Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3556/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X13 və X18) iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X10 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X16 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı ŞİH X5 və İstismarı Birliyinin 02 mart 2007-ci il tarixli 39994 nömrəli müqaviləsinə əsasən Şüvəlan ərazisində yerləşən 0,12 ha olan 2544b nömrəli bağ sahəsi X3 icarəsinə verilmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1114/2008 nömrəli, 21 may 2008ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X5 və İstismarı Birliyi ilə X14 arasında Şüvəlan ərazisindəki 2544b saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39994 saylı icarə müqaviləsi və X5 və İstismarı Birliyi ilə Mir-X11 arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamə 11 iyul 2008- ci il tarixdə qanuni qüvvəsini almışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 03 sentyabr 2016-cı il tarixdə vəfatı ilə İddiaçı 25 fevral 2017-ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.
4. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir.Bundan başqa torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır.
5. İdarənin arxivində saxlanılan 19 iyun 2006-cı il tarixli 37795 nömrəli icarə müqaviləsindən görünür ki, həmin müqaviləsi Şüvəlan ərazisində yerləşən 0,06 ha olan 10/3161 nömrəli bağ sahəsinin X4 icarəsinə verilməsi ilə bağlıdır.
6. İdarənin arxivində saxlanılan 29 iyun 2006-cı il tarixli 37989 nömrəli icarə müqaviləsindən görünür ki, həmin müqaviləsi Şüvəlan ərazisində yerləşən 0,06 ha olan 29/3180 nömrəli bağ sahəsinin X15 icarəsinə verilməsi ilə bağlıdır.
7. Bakı İnzibati Məhkəmənin icraatında olan 2-1(112)-10697/2023 və 2-1(112)- 11142/2023 nömrəli işlər üzrə verilmiş ekspert rəylərindən görünür ki, X15 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 29/3180 saylı 0,06 ha olan bağ sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 10/3161 saylı 0,06 ha olan bağ sahəsinin digər şəxslərə məxsus bağ sahələri ilə üstüstə düşmə halı qeydə alınmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X4 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır.
10. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Şüvəlan qəsəbəsində yerləşən 2544b nömrəli bağ sahəsinə mülkiyyət hüququnun X7 məxsus olması haqqında Arayışın iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismar Birliyi ilə X14 arasında Şüvəlan ərazisindəki 2544b №-li bağın istifadəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli 39994 saylı Müqavilə bağlanmışdır. Əzizbəyov rayonu Şüvəlan ərazisində 0,12 ha torpaq (bağ) sahəsi olan 2544b №-li bağ X3 adma ayrılmışdır. Həmin tarixdən etibarən bağ sahəsi Fəridənin sahibliyində və istifadəsindədir və onun tərəfindən hasarlanmışdır. xx.xx.2007-ci il tarixli 39994 saylı Müqavilə 2 nüsxədə tərtib edilməsinə baxmayaraq X5 və istismarı birliyi ləğv edildiyindən müqavilə imzalanmamışdır. X14 Azərbaycan Respublikasının Daşınmaz Omlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1 1 14/ 2008 saylı,21 may 2008-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X5 və İstismarı birliyi ilə X14 arasında Şüvəlan ərazisindəki 2544b saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli, 39994 saylı icarə müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir. X14 03 sentyabr 2016-cı il tarixdə vəfat etmişdir. Mir- Qasımova Ülviyyənin ərizəsi əsasında Bakı 2 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhər 2 saylı Notariat Ofisi məktubunu qoşmaya əlavə edirik. 2544b №-li nömrəli 0,12 ha torpaq (bağ) sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Lakin cavabdeh olan inzibati orqan 03.08 2023-ci il tarixli imtina məktubu ilə ərizəni təmin etməkdən imtina etmişdir. İmtina məktubunda göstərilir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
12. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ümumi ərazidə 10d/3161 saylı bağ sahəsinə dair plan-sxem məlumatı və X8, X15 müraciəti mövcuddur. Bundan başqa torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, iddiaçı X4 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismar Birliyi ilə X13 arasında bağlanmış Şüvəlan ərazisindəki 10/3161 saylı bağın istifadəyə verilməsinə dair 37795 saylı müqavilə əsasında X9 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 10/3161 nömrəli 0,06 ha torpaq (bağ) sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11142/2023 saylı sərəncamı və iddiaçı X15 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə X18 arasında bağlanmış Şüvəlan ərazisindəki 29/3180 saylı torpağın (bağın) istifadəyə verilməsinə dair 37989 saylı müqavilə əsasında X17 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 29/3180 nömrəli, 0.06 ha torpaq(bağ) sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi nə dair iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10697/2023 saylı, xx.xx.2023-cü il tarixli sərəncamı İdarəyə daxil olmuşdur. Yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Əlavə olaraq bildirirlər ki, sözügedən müqavilə mərhum X3 adına verilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin bağ sahəsinin nömrəsinin sxematik xəritədə əks olunmadığına istinad etsə də, Məhkəmə hesab edir ki, bu halın mövcudlluğu hazırki iddia ilə iddiaçının reallaşdırmaq istədiyi hüquqların məhdudlaşdırılmasına yönələ bilməz.
15. Məhkəmə imtinanın digər dəlili münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, bağ sahəsinə istifadə müqaviləsinin mövcudluğu həmin əmlaka həm sahibliyi, həm də istifadəni ehtiva edir. Təbii haldır ki, bağ sahəsinə istifadə hüququna malik olan şəxs həmin istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş azad hərəkət etmək səlahiyyətinə malikdir. Məhkəmə hesab edir ki, həmin əmlakın hasarlanması, başqa torpaq daxilində hasarlanması, ayrıca hasarlanması, hasarlanmaması, qismən hasarlanması kimi azad seçim imkanı da istifadə hüququnun tərkib hissəsidir. Bu səbəbdəndir ki, ümumi hasarlama işlərinin aparılmaması qanuni imtina dəlili qismində qiymətləndirilə bilməz və elektron etirazda göstərildiyi kimi iddianın rəddinə əsas ola bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3480/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
d) Proses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, üçüncü şəxslər X13 və X18 ilə mərhum Fəridə Orucovanın imzalarının təsdiq edilməsinə dair bir hasar daxilində olan torpaq sahələrinin notarial təsdiq olunmuş Bölgü sxeminin surətini təqdim etmişdir.
21. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş 3-cü şəxslər iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ....... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. ..... 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
31. Belə ki, Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı araşdırma aparılmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, torpaq sahəsinin ayrılması icarə müqaviləsi əsasında həyata keçirilmişdir ki, həmin müqavilə hüquqmüəyyənedici sənəd qismində çıxış edir və müqavilənin qüvvədə olduğu görünür. Şəxsə torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.
32. Bundan başqa müqavilənin mövcud olduğunu və hal-hazırda qüvvədə olduğunu təsdiq edən digər əsas qismində - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1114/2008 nömrəli, 21 may 2008-ci il tarixli qətnaməsi çıxış edir. Həmin qətnamədən də göründüyü kimi həmin mübahisəsinin predmetlərindən biri də Şüvəlan ərazisində yerləşən 0,12 ha olan 2544b nömrəli bağ sahəsi olmuşdur ki, mülki məhkəmə icraatı çərçivəsində baxılan həmin işdə sözügedən bağ sahəsinə dair X5 və İstismarı Birliyi ilə X14 arasında tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39994 saylı icarə müqaviləsi bağlanmış hesab olunmuşdur. Göründüyü kimi adıçəkilən müqavilənin mövcudluğu və hal-hazırda qüvvədə olması şübhə doğurmur.
33. Məhkəmə Kollegiyası cavabdehin iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinin əsası kimi qeyd etdiyi digər əsasa (torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməməsi, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi) münasibətdə isə qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasını vətəndaşların ziyanına şərh etmir.
34. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
35. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDRX-in vəzifəsidir.
36. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
37. Cavabdehin bağ sahəsinin nömrəsinin sxematik xəritədə əks olunmadığına istinad etsə də, Məhkəmə hesab edir ki, bu halın mövcudlluğu hazırki iddia ilə iddiaçının reallaşdırmaq istədiyi hüquqların məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDRX-in vəzifələrindən biridir.
38. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
39. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.”
41. Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 -cu il tarixli qərarında da nümayiş olunmuşdur.
42. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
43. Eyni zamanda Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisədə olduğu kimi bir çox digər inzibati mübahisələrdə cavabdeh inzibati orqan imtina əsası kimi sxematik xəritə ilə uyğunsuzluq ifadəsi altında iddia olunan bağ nömrəsinin sxematik xəritədə göstərilməməsini nəzərdə tutur. Bununla bağlı qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin bu növ imtina əsaslarında da formalaşdırdığı mövqeyi məhz vətəndaşın xeyrinə olmuşdur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)- 447/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(102)-611/2020 saylı, xx.xx.2020-ci il tarixli).
44. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə bildirir ki, göstərilən ümumi ərazidə 10d/3161 saylı bağ sahəsinə dair plan-sxem məlumatı və X8, X15 müraciətlərin mövcud olması da bilavasitə iddianın təminini istisna etmir.
45. Belə ki, adıçəkilən şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdurlar, həmin şəxslərin inzibati məhkəmə icraatı çərçivəsində baxılan “mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı” tələblərin olduğu müəyyən olunmuş və həmin inzibati işlər üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri təhlil edilmişdir. Rəylərdən də göründüyü kimi X8 və X15 istifadəsində olan torpaq (bağ) sahələrinin qonşuluqda olan digər fiziki şəxslərin istifadəsində olan torpaq (bağ) sahələri ilə üst-üstə düşməsi müəyyən olunmur. Göstərilən bu hal isə bilavasitə adıçəkilən üçüncü şəxslərin hazırki mübahisə predmetini təşkil edən torpaq (bağ) sahəsi ilə əlaqəli olmadığını göstərir. Odur ki, cavabdehin şikayətin əsası kimi göstərdiyi həmin hal formal xarakter daşıyır.
46. Məhkəmə imtinanın digər dəlili münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, bağ sahəsinə istifadə müqaviləsinin mövcudluğu həmin əmlaka həm sahibliyi, həm də istifadəni ehtiva edir. Təbii haldır ki, bağ sahəsinə istifadə hüququna malik olan şəxs həmin istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş azad hərəkət etmək səlahiyyətinə malikdir. Məhkəmə hesab edir ki, həmin əmlakın hasarlanması, başqa torpaq daxilində hasarlanması, ayrıca hasarlanması, hasarlanmaması, qismən hasarlanması kimi azad seçim imkanı da istifadə hüququnun tərkib hissəsidir. Bu səbəbdəndir ki, ümumi hasarlama işlərinin aparılmaması qanuni imtina dəlili qismində qiymətləndirilə bilməz və elektron etirazda göstərildiyi kimi iddianın rəddinə əsas ola bilməz.
47. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə onu da qeyd edir ki, şikayətdə qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir.
48. Bununla bağlı məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) üçüncü şəxslər X13 və X18 ilə mərhum Fəridə Orucovanın imzalarının təsdiq edilməsinə dair bir hasar daxilində olan torpaq sahələrinin notarial təsdiq olunmuş Bölgü sxeminin surətini təqdim etmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
50. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
51. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə torpağa dair mülkiyyət hüququnun iddiaçının mərhum anasına məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınarkən “mülkiyyət hüquqlarının X7 məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.
52. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X7 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3480/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X7 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.