Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3579/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2497/2023 nömrəli, 09 iyun 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim etdiyi əmək kitabçasında göstərilən xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" restoranında və xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Elegant” şirkətində əmək fəaliyyəti dövrünün sığorta stajına qəbul edilməsini və ona yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək, iddia ərizəsinin giriş hissəsində cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi oxunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmçinin iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" restoranında və “Sevinc firmasında” işlədiyi dövrün əmək stajına daxil edilməklə ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamış, buna səbəb kimi xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" restoranında və xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Elegant” şirkətində işlədiyi dövrü sığorta stajına aid edilmədiyi göstərilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi ******* nömrəli hərbi biletə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçdiyi 1 il 11 ay 28 gün, xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü olmaqla xx.xx.2006-cı il tarixədək 18 il 6 ay 9 gün, eyni zamanda X1 Sisteminin Pensiya altsisteminə müvafiq olaraq 2018-cil ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək 2 il 8 ay müddətdir ki, ümumilikdə 21 il 2 ay 9 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "Sevinc” firmasında işlədiyini iddia etdiyi 5 il 5 ay 8 gün, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Eleqant-Co şirkətində işlədiyini iddia etdiyi 4 il 11 ay 25 gün müddətdir ki, ümumilikdə 10 il 5 ay 3 gün təşkil edir. Həmçinin, inzibati orqanda şübhə yaradan hallar İddiaçı məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasında iddiaçının xx.xx.1995-ci il tarixdə işə daxil olması barədə qeyddə işəgötürənin imzası və müəssisənin möhürünün olmaması, habelə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "Sevinc” firmasında olan əmək fəaliyyəti ilə bağlı qeydlərin kiril qrafikalı əlifbada olmasıdır. Bu səbəbdən əmək kitabçasındakı sözügedən dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu tarixədək Eleqant- Co şirkətində olan əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhə yaranmışdır. Bu səbəbdən xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2497/2023 nömrəli, 09 iyun 2023-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi ******* nömrəli hərbi biletə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçdiyi 1 il 11 ay 28 gün, xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1981- ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü olmaqla xx.xx.2006-cı il tarixədək 18 il 6 ay 9 gün, eyni zamanda X1 Sisteminin Pensiya altsisteminə müvafiq olaraq 2018-cil ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək 2 il 8 ay müddətdir ki, ümumilikdə 21 il 2 ay 9 gün təşkil edir. Qeyd edilir ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasındakı qeydlərdə xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr eyni qələm, eyni xətlə və bir dəfəyə yazılmışdır. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının 20, 21 və 22-ci səhifələrində müvafiq olaraq 11,12,13-cü qeydlər olmasına baxmayaraq xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlər 10 və 11-ci səhifələrdə yenidən eyni qaydada, yəni 11,12 və 13 olaraq qeyd olunmuşdur. O cümlədən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında olan əmək fəaliyyəti ilə bağlı qeydlər kiril qrafikalı əlifbadadır. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 413 nömrəli Qanunu 22 dekabr 1992-ci il tarixdə qüvvəyə minmişdir, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda 2möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Qeyd olunanlar əmək kitabçasının sonradan doldurulmasına dəlalət edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 2497/2023 nömrəli qərarına əsasən iddiaçının işlədiyi dövrdə “Sevinc" restoranının, daha sonra isə "xxxx" firmasının mövcudluğu və iddiaçının həmin müəssisədə işləməsi iş materialları ilə öz təsdiqini tapdığından cavabdehin bu dəlilləri əsasız hesab edilmişdir,. Qeyd edilir ki, məhkəmənin sözügedən Qərarda istinad etdiyi "xxxx" Firmasının 10 aprel 2023-cü il tarixli məktubunda iddiaçının xx.xx.1995-ci il tarixdən deyil, yalnız xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək "xxxx" firmasında 3 dərəcəli bufetçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2497/2023 nömrəli qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan, onlara düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Beləliklə, Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının 65 yaşı tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında işlədiyi dövrü mübahisələndirərək, onun ümumilikdə 21 il 2 ay 9 gün ümumi sığorta stajının mövcud olmasını bildirir. İşdən görünür ki, iddiaçının pensiya hüququnun yarandığı tarixə tələb olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 28800 manat təşkil edir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin işdən görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cavabdehin mübahisələndirmədiyi xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay sığorta stajına uyğun olaraq 14098,29 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixinədək 440,29 manat olmaqla, ümumilikdə 14538,58 manat təşkil edir (iddiaçının əmək kitabçasındakı bütün dövrlər qəbul edilsə belə, onun pensiya kapitalının 28800 manata çatdırılması mümkünsüzdür). Belə olan halda aydın olur ki, iddiaçının sığorta stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. Kollegiya hesab edir ki, iddiaçıya 65 yaşda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qeyd edilən şərt ödənilmişdir. Belə ki, iş materiallarında olan НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977- xx.xx.1977-cı il tarixlərdə Bakı TARA müəssisəsi “Azmeyvətərəvəzsənaye” qapaq sexində 2-ci dərəcəli kəsici vəzifəsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı şəhəri Nərimanov rayonu meyvə-tərəvəz ticarəti kontorunda, xx.xx.1981-xx.xx.1995-ci il tarixlərdə “Azərtəkraresurs” Təkrar resurslarının istehsal tədarük birliyində tədarükçü vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixdə "xxxx" restoranına 3-cü dərəcəli bufetçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə "xxxx" Firmasında həmin vəzifəyə keçirilmiş, xx.xx.2000-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2001xx.xx.2009-cu il tarixlərdə “Eleqant-Co” şirkətində menecer vəzifəsində, xx.xx.2009xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-də satıcı vəzifəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi və xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə kimi "xxxx" ASC-də daxili nəzarət qrupunun nəzarətçisi peşəsində işləmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 12 dekabr 2022-ci il tarixli məktubuna əsasən xx.xx.1999-cu il tarixdə F-2290 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firması (VÖEN **********) xx.xx.1994-cü il tarixdə 925 nömrə ilə dövlət qeydiyyatına alınmış "Sevinc” Restoranının özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir. "xxxx" Firmasının hüquqi ünvanı ünvan 1ar edilməmişdir. "xxxx" Firmasının 10 aprel 2023-cü il tarixli arayışına əsasən xx.xx.1999-cu ildə (ƏMR №1) Sevinc restoranı Sevinc firması (VÖEN: **********, hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 6) olaraq yaradılmışdır. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.1999-cu ildən (ƏMR №2) xx.xx.2000-ci ilədək (ƏMR №5) "xxxx" firmasında 3 dərəcəli bufetçi vəzifəsində işləmişdir. "xxxx" Firmasının xx.xx.1999-cu il tarixli 2 nömrəli əmrinin surətindən görünür ki, Sevinc restoranın adının Sevinc firmasına dəyişməsi ilə əlaqədar İddiaçı "xxxx" Firmasında həmin 3-cü dərəcəli bufetçi vəzifəsinə təyin edilmişdir. "xxxx" Firmasının xx.xx.2000-ci il tarixli 5 nömrəli əmrinin surətindən görünür ki, 3cü dərəcəli bufetçi İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq hesab cədvəllərindən görünür ki, "xxxx" kafesi 1995-1997-ci illərdə əmək ödəniş fondu üzrə məlumatları Fonda təqdim etmişdir. Beləliklə, iddiaçının mübahisələndirmədiyi 21 il 2 ay 9 gün və iddiaçının "xxxx" restoranında və "xxxx" Firmasında işlədiyi cəmi 5 il 5 ay 9 gün nəzərə alındıqda, aydın olur ki, iddiaçının xx.xx.2021-ci il tarixə cəmi 26 il 7 ay 18 gün sığorta stajı olmuş, bu staj ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət etmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi, iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericilik, şəxsin iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasını nəzərdə tuturdu. İşdən görünür ki, cavabdeh bu normaların tələblərini nəzərə almamış, iddiaçının "xxxx" restoranı və "xxxx" Firmasında işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrü onun sığorta stajına daxil edilməməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Cavabdeh etirazında və apellyasiya şikayətinin dəlillərində həmin dövrün qəbul edilməməsi əsası kimi iddiaçının xx.xx.1995-ci il tarixdə işə daxil olması barədə qeyddə işəgötürənin imzası və müəssisənin möhürünün olmamasına, habelə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "Sevinc” firmasında olan əmək fəaliyyəti ilə bağlı qeydlərin kiril qrafikalı əlifbada olmasına istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, işin yuxarıda istinad olunan hallarından məlum olur ki, "xxxx" Firması xx.xx.1999-cu il tarixdə xx.xx.1994-cü il tarixdə "Sevinc” Restoranının özəlləşdirilmiş əmlakının bazasında yaradılmış, onun hüquqi varisi olmuş, iddiaçının işdən çıxması barədə qeyd həmin firmanın möhrü və vəzifəli şəxsin imzası ilə təsdiq edilmişdir. Buna görə də iddiaçı işə qəbul edilərkən əmək kitabçasında yazılan qeyddə müəssisənin möhrünün olmaması, həmin qeydlərin qanunsuz olması qənaətinə gəlmək üçün əsas deyil. Bundan başqa, əmək kitabçasındakı qeydlərin kiril qrafikalı əlifba ilə yazılması həmin qeydlərin şübhəli olması üçün kifayət sayıla bilməz. Belə ki, Azərbaycan SSR zamanında uzun müddət kiril qrafikalı əlifbadan istifadə edildiyi və həmin dövrdə təhsil almış şəxslərin bu yazı vərdişlərini müstəqillik əldə edildikdən sonra da davam etdirməsi tez-tez rast gəlinən hal olmaqla, həyatın normal axarına uyğun olmuşdur. Eyni zamanda, əmək kitabçasında qeydlər işçi deyil, işəgötürən tərəfindən aparıldığından və onun məsuliyyətində olduğundan, bu hal iddiaçının hüquqlarından mərhum edilməsi üçün əsas təşkil edə bilməz. Beləliklə, işin istinad edilən halları ilə iddiaçının işlədiyi dövrdə "xxxx" restoranının, daha sonra isə "xxxx" firmasının mövcudluğu, iddiaçının həmin müəssisədə işləməsi iş materialları ilə öz təsdiqini tapdığından, kollegiya hesab edir ki, cavabdehin bu dəlilləri əsasız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir əsaslı sübut məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X5) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2497/2023 nömrəli, 09 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3579/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3579/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver