Məhkəmə qərarları › İş №2-1(103)-3565/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3565/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3565/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı”nin Cavabdehnə qarşı “əmək qabiliyyətsizliyini təsdiq edən vərəqənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərovdan və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə (üçüncü şəxs X6) qarşı “əmək qabiliyyətsizliyini təsdiq edən vərəqənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 06 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X18 tərəfindən X2 adına xx.xx.2022ci il tarixdə verilmiş, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Rəhman Pənahlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X10 Mərkəzi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X18, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Modern Hospital tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etmişdir. Sözügedən sonuncu xəstəlik vərəqəsi bağlanaraq xx.xx.2022-ci il tarixdə işə çıxmağı tövsiyə olunmuş və X6 xx.xx.2022-ci il tarixdən işə çıxmışdır. X6 ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və o xx.xx.2021-ci il tarixdən başlayaraq müxtəlif diaqnozlar üzrə xəstəlik vərəqələri təqdim edərək işdən yayınmışdır. xx.xx.2022-ci il tarixdə işə çıxmış və “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2022ci il tarixli 453-K saylı əmri ilə 1 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsinin quyularm sementlənməsi üzrə maşinist vəzifəsində işləyən Rəhman Pənahlı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rəhman Pənahlı işdə olmuş, 1 saylı A və XTS-nin Texnoloji Nəqliyyat işçilərinin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalına imza etmiş, ona 028070 saylı yol vərəqi verilmişdir. Həmin yol vərəqindən də olan imzalarından da görünür ki, Rəhman Pənahlı 11-xx.xx.2022-ci il tarixlərdə işdə olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə saat 17:00-da iş vaxtı bitdikdən sonra o, X16 müraciət etmiş və xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsi əldə etmişdir. Mərkəzləri tərəfindən köhnə tarixə verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrə rast gəlmək olur. Bu da işə götürənin işinə mənfi təsir edir. Belə ki, işə götürən qanunvericiliyin tələblərinə əməl edilməklə işçilə bağlanmış əmək müqaviləsinə xitam versə də, Tibb Mərkəzləri tərəfindən verilmiş qanunsuz və əsasız xəstəlik vərəqələri işə götürənə bir başa maddi ziyan vurmaqla yanaşı onun işgüzar nüfuzuna xələl gətirir. X18 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə açdığı xəstəlik vərəqəsi qanunsuz olması ilə yanaşı həm də etibarsızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv olunmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023cü il tarixdə verilmiş ******* nömrəli əmək qabiliyyəti vərəqəsinin olmaması vərəqəsinin etibarsız hesab edilməsinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli 2(003)-1847/2023-cü il saylı qərardadı ilə iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki mühakimə icraatında deyil, inzibati mübahisə icraatında baxılmalıdır. Cavabdeh inzibati orqan statusunda çıxış edir və onun qəbul etdiyi ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Şikayət qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, iddianın əsaslarına görə X6 ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Cavabdeh tərəfindən X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi verilmişdir. İddiaçı üçüncü şəxsin işdə olduğu halda cavabdehin həmin tarixlərdə verdiyi xəstəlik vərəqələrinin etibarsız hesab edilməsini xahiş edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəflər arasındakı mübahisə inzibati hüquq mübahisəsi hesab olunmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4). Qanunun tələbindən də görünür ki, iddiaçının qaldırdığı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında mümkün sayılmasının əsas şərtlərindən biri mübahisənin inzibati orqanın inzibati hüquq fəaliyyətindən əmələ gəlməsi və tərəflər arasında publik inzibati hüquq münasibətinin yaranması ilə bağlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə cavabdeh qismində göstərilən qurum inzibati orqan olsa belə, iddiaçı onunla cavabdeh arasında yuxarıda sadalanan maddi hüquq normalarında nəzərdə tutulan publik inzibati hüquq münasibətinin yarandığını sübuta yetirə bilmir. Belə olan halda iddiaçı tərəflər arasında mövcud olmayan inzibati hüquq münasibəti üzrə hüquqlarının məhz cavabdeh tərəfindən pozulduğunu da iddia edə bilməz. Hazırkı iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı və Cavabdeh X19 ihər ikisi hüquqi şəxs statusunda olmaqla mülki dövriyyənin bərabərhüquqlu iştirakçılarıdır. Cavabdeh hazırkı iş üzrə iddiaçıya münasibətdə hər hansı inzibati funksiyanı yerinə yetirməmiş və hakimiyyət səlahiyyətlərini tətbiq etməmişdir. Belə ki, cavabdeh X18 X17nin üçüncü şəxsin adına əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələrinin verilməsi üçüncü şəxslə cavabdeh arasında publik hüquq münasibətlərinin nəticəsi hesab oluna bilər. X18 PHŞ üçüncü şəxsə münasibətdə nizamnamə ilə ona verilmiş publik səlahiyyətlərinin yerinə yetirməsi və yaxud bu münasibətlər çərçivəsində baş verən hər hansı hüquqpozma- inzibati fəaliyyəti həyata keçirməməsi və yaxud düzgün icra etməməsi (məsələn, profilaktik, müalicə, tibbi-sosial yardım göstərməkdən imtina və s.) inzibati hüquq mübahisəsinə əsas verə və inzibati icraatın predmeti kimi çıxış edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı X7 isə cavabdehlə üçüncü şəxs arasında olan publik hüquq münasibətlərinin iştirakçısı deyildir, iddiaçının cavabdehə (və yaxud əksinə) publik hüquqdan irəli gələn tələbi yoxdur, inzibati orqan tələb üzrə cavabdehə qarşı hər hansı hakimiyyət tədbiri tətbiq etmir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə predmeti olan xəstəlik vərəqələri həm də inzibati akt qismində çıxış etmir. Mübahisələndirilən əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri ambulator və ya stasionar müalicədə olması ilə xəstəlik tarixindən çıxarışdır və forma və məzmun baxımından inzibati akt deyildir. İnzibati akt olmadığı halda həmin sənədlərin “İnzibati icraat haqqında” Qanunun 65 və İnzibati Prosessual Məcəllənin 2.2.5 və 36.1-ci maddələri ilə tənzimlənən inzibati aktın etibarsızlığı barədə iddia növünə uyğun qiymətləndirilə bilməz. Eləcə də sözügedən xəstəlik vərəqələrinin mübahisələndirilməsi ümumiyyətlə İPMnin 2.2-ci maddəsi ilə tənzimlənən hər hansı iddia növü ilə əhatə olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının hazırkı iddiaya hüquqi marağı da müəyyən edilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, üçüncü şəxsin adına əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələrinin verilməsi hələ işəgötürənə müstəqil iddia qaldırmağa əsas vermir. Belə ki, iddiaçı ilə üçüncü şəxsin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mülki mübahisə gedişində tərəflərin təqdim etdiyi işçinin işdə olmasını təsdiq edən qeydiyyat jurnalı, yol vərəqi kimi dəlilə qarşı əks dəlil üçüncü şəxsin xəstəlik vərəqələridir. Qeyd edilən hər iki dəlil isə mahiyyət etibarı ilə yalnız sübut qismində çıxış edir, iddianın və ya iddiaya etirazın əsasını təsdiq etməklə əmək mübahisəsinə baxan mülki məhkəmə icraatında baxılıb qiymətləndirilə bilən sübut növləridir. Mülki məhkəmə mübahisəsinin həllinə xidmət edən sübutların isə müstəqil iddia icraatında baxılması əlavə məhkəmə mübahisəsinin açılmasına rəvac verir ki, bu da prosessual qənaət prinsipinə zidd olmaqla prosessual qanunvericiliklə yolverilməzdir. Odur ki, iddiaçı sözügedən xəstəlik vərəqələrini əmək mübahisəsi ilə bağlı mülki məhkəmə icraatında mübahisələndirə biləcəyindən həmin sənədin qanuniliyinə əlavə olaraq müstəqil iddia qaydasında, o cümlədən inzibati məhkəmə icraatında baxıla bilməz. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar