Məhkəmə qərarları › İş №2-1(103)-3555/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3555/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3555/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, 3-cü şəxs X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X16) qarşı “şəxsi hesabın açılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli 2-1(112)- 1967/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi, ev 14, 6 saylı mənzilin naturada bölünməsi və hər bir tərəfə şəxsi hesabın açılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin iddiaçı yaşadığı sahəsinə X22nin açılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə X7 ilə ailə qurmuş və gəlin kimi ünvan 3-ya köçmüş, sonradan mənzil iki hissəyə bölünmüş və ailə üzvləri ilə 1 nömrəli, digər ailə üzvləri isə 2 nömrəli otaqda yerləşdirilmişdir. Bu vaxta kimi həmin mənzildə yaşayırlar. Nikahdan iki övladı olmuşdur - xx.xx.1994-cü il təvəllüdlü qızı X3 və xx.xx.1997-ci il təvəllüdlü oğlu Ramazanov (Əfəndiyev) Amin Mahmud oğlu. İddiaçı ailə qurduqdan sonra yoldaşı Rusiya Federasiyasına getmiş və uzun müddət orada yaşamış və qayıtdıqdan sonra isə övladlarına sahib çıxmamış və iddiaçı məcbur olub onları tək ana kimi övladlarını çox çətinliklə böyütmüşdür. Hətta o zaman məhkəmə qaydası ilə övladlarına aliment ödənilməsi barədə məhkəmə qərarı olmasına baxmayaraq, yoldaşı iki övladına aliment ödəməmişdir. Eyni zamanda həyat yoldaşının valideyinləri də öz nəvələrinə kömək etməmişdir. Ona görə də iddiaçı azyaşlı övladlarını özü işləyərək saxlamağa məcbur olmuşdur. Bu vaxta kimi övladlarının atası nə onların saxlanmasında, nə məktəbdə təhsil almalarına, nə ali təhsil almalarına heç bir maddi və mənəvi köməklik etməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-2345/2005saylı qətnaməsi ilə iddiaçının yetkinlik yaşına çatmayan iki övladı ilə birlikdə həmin ünvana yaşayış hüququ tanınmış və həmin mənzilə pasport qeydiyyatına alınmışdır. İddiaçının övladı ilə birlikdə köçürüldüyü mənzil iki hissədən ibarət olmuş və həmin mənzilin ayrı-ayrı giriş qapıları var. Bu vaxta kimi hər iki hissənin kommunal xidmətləri - işıq , qaz, su üçün sayğaclar ayrıayrılıqda quraşdırılmışdır və hər bir tərəf özü kommunal xidmət haqqını ödəmişdir. Həmçinin evin yararsız olduğu vaxtı mənzili öz hesabına təmir etdirmişdir. Cavabdeh aidiyyəti Mənzil İstismar Sahəsi ona heç bir maddi köməklik etməmişdir. İddiaçı mənzilə köçürüləndə yaşadığı mənzilin bölgüsü keçirilmiş və mənzili iki hissəyə bölünmüşdür. Evin texniki pasportu tərtib edilmişdir. Mənzilin öz adına reyestr qeydiyyatına alınması üçün aidiyyəti orqanlara müraciət etdikdə ona bildirmişlər ki, onun evinin yenidən uçota alınması üçün Cavabdeh tərəfindən sənədləşdirmə aparılmalıdır. Bununla əlaqədar Cavabdehnə müraciət etdikdə, İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri onun xahiş nəzərə almamış və mənzilin yenidən sənədləşdirməsinin aparılmasından əsassız imtina edilmişdir. İddiaçı 30 ildən çoxdur ki, həmin mənzildə yaşayır və ondan əvvəl də həmin mənzildə çoxsaylı insanlar yaşamış və mənzil MKİS-də uçotdadır və bununla əlaqədar onlardan kommunal vergi tutmuşlar. Həmin mənzildə çoxsaylı insanlar rəsmi qeydiyyatdadır və mənzilin ümumi 2655 saylı X22 yazılmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Nəsimi rayonu, E.Tağızadə küçəsi, 14 saylı evin, 6 saylı mənzili özbaşına tikilidir. Evin altında olan torpaq sahəsi nə iddiaçının, nə də onun keçmiş əri olan X6 xüsusi mülkiyətində deyil və o ərazidə olan torpaqlar dövlət mülkiyyətində qalan torpaqlara aiddir. Ərizəçi öz iddia tələbini əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. Həmin maddi norma qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır və iddia predmeti ilə əlaqəsi yoxdur. Şəxs ailə qurması ilə əlaqədar yaşayış yerini dəyişdirdiyindən və daimi yaşamaq üçün ərinə məxsus mənzilə köçdüyündən, həmin mənzil üzrə qeydiyyata alınması qanunvericiliyin tələbindən irəli gəlmişdir. Bu baxımdan, qeydiyyata alınma həmin mənzildən istifadə hüququnun yaranmasına əsas ola bilməz. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X16 hazırki inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7617/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında göstərmişdir ki, “ mənzilin ona aid olan hissəsinin hansı ölçüdə olması , əmlakın naturada bölünməsi ilə bağlı sənəd təqdim edilməmişdir “ . Yaşadığı mənzil 2005-ci ildə Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə faktiki bölündüyünü, mənzilin ayrılıqda su , qaz və işığa dair kommunal xidmətlərin ayrı olunduğunu, mənzilin giriş qapıları ayrı olduğu barədə sənəd və fotoşəkillər təqdim etməyinə baxmayaraq , məhkəmə göstərilən halları nəzərə almamışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən 3-cü şəxs apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakı etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından görünür ki, iddiaçı X2 Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi, ev 14, 6 saylı mənzilin naturada bölünməsi və hər bir tərəfə şəxsi hesabın açılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini öhdəliyinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməsinin xahiş etmişdir . Belə ki, iddiaçı 1993-cü ildə X7 ilə ailə qurmuş və gəlin kimi ünvan 3-ya köçmüş, sonradan mənzil iki hissəyə bölünmüş və ailə üzvləri ilə 1 nömrəli, digər ailə üzvləri isə 2 nömrəli otaqda yerləşdirilmişdir. Bu vaxta kimi həmin mənzildə yaşayırlar. Nikahdan iki övladı olmuşdur - xx.xx.1994-cü il təvəllüdlü qızı X3 və xx.xx.1997-ci il təvəllüdlü oğlu Ramazanov (Əfəndiyev) Amin Mahmud oğlu. İddiaçı ailə qurduqdan sonra yoldaşı Rusiya Federasiyasına getmişdir. İddiaçı sonradan məhkəməyə müraciət edərək Nəsimi rayonu E.Tağızadə küçəsi, ev 14, 6 saylı mənzildə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, E.Tağızadə küçəsi, 14 saylı evin, 6 saylı mənzilinə yaşayış hüquqlarının tanınmasını və həmin mənzilə pasport qeydiyyatına alınmalarını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-2345-2005 nömrəli qətnaməsindən görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, E.Tağızadə küçəsi, 14 saylı evin, 6 saylı mənzilinə yaşayış hüquqları tanınmış və həmin mənzilə pasport qeydiyyatına alınmaları qət edilmiş, X6 İddiaçı qarşı sonuncunun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən çıxarılmaları barədə qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 14 noyabr 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh Z.A.Əfəndiyevin apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K1435/07 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın bu iş üzrə olan 21 dekabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında göstərmişdir ki, “...Bakı şəhəri Nəsimi rayon İH MKTİB-nin 16 saylı MKİS-nin 2 saylı forma arayışı ilə təsdiq edilir ki, Bakı şəhəri, E. Tağızadə küçəsi 14 saylı evin 6 saylı mənzili həyət evi olmaqla özbaşına tikilidir, mənzildə X13 xx.xx.2003-cü il qeydiyyatındadır. 16 saylı MKİS-nin arayışında İddiaçı mübahisəli mənzildə qeydiyyatsız yaşadığı göstərilmişdir.” İşdə olan 16 saylı MKİS-in arayışından görünür ki, E. Tağızadə küçəsi, 14 saylı evin 6 saylı mənzili özbaşına sahibsiz tikilidir. Cavabdeh balansında deyil. Göstərilən ünvanda X17 2003-cü ildən daimi qeydiyyatdadır. İddiaçı Həmidulla qızı, qızı X3, oğlu X8 2007-ci ildən hal-hazıra kimi məhkəmə qərarına əsasən daimi qeydiyyatdadır. Mənzil iki otaqdan ibarətdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, 6 saylı mənzilin qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-25958/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında xx.xx.2009-cu il təvəllüdlü X18 xx.xx.2015-ci ildən, xx.xx.2015-ci il təvəllüdlü X12 xx.xx.2018-ci ildən, xx.xx.1994-cü il təvəllüdlü X4 xx.xx.2007-ci ildən, xx.xx.1197-ci il təvəllüdlü X8 xx.xx.2007-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsiylə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyasaı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3-cü hissəsinə əsasən yerli icra hakimiyyəti başçısının vəzifələri aşağıdakılardır: - 3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir; - 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; Əsasnamənin 5-ci hissəsinə əsasən: -5.1. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır: -5.1.5. ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək; -5.1.6. ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; İstinad olunan normalardan görünür ki, yerli icra hakimiyyəti orqanı onun balansında olan dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir. İddiaçının yaşadığı mənzil isə bu kateqoriya mənzilə aid olmamaqla özbaşına tikilidir və cavabdehin balansında deyil. Bundan başqa, işdən görünür ki, həmin mənzilə dair artıq 2655 saylı X22 tərtib edilmişdir. İddiaçı ona aid hissəyə yeni X22 açılmasını xahiş etsə də, ona aid hissənin hansı ölçüdə olması, əmlakın naturada bölünməsi ilə bağlı sənədləri təqdim etməmişdir. İddiaçı apelyasiya şikayətində sənədlərin təqdim olunmamasına münasibətdə yaşadığı mənzilin 2005-ci ildə Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə faktiki bölündüyünü , mənzilin ayrılıqda su , qaz və işığa dair kommunal xidmətlərinin ayrı olunduğunu , mənzilin giriş qapıları ayrı olduğu barədə sənəd və fotoşəkillər təqdim etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, E.Tağızadə küçəsi, 14 saylı evin, 6 saylı mənzilinə yaşayış hüquqları tanınmış və həmin mənzilə pasport qeydiyyatına alınmaları qət edilmiş, X6 İddiaçı qarşı sonuncunun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən çıxarılmaları barədə qarşılıqlı iddiası rədd edilmişdir. Belə ki, şəxsin həmin mənzil üzrə qeydiyyat hüquqlarının tanınması, kommunal xidmətlərin və giriş qapılarının ayrı olması əmlakın naturada bölünməsi ilə bağlı dəlil olaraq qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli 2-1(112)- 1967/2025 qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar