Məhkəmə qərarları › İş №2-1(103)-3553/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3553/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3553/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2526/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024cü il tarixli, **********335000 saylı qərarının ləğv edilməklə onun riskli vergi ödəyicisi hesab edilməməsi və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********335000 saylı qərarının ləğv edilməklə onun riskli vergi ödəyicisi hesab edilməməsi və riskli vergi ödəyiciləri siyahısından çıxarılmağı və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-372157/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN **********) ilə bağladığı xx.xx.2023-cü il tarixli, X/026-23 nömrəli müqaviləyə əsasən ona məxsus **-ZF-*** dövlət qeydiyyat nişanlı Viberti yarımqoşqu vasitəsilə təyin olunmuş ünvanlara yanacaq daşımasını həyata keçirmişdir. Göstərdiyi daşıma xidmətləri müvafiq tarixlərdə tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, daha sonra elektron qaimə fakturalar göndərilmişdir. Elektron qaimələr tərtib olunub göndərilməsi üçün Asan xidmətə müraciət etmiş və orada müvafiq bölmənin əməkdaşları onun adından bunu həyata keçirmişlər, lakin, qaimələrin tərtibatı zamanı texniki səhvə yol verilmiş və göstərilmiş daşıma xidməti əvəzinə “Viberti yarımqoşqu yanacaq çəni” qeyd olunmuşdur. Nəticədə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********335000 nömrəli Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir. Qərarda bunun əsası kimi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 51 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Viberti yarımqoşqu yanacaq çəni” satışda qeyd olunduğu, lakin, elektron qaimə-faktura üzrə alışda, idxalda qeyd edilən halların müəyyən edilmədiyi göstərilmişdir. Bununla bağlı, qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Dövlət Vergi Xidmətində həyata keçirilmiş təşkilati-struktur dəyişiklikləri ilə əlaqədar “Bakı şəhəri X3 üzrə Baş İdarəsi” ləğv edilmiş və o, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır) xx.xx.2024-cü il tarixli **********849100 nömrəli, xx.xx.2024-cü il tarixli **********644700 nömrəli, xx.xx.2024-cü il tarixli **********114700 nömrəli, xx.xx.2024-cü il tarixli **********5276400 və **********282300 nömrəli, xx.xx.2024-cü il tarixli **********621500 nömrəli, xx.xx.2024-cü il tarixli **********509400 və **********562700 nömrəli, xx.xx.2024-cü il tarixli **********661300 nömrəli, xx.xx.2024-cü il tarixli **********096600 nömrəli, xx.xx.2024-cü il tarixli **********015600 nömrəli, xx.xx.2024-cü il tarixli **********778500 nömrəli və xx.xx.2024-cü il tarixli **********051700 nömrəli məktublarla qərarın ləğvi ilə bağlı müraciətlər etmiş və zəruri sənədləri təqdim etmişdir. Eyni zamanda, qeyd etmək istəyir ki, texniki səhvlə tərtib olunmuş xx.xx.2023-cü il tarixli EBDK seriyalı 231976 nömrəli, xx.xx.2023-cü il tarixli EBDL seriyalı 235453 nömrəli, xx.xx.2023-cü il tarixli EBDM seriyalı 337384 nömrəli, xx.xx.2023-cü il tarixli EBDN seriyalı 592908 nömrəli, xx.xx.2023- cü il tarixli EBDO seriyalı 853181 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 652149 nömrəli, xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 777350 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 917897 nömrəli, xx.xx.2023-cü il tarixli EBDS seriyalı 964412 nömrəli elektron qaimə fakturaların ləğvi üçün "xxxx" MMC-yə rəsmi olaraq müraciət etsə də, qarşı tərəf həmin qaimələri ləğv etməkdən imtina etmişdir. Vergi orqanına etdiyi şikayətlərlə bağlı ondan zəruri sənədlər tələb olunmuş, həmin sənədlər (müqavilə, təhvil aktları, üzləşmə aktı, qaiməfakturalar, fərqlənmə nişanı) tərəfindən rəsmi qaydada təqdim edilmiş, araşdırma müddəti bir neçə dəfə uzadılmış, çoxsaylı müraciətlərdən sonra xx.xx.2024-cü il tarixdə onunla görüş keçirilmişdir. Görüşdə bütün baş verənlərə dair izahat vermiş və problemin həll olunacağı, qərarın ləğv ediləcəyi və onun riskli vergi ödəyiciləri siyahısından çıxarılacağına dair ümidverici söhbət aparılmışdır. Lakin, bütün bunlara baxmayaraq, vergi orqanı tərəfindən heç bir tədbir görülməmiş, xx.xx.2024-cü il tarixli **********335000 nömrəli Qərar ləğv edilməmiş və xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-M-6xx-xx/2024 nömrəli məktubla onun müraciəti icradan çıxarılmışdır. Onun reallıqda daşıma fəaliyyəti həyata keçirdiyini, qaiməfakturaların tərtibində texniki səhvə yol verildiyini, bu halın "xxxx" MMC tərəfindən də təsdiq olunduğunu (üzləşmə aktı vergi orqanına təqdim olunmuşdur) və heç bir riskli əməliyyat aparmadığını qeydiyyatda olduğu vergi orqanına dəfələrlə bildirməsinə və izahatında qeyd etməyimə baxmayaraq, inzibati orqan tərəfindən bunların heç biri nəzərə alınmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə bağlı bildirirlər ki, iddiaçının faəliyyətinin təhlili zamanı xx.xx.2023- xx.xx.2023-cü il tarixlərdə cəmi 51 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Viberti yarimqoşqu yanacaq çəni" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə alışında və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. Bildirirlər ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Eyni zamanda bildirirlər ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Tərəflərindən təqdim edilmiş 2023-cü il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsində 75% güzəşt hüququ istifadə edilmişdir ki, bu da, kənarlaşmanın yaranmasına səbəb olub. Qeyd olunan uyğunsuzluqlarla bağlı iddiaçıya Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi ilə bağlı məktub göndərilsə də, iddiaçı tərəfindən münasibət bildirilmədiyi üçün 2023-cü il mənfəət vergisi tədiyyəsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********076900 qərar qəbul edilərək, əlavə vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il Gəlir Vergisinin bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği, hesabat dövrü ərzində iddiaçı tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (64050.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 64050.00 manat məbləğdən 64050.00 manat az əks etdirilməsi müəyyən edilmişdir. Həmçinin, "Gəlir vergisinin bəyannaməsi"nin 1 Nömrəli Əlavəsi (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilməmişdir. Qeyd olunan uyğunsuzluqlarla bağlı iddiaçıya Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********732500 nömrəli uyğunsuzluq məktubu göndərilsə də, iddiaçı tərəfindən münasibət bildirilmədiyi üçün 2023-cü il mənfəət vergisi tədiyyəsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-372157/2024 nömrəli qərar qəbul edilərək, əlavə vergi məbləği hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2526/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı (hakim A.Abdullayeva) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 3.8-ci bəndinə əsasən, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfaktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaiməfaktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturaya münasibətdə ləğv edilməsi təsdiq edildikdən) sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir. Müddəalardan görüldüyü kimi, elektron qaimə faktura vergi ödəyiciləri arasında ləğv edilir, yəni vergi orqanının həmin ləğv etmə prosesində iştirakı mümkünsüzdür. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında sonuncunun sifarişi ilə daşınma işləri həyata keçirilmiş, lakin iddiaçının iddiasına görə texniki səhvə görə, həmin qaimə yanlış tərtib edilmiş və "xxxx" MMC həmin qaimənin ləğvini qəbul etmir. Bu isə özlüyündə, həmin qaimənin hələ də qüvvədə olması deməkdir. Dolayısı ilə, vergi orqanının müvafiq qərarlarının ləğv edilmə əsasları ortadan qalxmamışdır. Digər bir hal isə, riskli hesab olunma barədə qərarda iddiaçının xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə aparılmış əməliyyatları riskli hesab olunduğu bildirsə də, məhkəmə həmin əməliyyatların dairəsini müəyyən etməsi ilə bağlı ümumiyyətlə qərarda münasibət bildirməmişdir. Qeyd olunan hallarda, məhkəmə hansı qanunvericilik aktına əsasən qanunamüvafiq şəkildə cavabdehin qərarlarını ləğv etməsi və iddianı təmin etməsi mücərrəddir. Dolayısı ilə, kameral vergi yoxlaması ilə iddiaçıya hesablanmış əlavə vergi məbləğinin ləğv edilməsi əsasları da qanunsuz hesab olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dıyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İdidaçı tərəfindən 2 inzibati akt mübahisləndirilir: xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inzibati katlar. İnzibati iş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edildikdən sonra xx.xx.2024-cü il tarixdən etibarən iddiaçı tərəfindən cavabdehə həmin qərarın ləğvi ilə bağlı çoxsaylı müraciətlər, şikayətlər olmuşdur. Edilmiş şikayət və müraciətlərə cavab olaraq iddiaçı ilə görüşlər keçirilmiş və müxtəlif vaxtlarda vergi orqanı tərəfindən iddiaçıya məktublar göndərilərək, müraciətlər üzrə araşdırma aparılaraq nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Müraciətə baxılmanın nəticəsi barədə sonuncu məktub isə xx.xx.2024-cü il tarixli olmuş və iddiaçı məhkəmədə hazırki iddianı xx.xx.2024-cü ildə qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2526/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsi təmin edilmiş və prosessual müddət ötürülməmiş hesab edilmişdir. Mübahisləndirilən xx.xx.2024-cü il tarixli inzibati akt isə məhkəmə araşdırması gedişatında qəbul edildiyindən iddiaçı dərhal müddət ötürmədən iddia tələbinin həcmini genişləndirərək həmin qərarın ləğvini də tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 21 noyabr 2024-cü il tarixinə qədər olan redaksiyası (“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”): 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırda qüvvədə olan Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtlərinin: 4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə; 4.5.2. aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçı hazırkı tələbində cavabdeh inzibati orqanın 2 qərarını - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********335000 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/-372157/2024 nömrəli qərarlarını mübahisələndirmişdir.

1. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********335000 nömrəli, xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur.

2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3- 21-2-3/-372157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıya 2023-cü il gəlir vergisi üzrə 12.810,00 manat məbləğində vergi məbləği hesablanmışdır. Vergi məbləğinin hesablanmasına əsas kimi, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi"nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfindən ixrac edilmiş (0.00 manat) və elektron qaiməfaktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 64050.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 64050.00 manat məbləğdən 64050.00 manat az əks etdirilməsi olmuşdur. Kollegiya iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla iş materiallarındakı sənədlərə diqqət yetirilir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********335000 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023- xx.xx.2023-cü il tarixlərdə cəmi 51 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Viberti yarımqoşqu yanacaq çəni” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. - İddiaçı tərəfindən cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixdən etibarən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarın ləğvi ilə bağlı çoxsaylı müraciətlər ünvanlanmışdır. - İddiaçı ilə "xxxx" MMC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş “Göstərilmiş xidmətlərin təhvil verilməsi barədə” xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış xidmət müqaviləsinə əsasən əlavə edilmiş cədvəl üzrə yanacaq məhsullarını ona məxsus **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daşınmışdır. - AR DİN BDYPİ Qeydiyyat İnformasiya İdarəsi tərəfindən verilmiş AD № 604468 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən **-ZF-*** dövlət qeydiyyat nişanlı “VİBERTİ Yarımqoşqu”, yanacaq çəni tipli nəqliyat vasitəsi iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. - "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, məktubda qeyd olunan elektron qaimələr üzrə hesabat dövrü bağlandığından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********33500 saylı qərarına əsasən o, riskli vergi ödəyicisi olduğuna görə qeyd olunan qaimələrə görə onların şəxsi vərəqəyə qaimə məbləğinin 20%-i qədər hesablama edildiyi üçün elektron qaimələrin ləğvi mümkün deyildir. - "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış “Xidmətlərin göstərilməsi barədə” xx.xx.2023-cü il tarixli, X/026-23 nömrəli müqavilənin predmetini icraçı İddiaçı tərəfindən hər dəfə sifarişçi "xxxx" MMC-nin sifarişi əsasında İddiaçıa məxsus **-ZF-*** dövlət qeydiyyat nişanlı “VİBERTİ Yarımqoşqu”, yanacaq çəni tipli nəqliyat vasitəsi ilə yanacaq məhsullarının sifarişçinin təyin etdiyi ünvanına daşınması öz öhdəsinə götürülmüşdür. Sifarişçi "xxxx" MMC isə öz növbəsində Xidmətləri Müqavilənin 3.1-ci bəndində göstərilən qaydada təhvil almağı və onların haqqını Müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. - İş materiallarına “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturalar əlavə edilmişdir - İddiaçının riskli vergi ödəyiciləri siyahısına salınmasının davamı olaraq cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/-372157/2024 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il gəlir vergisi üzrə 12.810,00 manat məbləğində vergi məbləği hesablanmışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 12-2311 nömrəli 24 dekabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki: “İddiaçı ilə "xxxx" MMC arasında 24 fevral 2023-cü il tarixli, X/026-23 saylı “Xidmətlərin göstərilməsi barədə” müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı özünə məxsus “VOLVO FH YÜK” YƏHƏRLİ DARTİCİ markalı, ** UX *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və “VİBERTİ YARİMQOŞQU” YANACAQ ÇƏNİ markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı qoşqu ilə "xxxx" MMC-yə məxsus yanacaq məhsullarının təyin edilmiş ünvana daşınması xidməti göstərməyi öhdəsinə götürmüş, İddiaçı tərəfindən xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri arasında ümumilikdə 73700 (yetmiş üç min yeddi yüz) manat dəyərində yanacaq daşınması xidməti göstərilmişdir. Xüsusi olaraq qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən Şirkətimizə **********081900 saylı məktub göndərilmiş, həmin məktubda, “İddiaçı xx.xx.2024-cü il tarixində qəbul edilmiş **********335000 nömrəli qərarla riskli vergi ödəy idləri siyahısına daxil edildiyi, müvafiq vergi ödəyicisi tərəfindən təqdim edilən elektron qaimə-fakturaların vergi orqanı tərəfindən riskli hesab olunduğu və eyni zamanda şübhəli əməliyyatlar həyata keçirən vergi ödəyicilərindən elektron-qaimə əldə etməməyimiz” Şirkətimizə tövsiyə edilmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, İddiaçı "riskli vergi ödəyicisi" olduğu üçün, aparılmış maliyyə əməliyyatlarının 51000 (əlli bir min) manat hissəsi, gəlirdən çıxılan xərclər bölməsindən çıxarıldığına görə 10200 (on min iki yüz) manat "xxxx" MMC-yə əlavə mənfəət vergisi kimi hesablanmışdır.” Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, sözügedən dövrə dair elektron qaimə-fakturalar qüvvədə olduğundan vergi orqanının müvafiq qərarlarının ləğv edilmə əsasları ortadan qalxmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı və düzgün sayaraq mübahisələndirilən inzibati aktların bir-birilə bağlı olduğu qənaətinə gələrək, birinci inzibati akta münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə aparılmış əməliyyatlarla bağlı təqdim etdiyi elektron qaimə fakturalarda yanlışlıqla təqdim edilən malın “Viberti yarımqoşqu yanacaq çəni” qeyd edilməsinə baxmayaraq, iş materiallarında olan sənədlərdən də aydın olur ki, iddiaçı əslində "xxxx" MMC ilə arasında bağlanmış “Xidmətlərin göstərilməsi barədə” xx.xx.2023-cü il tarixli, X/026-23 nömrəli müqavilənin predmetinə uyğun olaraq sifarişçi "xxxx" MMC-nin sifarişi əsasında özünə məxsus **-ZF-*** dövlət qeydiyyat nişanlı “VİBERTİ Yarımqoşqu”, yanacaq çəni tipli nəqliyat vasitəsi ilə yanacaq məhsullarının sifarişçinin təyin etdiyi ünvanına daşınması xidmətini göstərmişdir. Cavabdehin mübahisəli qərarında qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, həqiqətən iddiaçının təqdim etdiyi elektron qaiməfakturalarda göstərildiyi kimi, iddiaçının real satışında da “Viberti yarımqoşqu yanacaq çəni” olsun. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının adından daxil edilmiş elekton qaimə-fakturalarda təqdim edilən malların adının yanlış qeyd edilməsi olmuşdur. İddiaçı bununla əlaqədar vergi orqanına çoxsaylı müraciətlər ünvanlasa da, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə zidd olaraq, iddiaçının xeyrinə olan hallar hərtərəfli araşdırılmayaraq işin hallarına düzgün qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatdan da görünür ki, malın adı bölməsində qeyd olunan viberti yarımqoşqu yanacaq çəni və viberti yarımqoşqu yanacaq daşımanın kodu hər ikisində də ********** kimi göstərilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş mübahisə predmetinin aid olduğu elektron qaimə fakturalardan da görünür ki, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı qrafasında kod kimi ********** göstərilsə də qarşısında Viberti yarımqoşqu yanacaq çəni qeyd edilmişdir. Qeyd edilən kod isə https://www.taxes.gov.az/az/page/e-qaime-faktura səhifəsində yerləşdirilmiş “Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları siyahısı”nda Sair xidmətlər kodu kimi göstərilmişdir. Halbuki, həmin siyahıda malın satışı üzrə xidmətlər kodu fərqlidir. Buradan da aydın olur ki, kod düzgün yazılsa da elektron qaimə fakturada sözlə yazılışda səhvliyə yol verilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin verdiyi izahatdan müəyyən olunur ki, iddiaçının mühasibi olmamış, mövcud qaimələrin tərtib və vurulması “Asan Xidmət”də həyata keçirilmişdir. İddiaçının inzibati orqanda dəfələrlə görüşü zamanı və həmçinin məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən irəli sürülən arqument ondan ibarətdir ki, şəxsin riskli vergi ödəyicisi siyahısından çıxarılması üçün sözügedən elektron qaimə fakturaların ləğvi həyata keçirilməlidir. Məhkəmə kollegiyası da qeyd edir ki, həqiqətən də hazırki Qaydalara əsasən riskli vergi ödəyicisi sıyahısından çıxarılma məqsədilə elektron qaimə fakturaların ləğvi və ya cərimənin ödənilməsi tələb edilir. Lakin hazırki mübahisə üzrə iddiaçı riskli vergi ödəyicisi siyahısına salınmasının qanunsuz olduğunu və həmin qərar ləğv edilməklə siyahıdan çıxarılmağı tələb edir. Bu səbəbdən hazırki halda qərarın qanuniliyi də yoxlanılır. Buna baxmayaraq, elektron qaimə fakturaların ləğvi ilə bağlı da hətta qəbul edən "xxxx" MMCyə məlumatlar göndərilsə də qəbul edən tərəfindən təsdiqlənməmişdir. "xxxx" MMC tərəfindən rəsmi təqdim edilmiş məlumatda da qeyd edilmişdir ki, "riskli vergi ödəyicisi" olan iddiaçı ilə aparılmış əməliyyatlara görə əlavə mənfəət vergisi hesablanmış və iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, həmin məbləğ tərəflərindən ödənilmişdir. Məhkəmə kollegiyası isə diqqətə çatdırır ki, inzibati mübahisələr üzrə aparılan məhkəmə araşdırmalarının əsas qayəsi obyektiv həqiqətə nail olmaqdan ibarətdir. İş üzrə müəyyən olunur ki, həqiqətən mübahisələndirilən dövr üzrə iddiaçı ilə "xxxx" MMC arasında yalnız xidmət müqaviləsi olmuş, həmin müqavilənin predmeti icraçıya məxsus avtomaşınla yanacaq daşınmasından ibarət olmuş, tərəflər arasında mövcud xidmətlər üzrə elektron qaimə fakturalar tərtib edilmiş və həmin eqf-da xidmətin kodu düzgün müəyyən edilmişdir. Həmin xidmət münasibətlərindən irəli gələrək də iddiaçı tərəfindən dövlət büdcəsi qarşısında mövcud öhdəlikləri icra edilmişdir. Bu hal cavabdeh inzibati orqana tam bəlli olsa da (keçirilmiş görüşlərin nəticələrindən və məhkəmə araşdırması zamanı verilmiş izahatlardan aydın olur) iddiaçının adının siyahıdan çıxarılması üçün texniki cəhətdən mümkün olan şərtin eqf ləğvi ilə bağlı olduğu arqumenti irəli sürülür. Məhkəmə kollegiyası isə diqqətə çatdırır ki, hətta eqf ləğvi barədə məlumatlar göndərilsə də aydındır ki, qəbul edən tərəfindən ləğv təsdiqlənmədikcə mövcud eqf ləğv edilmir. Qəbul edən isə iri vergi ödəyiciləri sırasında yer alan şirkət olaraq barəsində onun üçün cüzi hesab edilən hesablanmış vergi məbləğinin ödənişini artıq həyata keçirmişdir. Bu səbəbdən eqf-nin ləğvini təsdiqləmir. Məhkəmə kollegiyası mübahisələndirilən digər qərara münasibətdə aşağıdakıları nəzərə çatdırır: İddiaçıya 2023-cü il gəlir vergisi üzrə vergi borcu məbləğinin hesablanması barədə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/-372157/2024 nömrəli qərarı məhz iddiaçının riskli vergi ödəyicisi hesab olunması ilə bağlı qərarının nəticəsi olaraq “Gəlir vergisinin bəyannaməsi”ndəki məlumatlar əsasında qəbul edilmişdir. Məhkəmə araşdırmaları zamanı xx.xx.2024-cü il tarixli, 3-21-2-3/-372157/2024 nömrəli qərarın qəbuluna zəmin olan xx.xx.2024-cü il tarixli, **********335000 nömrəli qərarın qanunsuz və əsassız olması nəticəsinə gəlindiyinə görə bunun məntiqi davamı olaraq da sözügedən xx.xx.2024-cü il tarixli, 3-21-2-3/-372157/2024 nömrəli qərar da əsassız hesab edilməklə ləğv edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********335000 nömrəli, xx.xx.2024-cü il tarixli” və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/-372157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlar qəbul olunarkən iş üzrə hərtərəfli araşdırmanın aparılmadığı və maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi nəticədə əsassız vergi məbləğləri tətbiq edildiyi müəyyən edildiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2526/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar