Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3560/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vergi qeydiyyatının (VÖEN **********) ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı vergi qeydiyyatının (VÖEN **********) və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********746900 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən İddiaçı adına “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Həmin məktubdan məlum olur ki, iddiaçı fiziki şəxs kimi vergi qeydiyyatına alınmış və adına ********** saylı VÖEN açılmışdır. Məktubda göstərilir ki, iddiaçı tərəfindən 2021-ci il ərzində vergiyə cəlb olunmalı işlərin aparılmasına baxmayaraq, müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Hazırda iddiaçının adına açılan ********** saylı VÖEN üzrə şəxsi hesab vərəqəsində dövlət büdcəsinə 5871,71 manat borc olduğu göstərilir. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. İddiaçı ərizəsində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, o cümlədən tərəfindən vergiyə cəlb edilən əməliyyatlar həyata keçirilmədiyi üçün bəyannamə təqdim olunması barədə tələbin tamamilə qanunsuz olduğunu bildirmişdir. Aparılmış araşdırılma zamanı İddiaçı tərəfindən 2021-ci il ərzində 85500,0 manat dəyərində nəqliyyat vasitələrinin 7 ədəd elektron alış aktları vasitəsi ilə "X11" MMCyə təqdim edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilsə də, vergi orqanında uçota alınmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixli **********485400 nömrəli "Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Buna görə də xx.xx.2022-ci il tarixində vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. Etiraz Vergi Məcəlləsinin 16.1.2, 33.3, 33.4, 33.5-ci maddələri ilə əsaslandırılmışdır. İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Belə ki, iddiaçı avtomobil alqı-satqısı ilə məşğul olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyindən qanunvericiliyə uyğun olaraq vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə də əməl edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 34.4-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2019-cu il tarixli **********406700 №-li əmri ilə təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizə formasının doldurulması qaydasına əsasən “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması fiziki şəxslərin vergi uçotunun ləğv edilməsi məqsədilə fəaliyyətinə xitam verildikdə fiziki şəxs tərəfindən, fiziki şəxs vəfat etdikdə (yaxud məhkəmə tərəfindən itkin düşmüş, ölmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda) onun varisi (varisləri) və ya səlahiyyətli digər şəxs tərəfindən doldurularaq vergi orqanına təqdim edilir. Vergi ödəyicisi tərəfindən bugünədək “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə Bakı şəhəri X5 üzrə Baş İdarəsinə ümumiyyətlə müraciət edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********746900 saylı qərarının ləğv edilməsi, İddiaçı (VÖEN **********) vergi qeydiyyatının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********746900 nömrəli qərarı ilə İddiaçı 2021-ci ilin hesabat dövrü üçün bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumatlara əsasən hesablanmış vergi və sığorta haqqına əsasən 5871,71 manat məbləğində gəlir vergisi hesablanmışdır. İddiaçı vergi orqanın həmin qərarın (xx.xx.2022ci il tarixli **********746900 nömrəli) və iddiaçının adına cavabdeh vergi orqanı tərəfindən açılmış VÖEN-in (VÖEN: **********) ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan: - İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, iddiaçıya həmin tarixdə 5.343,75 manat məbəğində vergi borcu hesablanmışdır. - İddiaçının cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, iddiaçı hazırki tələblə əlaqədar cavabdehə müraciət etmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Müraciətin qeydiyyata alınması haqqında” xx.xx.2022-ci il tarixli bildirişlə bildirilmişdir ki, “Sizin tərəfinizdən göndərilmiş elektron müraciət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS Kargüzarlıq altsistemində **********869400 nömrə ilə qeydiyyata alınmışdır. Müraciətinizə baxılma vəziyyəti ilə onlayn rejimdə sənədin “əməliyyat tarixçəsi”ndə tanış ola bilərsiniz”. – Cavabdehin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablaşmaq hüququ vardır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********746900 saylı qərarından görünür ki, iddiaçı barəsində 2021-ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 4.275 manat vergi və ya sığorta haqqı borcu hesablanmışdır. - Xidmətin göstərilməsi haqqında 79 №-li müqavilədən görünür ki, iddiaçı “Chevrolet Cruze” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı buraxılış ili 2015-ci il olan avtomobili satmağı 100 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2015-ci il olan “Chevrolet Cruze” minik markalı avotmobili 11.700 manat məbləğində satmışdır. - Xidmətin göstərilməsi haqqında 101 №-li müqavilədən görünür ki, iddiaçı “Chevrolet Cruze” minik markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili satmağı 120 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2013-cü il olan “Chevrolet Cruze” minik markalı avtomobili 12.400 manat məbləğində satmışdır. - Xidmətin göstərilməsi haqqında 98 №-li müqavilədən görünür ki, iddiaçı “Hyundai Elantra” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobili satmağı 120 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2015-cü il olan “Hyundai Elantra” minik markalı avtomobili 13.700 manat məbləğində satmışdır. - Xidmətin göstərilməsi haqqında 103 №-li müqavilədən görünür ki, iddiaçı “Chevrolet Cruze” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili satmağı 100 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2013-cü il olan “Chevrolet Cruze” minik markalı avtomobili 10.200 manat məbləğində satmışdır. - Xidmətin göstərilməsi haqqında 102 №-li müqavilədən görünür ki, iddiaçı “Chevrolet Cruze” minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobili satmağı 100 manat qarşılığında öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı buraxılış ili 2015-ci il olan “Chevrolet Cruze” minik markalı avtomobili 11.200 manat məbləğində satmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2.70237/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “DİN Baş X10 idarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı adında xx.xx.2005-ci il tarixdən "VAZ 21093" markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə "HYUNDAİ TUCSON" markalı **- XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X1 adına rəsmiləşdirilmişdir, xx.xx.2021-ci il tarixdə "HYUNDAİ SONATA" markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X2 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 33.3-cü bəndinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidir. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın: 2.1-ci bəndinə görə vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər. 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2-ci bəndinə görə fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. 2.3-cü bəndinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. Məhkəmə kollegiyası qeyd edir ki, fiziki şəxsin vergi uçotuna alınmasının VM-nin normalarından göründüyü kimi əsas qaydası vergi orqanına uçota alınma barədə ərizə ilə müraciət edilməsidir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Vergi Məcəlləsinin 33.4, 34.1 və 34.2-ci maddələri, eləcə də Qaydaların 2.1, 2.2, 2.3, 2.6-cı bəndləri bilavasitə ərizə əsasında vergi uçotuna alınmanın qaydalarını müəyyən edir. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin ərizəsi əsasında vergi uçotuna alınma 2 qaydada - kağız və elektron formatda aparılır. Vergi qanunvericiliyi vergi ödəyicisi qismində uçota alınmanı yalnız fiziki şəxsin ərizəsi əsasında qeydiyyata alınma forması ilə məhdudlaşdırmır. Vergi Məcəlləsinin 33.3, 33.5-ci maddələrinin, Qaydaların 2.9-cu bəndinin təhlili onu deməyə əsas verir ki, vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası mövcuddur və bu ərizə verilmədən, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınmasıdır”. Qeyd edilən qanunvericilik normalarından görünür ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində bildiriş göndərilir. Bundan başqa, iddiaçının fərdi sahibkar kimi vergi ödəyicisi qismində uçota durmaq üçün müvafiq ərizə ilə cavabdehə müraciət etmədiyi halda cavabdeh vergi orqanı tərəfindən onun vergi ödəyicisi kimi qeydiyyata alması vergi qanunvericiliyinin tələblərinə də ziddir. Cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir. Məhkəmənin müvafiq sorğusuna əsasən də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş materiallarda iddiaçının belə bir müraciətinin mövcudluğuna dair sənədlər və Vergi Məcəlləsinin 33.5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya vergi uçotuna alınması barədə bildiriş öz əksini tapmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyator özü öz şikayətində göstərmişdir ki, iddiaçı sözügedən avtomobilləri 2021-ci ildə satmışdır. Şikayətdə göstərilir ki, 2023-cü ildən qüvvədə olan Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır. Belə olan halda iddiaçının 2021-ci ildə həyata keçirdiyi fəaliyyətə görə 2023cü ildən qüvvəyə minən qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilməsi qanuni deyildir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli, 677-VİQD nömrəli qanuna əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.5-ci maddəsi yeni redaksiyada verilmiş və göstərilmişdir ki, Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Həmin Qanuna əsasən Vergi Məcəlləsinə edilən dəyişikliklər Bu Qanunun 3.1 – 3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********746900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçota alınmış ********** nömrəli VÖEN şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3560/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3560/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver