Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3550/2025 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı4 və qeyrilərinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (Üçüncü şəxs və “İçərişəhər” X7 Qoruğu İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatlarının bərpa olunması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı iddiaçı4, iddiaçı iddiaçı5 iştirakları ilə, İddiaçılar iddiaçı4 və qeyrilərinin cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatlarının bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və iddiaçı5 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (bundan Səbail RPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onların Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanına qeydiyyatlarının bərpa olunmasını xahiş etmişlər.
2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı5 ## ###### 1965-ci ildən hazırki vaxtadək Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanında qeydiyyatda olmaqla, ömürlük və daimi yaşayış yerləridir. iddiaçı5 1992-ci ildə işdən azad olmuş, işi Bakı şəhərində tapmadığı üçün Rusiya Federasiyasına ailəsi ilə birlikdə işləməyə getmişlər, 1998ci ildə isə qayıdıb Bakı şəhərinə gəlmişlər. Bakı şəhər, İçəri şəhər Kiçik Qala, ev 112 ünvanında olan öz mənzilinə gəldikdə, onları evə buraxmamışlar. Onlara məlum olmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə onun və ailə üzvlərinin Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanına qeydiyyatları ləğv olunmuşdur, Üçüncü şəxs Səbail Rayon Məhkəməsinə bildirmişdir ki, onlar heç vaxt Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanında yaşamayıblar onları tanımır, onları qanunsuz qeydiyyata salıblar. Onlar da Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş ## ######## 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasında işə baxılıb. ## ######## 2015-ci ildə *-(***)-****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri Dövlət Notariusu tərəfindən verilmiş ## ######## 2009-cu il tarixli etibarnamə və İçəri şəhər X7 Qoruğu İdarəsindən verilən forma № * arayışından Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanının onların daimi yaşayış evi olması sübut olunmuşdur.
3. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Üçüncü şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-nin 47- ci maddəsinə uyğun olaraq, məhkəmənin ##.##.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır.
5. Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
6. Qərardan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmış və icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı4 iş üzrə digər iddiaçıların qeydiyyat ünvanlarının mövcud olduğunu, atası iddiaçı5 Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanına qeydiyyatının bərpa olunmasını xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı5 Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanına qeydiyyatının bərpa olunmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə və digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. AA seriyalı 5889062 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1970-ci ildə Şamaxı rayonunda doğulmuş iddiaçı4 ünvan 8 ünvanında qeydiyyatdadır.
12. AA seriyalı 6150060 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1973-cü ildə Şamaxı rayonunda doğulmuş iddiaçı3 Şamaxı rayonu, Şamaxı şəhəri, Azərbaycan küçəsi, ev 04-də qeydiyyatdadır.
13. AZE seriyalı 13992542 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1978-ci ildə Şamaxı şəhərində doğulmuş iddiaçı1 ünvan 4 ünvanında qeydiyyatdadır.
14. AZE seriyalı 13835675 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1978-ci ildə Şamaxı şəhərində doğulmuş iddiaçı2 ünvan 12 ünvanında qeydiyyatdadır.
15. AZE seriyalı 13990408 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1938-ci ildə Şamaxı şəhərində doğulmuş iddiaçı5 ünvan 4 ünvanında qeydiyyatdadır.
16. Məhkəmə qətnamələrindən müəyyən olunur ki: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər iddiaçı5, iddiaçı3, iddiaçı4, X13 və iddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, *** saylı evə olan qeydiyyatlarının ləğv edilməsi qət edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə cavabdehlər iddiaçı5, iddiaçı3, iddiaçı4, X13 və iddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı X3 cavabdehlər iddiaçı5, iddiaçı3, iddiaçı4, X13 və iddiaçı1 və maraqlı şəxs Səbail RPİ-yə qarşı yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrasına dönüş edilməsi barədə cavabdeh iddiaçı5 ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2016-cı il tarixli, *(***)-****/** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan ## ###### 2016-cı il tarixli, *(***)-****/** saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-****/**** saylı, ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2008-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.
21. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2025-ci il tarixli, **/*-****/**** nömrəli məktubundan görünür ki, ##.##.1970-ci il təvəllüdlü iddiaçı4 ünvan 11 ünvanında, ##.##.1973-cü il təvəllüdlü iddiaçı3 ünvan 10 ünvanında, ##.##.1978-ci il təvəllüdlü iddiaçı1 ünvan 4 ünvanında, ##.##.1938-ci il təvəllüdlü iddiaçı5 ünvan 3 ünvanında, ##.##.1978-ci il təvəllüdlü iddiaçı2 ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** saylı, ##.##.2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş; Nəsimi Rayon Məhkəməsinin *-**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə X8, Səkinə xanım Şahbaz qızının, Pikə xanım Anifa qızının və X1 ölüm faktları, mərhumlarla X2 arasında qohumluq münasibəti və X2 tərəfindən mərhumlardan miraz qalmış Bakı şəhəri Kiçik qala küçəsi, *** saylı evin vərəsə kimi qəbul edilməsi faktlarının müəyyən edilməsi qət edilmişdir.
23. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2008-ci il tarixli Şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 vərəsəsi Üçüncü şəxsdur.
24. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanda yerləşən fərdi yaşayış evi ##.##.2008-ci il tarixdə tam mülkiyyət hüququ ilə Üçüncü şəxs adına qeydiyyata alınmışdır.
25. İddiaçı iddiaçı5 hazırki iddia tələbinə əsasən verilmiş cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli, **/*-S-***** saylı cavab məktubunda göstərilmişdir ki, onun və ailə üzvləri olan iddiaçı3, iddiaçı4, iddiaçı2 və iddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Kiçik qala küçəsi *** saylı ünvanına qeydiyyata alınması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadıqları ünvana, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya icarə müqaviləsi, eləcə də qanunvericilkdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədlər təqdim edilmədiyi halda məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur.
26. Məhkəmənin sorğusuna cavab olaraq AR DİN Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin ##.##.2026-cı il tarixli 47/2-***** №-li məktubuna əsasən iddiaçıların ünvan 5 ünvanından qeydiyyatdan çıxarılma əsasları müddəti bitdiyindən müvafiq qaydada məhv edilməsi qeyd olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
28. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
29. İş materiallarından müəyyən edilir ki, iddiaçılar Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatlarının bərpa edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı5 ## ###### 1965-ci ildən həmin ünvanda qeydiyyatda olmuş, həmin ünvan onun və ailə üzvlərinin daimi yaşayış yeri olmuşdur. Müəyyən müddət Rusiya Federasiyasında yaşamalarından sonra Bakı şəhərinə qayıtdıqda onların həmin ünvana buraxılmadıqları və sonradan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qeydiyyatlarının ləğv edildiyi məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2015-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə Üçüncü şəxs iddiaçı5, iddiaçı3, iddiaçı4, X14 və Samadova Aytəkin Məmməd qızının ünvan 2 ünvanında yaşayış sahəsi üzrə qeydiyyatlarının ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə həmin qətnamənin icrasına dönüş edilməsi barədə iddiaçı5 ərizəsi təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2016cı il tarixli, *(***)-****/** saylı qərarı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin qətnaməsi ilə hazırki iddia tələbi təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər.
30. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçılardan iddiaçı4 ünvan 8 ünvanında, iddiaçı3 Şamaxı rayonu, ünvan 10 ünvanında, iddiaçı1 ünvan 4 ünvanında, iddiaçı2 isə ünvan 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı5 ünvan 4 ünvanında qeydiyyatda göstərilsə də, onun mübahisəli Kiçik Qala küçəsi, ev 112 ünvanında uzun müddət mövcud olmuş qeydiyyatının məhz Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi ilə ləğv edildiyi müəyyən edilmişdir. 31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı5 münasibətdə düzgün hüquqi nəticəyə əsaslanmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyata alınmanın əsasları müəyyən edilmişdir. Qanunun hazırkı redaksiyasına görə müvafiq sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda həmin sənədlərin vətəndaşdan tələb edilməsinə yol verilmir. Həmin Qanunun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə yalnız qanunda nəzərdə tutulmuş hallarda qeydiyyatdan çıxarıla bilər. Bu hallardan biri yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar yeni yaşayış yeri üzrə qeydiyyata alınma barədə müvafiq məlumatın olmasıdır. Hazırkı iş üzrə iddiaçı5 Kiçik Qala küçəsi, ev 112 ünvanında qeydiyyatdan çıxarılmasının əsası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi olmuşdur. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ləğv edilmiş və yeni qətnamə qəbul edilərək Üçüncü şəxs iddiaçı5 da daxil olduğu şəxslərin həmin ünvanda qeydiyyatlarının ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Beləliklə, iddiaçı5 mübahisəli ünvanda qeydiyyatdan çıxarılmasına əsas olmuş məhkəmə aktı sonradan ləğv edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi nəzərə alır ki, ləğv edilmiş məhkəmə qətnaməsinin hüquqi nəticələrinin sonradan davam etdirilməsi həmin məhkəmə aktının ləğv edilməsinin hüquqi nəticələri ilə uzlaşmır. Bu baxımdan iddiaçı5 vəziyyəti digər iddiaçıların vəziyyətindən fərqləndirilməlidir. Belə ki, digər iddiaçılar — X6, X4, Samadova Aytəkin Məmməd qızı və iddiaçı2 hazırda başqa yaşayış ünvanları üzrə qeydiyyatdadırlar. Ona görə onların Kiçik Qala küçəsi, ev 112 ünvanında qeydiyyata alınması hazırda mövcud olmayan qeydiyyatın bərpası deyil, başqa yaşayış yerindən yeni yaşayış yeri üzrə qeydiyyata alınma məsələsidir. Belə qeydiyyat üçün Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsasların mövcudluğu tələb olunur.
33. İş materiallarında həmin şəxslərin hazırda qeydiyyatda olduqları ünvanlardan çıxarılaraq Kiçik Qala küçəsi, ev 112 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün qanunla nəzərdə tutulmuş əsasın mövcudluğu müəyyən edilmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin digər iddiaçılara münasibətdə iddianın rədd edilməsi barədə nəticəsi əsaslıdır.
34. iddiaçı5 münasibətdə isə məsələ yeni qeydiyyata alınma ilə deyil, əvvəllər həmin ünvanda mövcud olmuş qeydiyyatın ləğvinə əsas olmuş məhkəmə qətnaməsinin sonradan ləğv edilməsi ilə əlaqədar yaranmış hüquqi vəziyyətin aradan qaldırılması ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ## ##### 2008-ci il tarixdə tam mülkiyyət hüququ ilə Üçüncü şəxs adına dövlət qeydiyyatına alınmışdır. Lakin yaşayış yeri üzrə qeydiyyatda olma həmin yaşayış sahəsinə mülkiyyət hüququ yaratmadığı kimi, mülkiyyətçinin olması da şəxsin yalnız qanunda nəzərdə tutulmuş əsaslarla qeydiyyatdan çıxarılmasına imkan verir. Bu səbəbdən Üçüncü şəxs həmin yaşayış evinə mülkiyyət hüququnun mövcudluğu iddiaçı5 qeydiyyat məsələsinin avtomatik olaraq onun əleyhinə həll edilməsinə hüquqi əsas yaratmır. Cavabdehin ## ###### 2024-cü il tarixli, **/*-S-***** saylı cavab məktubunda isə əsasən iddiaçıların yeni qeydiyyata alınması üçün Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Lakin cavabdeh iddiaçı5 əvvəlki qeydiyyatının ## ######## 2015-ci il tarixli məhkəmə qətnaməsindən sonra hansı qanuni əsasla qüvvədən düşdüyünü və onun qeydiyyatının bərpa edilməsinə mane olan konkret hüquqi əsası məhkəməyə təqdim etməmişdir. 35.İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən inzibati orqanın imtinası və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran şəxsin məcburetmə haqqında iddia qaldırması mümkündür. 36.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı5 uzun müddət mübahisəli ünvanda qeydiyyatda olması, həmin qeydiyyatın ## ###### 2011-ci il tarixli məhkəmə qətnaməsi əsasında ləğv edilməsi və həmin qətnamənin ## ######## 2015-ci ildə ləğv edilərək qeydiyyatdan çıxarılma tələbinin təmin edilməməsi nəzərə alınmaqla onun qeydiyyatının bərpa edilməsinə hüquqi əsaslar mövcuddur. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçı5 hüquqi vəziyyətini digər iddiaçılarla eyniləşdirməklə işin mühüm faktiki və hüquqi hallarını düzgün qiymətləndirməmişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qətnaməsi iddiaçı5 münasibətdə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qətnamə digər iddiaçılara münasibətdə isə dəyişdirilmədən saxlanılmalıdır. 37.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 38.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən ləğv edilsin. İddia tələbi ləğv edilən hissədə təmin edilsin. İddiaçı iddiaçı5 Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanına qeydiyyatının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov