Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-356/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə qarşı “şəhid statusunun bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2824/2023 nömrəli, 30 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü qardaşı X13 hərbi xidmət vəzifələrinin icrası zamanı ağır xəstələndiyinə və hər iki ağ ciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası, bronxolit, sağtərəfli para pnevmonik plevrit, toksiki hepatit, kəskin böyrək çatmazlığı və kəskin ürək-damar tənəffüs çatışmazlığından N nömrəli hərbi hospitalda vəfat etdiyinə görə hərbi qulluqçu olaraq ona verilmiş «şəhid» adının və ailəsinə «şəhid ailəsi» statusunun bərpa olunması vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatının gedişində cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi ilə əvəz edilmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, 1993-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü qardaşı X9 hərbi xidmət vəzifələrinin icrası zamanı ağır xəstələndiyinə və hər iki ağ ciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası, bronxolit, sağ tərəfli para pnevmonik plevrit, toksiki hepatit, kəskin böyrək çatmazlığı və kəskin ürək-damar tənəffüs çatışmazlığından 251 №li hərbi hospitalda vəfat etdiyinə görə hərbi qulluqçu olaraq ona verilmiş “şəhid” adı qanunsuz olaraq ləğv edildiyindən mərhum qardaşına hərbi qulluqçu olaraq verilmiş “şəhid” adının bərpa olunması vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-2824/2023 nömrəli, 30 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması ədalətli olaraq aparılmamışdır. İddiaçının qardaşının şəhid statusunun olmasına dair mövcud hallar nəzərə alınmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. Qardaşı Ağdam rayonunun ərazisində hərbi xidməti vəzifələrinin icrası zamanı ağır xəstələndiyindən onu N saylı hərbi hospitala kəskin ağırlaşmış, huşu özündə olmayan vəziyyətdə təxliyyə etmişlər. O, döyüşlər zamanı əldə etdiyi hepatit, ağ ciyər xəstəliyindən və kəskin ürək-qandamar sisitemi xəstəliklərindən xx.xx.1994-cü il tarixində hərbi hospitala təxliyyə edildiyindən cəmi bir neçə saat sonra vəfat etmişdir. O, Ələt qəsəbəsinin şəhidlər xiyabanında dəfn edilən birinci şəhiddir. Ona ədalətli olaraq şəhid statusu verilmişdir. Onun ölüm faktını təsdiq edən İV-JQ seriyalı 454769 saylı xx.xx.1994-cü il tarixli Ölüm haqqında şəhadətnamə verilmişdir. Ölüm haqqında şəhadətnamə dövlət sənədidir, onu vətəndaş özü yaza bilməz. Bu sənəd dövlətin inzibati orqanı tərəfindən verilmişdir. Ölüm haqqında şəhadətnamənin ölümün səbəbi qrafasında birbaşa “şəhid olmuşdur” qeyd edilmişdir. Anası vəfat edənədək qardaşının şəhid statusu var idi və anası həmin statusdan yararlanırdı. Onun vəfatından sonra şəhid statusu ləğv edilmişdir. Qaradağ rayonunun ƏSMM tərəfindən verilmiş şəhid ailəsinin statusuna dair vəsiqənin notarial qaydada təsdiqlənmiş surəti işə əlavə edilmişdir. X3 20 sentyabr 1994-cü ildə vəsiqə verilmişdir. Qardaşının oxuduğu orta məktəbə onun adı verilmişdir. Qardaşının yaşadığı küçə onun adını daşıyır. Qardaşının adı yazılmış löhvə yaşadıqları binanın üzərinə o, ölən kimi dərhal Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən vurulmuşdur. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli sərəncama əsasən anasının adına 16.00 kv.m sahəsi olan mağaza tikintisi üçün icazə verilmişdir. ƏSMM tabeliyində olan DSMF Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırma üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktubda qeyd edilir ki, pensiya və sosial ödənişlər üzrə altsistemdə anasına aid heç bir məlumat aşkar edilməmişdir. Çünki şəhid ailələrinə həmin pensiya və sosial ödənişlərin ödənilməsi üzrə qərar 2007-ci ildə qəbul edilmiş və 2008-ci ildən ödənişlər həyata keçirilmişdir. Həmin dövrdə anasının həyatda olmaması səbəbindən pensiya və sosial ödənişlər üzrə altsistemdə anasına aid heç bir məlumat aşkar edilə bilməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Ələt qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİİ-JQ seriyalı, 358255 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1975ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci ildə 55 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında uşağın atası qismində X14, anası qrafasında isə anası qismində X10 qeyd olunmuşdur. İş materiallarında olan Ağdam rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu ildə verilmiş İİİ-JQ seriyalı 46218N №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 20 iyun 1989-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1989-cu ildə 77 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RİHB-nın Ələt qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1994-cü ildə verilmiş İİ-JQ seriyalı, 454769 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1994cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydəri kitabında xx.xx.1994-cü ildə 34 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi “Şəhid olmuşdur” qeyd olunmuşdur. İş materiallarında olan Qaradağ rayon ƏSMM tərəfindən verilmiş 42/000042 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 “Şəhid ailəsi” kimi 20 sentyabr 1994-cü ildə vəsiqə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş AZ-İ seriyalı 10142N №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 20 aprel 2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 212 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsi tərəfindən verilmiş 573 №-li xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı mərhum qardaşı 1975-ci il təvəllüdlü əsgər X13 xx.xx.1993-cü il tarixdə keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb, N saylı hərbi hissədə hərbi xidmət keçərkən «Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası. Bronxiolit. Sağtərəfli parapnevmonik plevrit. Kəskin ürək-damar, tənəffüs çatmamazlığı» diaqnozundan müalicə olunarkən, xx.xx.1994-cü il tarixdə kəskin ürək-damar, tənəffüs çatışmazlığı nəticəsində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, pensiya və sosial ödənişlər alt sistemində X7 aid heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından alınmış 24 fevral 2023-cü il tarixli 1039 nömrəli arayışa əsasən əsgər X13 12 aprel 1994-cü il tarixdə N nömrəli hərbi hissədə (Ələt hospitalında) ambulator müayinədə olmuş və 13 aprel 1994-cü il tarixdə saat 00.30 radələrində hər iki ağciyərin aşağı payının ocaqlı pnevmaniyası, bronxiolid ağır dərəcəli, sağ tərəfli parapnevmonik plevrit, kəskin ürək-damar ağciyər çatışmazlığı, toksiki hepatit, kəskin böyrək çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 999 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş X13 barəsində heç bir məlumat yoxdur. Həmin məktuba əlavə olunmuş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının “Mağaza tikintisi üçün Ələt qəsəbəsində torpaq sahəsi ayrılması haqqında” 999 №-li xx.xx.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, Ələt qəsəbəsi İ.Mehdiyev küçəsi, ev 67-də yaşayan şəhid anası X1 fəaliyyəti ilə məşğul olması üçün ələt qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv.m sahəsi olan mağaza tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş X13 N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 173 №-li əmrilə (əsas: §-10, səh-50, sıra-16) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 2-ci MAT-a təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 9 №-li əmrində (əsas: §-7, səh-19, sıra-5, əmrdə soyadı “Mehtiyev” yazılmış, atasının adı yazılmamışdır) 2-ci taboru tərk edib qayıdan, siravi İdris Mehtiyevin həmin tarixdən taborun şəxsi heyətinin siyahısına salınması, bütün növ təchizatlarla təmin olunması və xidmət müddətinin xx.xx.1993-cü il tarixdən sayılması qeyd edilmişdir. N №-li hərbi hissənin “İtkin düşən, yaralanan və vəfat edənlərin siyahısı” qovluğunda (əsas: xx.xx.1992, səh-39, sıra-770) Qaradağ RHK-nın çağırışçısı, 1975-ci il təvəllüdlü, 2-ci MAT-ın hərbi qulluqçusu X9 xx.xx.1994-cü il tarixində N №-li h/h-də vəfat etməsi qeyd olunmuşdur. 2-ci motoatıcı taborun əsgəri X15 hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 151 №-li əmrilə (əsas: §-4, səh-95, sıra-26, əmrdə soyadı “Mehtiyev” yazılmamışdır) bütün növ təminatları dayandırılmış və ştatdan kənar çıxarılmışdır. 2-ci MAT-da xidmət etmiş X13 xəstəxanada xx.xx.1994-cü il tarixdə xəstəliyi ilə əlaqədar vəfat etdiyi üçün, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 193 №-li əmrində (əsas: §-2, səh-77, əsas kimi “Ölüm haqqında şəhadətnamə İİ JQ №-454769 25 aprel 1994-cü il” göstərilmişdir, əmr olduğu kimi köçürülmüşdür) şəxsi heyət siyahısından çıxarılmış, bütün növ təchizatı dayandırılmış və ailəsinə maddi köməklik edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 363 №-li əmrində (əsas: §-11, səh-35, sıra-1) həlak olduqlarına görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli 27N №-li fərmanına əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi biletləri X19 məntəqəsinə göndərilən hərbi qulluqçuların siyahısında sıravi X9 adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X9 anası X2 Rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından alınmış xx.xx.2023-cü il tarixli 1039 nömrəli arayışa əsasən əsgər X13 xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissədə (Ələt hospitalında) ambulator müayinədə olmuş və xx.xx.1994-cü il tarixdə saat 00.30 radələrində hər iki ağciyərin aşağı payının ocaqlı pnevmaniyası, bronxiolid ağır dərəcəli, sağ tərəfli parapnevmonik plevrit, kəskin ürək-damar ağciyər çatışmazlığı, toksiki hepatit, kəskin böyrək çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, S.Mehdiyevanın adına vəsiqənin verilməsinə əsas olan sənədlərin müvəqqəti mühafizə müddəti ötdüyündən sözügedən sənədlərin Nazirlik tərəfindən təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Mərhum X9 hərbi xidmət dövrü həlak olması (vəfat etməsi) faktına aydınlıq gətirilməsi məqsədilə Xidmətin Aparatı tərəfindən Müdafiə Nazirliyinə xx.xx.2018ci il tarixli M/3175 nömrəli məktubla sorğu göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş xx.xx.2018-ci il tarixli 9/2-20464 nömrəli məktubda, mərhum X9 xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissədə (hərbi hospitalda) vəfat etməsi bildirilsə də (Əsas: N saylı hərbi hissənin “İtkin düşən, yaralanan və vəfat edənlərin siyahısı” qovluğu), N sayl hərbi hissə komandirinin əmrlər kitabında onun vəfat etməsinə dair məlumat aşkar edilmədiyi, eləcə də N saylı hərbi hissə komandirinin əmrlər kitabının Mərkəzi Arxivə daxil olmadığı qeyd edilmişdir. Belə ki, N saylı hərbi hissənin xx.xx.2009-cu il tarixli məktubunda isə N saylı hərbi hissənin əsgəri X9 xx.xx.1994-cü il tarixdə təxirəsalınmaz ambulator yardım alması (D-z: Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası. Bronxioilit. Sağtərəfli parapnevmonik plevrit. Toksiki nepatit, kəskin böyrək çatmazlığı) və kəskin ürək-damar, tənəffüs çatışmazlığından vəfat etməsi bildirilmişdir. Əlavə olaraq, Xidmətin Qaradağ rayon idərəsinin mövcud arxiv-uçot sənədlərində də mərhum X9 qeyd edilən xəstəliklərdən vəfat etməsi faktı olduğu üçün, onun “şəhid” hesab edilməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlara əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. X18 “şəhid” hesab edilməsi, habelə qeyd olunan Fərmanın tələblərinə əsasən tərtib edilmiş birdəfəlik ödəmənin verilməsinə dair siyahıya adının əlavə edilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş mərhum qardaşınız X9 «şəhid», ailəsinin «şəhid ailəsi» statusunun ləğv edilməsi səbəbinin araşdırılması ilə əlaqədar müraciətinizə baxılmışdır. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin uçot sənədlərində N saylı hərbi hissənin əsgəri X9 xx.xx.1994-cü il tarixdə N saylı hərbi hospitalda “Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası. Bronxiolit. Sağtərəfıi parapnevmonik plevrit. Kəskin ürək-damar, tənəffüs çatışmazlığı. Toksiki hepatit, kəskin böyrək çatmazlığı" diaqnozundan müalicə olunarkən, saat 23:30-da kəskin ürək-damar, tənəffüs çatışmazlığı nəticəsində vəfat etməsi barədə məlumat olsa da (Əsas: N saylı hərbi hissənin xx.xx.2009-cu il tarixli 2/271 №-li məktubu və N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 193 №-li əmrindən çıxarışı), mərhumun şəhid, ailəsinin şəhid ailəsi statusuna malik olması, eləcə də müvafiq statusun ləğv edilməsi barədə məlumat yoxdur. Bu səbəbdən Xidmətin Qaradağ rayon idarəsində mərhum qardaşınız İ.S.Mehdiyevin şəhid kimi uçotunun aparılması və Sizə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi Azərbaycan Respublikası Naziriər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci yarımbəndinin tələblərinə ziddir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə daxil olmuş mərhum qardaşınız X9 «şəhid», ailəsinin «şəhid ailəsi» statusunun bərpa olunması ilə bağlı müraciətinizə baxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin uçot sənədlərində N saylı hərbi hissənin əsgəri X9 xx.xx.1994-cü il tarixdə N saylı hərbi hospitalda “Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası. Bronxiolit. Sağtərəfıi parapnevmonik plevrit. Kəskin ürək-damar, tənəffüs çatışmazlığı. Toksiki hepatit, kəskin böyrək çatmazlığı" diaqnozundan müalicə olunarkən, saat 23:30-da kəskin ürəkdamar, tənəffüs çatışmazlığı nəticəsində vəfat etməsi barədə məlumat olsa da (Əsas: N saylı hərbi hissənin xx.xx.2009-cu il tarixli 2/271 №-li məktubu və N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 193 №-li əmrindən çıxarışı), mərhumun şəhid, ailəsinin şəhid ailəsi statusuna malik olması, eləcə də müvafiq statusun ləğv edilməsi barədə məlumat yoxdur. Bu səbəbdən Xidmətin Qaradağ rayon idarəsində mərhum qardaşınız İdris Mehdiyevin şəhid kimi uçotunun aparılması və Sizə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi Azərbaycan Respublikası Naziriər Kabinetinin 15 yanvar 1994cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci yarımbəndinin tələblərinə ziddir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi üzrə həlak olmuş, vəfat etmiş zabit, gizir, çavuş, əsgərlərin qeydiyyatı kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, əsgər X13 xx.xx.1994-cü ildə Hospitalda kəskin ürək-damar çatışmazlığından vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın: 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X4 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X4 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X4 Xidməti, X5 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X5 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından alınmış xx.xx.2023-cü il tarixli 1039 nömrəli arayışa əsasən əsgər X13 xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissədə (Ələt hospitalında) ambulator müayinədə olmuş və xx.xx.1994-cü il tarixdə saat 00.30 radələrində hər iki ağciyərin aşağı payının ocaqlı pnevmaniyası, bronxiolid ağır dərəcəli, sağ tərəfli parapnevmonik plevrit, kəskin ürək-damar ağciyər çatışmazlığı, toksiki hepatit, kəskin böyrək çatışmazlığından vəfat etmişdir. Hazırda iddiaçı qardaşı X9 hərbi xidmət vəzifələrinin icrası zamanı ağır xəstələndiyinə və hər iki ağ ciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası, bronxolit, sağ tərəfli para pnevmonik plevrit, toksiki hepatit, kəskin böyrək çatmazlığı və kəskin ürək-damar tənəffüs çatışmazlığından 251 №li hərbi hospitalda vəfat etdiyinə görə hərbi qulluqçu olaraq ona verilmiş “şəhid” adı qanunsuz olaraq ləğv edildiyindən mərhum qardaşına hərbi qulluqçu olaraq verilmiş “şəhid” adının bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılması zamanı məhkəmə tərəfindən müxtəlif dövlət orqanlarına sorğular verilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.1975-ci il təvəllüdlü X9 anası X6 Qaradağ Rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata alınmadığı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda pensiya və sosial ödənişlər alt sistemində X7 aid heç bir məlumatın aşkarlanmadığı qeyd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda Xidmətin Qaradağ rayon idərəsinin mövcud arxiv-uçot sənədlərində mərhum X9 “şəhid” hesab edilməsi barədə məlumatın olmadığı qeyd olunur. Eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Xidmətin Qaradağ rayon idarəsinin uçot sənədlərində N saylı hərbi hissənin əsgəri X9 xx.xx.1994-cü il tarixdə N saylı hərbi hospitalda “Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası. Bronxiolit. Sağtərəfıi parapnevmonik plevrit. Kəskin ürək-damar, tənəffüs çatışmazlığı. Toksiki hepatit, kəskin böyrək çatmazlığı" diaqnozundan müalicə olunarkən, saat 23:30-da kəskin ürəkdamar, tənəffüs çatışmazlığı nəticəsində vəfat etməsi barədə məlumat olsa da, mərhumun şəhid, ailəsinin şəhid ailəsi statusuna malik olması, eləcə də müvafiq statusun ləğv edilməsi barədə məlumatın olmadığı bildirilir. Beləliklə, iddiaçı qardaşı X11 hərbi qulluqçu olaraq verilmiş “şəhid” adı qanunsuz olaraq ləğv edildiyindən mərhum qardaşına hərbi qulluqçu olaraq verilmiş “şəhid” adının bərpa olunmasını xahiş etsə də, X11 «şəhid» statusunun verilməsi və onun sonradan ləğv edilməsi halları məhkəmə araşdırması nəticəsində öz təsdiqin tapmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2824/2023 nömrəli, 30 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-356/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-356/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver