Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3551/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2023 nömrəli, 12 iyun 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasının, diplomunun və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu və xx.xx.1985-ci il tarixindən xx.xx.1986cı il tarixinədək təhsil aldığı dövrlər də nəzərə alınmaqla) 18 il 10 ay 27 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın araşdırmasının nəticəsinə əsasən əmək kitabçasının surətində xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək qeyd edilmiş Təmir Tikinti idarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum omadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla biləcəyi qeyd olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən ona xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin məbləği xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim etdiyi əmək kitabçasına əsasən onun 26 il 02 ay 21 gün iş stajı olduğunu nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 64.5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci ildə anadan olmuş, 1973cü ildə əmək fəaliyyətinə başlamaqla xx.xx.1973-cü il tarixdə Uşaq oyuncaqları fabrikinə plastmas sexinə şagird kollektor qəbul olunmuş, xx.xx.1973-cü il tarixdə həmin sexdə 1-ci dərəcə üzrə kollektor keçirilmiş, xx.xx.1973-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1973-cü il tarixdə Qeyri-standart avadanlığın hazırlanması və təmiri zavodunda metalkonstruksiya sexinə 1-ci dərəcəli çilingər işinə qəbul olunmuş, xx.xx.1973-cü il tarixdə 2-ci dərəcəli çilingər, xx.xx.1975-ci il tarixdə 3-cü dərəcəli çilingər işinə keçirilmişdir, xx.xx.1975-ci il tarixdə hərbi xidmətə getdiyinə görə işdən çıxmışdır. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər Sovet Ordusunda xidmət etmiş, xx.xx.1977-ci il tarixdə metalkonstruksiya sexinə 2-ci dərəcəli çilingər işinə qəbul olunmuş, xx.xx.1978-ci il tarixdə 3-cü dərəcəli çilingər, xx.xx.1981-ci il tarixdə 3-cü dərəcəli çilingər, xx.xx.1983-cü il tarixdə 5-ci dərəcəli çilingər verilmiş, xx.xx.1983-cü il tarixdə Azərbaycan SSR ƏHQM 36 m. 1b üzrə işdən azad olunmuşdur. xx.xx.1983-cü il tarixdə TTİ köməkçi Təsərrüfat İdarəsində 3-cü dərəcəli çilingər işinə düzəlmiş, xx.xx.1984-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1984-cü il tarixdə yenidən 5-ci dərəcəli çilingər işinə bərpa olunmuşdur. xx.xx.1984-cü il tarixdə Respublika Kolxoz Bazarların İdarəetmə İdarəsinə təmir tikinti sahəsinə 5-ci dərəcəli çilingər işinə qəbul olumuş, xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad olmuş, xx.xx.1985-ci il tarixdən SPTU 2 "Sərnişin vaqonların sürücüsü" ixtisası üzrə təlim qrupuna daxil olmuş, xx.xx.1986-cı il tarixdə təhsil müddətinin başa çatması ilə əlaqədar məktəbdən xaric olunmuşdur. xx.xx.1986-cı il tarixdə 2 saylı PTM bitirmiş, sərnişin vaqonların sürücüsü qəbul olunmuşdur. Vaqon deposunun Bakı rezervlə birləşməsi ilə bağlı 23.08.86-cı il tarixli 102/11 əmr və 15/08-86- cı il tarixli H-350 əmr əsasında Azərbaycan Dəmir yoluna bələdçi qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1987-ci il tarixdə TTİ kommunal Təs. İdarəsinə 4cü dərəcəli elektrik qaynaqçısı qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə 5-ci dərəcəli qaynaqçı işinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə idarənin adı Komunal təsərrüfat idarəsi Baş idarəsinə dəyişilib. xx.xx.1988-ci il tarixdə 5-ci dərəcəli qaynaqçı işinə bərpa olmuş, xx.xx.1988-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə BBİ XÜSUSİ TTİ-yə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1989-cu il tarixdə "Təmirçi" kooperativinə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə “Təmirçi” kooperativinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1989-cu il tarixdə Xüsusi TTİ-nə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə 5-ci dərəcəli qaynaqçı qəbul olunmuş, xx.xx.1991-ci il tarixdə 6-cı dərəcəli qaynaqçı verilmiş, xx.xx.1992-ci il tarixdə Xüsusi TTİnə keçməklə ƏHQM 36 m. 5 b. üzrə işdən azad olunmuş, xx.xx.1992-ci il tarixdə keçmək yolu ilə 6-cı dərəcəli qaynaqçı qəbul olunmuş, xx.xx.1993-cü il tarixdə Azərb. SSR ƏHQM 37 m. üzrə (öz xahişi ilə) işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixli əmrlə “Oğuz” istehsalat kommersiya firmasına 5-ci dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuşdur. xx.xx.1994-cü il tarixdə TTİ- 2-yə 5-ci dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1994- cü il tarixdə 6-cı dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1994-cü il tarixdə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə düzəlmiş, xx.xx.2001-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər hərbi xidmətdə olmağı və xx.xx.1985-ci il tarixdən xx.xx.1986cı il tarixə qədər təhsil aldığı dövrlər nəzərə alınmaqla xx.xx.1973-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər 26 il 02 ay 21 gün iş stajı olmuşdur. xx.xx.2020-ci il tarixdə 65 yaşı tamam olmuş, ona pensiya təyin olunmaq əvəzinə yaşa görə 130 manat sosial müavinət təyin edilmişdir. Cavabdehin imtinasını əsassızdır. Belə ki, əmək kitabçasında xx.xx.1973-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər 26 il 02 ay 21 gün iş stajının olması işlədiyi idarələrin əmrləri ilə imzalarla təsdiqini tapır. Əgər xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövr üçün əmək kitabçasında işə düzəldiyi və işdən çıxdığı Təmir Tikinti idarəsinin (kooperativinin) möhürü və imzası varsa həmin idarənin arxiv sənədlərini araşdırmağa ehtiyac yoxdur. Cavabdeh iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2023 nömrəli, 12 iyun 2023-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu və xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək təhsil aldığı dövrlər də nəzərə alınmaqla) 18 il 10 ay 27 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cıdl tarixdən xx.xx.2018-ci il tarixdək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görəməmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə qərarda qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.1994-xx.xx.2001-ci il tarixlərdə iddiaçının işlədiyi "xxxx" X1 mövcud olması aidiyyəti dövlət orqanının məlumatı ilə təsdiq edilir, həmin sənədlərdəki müəssisənin möhürü əmək kitabçasındakı möhürlə eynilik təşkil edir. Həmçinin, qərarda "xxxx" X1 xx.xx.1994-cü il tarixdə 17307 nömrəsi ilə dövlət qeydiyyatına alınması, X3 direktor təyin olunması qeyd olunmuşdur. İlk olaraq bildirilir ki, iddiaçının xx.xx.1994-cü il tarixdə əmək fəaliyyətinə başladığını iddia etdiyi "xxxx" X2 xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla fəaliyyətə başlamışdır. Buradan göründüyü kimi müəssisənin dövlət qeydiyyatına alınması və fəaliyyətə başlaması iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.1994-cü il tarixdən sonraya təsadüf edir.Eyni zamanda bildirilir ki, vətəndaşın təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasında xx.xx.2001-cİ il tarixli qeyd qaralanmış, 2001-ci il tarixi 2003-cü il tarixi kimi göstərilmişdir. Bundan başqa, əmək kitabçası kiril əlifbasından istifadə edilməklə doldurulmuşdur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1994-xx.xx.2001-ci il olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəblərdən 7 il 3 ay 24 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Məhkəmə qərarda bu fakta dair münasibət bildirməmişdir. Bu halda isə hesab edirlər ki, məhkəmənin əsaslandırması işin faktiki hallarına münasibətdə tam, hər tərəfli və obyektiv deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Beləliklə, Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına (64 yaş 6 ay) çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İddiaçının 64 yaş 6 ayı xx.xx.2020-ci ildə tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Kommersiya X7ndə işlədiyi dövrü mübahisələndirərək, onun ümumilikdə 18 il 10 ay 27 gün ümumi sığorta stajının mövcud olmasını bildirir. İşdən görünür ki, iddiaçının pensiya hüququnun yarandığı tarixə tələb olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 28800 manat təşkil edir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 18 il 10 ay 27 gün sığorta stajına uyğun olaraq 13.961,33 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda aydın olur ki, iddiaçının sığorta stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir (cavabdehin sığorta stajına daxil etmədiyi dövrlər nəzərə alınsa belə, iddiaçının pensiya kapitalı tamamlanmır). Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. Kollegiya hesab edir ki, iddiaçıya 64 yaş 6 aydan yaşda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qeyd edilən şərt ödənilmişdir. Belə ki, işdə olan 779100 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 30 mart 1985-ci ildə Bakı şəhəri 2 nömrəli X15 Məktəbinə daxil olmuş və 15 fevral 1986-cı ildə Sərnişin Qatarlarında vaqon Bələdçisi peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1973-xx.xx.1973-cü il tarixlərdə Uşaq oyuncaqları fabrikində plastmass sexinə şagird kollektor, 1-ci dərəcə üzrə kollektor vəzifələrində, xx.xx.1973xx.xx.1975-ci il tarixlərdə Qeyri-standart avadanlığın hazırlanması və təmiri zavodunda çilingər vəzifəsində işləmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1977-xx.xx.1983-cü il tarixlərdə Qeyri-standart avadanlığın hazırlanması və təmiri zavodunda çilingər, xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə TTİ Köməkçi Təsərrüfat İdarəsində çilingər işləmişdir. xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə Respublika Kolxoz Bazarların İdarəetmə İdarəsində təmir tikinti sahəsində 5-ci dərəcəli çilingər işləmiş, xx.xx.1985-xx.xx.1986-cı il tarixlərdə 2 nömrəli X15 Məktəbində “Sərnişin vaqonlarının bələdçisi” ixtisası üzrə təlim keçmişdir. xx.xx.1986- xx.xx.1986-cı il tarixlərdə Azərbaycan Dəmir yolu vaqon deposunda sərnişin vaqonunun bələdçisi, xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə Bakı şəhər XDS İK Baş istehsalat kommunal təsərrüfat idarəsinin İxtisaslaşmış təmir-tikinti idarəsində 5-ci dərəcəli çilingər, xx.xx.1989xx.xx.1989-cu il tarixlərdə Xüsusiləşdirilmiş təmir-tikinti idarəsində 5-ci dərəcəli çilingər, xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə “Təmirçi” kooperativində elektrik qaynaqçısı, xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə Xüsusiləşdirilmiş təmir-tikinti idarəsi nəzdində “İcarəçi”də qaynaqçı, xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə İxtisaslaşmış təmirtikinti idarəsində 6-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə “Oğuz” istehsal-kommersiya firmasında 5-ci dərəcəli elektrik qaynaqçı, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə Abşeron rayonu 2 nömrəli Təmir-tikinti idarəsində 5ci dərəcəli elektrik qaynaqçı, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə Abşeron rayonu 2 nömrəli Təmir-tikinti idarəsində 6-cı dərəcəli elektrik qaynaqçı, xx.xx.1994-xx.xx.2001-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********053700 nömrəli məktubuna əsasən xx.xx.1994-cü il tarixdə 17307 nömrə ilə dövlət qeydiyyatına alınmış Sərbəst "xxxx" X1 qeydiyyat qovluğuna əsasən müəssisənin direktoru vəzifəsinə xx.xx.1993- cü il tarixli protokolla X3 təyin olunması barədə məlumat mövcuddur. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 64,5 yaşının tamam olduğu tarixə cəmi 26 il 8 ay 4 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, iddiaçıya pensiya təyin edilməsindən imtina edərkən iddiaçının xx.xx.1994-xx.xx.2001-ci illərdəki stajını faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından qəbul etməmişdir. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi xx.xx.1994-xx.xx.2001-ci illərdəki iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müəssisəsinin möhrü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. İddiaçının sonuncu işlədiyi "xxxx" X1 mövcud olması aidiyyəti dövlət orqanının məlumat ilə təsdiq edilir, həmin sənədlərdən görünür ki, müəssisənin möhrü əmək kitabçasındakı möhrlə eynilik təşkil edir. Müəssisənin arxiv sənədlərinin mövcud olmaması isə iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalarının 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Bundan başqa, əmək kitabçasındakı qeydlərin kiril qrafikalı əlifba ilə yazılması həmin qeydlərin şübhəli olması üçün kifayət sayıla bilməz. Belə ki, Azərbaycan SSR zamanında uzun müddət kiril qrafikalı əlifbadan istifadə edildiyi və həmin dövrdə təhsil almış şəxslərin bu yazı vərdişlərini müstəqillik əldə edildikdən sonra da davam etdirməsi tez-tez rast gəlinən hal olmaqla, həyatın normal axarına uyğun olmuşdur. Eyni zamanda, əmək kitabçasında qeydlər işçi deyil, işəgötürən tərəfindən aparıldığından və onun məsuliyyətində olduğundan, bu hal iddiaçının hüquqlarından mərhum edilməsi üçün əsas təşkil edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X14) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2023 nömrəli, 12 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3551/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3551/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver