Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-358/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə (üçüncü şəxslər: Maraqlı şəxs4 və qeyriləri) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X8 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X5 Nizamlının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə (üçüncü şəxslər: Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11, X1, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15, Maraqlı şəxs16, Maraqlı şəxs17 və Maraqlı şəxs18) qarşı “üçüncü şəxslərin ünvan 10 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs12 və Maraqlı şəxs9 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1947-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
2. MH seriyalı, ******* nömrəli, “Hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliyev Yavər küçəsində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 115 kv.m yaşayış – kv.m qeyri-yaşayış, 447.4 kv.m köməkçi sahədən ibarət 1d nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.
3. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli Daxili İşlər Nazirliyinin arayışına əsasən, ünvan 1 ünvanında qeydiyyatdadırlar - Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11, X1, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15, Maraqlı şəxs16, Maraqlı şəxs17 və Maraqlı şəxs18 (bundan sonra – üçüncü şəxslər).
4. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin (bundan sonra – cavabdeh) İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-49/2-Ə-498/11 nömrəli məktubuna əsasən bildirilmişdir ki, vətəndaş Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11, X1, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15, Maraqlı şəxs16, Maraqlı şəxs17 və Maraqlı şəxs18 iddiaçıya məxsus olan ünvandan qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı şəhər İnzibati Məhkəməsinə müraciət etməyi məqsədə müvafiq hesab edilir.
5. Bakı İnzibati Məhkəməsinin sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 33-21-3- 30/2-11020/2024 **********90 nömrəli “Müvafiq məlumat və sənəd surətinin təqdim edilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, ünvan 1 ünvanına dair Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11, X1, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15, Maraqlı şəxs16, Maraqlı şəxs17 və Maraqlı şəxs18 istifadə hüquqlarının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq həmin ünvana dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiаçı cavabdehə qarşı “maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11, X1, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15, Maraqlı şəxs16, Maraqlı şəxs17 və Maraqlı şəxs18 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Yavər Əliyev küçəsi, 1D saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrinin 01.11 2006-cı il tarixli, **********75-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Evdə qeydiyyatda olan maraqlı şəxslər onun uzaqdan qohumlarıdır. Belə ki, 15 ildən çox müddətdir ki, qeydiyyatda olan uzaq qohumları ondan xahiş etmişdirlər ki, müvəqqəti onun evinə qeydiyya düşsünlər. Belə ki, onların hamsının özlərinə məxsus şəxsi evləri var, lakin evlərinin hüquqi əhəmiyyətli sənədləri olmadığından öz evlərinə pasport qeydiyyatına düşə bilmədikləri üçün, iddiaçının evinə qeydiyyata düşüblər. Maraqlı şəxslərin iddiaçının xüsusi mülkiyyətində olan evinə formal olaraq pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Bununla bağlı iddiaçı, ünvan 1 ünvanından maraqlı şəxslərin pasport qeydiyyatından çıxarılması üçün Sabunçu RPİ- nin X7 müraciət etmiş, lakin cavab olaraq Sabunçu RPİ-nin xx.xx.2024-cü il tarixli, 3- 13-49/2-Ə-498/11 saylı imtina məktubu ilə qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11, X1, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15, Maraqlı şəxs16, Maraqlı şəxs17 və Maraqlı şəxs18 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 4 iddiaçının xüsusi mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus evdə qeydiyyatda olan, lakin faktiki olaraq həmin evdə yaşamayan, onun ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən evdə qeydiyyatda olan şəxslər həmin evdə yaşamadığından, eləcə də onların həmin evdən istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh və üçüncs şəxslər tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
12. Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb etmişdir ki, İddiaçı iddiа tələbi təmin еdilməli, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11, X1, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15, Maraqlı şəxs16, Maraqlı şəxs17 və Maraqlı şəxs18 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
13. Üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs12 və Maraqlı şəxs9 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında 0.4.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100 kv.m olan fərdi yaşayış evi cavabdehlərin xüsusi mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Bakıxanov Bələdiyyəsinin sənədlərindən görünür ki, ev hal-hazırda üçüncü şəxs Maraqlı şəxs4 xüsusi mülkiyyətindədir, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla üçüncü şəxslər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1873/2006-cı il saylı xx.xx.2006-cı il tarixli qətnaməsi ilə həmin evə qeydiyyata alınmışlar. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən ona məlum olmuşdur ki, tanımadığı şəxs İddiaçı tərəfindən məhkəməyə müraciət olunaraq onları qeydiyyatdan çıxartmışlar lakin İddiaçı həmin evə dair heç bir hüquqi və haqqı yoxdur. Heç iddiaçı Məhkəmə qərar qəbul edərkən belə məhkəmə iclas zalında iştirak etməmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən həmin şəxslərin qeydiyyatdan çıxmarılmasından imtina edilmişdir. İddiaçının iddiasını əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəmənin qərarından şikayət etmək məcburiyyətində qalmışdır. Bundan başqa İddiaçı ünvan 8 ünvanında faktiki olaraq yaşaması faktı da sübut olunmamışdır. Ümumiyyətlə bildiririk ki, həmin ünvanda iki ayrı fərdi yaşayış evi yoxdur. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin bizə heç bir aidiyyatı yoxdur qeyd etdiyi ünvandakı ev bizə aiddir və orda 23 ildən çoxdur ki yaşayırıq bunu hətta qonşular belə şahid kimi gəlib sübut edə bilər. Hesab edirik ki, məhkəmə düzgün araşdırma aparmamış və düzgün hüquqi nəticəyə gəlməmişdir. Ən azından məhkəmə üçüncü şəxslərin kommunal ödənişlərinin hansı ünvana gəlməsini, üçüncü şəxslərlə kommunal xidmətlərin göstərilməsi barədə (qaz, su və elektrik enerjisi və s.) müqavilələrin hansı ünvana dair bağlanması və s. məsələləri də araşdırmalı idi. Bizdə olan sənədlərə əsasən “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC Maraqlı şəxs4 adınadır. Birinci instansiya məhkəməsi bu xüsusatları belə araşdırmamışdır. Bir sözlə, məhkəmə qərarı faktlara və sübutlara əsaslanmamışdır. Sübutlarla və faktlarla asaslandırılmamış məhkəmə qərarının qanuni və əsaslı olmasından söhbət gedə bilməz. İşin materiallarında İddiaçı ünvan 9 ünvanında yaşamasına dair heç bir sənəd mövcud deyildir. Bir daha qeyd edək ki, şəxsin hər hansı bir ünvanda qeydiyyatda olması onun faktiki olaraq həmin ünvanda yaşaması mənasına gələ bilməz. Çünki bir çox hallarda şəxsin qeydiyyatı formal xarakter daşıyır və şəxs öz qeydiyyada olduğu ünvanda deyil, tamamilə ayrı bir ünvanda faktiki olaraq yaşayır. Göründüyü kimi, məhkəmə tərəfindən sübutlar tam və hərtərəlli araşdırılmamış və düzgün qiymətləndirilməmiş, bu isə qanunsuz və əsassız məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.”
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
24. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
25. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab olaraq vətəndaşların qeydiyyatdan çıxarılması Sabunçu RPİ-nin QMB-nin səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət edilməsi bildirilmişdir.
26. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qismən, yəni üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs12 və Maraqlı şəxs9 münasibətdə ləğv edilməli, iddia tələbi ləğv edilən hissədə rədd edilməlidir.
27. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “ünvan 4 iddiaçının xüsusi mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus ev üzrə ünvanda qeydiyyatda olan, lakin faktiki olaraq həmin evdə yaşamayan, onun ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən evdə qeydiyyatda olan şəxslər həmin evdə yaşamadığından, eləcə də onların həmin evdən istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh və üçüncü şəxslər tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evi üzrə ünvan qeydiyyatından çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.”
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
29. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
30. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
31. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.
32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.
33. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
34. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
36. Hazırkı işin hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında 4 fərqli fərdi yaşayış evi mövcuddur. MH seriyalı, ******* nömrəli, “Hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliyev Yavər küçəsində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 115 kv.m yaşayış – kv.m qeyri-yaşayış, 447.4 kv.m köməkçi sahədən ibarət 1d nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.
37. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, ünvan 10 ünvanı altında ayrı-ayrı 4 fərqli yaşayış evi mövcuddur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ünvanda yerləşən digər fərdi yaşayış evi (evləri) Maraqlı şəxs4 aid olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakdır.
39. Belə ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2-1873/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs4 və Mehdiyeva X3 Əliyev küçəsi, 1D nömrəli evə yaşayış hüququ tanınmaqla həmin mənzilə pasport qeydiyyatına alınmışdırlar. Hazırkı iş materiallarından da müəyyən olunur ki, apellyasiya şikayəti verən digər üçüncü şəxs Maraqlı şəxs9 məhkəmə qətanaməsi ilə yaşayış hüququ tanınan digər şəxslərin, yəni Maraqlı şəxs4 və Maraqlı şəxs12 Əlmərdan qızının övladıdır. Məhkəmə qətnaməsi qəbul edilən vaxt Maraqlı şəxs9 (təvəllüdü xx.xx.1993) yetkinlik yaşına çatmamış və sonradan valideynlərinin yaşadığı qeydiyyat ünvanı üzrə pasport qeydiyyatına alınmışdır.
40. Həmin qətnamədə qeyd edilmişdir ki, məhkəmə prosesi zamanı tam sübuta yetirilmişdir ki, 3-cü şəxslər olan Maraqlı şəxs4 və Maraqlı şəxs12 Əlmərdan qızı 1998-ci ildən Yavər Əliyev küçəsi, 1D saylı evdə yaşamaqla həmin mənzilə yaşamaq hüququnu əldə etmişdirlər. Buna görə də onların həmin mənzilə yaşamaq hüququ tanınmalıdır.
41. Həmçinin, məhkəmənin sorğusuna Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5-18-1/2-580 nömrəli, xx.xx.2024-cü tarixli cavab məktubunda, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 1D ünvanı altında ayrı-ayrı 4 fərqli fərdi yaşayış evinin mövcud olduğu qeyd edilmişdir. Eyni zamanda 3-cü şəxs olan Maraqlı şəxs4 Əlişirin oğlu tərəfindən sözügedən ünvanda yerləşən daşınmaz əmlaka (torpaq sahəsinə) görə Bakıxanov Bələdiyyəsinə vergi ödənildiyini təsdiq edən sənədlərin (ödəniş qəbzləri) surətindən görünür ki, Maraqlı şəxs4 faktiki istifadəsində olan daşınmaz əmlak iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan tamamilə ayrı olan başqa sahədir.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
43. Hazırkı iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
45. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır.
46. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir.
47. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın ünvan 1 ünvanı üzrə qeydiyyata alınması üçüncü şəxslərin 2006-ci il tarixdə qəbul edilmiş və hüquqi qüvvəsini almış qətnaməyə əsasən yaşadıqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir.
48. Kollegiya bildirir ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi və ya qətnamənin düzgün icra olunmaması iddiaçının hüquqlarına toxunduğu halda o, müvafiq hüquqmüdafiə vasitələrindən istifadə edə bilər.
49. Eyni zamanda bu hal iddiaçının mövcud ünvanının dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik yeni çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qərarın ləğvinə əsas verir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qismən, yəni üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs12 və Maraqlı şəxs9 münasibətdə ləğv edilməli, iddia tələbi ləğv edilən hissədə rədd edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qismən, yəni üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs12 və Maraqlı şəxs9 münasibətdə ləğv edilsin. İddia tələbi ləğv edilən hissədə rədd edilsin. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.