləğv etməyərək 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati aktla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul etmişdir, (qərar əlavə edilir). 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati qərarla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası cavabdeh Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı (qərar) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli **********47900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Belə ki, cavabdeh 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati qərarını onunla əsaslandırmışdır ki, fərdi sahibkar Şükürov Yahya tərəfindən 2019-cu il ərzində 212990.77 (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, bank hesabına ümumilikdə 217 990,61 manat məbləğində vəsait daxil olduğu, müvafiq dövr ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini nəzərə alınaraq Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı (qərar) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli **********747900 nömrəli qərarları dəyişdirilmədən saxlamışdır. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkarlar işçilərin sayı 10-dək, ilkin gəliri 200 min manatadək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatadək orta sahibkar isə işçilərin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının mübahisələndirdiyi 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati qərarı, cavabdeh Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı (qərar) bu əsaslarla ləğv edilməlidir. xx.xx.2020-ci il tarixdə 2019-cu ilin gəlir vergisi üzrə bəyannamə təqdim etmiş, vergi orqanı həmin bəyannamə üzrə uyğunsuzluq aşkar etdiyindən xx.xx.2020-ci il tarixdə **********322200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərmişdir. Bundan sonra dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, gəlir vergisi kimi 5642,46 manat (112849,21 x75%)x20%=5642.46 manat) hesablamış, cavabdeh həmin bəyannamə əsasında xx.xx.2021-ci il tarixdə **********567000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edərək 24926.37 manat vergi məbləği hesablamışdır. Daha sonra vergi orqanı tərəfindən yenidən müvafiq hesablama aparılaraq xx.xx.2020-ci il tarixli **********785600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmiş, 19.927,38 manat məbləğində əlavə vergi hesablanmışdır. 10 yanvar 2021-ci il tarixdə vergi orqanına kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə müraciət etmiş, sonuncu bu müraciət əsasında hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı qəbul edərək iddiaçının 2019-cu ilin gəlir vergisi üzrə ödəməli olduğu məbləği 22569,84 manat (112849,21*20%=22569,84 manat) müəyyən etmişdir. Bu qərardan 29 mart 2021-ci il tarixdə yuxarı vergi orqanına inzibati şikayət etmiş, şikayət nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli, **********747900 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 10 yanvar 2021-ci il və 29 mart 2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Halbuki vergi orqanının xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməli idi. Belə ki, vergi orqanına 2019-cu il üçün təqdim etdiyi gəlir vergisi Bəyannaməsində 2019-cu il üçün gəlir məbləği 197990,77 manat göstərilmişdir. Eyni zamanda 2019-cu il üçün 15000 manat dəyərində daşınma ilə bağlı gəlir əldə etdiyini bildirmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarında 2019-cu il üçün gəlir məbləği 212990,77 manat hesablanmışdır. Belə ki, vergi orqanı iddiaçı tərəfindən daşınma xərci kimi əldə olunmuş 15000 manatı da 2019-cu il üçün ümumi gəlir məbləğinə əlavə etmiş və yekunda 212990,77 manat alınmışdır. Nəticədə vergi orqanı tərəfindən 2019-cu il ərzində 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, bank hesablarına ümumilikdə 217990,61 manat məbləğində vəsaitin daxil olduğunu müəyyən etmiş və bununla da Nazirlər Kabinetinin 2018- ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini hesab etmişdir. 2019-cu il ərzində bank hesablarıma mişar daşı satışına görə - 197990,77 manat; daşınma xidmətinə görə - 15000 manat; mişar daşı satışına görə (imtina olunmuş) - 5000 manat pul məbləği daxil olmuşdur. Bu məbləğlərdən yalnız 197990,77 manat 2019-cu il üçün gəlir vergisinə cəlb olunmalıdır, daşınma xidmətinə görə 15000 manat müstəqil vergiyə cəlb olunduğu üçün onun vergisi də müstəqil icra olunmalı və mikro sahibkarlıq üçün nəzərdə tutulmuş məbləğə daxil edilməməli idi. Həmçinin mişar daşı satışına görə əldə olunmuş 5000 manat üzrə xidmətdən imtina olunduğuna və ödənilmiş pul geri tələb olunduğuna görə sözügedən məbləğ gəlir kimi qiymətləndirilməməli və mikro sahibkarlıq üçün nəzərdə tutulmuş məbləğə daxil edilməməli idi. Həmçinin daşınma ilə bağlı gəlir sadələşdirilmiş vergi ödəyicisi üçün nəzərdə tutulmuş illik gəlirə (200000 manatadək) daxil edilən məbləğ kateqoriyasına aid deyil. Çünki daşınma ilə bağlı əldə olunmuş gəlir üçün vergi dərəcəsinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsində konkret olaraq norma nəzərdə tutulmuşdur. Bundan başqa iddiaçı ilə “X3” MMC arasında mişar daşının alınması ilə bağlı 27 avqust 2019-cu il tarixdə Müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq “X3” MMC avans olaraq 5000 manat məbləği iddiaçının bank hesabına köçürmüşdür. Sözügedən müqavilə əsasında alqı-satqı üçün nəzərdə tutulmuş mişar daşı iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Belə ki, tərəflər arasında mövcud razılığa əsasən müqavilə şərtlərindən tərəflər imtina etmiş və “X3" MMC iddiaçının bank hesabına ödədiyi 5000 manat məbləği geri istəmişdir. Lakin cavabdeh orqan bank hesabına məhdudiyyət qoymuş və nəticədə də hər hansı bir bank əməliyyatı aparmaq mümkün olmamışdır. Cavabdeh vergi orqanı tərəfindən eyni əməliyyatlar üzrə hesablanmış 24926.37 manat vergi məbləği mübahisələndirilmiş, şikayətləri üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli, **********747900 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən fərdi sahibkar olaraq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 10 yanvar 2021-ci il və 29 mart 2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tərəfindən həmin qərar mübahisələndirilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6641/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilərkən Bakı Apellyasiya məhkəməsi gedişində cavabdeh vergi orqanı mübahisələndirdiyi qərarı öz qərarı ilə ləğv etmiş və bu səbəbdən də xx.xx.2022-ci il tarixli 2-1(103)-377/2021 saylı qərarla iş üzrə icraata xitam verilmişdir, o əsasla ki, mübahisələndirdiyi qərarı vergi orqanı ləğv etdiyi üçün mübahisə olmaması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, vergi orqanı mübahisələndirdiyi qərarı özü ləğv etsə də, eyni məbləğlə bağlı təkrar başqa, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, keçirilmiş kameral vergi yoxlamasının nəticələrə dair xx.xx.2022-ci il tarixli **********830300 saylı qərar qəbul edilmişdir. Həmin qərar tərəfindən mübahisələndirilmiş,uzunmüddətli yazışmalar getmiş və nəhayət Apellyasiya Şurasına müraciət etmiş, Şura xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı ləğv etməyərək 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati aktla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul etmişdir, (qərar əlavə edilir) Mübahisələndirilən qərar ləğv edilməli və iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. VM-in 218.4.1-ci maddəsinə əsasən həmin Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər VM-in 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir. VM-in 221.6-cı maddəsinə əsasən həmin Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. İşdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı "xxxx" MMC-yə göstərdiyi yük daşınması xidmətinə görə 15000 manat məbləğində gəlir əldə etmiş və həmin gəliri ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Göründüyü kimi, gəlir vergisi üçün ayrı, sadələşdirilmiş vergi üçün ayrı bəyannamə vermiş, sahibkar olaraq mikro sahibkar kateqoriyasına aid edilməsini yalnız gəlir vergisinə cəlb edilən dövriyyə ilə məhdudlaşdırmış və gəlir vergisinə cəlb edilən illik dövriyyəsinin 200000 manatdan az olmasına istinad edərək mikro sahibkarlara gəlir vergisi üzrə tətbiq edilən güzəşti özünə aid etmişdir (iddiaçının hazırda daşıma xidmətindən əldə etdiyi gəlir 15000 manatdır, lakin onun mövqeyinə əsasən daşıma xidmətindən əldə etdiyi gəlir 100.000 manat olsa belə, nə qədər ki, həmin xidmətə görə o gəlir vergisi ödəmir, deməli, o mikro sahibkar hesab olunmalıdır). VM-in 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Vergi Məcəlləsinin 221.4.2ci maddəsinə görə, bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrinin qeydiyyata alındığı yerdən asılı olmayaraq sərnişin və yük daşımalarının faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.5-220.7-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsaəsn, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1- ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Vergi Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. Göründüyü kimi iddiaçının daşınma xərci kimi əldə etdiyi 15000 manat Vergi Məcəlləsinin 221.1-ci maddəsinə uyğun olaraq Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq edilməməli və Məcəllənin 221.4-cü maddəsinin tələblərinə uyğun olaraq müstəqil formada bəyan edilməli və müəyyən edilmiş məbləğdə vergi ödənilməlidir. Hesabına avans kimi daxil olmuş 5000 manatlıq məbləğ tərəflər arasında bağlanmış müqavilə öhdəliklərindən imtina edildiyindən iddiaçı satdığı malı qarşı tərəfə təqdim etməmiş və bunun nəticəsi olaraq da qarşı tərəf iddiaçıya ödədiyi 5000 manatlıq məbləği geri tələb etmişdir. Belə halda sözügedən 5000 manatlıq məbləğin hesabat ili üçün nəzərdə tutulmuş illik gəlir Bəyannaməsinə daxil edilməsi əsassızdır. Bundan başqa, vergi orqanına etdiyi sorğu əsasında vergi orqanı mübahisələndirdiyi əməliyyatlar üzrə vergi borcunun yaranmaması barədə cavab vermişdir. X4 canlı iclasında da bu barədə məlumat versə də, nəzərə alınmamışdır. Belə ki, Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubu ilə də iddiasının əsaslı olması təsdiq edilir. Həmin məktubla xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq ona yazılı izah edilmişdir ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında” qəbz əldə etməklə yük daşıma fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirlər vergi ödəyicisinin dövriyyəsinə daxil edilmir və mikro sahibkarlıq meyarına aid edilmir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində elektron qaimə-faktura əsasında satılmış malların (işlər, xidmətlər) dəyəri 212990,77 manat müəyyən edildiyindən vergi ödəyicisinin mikro sahibkarlıq subyektindən istifadə hüququ olmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2022-ci il tarixli **********120100 nömrəli “Elektron kameral üçün uyğunsuzluq” məktubu göndərilmiş və müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən 16927,38 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********830300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir. Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının satışı ilə bağlı dəyəri 197990,77 manat və mişar daşının daşınması ilə bağlı isə 15000,0 manat təşkil etməklə ümumilikdə 212990,77 manat (ƏDV-siz) elektron qaimə fakturaların təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının Beyləqan rayonuna daşınması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 15000,0 manat, mişar daşının satışı ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 38540,32 manat, "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 45372,9 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 21000,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 19375,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 10000,2 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 34702,35 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 29000,0 manat, ümumilikdə 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalar təqdim edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Meyarlara əsasən mikro sahibkar işçilərin sayı 10-dək, illik gəliri 200 min manatədək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatadək, orta sahibkar isə işçilərinin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aiddir. Göründüyü kimi, normaya əsasən vergi ödəyicisinin müəyyən sahibkarlıq subyekti kateqoriyasına aidiyyətini müəyyən etmək üçün onun (ödəyicinin) gəlirinin hansı vergiyə cəlb edilməsinin hər hansı əhəmiyyəti yoxdur. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, fərdi sahibkar tərəfindən müvafiq dövr ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********830300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. İddiaçı eyni predmet barəsində daha əvvəl məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6641/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2024 saylı 26 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********830300 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh etirazın məzmununa uyğun apelyasiya şikayəti verərək bildirmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində elektron qaimə-faktura əsasında satılmış malların (işlər, xidmətlər) dəyəri 212990,77 manat müəyyən edildiyindən vergi ödəyicisinin mikro sahibkarlıq subyektindən istifadə hüququ olmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2022-ci il tarixli **********120100 nömrəli “Elektron kameral üçün uyğunsuzluq” məktubu göndərilmiş və müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən 16927,38 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********830300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir. Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının satışı ilə bağlı dəyəri 197990,77 manat və mişar daşının daşınması ilə bağlı isə 15000,0 manat təşkil etməklə ümumilikdə 212990,77 manat (ƏDV-siz) elektron qaiməfakturaların təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının Beyləqan rayonuna daşınması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 15000,0 manat, mişar daşının satışı ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 38540,32 manat, "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 45372,9 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 21000,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 19375,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 10000,2 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 34702,35 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 29000,0 manat, ümumilikdə 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalar təqdim edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Meyarlara əsasən, mikro sahibkar işçilərin sayı 10-dək, illik gəliri 200 min manatədək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatadək, orta sahibkar isə işçilərinin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aiddir. Göründüyü kimi, normaya əsasən vergi ödəyicisinin müəyyən sahibkarlıq subyekti kateqoriyasına aidiyyətini müəyyən etmək üçün onun (ödəyicinin) gəlirinin hansı vergiyə cəlb edilməsinin hər hansı əhəmiyyəti yoxdur. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, fərdi sahibkar tərəfindən müvafiq dövr ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********830300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi iddianı təmin edərkən isə yeganə əsas olaraq iş materiallarında olan xx.xx.2019-cu il tarixli aktda olan iddiaçının "xxxx" MMC-ə göstərdiyi yük daşıma xidmətinə görə, 15000 manat məbləğində gəlir əldə etməsini, həmin gəlir ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməsini göstərmişdir. Qeyd edilənə əsasən, məhkəmə iddiaçının mikro sahibkarlıq subyekti üçün gəlir vergisi üzrə tətbiq edilən güzəştin ona tətbiq edilməli olduğunu göstərmişdir. Məhkəmənin yeganə arqumenti ilə bağlı bildiririk ki, iddiaçı tərəfindən 2019cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində elektron qaimə-faktura əsasında satılmış malların (işlər, xidmətlər) dəyəri 212990,77 manat müəyyən edildiyindən vergi ödəyicisinin mikro sahibkarlığ subyektindən istifadə hüququ olmadığı üçün kənarlaşma yaranmışdır. Belə ki, fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının satışı ilə bağlı dəyəri 197990,77 manat və mişar daşının daşınması ilə bağlı isə 15000,0 manat təşkil etməklə ümumilikdə 212990,77 manat (ƏDV-siz) elektron gaimə-fakturaların təgdim edildiyi müəyyən edilmişdir. Müvafiq kameral uyğunsuzlug məktubuna lazımi sənədlər təgdim edilmədiyi və illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlərin aid olması və vergi ödəyicisinin müəyyən sahibkarlıq subyekti kategoriyasına aidiyyətini müəyyən etmək üçün onun (ödəyicinin) gəlirinin hansı vergiyə cəlb edilməsinin hər hansı əhəmiyyətinin olmamasını məhkəmənin diqqətinə və digər əlavə sübutları təgdim edilməsinə baxmayaraq, məhkəmə cavabdehin göstərdiklərinə qərarında hüquqi qiymət verməmiş və ədalətli məhkəmə baxışı prinsipini və cavabdehin hüquqlarını pozmuşdur. Həmçinin nəzərinizə çatdırırıq ki, iddiaçı eyni predmet barəsində daha əvvəl məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 6641/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə onu qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktın ləğv edilməsi üçün iddiaçı tərəfindən şikayət instansiyasına müraciət edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 90 saylı 14 oktyabr 2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə iddiaçıya təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş poçt qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə xx.xx.2022-ci il tarixdə 2019-cu ilin gəlir vergisi üzrə bəyannamə və həmin bəyannaməyə 1 saylı və 3 saylı əlavələr təqdim edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən həmin bəyannamə üzrə uyğunsuzluq aşkar edildiyindən **********120100 nömrəli xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********830300 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı 16927,38 manat əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 90 saylı 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilməyərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 may 2022-ci il tarixli **********830300 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 8 aprel 2021-ci il tarixli **********747900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı vergi orqanının xx.xx.2022-ci il tarixli **********830300 sayl qərarının ləğvini tələb edir. İddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən onun qanunla müəyyən edilmiş qaydada qəbul edildiyi müəyyən edilir. Bu hal işin mübahisəsiz halıdır. Lakin həmin inzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində elektron qaimə-faktura əsasında satılmış malların (işlər, xidmətlər) dəyəri 212990,77 manat müəyyən edildiyindən iddiaçıya kənarlaşmalar qeydə alınaraq 16927,38 manat əlavə vergi hesablamışdır. Halbuki iş materiallarından müəyyən olunur ki, iddiaçı mikro sahibkardır və ona 75% güzəşti tətbiq edilməli idi. Belə ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200000 manat və az olan şəxslər mikro sahibkarlıq hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının 2019-cu il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsində 2019-cu il üçün gəlir məbləği 197990,77 manat olmuşdur. Cavabdeh vergi orqanı isə 2019-cu il üçün iddiaçının daşıma xərci olan 15000 manat məbləğini də bəyannəmədə göstərilən gəlir vergisinə əlavə etməklə kənarlaşmaya yol verdiyi qənatinə gəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 102.1.30-cu maddəsinə əsasən fiziki şəxslərin bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlirləri gəlir vergisindən azaddır. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir. 218.4.1-ci maddəsinə əsasən həmin Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər VM-in 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir. 221.6-cı maddəsinə əsasən həmin Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Hazırki işdən görünür ki, iddiaçı yük daşıma fəaliyyətini həyata keçirən şəxs olaraq tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirləri vergi ödəyicisi kimi bəyan etdiyi dövriyyəsinə daxil etməmiş və onun həmin daşıma fəaliyyətindən əldə etdiyi gəlirlər olmadan dövriyyəsi 2019-cu il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsində 2019-cu il üçün gəlir məbləği 197990,77 manat olmuşdur. Belə olan halda yuxarıda sadalanan vergi qanunvericiliyinin müddəalarına görə vergi orqanı 2019-cu il üçün iddiaçının daşıma xərci olan 15000 manat məbləğini onun bəyannəmədə göstərdiyi 197990,77 manat gəlir vergisinə əlavə etməklə kənarlaşmaya yol verdiyi barədə düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd olunan vergi qanunvericiliyinin tələbinə görə iddiaçının yük daşıma fəaliyyətindən əldə etdiyi gəlirləri onun mikro sahibkarlıq subyekti meyarına aid edilməli deyildi. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı “yükdaşıma fəaliyyəti üzrə əldə olunan gəlirlərin mikro sahibkarlıq subyekti meyarına aid edilib-edilməməsi” haqqında müraciətinə münasibətdə **********011300 saylı xx.xx.2021-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə yük daşıma fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirlər vergi ödəyicisinin dövriyyəsinə daxil edilmir və mikro sahibkarlıq subyekti meyarına aid edilmir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102.1.30-cu və 221-ci maddələri (http://www.e-qanun.az/code/12) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları (http://www.e-qanun.az/framework/41048) ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 may 2022-ci il tarixli **********830300 nömrəli qərarı vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan həmin qərarın ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi hesablanmasının zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktları qəbul edən cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 642/2024 saylı 26 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2024 saylı 26 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev