Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-356/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2020 saylı 19 avqust 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Səttarxan adına zavodun Həmkarlar İttifaqı Komitəsinin 17 iyun 1996-cı il tarixli 13 saylı protokolundan çıxarışa əsasən Həmkarlar İttifaqı Komitəsi Səttarxan adına zavodun uşaq bağçasının işçisi X5 müvəqqəti sığınacaq kimi verilmiş zavoda məxsus Qarabağ küçəsi, 75 saylı binanın zirzəmisində başqa yaşayış sahəsi ilə təmin olunana qədər Səttarxan adına zavodun 22 saylı sexinin işçisi İddiaçı müvəqqəti yaşaması (ailə tərkibi 3 nəfər – özü, həyat yoldaşı, uşağı) üçün məqsədəuyğun sayılmışdır. Bakı Şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının “Qarabağ küçəsindəki 75 nömrəli evin, 31 A nömrəli mənzilinin icarə müqaviləsinin vətəndaş İddiaçı adına bağlanması haqqında” 271 saylı 13.07.2012-ci il tarixli sərəncamın surətindən görünür ki, Qarabağ küçəsindəki 75 nömrəli evin, yaşayış sahəsi 25,30 kv.metr olan 2 otaqlı mənzilinin icarə müqaviləsi İddiaçı adına bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 1/334 saylı 12.05.2020-ci il tarixli məktubuna görə ünvan 3 ünvanında yerləşən 31 nömrəli mənzil üzrə yaşayış sahəsi Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 13.07.2012-ci il tarixli Sərəncamı ilə İddiaçı daimi istifadəsinə verilməklə mənzil kirayə (icarə) müqaviləsi onun adına sənədləşdirilmiş və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Mənzil xidməti mənzil deyildir. Sərəncamın 2-ci bəndinə əsasən sözügedən yaşayış sahəsinin (mənzilin) daşınmaz əmlakın dövlət reyestrində mükiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi İddiaçı tövsiyə edilmişdir. Mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün hər hansı bir maneələr yoxdur. 04.01.2019-cu il tarixli nümunəvi müqavilədən görünür ki, mənzilə dair İddiaçı ilə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 36 saylı MİS arasında mənzil kirayə müqaviləsi bağlanmışdır. Nərimanov rayon 36 saylı MKİS-nın 7523 saylı Şəxsi hesab vərəqəsindən görünür ki, sözügedən mənzil Sərəncam əsasında İddiaçı verilmiş və həmin ünvanda özü, öğlu və qızı yaşayır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1255/20211 saylı 04 noyabr 2011ci il tarixli qərarı ilə İddiaçı sözügedən mənzilə pasport qeydiyyatına alınması vəzifəsinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı ünvan 6 ünvanında yerləşən 31A saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********11 saylı 25.10.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ərizənin icrası zamanı məlum olmuşdur ki, sözügedən mənzilə dair onun adına heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən 31A saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 241 saylı 13.07.2012-ci il tarixli sərəncamına əsasən mənzilin icarə müqaviləsi ailə tərkibi 4 nəfər olmaqla (özü, 2 oğlu və qızı) onun adına bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Onun yaşayış sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də o, müvafiq qaydada sənədləri toplayaraq, mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ərizə cavabdeh inzibati orqan tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2020 saylı 19 avqust.2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. İddiaçının müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən mənzilə dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İdarə tərəfindən ünvan 6 ünvanında yerləşən zirzəminin dövlət mülkiyyətində olub-olmaması barədə məlumat verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinə ********** saylı 06.10.2020-ci il tarixli sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd edilən sahə üçmərtəbəli yaşayış binasının yarızirzəmisində yerləşir və dövlət mülkiyyətindədir. Ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubları ünvanlanmışdır. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış, ekspertiza keçirilməmiş və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında başqa yaşayış sahəsinin olmadığını, sözügedən mənzilin sahəsinin cəmi 25.30 kv.m-dən ibarət olmasını, övladlarından biri- X4 cəbhə bölgəsində yerlləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olarkən şəhid olmasını bildirmiş, bununla bağlı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, Səttarxan adına zavodun Həmkarlar İttifaqı Komitəsinin 17 iyun 1996-cı il tarixli 13 saylı protokolundan çıxarışa əsasən Həmkarlar İttifaqı Komitəsi Səttarxan adına zavodun uşaq bağçasının işçisi X6 müvəqqəti sığınacaq kimi verilmiş zavoda məxsus Qarabağ küçəsi, 75 saylı binanın zirzəmisində başqa yaşayış sahəsi ilə təmin olunana qədər Səttarxan adına zavodun 22 saylı sexinin işçisi İddiaçı müvəqqəti yaşaması (ailə tərkibi 3 nəfər-özü, həyat yoldaşı, uşağı olmaqla) üçün məqsədəuyğun sayılmışdır. İddiaçının özəlləşdirmək istədiyi ünvan 8 ünvanında yerləşən 31A saylı mənzil Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 271 saylı 13.07.2012-ci il tarixli sərəncamı ilə onun icarəsinə verilmişdir. Sözügedən mənzilə dair İddiaçı ilə Mənzil istismar sahəsinin rəisi Ə.Ə.Aşurov arasında 04.01.2019-cu il tarixli nümunəvi müqavilə bağlanmış və mənzil onun kirayəsinə verilmişdir. Məhkəmə qərarına əsasən İddiaçı sözügedən mənzilə pasport qeydiyyatına alınmışdır. Hazırda sözügedən mənzildə iddiaçı və oğlu Elvin Ələkbərov yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının həyat yoldaşı X2 26.04.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçının oğlu Ceyhun Ələkbərov isə 30.09.2017-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən Ağdərə rayonunda vəfat etmişdir. İddiaçının digər oğlu Elvin Ələkbərov (mənzildə qeydiyyatda olan) notarial qaydada ərizə verərək sözügedən mənzilin özəlləşdirilməsinə və reyestrdən çıxarışın alınmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı ünvan 6 ünvanında yerləşən 31A saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, həmin müraciətinə yuxarıda qeyd olunan sənədləri də əlavə etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunaraq bildirilmişdir ki, sözügedən mənzilə dair onun adına heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Hazırda İddiaçı sözügedən mənzilin sahəsinin cəmi 25.30 kv.m-dən ibarət olduğuna, başqa yaşayış sahəsinin olmadığına, övladlarından biri- X4 cəbhə bölgəsində şəhid olduğuna, ona vaxtilə verilmiş mənzilin adına keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının sərəncamının olduğuna, mənzilə dair onunla müqavilə bağlandığına, indiyənədək həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına nail ola bilmədiyinə və bu rəsmiləşdirmənin aparılmasına müvafiq icra hakimiyyəti orqanının etirazının olmadığına əsaslanaraq cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirir. İşə birinci instansiya qaydasında baxılarkən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti 12.05.20202-ci il tarixli məktubu ilə bildirmişdir ki, sözügedən mənzil üzrə yaşayış sahəsi Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 13.07.2012-ci il tarixli sərəncamı ilə İddiaçı daimi istifadəsinə verilməklə mənzil kirayə müqaviləsi onun adına sənədləşdirilmiş və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Mənzil xidməti mənzil deyildir. Sərəncamın 2-ci bəndinə əsasən sözügedən yaşayış sahəsinin (mənzilin) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi İddiaçı tövsiyə edilmişdir. İddia tələbinə münasibətdə isə mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün hər hansı bir maneələrin olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin ilkin redaksiyasında özəlləşdirilməsi nəzərdə tutulan mənzillərə dair hüquqmüəyyənedici sənəd kimi yalnız orderin adı göstərilmişdir. Bu hal mənzil fondunun özəlləşdirilməsi zamanı vətəndaşlarla müvafiq icra hakimiyyəti orqanı arasında fikir ayrılığı yaratdığına görə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 24 fevral 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8- ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilmişdir. Dəyişikliyə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderi əvəzinə mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam sənədini də əlavə edə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 24 fevral 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə iddiaçı ilə 36 saylı MİS arasında nümünəvi kirayə müqaviləsi 04 yanvar 2019-cu il tarixdə, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra bağlansa da, nəzərə almaq lazımdır ki, özəlləşdirilməsi tələb olunan mənzil ona Səttarxan adına zavodun Həmkarlar İttifaqı Komitəsinin 13 saylı protokolundan çıxarışa əsasən 17 iyun 1996-cı il tarixdə verilmiş, onunla icarə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab olunması barədə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı isə 13.07.2012-ci il tarixdə verilmişdir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı sözügedən mənzilin ona hələ 1996-cı il tarixdə verildiyi nəzərə alınmaqla, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə cavabdehin verdiyi imtina məktubunda iddiaçının tələbinin təmin olunmaması üçün göstərilən əsas qeyd olunan Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “müvafiq icra hakimiyyəti orqanlarının iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri və ekspertizanın keçirilməsi” barədə dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin dəlillər adı çəkilən orqanların 3-cü şəxs qismində işə cəlb edilməsi və ekspertizanın keçirilməsinin zəruriliyi cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2020 saylı 19 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2020 saylı 19 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-356/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-356/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver