Məhkəmə qərarları › İş №2-1(103)-3578/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3578/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3578/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklıə "çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4000/2024 nömrəli 22 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (prosessual müddətin bərpası barədə ərizəyə) 18 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 adına verilmiş xx.xx.2013-cü il tarixi RX seriyalı ******* №-li Çıxarışın və ona əsas olan qeydin ləğvi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4000/2024 nömrəli 22 may 2024-cü il tarixli qərardadı ilə iddia təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4000/2024-014 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, iddia tələbi X2 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı № ******* nömrəli Çıxarışın və ona əsas olan qeydin ləğvi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda DƏDRX-in ərazi idarəsi tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını və haqqında qərar və ya qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə ünvanlayaraq, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsi barədə ərizəyə və apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilərək, apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası gəlməyən tərəflərin iştirakı olmadan müddətin bərpası barədə ərizəyə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4000/2024 nömrəli 22 may 2024-cü il tarixli qərardadı 23 may 2024-cü il tarixdə İddiaçı elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə (şəxsi kabinetdə qeydiyyat tarixi və istifadəçi adı: xx.xx.2023 18:28:20 xxxxxxx) yerləşdirilmiş, lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur və bununla bağlı prosessual müddətin bərpası barədə ərizə təqdim edilərək buraxılmış müddətin üzürlü hesab edilməsi xahiş edilmişdir. Ərizədə qeyd edilmişdir ki, məhkəmə qərardadı həmişə poçtla göndərilirdi və ya SMSlə 050 ***-**-** əl telefonuna göndərilirdi. Məhkəmə prosesində və ondan sonra ona 22 may 2024-cü il tarixli qərardadın elektron kabinetdə yerləşdiriləcəyi bildirilməmişdir. Asan imzası ilə “Elektron məhkəmə” informasiya sisteminə girə bilmir. O sistemi bilən şəxs vasitəsi ilə Pin 1 və Pin 2 vasitəsi ilə məhkəməyə daxil ola bilir. Bakı İnzibati Məhkəməsi öncədən ona SMS göndərməli. Məhkəmələr tərəfindən Qərardad və digər sənədləri həmişə Elektron ünvan yollayırdılar. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4000/2024 nömrəli iş üzrə xx.xx.2024 qərardadını almadığına görə məhkəməyə müraciət etmiş, qərardadı 05 avqust 2024-cü il tarixində almış və apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi əlavə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasına əsas səbəblər odur ki, mübahisələndirilən məhkəmə aktı ona göndərilməmişdir, bununla bağlı ailəsində baş vermiş hadisə (anasının ağır xəstəliyi və ölümü, dəfn və yas mərasimlərində iştirakı) ilə bağlı Beyləqan rayonunda olmuşdur. Hesab edir ki, qeyd olunan bu səbəblər hər biri ayrı-ayrılıqda, həmçinin onların məcmusu buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün kifayət qədər əsas verir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarından aydın görünür ki, məhkəmə aktı iddiaçının elektron kabinetinə məhz xx.xx.2024-cü il tarixində yüklənmiş, bu da o anlama gəlir ki, həmin anda artıq iddiaçının elektron kabineti elektron məhkəmə sistemində mövcud olmuşdur. Bundan əlavə iddiaçı xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinin sədrinə 40 vərəqdə ibarət etiraz ərizəsi yazaraq ünvanlamış və həmin etiraz ərizəsində 22 may 2024-cü il tarixli aktın qanunsuz hesab edilməsi və işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. İddiaçı sözügedən 22 may 2024-cü il tarixli məhkəmə aktını əldə etmədiyini bildirsə də, həmin etiraz ərizəsinin məzmunundan aydın olur ki, iş üzrə çıxarılmış məhkəmə aktından məlumatlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, hətta iddiaçının həmin qərardadı əldə etmədiyi fərz edilsə belə iş materiallarından görünür ki, barəsində xx.xx.2024-cü il tarixli etiraz ərizəsində məlumatlı olduğu məhkəmə qərardadını yalnız xx.xx.2024-cü il tarixdə ərizə yazaraq yenidən ona təqdim edilməsini xahiş etmiş, müvafiq dövlət rüsumunun ödəniş qəbzi təqdim edildikdən sonra məhkəmə aktı təkrarən xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı apellyasiya baxışı zamanı da həmin etiraz ərizəsi ünvanladığı vaxtdan məhkəmə aktının mövcudluğundan xəbərdar olduğunu bildirmiş, lakin məhkəmə aktın ona təqdim edilməsini yalnız 2 aydan sonra tələb etmişdir. Qeyd edilən məqamlar da ötürülmüş müddətin üzürlü hesab edilməsinə əsas verə bilməz. İddiaçının ərizədə qeyd etdiyi əsaslar üzürlü hesab edilmədiyindən ərizə təmin edilməməli, iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4000/2024 nömrəli 22 may 2024-cü il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARAALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4000/2024 nömrəli 22 may 2024-cü il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar