Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3563/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, xx.xx.2023-cü il tarixli “qərara izah verilməsinə dair” qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 saylı qərarı ilə (hakim X1) iddia qismən təmin edilmiş, İddiaçı dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və 16 iyun 2018-ci il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddianın qalan hissədə rədd edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün 19 avqust 2022ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. Birinci instansiya məhkəməsindəki icraat Cavabdeh 07 sentyabr 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı 12 may 2022-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, məhkəmə qərarına əsasən, İddiaçı ixtisas dərəcəsinə görə əlavənin ödənildiyi dövr ilə (xx.xx.1993-xx.xx.1996-ci il, xx.xx.1996- xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər) adıçəkilən şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı əsas götürülən dövr (xx.xx.1987- xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) fərqli olduğundan həmin pul təminatının əmək pensiyasına tətbiq edilibedilməməsi hissəsində məhkəmə qərarına izah verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim X1) Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3602/2022 saylı iş üzrə qəbul edilmiş 12 may 2022-cu il tarixli qərarına izah verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Daha sonra iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 saylı qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibatı Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(112)-3602/2022 nömrəli qərarı ilə iddiaçının cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 4-cü ixtisas dərəcəsinə görə əlavə haqqın pensiyaya hesablanması tələbinə dair iddia qismən təmin edilmiş, həmin qərardan bu vaxta kimi şikayət verilmədiyindən qərar öz qanuni qüvvəsini almışdır. Uzun sürən müraciətləri və məhkəmənin xəbərdarlıq məktubları nəticəsində məhkəmənin qərarı 2023cü ilin mart ayında icraya yönəldilsə də, iddiaçının pensiyasına hesablanmış bu əlavə haqq düzgün hesablanmamış və 11 aprel 2023-cü il tarixdə bu məsələ ilə əlaqədar qəbulda olarkən qərarın icrasına qarşı mərkəzi filiala narazılığını bildirmiş, bu barədə rəsmi qaydada cavabdeh təşkilata 14 aprel 2023-cü il tarixdə ərizə ilə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Mövcud qanunvericiliyin tələbinə əsasən keçmiş, hazırki və sonrası dövrlər (illər) üçün ixtisas dərəcəsinə görə əlavə haqqın hesablanması həmin dövrlərdə mövcud olan respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləği əsasında həll edilməlidir, lakin cavabdeh təşkilat keçmiş dövrə görə ixtisas dərəcəsinə əlavəni həmin dövrlərdə mövcud olan minimum əmək haqqı məbləği əsasında həll etdiyi halda, 2023-cü ildə respublikada minimum əmək haqqı xx.xx.2023-cü ildən 345 manat olmasına baxmayaraq cavabdeh bu əlavəni 300 manatdan pensiyasına səhvən hesablayır ki, bu hal da qanunvericiliyin tələbinə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakim X1) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı inzibati iş üzrə 12 may 2022-ci il tarixli qərarına (icrasına )izah verilməsi barədə ərizə təmin edilərək qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3602/2022 saylı inzibati iş üzrə 12 may 2022-ci il tarixli qərarına izah verilməsi barədə ərizə təmin edilməli, “dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyaya hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada” dedikdə 2023-cü il də daxil olmaqla 2023-cü ilin yanvar ayından minimum əmək haqqının iki misli (345 manat x 2 ) məbləğində nəzərə alınmaqla ödənilməsi izah olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməklə 2023-cü ilin yanvar ayından tətbiq edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan məhkəmə qərarının icrası zamanı Azərbaycan Respublikasının Prezidentinin sözügedən sərəncamının nəzərə alınmasını məqsədə uyğun hesab etməmişdir. Məhkəmə qərarı düzgün və tam icra edilməməsi nəticəsində iddiaçıya 2023-cü il üçün əmək pensiyasının məbləği düzgün müəyyən edilməmişdir. Buna görə də, cavabdehə izah edilməlidir ki, iddiaçının 2023-cü il üçün əmək pensiyası məbləği, məhkəmələrin ixtisas dərəcəsinə görə əlavə haqqın 2023-cü ilin yanvar ayından minimum əmək haqqının iki misli (345 manat x 2 ) məbləğində nəzərə alınmaqla, hesablanmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3602/2022 saylı, 18 oktyabr 2023-cü il tarixli izah qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya və kassasiya instansiyası məhkəmələrində icraat Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1137/2024 nömrəli iş üzrə 05 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər X2 (məruzəçi), Yusifov Cahangir Afər oğlu və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3602/2022 saylı, 18 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1723/2024 saylı 15 iyul 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2024-cü il tarixli, 2- 1(103)-1137/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, ərizənin rədd edilməsini xahiş etdi. Əlavə olaraq cavabdehin nümayəndəsi izahatında bildirdi ki, məhkəmə qərarından tərəflərindən şikayət verilməmiş, qərar 2022-ci ildə qüvvəyə minərək inzibati orqana icra edilməsi üçün göndərilmişdir. Tərəflərindən icra zamanı da məhz 2022-ci ilin ölkə üzrə minimum əmək haqqı (300 manat) əsas götürülməklə hesablama aparılmış və hissə-hissə icra həyata keçirilməyə başlamışdır. Lakin icra mərhələsi tam yekunlaşmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, inzibati orqan tərəfindən icra 2023-cü ildə həyata keçirilməyə başladığından həmin tarixə ölkə üzrə minimum əmək haqqı məbləğindən (345 manat) hesablama həyata keçirilməli idi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1723/2024 saylı 15 iyul 2024-cü il tarixli qərarındakı göstərişlər: - Qərarda “Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləği” ifadəsinin işlədilməsinin hansı dövrlərə aid olması əksini tapmamışdır. Məhkəmə minimum əmək haqqı məbləği ilə bağlı məqama izah verərkən bunun hansı dövrləri əhatə etdiyini qeyd etməlidir. - Qərardadda qeyri-müəyyənlik yaradan məqamlardan biri də iddiaçının pensiya hüququnun yaranma vaxtı ilə əlaqədardır. Birinci instansiya məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 saylı qərarında (iddiaya mahiyyəti üzər baxılaraq hüquqi qiymət verilmişdir) iddiaçının pensiya hüququnun 16 iyun 2018-ci il tarixdən yarandığı qeyd edilsə də, izahla bağlı qərardadda bu hüququn 12 aprel 2007-ci il tarixdə mövcud olduğu göstərilmişdir. Bu qeyri-müəyyənliyin aradan qaldırılmalı və iddiaçının pensiya hüququnun, daha dəqiq yenidən hesablanmanın konkret hansı vaxtdan müəyyən edilməsi dəqiqləşdirilməlidir. - Hesablanmış əlavə pensiya məbləğinin hansı qaydada müəyyən edildiyi, habelə məhkəmə qərarının icrasının başa çatıb-çatmaması, icranın qərara uyğun həyata keçirilməsi yoxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və ərizə qismən təmin edilməli və qeyri-müəyyənliklərin aradan qaldırılması üçün qərara izah verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; - 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; - 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir; - 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; - 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası ilk növbədə AR MPM-in 230.3-cü maddəsinin tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 saylı qərarının izah edilməsinin mümkünlüyü ilə bağlı qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı inzibati iş üzrə 14 aprel 2022-ci il tarixli qərarı tam icra edilmədiyinə, icra tam başa çatmadığına, hələ də həmin qərar hissə-hissə olmaqla icra həyata keçirildiyinə görə iddiaçının ərizəsinə əsasən onun izah edilməsi mümkündür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq bildirir ki, qəbul edilmiş qərardad qərarın izahına dair tələblərə cavab vermir. Belə ki, qərara verilmiş izahda “dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyaya hesablanmaqla pensiyanın yenidən hesablanmasını” qeyd etmişdir. Lakin məhkəmə minimum əmək haqqı məbləği ilə bağlı məqama izah verərkən bunun hansı dövrləri əhatə etdiyini qeyd etməmişdir. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən minimum əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsində olan sosial normativdir. Bu sosial normativ müvafiq icra hakimiyyəti orqanının qərarı ilə (Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur) Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə hər il müxtəlif pul məbləğində özünü ehtiva edir. Azərbaycan Respublikasında minimum əmək haqqı dinamik formada dəyişkən xarakterə malik olmaqla, müxtəlif illərdə fərqli məbləğlərdə olmuşdur. Bu səbəbdən də yuxarıda qeyd edildiyi kimi qərarda “Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləği” ifadəsinin işlədilməsinin hansı dövrlərə aid olması əksini tapmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 saylı qərarı 2022-ci ildə qüvvəyə minməklə, icra edilməsi üçün 19 avqust 2022-ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci il üçün minimum əməkhaqqının məbləği 300 manat müəyyən edildiyindən və Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)- 3602/2022 saylı qərarında iddiaçının pensiyasına hesablanacaq əlavə haqqın məbləğinin hansı il üzrə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun hesablanması, yaxud əlavə haqqın ödəmənin həyata keçirildiyi illər üzrə ölkə üzrə müəyyən ediləcək minumum əmək haqqının (hər il üzrə fərqli məbləğdə ola bilər) məbləğindən asılı olaraq hesablanıb ödənilməli olması konkret olaraq müəyyən edilmədiyindən, sözügedən qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə kollegiya hesab edir ki, məhz mübahisənin həlli zamanı yəni, 2022-ci ilin minumum əmək haqqı (300 manat) əsas götürülməklə, həmin məbləğin iki misli məbləğində əlavə haqqın iddiaçının pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və məhz 16 iyun 2018-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi şəklində qərara izah verilməlidir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, cavabdeh inzibati orqan da məhz məhkəmə qərarının qəbul edilərək, qüvvəyə mindiyi və icraya göndərildiyi 2022-ci il üzrə ölkədə mövcud olmuş minimum əmək haqqı məbləğindən (300 manat) hesablama aparmış və hissə-hissə ödəməni də buna müvafiq həyata keçirir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 saylı qərarında iddiaçının pensiya hüququnun 16 iyun 2018-ci il tarixdən yarandığı qeyd edilsə də, bundan əlavə iddiaçının ərizəsində də məhz hesablanmış pensiya məbləğinin 16 iyun 2018-ci ildən ödənilməli olmasına münasibətdə ziddiyyətli məqam olmasa da, izahla bağlı qərardadda bu hüququn 12 aprel 2007-ci il tarixdə mövcud olduğu göstərilmişdir. Məhkəmə kollegiyası bununla bağlı da qeyd edir ki, iddiaçının iddia tələbi 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada ödənilməsi ilə bağlı olsa da, birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilərək yenidən hesablanmış pensiya məbləğinin 16 iyun 2018-ci il tarixdən ödənilməsi qərara alınmış, iddiaçı tərəf isə apellyasiya şikayəti verərək həmin halı mübahisələndirməmişdir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, izahla bağlı verilmiş ərizədə də bununla bağlı əks fikir bildirilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarına izah verilməsi barədə iddiaçının ərizəsi qismən təmin edilməli, qərarın nəticə hissəsində göstərilmiş “Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və 16 iyun 2018-ci il tarixdən ödənilməsi” dedikdə “2022-ci il üçün minimum əmək haqqının məbləği nəzərə alınmaqla həmin məbləğin iki misli (300 manat x 2 ) məbləğində əlavə haqqın iddiaçının pensiyasına hesablanması və 16 iyun 2018-ci il tarixdən etibarən ödənilməsi nəzərdə tutulur” şəklində izah verilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və 1.2, 76, 80, 85, 116-cı ci maddələrini və MPM-nin 263- 264 maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarına izah verilməsi barədə iddiaçının ərizəsi qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarının nəticə hissəsində göstərilmiş “Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və 16 iyun 2018-ci il tarixdən ödənilməsi” dedikdə məhkəmə qərarının qəbul edilərək, qüvvəyə mindiyi “2022-ci il üçün minimum əmək haqqının məbləği nəzərə alınmaqla həmin məbləğin iki misli (300 manat x 2 ) məbləğində əlavə haqqın iddiaçının pensiyasına hesablanması və 16 iyun 2018-ci il tarixdən etibarən ödənilməsi nəzərdə tutulur” şəklində izah verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3563/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3563/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver