Məhkəmə qərarları › İş №2-1(103)-3572/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3572/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3572/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı və X4 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı "inzibati binaya qeydiyyata alınma" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9006/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasının ünvanı olan Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9006/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarı qərarı ilə iddianın təmin edilərək, iddiaçıların Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasının ünvanı olan ünvan 5liyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9006/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və qərardan apellyasiya şikayəti verilməmişdir. Sözügedən qərar qanuni qüvvəsini aldığından icra edilməsi üçün 07 avqust 2023-cü il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. Lakin sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Həmçinin cavabdeh inzibati orqanın adından verilmiş apellyasiya şikayəti nəzərdən keçirilərkən o da müəyyən olundu ki, apellyasiya şikayəti Məhəmməd Əhmədbəyli tərəfindən imzalanmışdır. Lakin iş materiallarından onun apellyasiya şikayəti vermək və onu imzalamaq üçün səlahiyyətli olmasını təsdiq edən etibarnamənin verildiyi müəyyən olunmur, həmçinin həmin etibarnamə apellyasiya şikayətinə də əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması təyin edilmiş və məhkəmə kollegiyası tərəfindən cavabdehə göndərilmiş 01 sentyabr 2023-cü tarixli məhkəmə bildirişində Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9006/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarından apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin, həmçinin apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənədin (etibarnamənin) yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə keçirilən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddaçı iştirakını təmin etməmişdir. İşdə iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikaətinin mümkünlük məsəsləsinə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin səlahiyyətli şəxs (etibarnamə verilən özü) tərəfindən imzalanmış nüsxəsini təqdim edərək, şikayətin həqiqətən birinci instansiya məhkəməsinin qərarının icraya yönəldilməsi ilə bağlı məktub daxil olduqdan sonra verilldiyini bildirmiş və şikayətin mümkün sayılmasını məhkəmədən xahiş etmişdi. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla bağlı xx.xx.2023-cü il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət onun qərarı rəsmi aldığı xx.xx.2023cü il tarixdən 30 gün müddətində olmaqla, xx.xx.2023-cü il tarix hesab olunduğu halda, cavabdeh tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Hazırki işdə prosessual müddətin ötürülməsi ilə bağlı məhkəmənin 01 sentyabr 2023cü il tarixli bildirişi ilə yazılı olaraq cavabdehə prosessual müddətin bərpası ilə bağlı ərizə vermək üçün hüquqi yardımın göstərilməsinə baxmayaraq o, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü səbəblərlə əlaqəli olduğunu bildirməmiş və bu barədə hər hansı sübutu və ya müddətin bərpasına dair müvafiq ərizəni məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, cavabdehin apellyasiya qaydasında mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən mötəbər sübutlarının olmadığını, prosessual müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, cavabdehin həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini və bununla bağlı sübutları təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9006/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar