Məhkəmə qərarları › İş №2-1(103)-357/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-357/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-357/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Üçüncü şəxs X10 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı, X18 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8146/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18, X4, X22, X14, X15, X2, X11, X7, X23, X24, X25, X5 və X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 aprel 2024-cü il tarixli qərardadı ilə X18, X4, X22, X14, X15, X2, X11, X7, X23, X24, X25, X5 və X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8146/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. İşin faktiki hallarına görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin ünvanda qeydiyyatda olan X18, X4, X22, X14, X15, X2, X11, X7, X23, X24, X25, X5 və X1 qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş, lakin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi üçüncü şəxslərin yaşadığı fərdi yaşayış evinin iddiaçının yaşadığı fərdi yaşayış evinə aidiyyətinin olmamasına, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, ünvanının mövcud olmasına və həmin şəxslərin də qeyd edilən ünvan üzrə qeydiyyatda olmalarına istinad edərək iddia tələbini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və Nərimanov Rayon Polis İdarəsinə sorğular ünvanlanaraq, ünvan 3lan şəxslər, həmin şəxslərin qeydiyyata düşmə tarixi barədə məlumatın və qeydiyyata düşməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin sorğuya 03 fevral 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü X18 xx.xx.2005-ci il tarixdən, xx.xx.2004-cü il tarixli X14 xx.xx.2018-ci il tarixdən, xx.xx.1996-cı il təvəllüdlü X3 xx.xx.2012-ci il tarixdən, X8 xx.xx.2009-cu il tarixdən, İddiaçı xx.xx.2004-cü il tarixdən, xx.xx.1998-ci il təvəllüdlü X15 xx.xx.2013-cü il tarixdən, xx.xx.1973-cü il təvəllüdlü X23 xx.xx.2006-cı il tarixdən, xx.xx.1949-cıı il təvəllüdlü X9 xx.xx.2004-cü il tarixdən hazıradək ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadırlar, qeyd olunan ünvana qeydiyyata alınmalarına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv ediliyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, iddiaçının üçüncü şəxslərin çıxarılmasını tələb etdiyi ünvan 5 ünvan verilmişdir. Yeni ünvan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, giriş 236-dır. Daha sonra yenidən işin obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və Nərimanov Rayon Polis İdarəsinə sorğular ünvanlanaraq, AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, giriş 236 ünvanında qeydiyyatda olan şəxslər, həmin şəxslərin qeydiyyata düşmə tarixi barədə məlumatın və qeydiyyata düşməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin sorğuya 14 aprel 2025-ci il tarixli cavab məktubunda Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, giriş 236 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə, işin araşdırılması zamanı üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan, yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, giriş 236 ünvanında yerləşən fərdi yaşayış evində ümumiyyətlə qeydiyyatda olmamaları müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, 3-cü şəxslərin yaşadıqları ev Əliyar Əliyev küçəsində yerləşir, iddiaçının evi isə Ziya Bünyadov prospektindədir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxlsər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından, yəni iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə yeni qaydalarla yeni ünvan verildiyindən və yeni ünvan olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, giriş 236 ünvanında 3-cü şəxslərin qeydiyyatı barədə məlumat aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı, X18 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar