Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3582/2025 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: istixana kompleksinə çıxarışın və texniki pasportun verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X7 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “istixana kompleksinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, X5 ərazisində 28,2421 hektar torpaq sahəsində yerləşən istixana kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu, X5 ərazisində yerləşən 28,2421 ha torpaq sahəsində quraşdırılmış istixana kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasən Abşeron rayonu, X5 ərazisində yerləşən 23 hektar və ##.##.2017-ci il tarixli, RX seriaytı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, X5 ərazisində yerləşən 5,2421 ha torpaq sahələri iddiaçının istifadəsindədir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ***-T nömrəli, ##.##.2018-ci il tarixli sərəncamı ilə Abşeron rayonu, X5 ərazisində yerləşən 28,2421 ha torpaq sahəsində əsasən yüngül konstruksiyalardan ibarət olmaqla kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istixanaların quraşdırılmasına icazə verilmişdir. İstixananın eskiz layihəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Abşeron Rayon icra Hakimiyyəti başçısı tərəfindən ##.##.2020-ci il tarixində tikinti obyektinin istismarına ***/* nömrəli icazə sənədi verilmişdir. Bundan sonra iddiaçı poçt vasitəsi ilə dövlət reyestrindən çıxarışın və texniki pasportun alınmasına dair sənədlər cavabdehə göndərilmişdir. Lakin cavabdehin ##.##.2023-cü il tarixli, 3-21-3- 32/2-****/**** №-li məktubu ilə ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinə əsaslanaraq sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı, guya ki, sözügedən əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə verilməsi barədə sənədlərinin hazırkı ərizəyə əlavə olunmadığı, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə haqqında sənəddə mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı, əmlak kompleksinin mülkiyyətində olan torpaq sahəsindən kənarda və əmlak kompleksi kimi müəssisəsinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması kimi əsaslandırmağa cəhd etmiş və sənədləri geri qaytarmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu əsassızdır və sadəcə formal xarakter daşıyır. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, X5 ərazisində yerləşən 28,2421 ha torpaq sahəsində quraşdırılmış istixana kompleksinin X2 icarəsində olan torpaq sahəsində inşa edilmiş 0,0756 hektar hissəsi istisna olmaqla, qalan hissəsi üzərində iddiaçı İddiaçı MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bununla bağlı çıxarışın (torpaq sahəsi üzərində istifadə hüququ göstərilməklə) və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
9. Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən Abşeron rayonu, X5 ərazisində yerləşən 5,2421 ha torpaq sahəsi Həşimov Ağasəf İsa oğlunun istifadəsində olmuşdur.
13. ##.##.2017-ci il tarixli Torpaq sahəsinin icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Həşimov Ağasəf İsa oğlu Abşeron rayonu, X5 ərazisində yerləşən 5,2421 ha torpaq sahəsinin icarə hüquqlarını “xxxx" MMC-yə satmışdır.
14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən Abşeron rayonu, X5 ərazisində yerləşən 5,2421 ha torpaq sahəsi “xxxx" MMC-nin istifadəsindədir.
15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən Abşeron rayonu, X5 ərazisində yerləşən 23 hektar torpaq sahəsi “xxxx" MMC-nin istifadəsindədir.
16. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ***-T nömrəli, ##.##.2018-ci il tarixli məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 1176809 və ******* saylı çıxarışı ilə X5 ərazisində mülkiyyətində olan ümumilikdə 28,2421 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş yüngül konstruksiyalardan istixanaların quraşdırılmasının layihə sənədləri və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılır: - Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılmışdır. - Tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun. -Tikinti müddətində razılaşdınlmış eskizdən kənarlaşma hallan nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunsun.
17. Abşeron rayonu, X5 ərazisində yerləşən iddiaçıya məxsus istixana kompleksinin və ona məxsus fəaliyyətinə aid köməkçi tikililərə Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 2020-ci il tarixli, ***/* nömrəli Tikinti obyektinin istismarına icazə sənədi verilmişdir.
18. Cavabdehin ##.##.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX №******* qeydiyyat nömrəsi 1617016927 olan ##.##.2017-ci il tarixli ************ reyestr nömrəli çıxarışla İddiaçı MMC-nin sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsi iddiaçı İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Elektron məlumat bazasına əsasən ************ reyestr nömrəli çıxarışla İddiaçı MMC-nin sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. İddiaçı İddiaçı MMC-nin faktiki istifadəsində olan tikililərin bir hissəsi ************ reyestr nömrəli çıxarışla İddiaçı MMC-nin sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. 2-ci sualın cavablandırılması idarənin səlahiyyətləri xaricindədir.
19. Cavabdehin ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı MMC-nin faktiki istifadəsində olan tikilinin bir hissəsi ************, ************ reyestr nömrəli çıxarışlarla üst-üstə düşür, 0,0756 ha hissəsi ************ reyestr nömrəli çıxarışla X2 üzrə icarəsində olmuş yerdəqalan (10,84 ha) torpaq sahəsi ilə üst-üstə düşür. X2 icarəsində olmuş 48,3091 ha torpaq sahəsinin 37,4691 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir.Yerdəqalan torpaq sahəsi digər şəxslərin adına notarial qaydada alqı-satqı olunub olunmaması barədə idərənin elektron baza məlumatlarında məlumat aşkarlanmamışdır. Lakin İddiaçı MMC-nin faktiki istifadəsində olan tikilinin 0,4611 ha hissəsi digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Həmin hissə TEKUİS (X10 Uçot İnformasiya Sistemi) məlumatlarında dövlət mülkiyyətinə verilən (kənd təsərrüfatı təyinatlı) torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur. Torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir.
20. “xxxx”xxxx“xxxx” MMC tərəfindən Abşeron rayonu, X5 ərazisində “xxxx” MMC-yə məxsus torpaq sahəsində müasir tipli istixana kompleksinin layihələndirilməsi məqsədi ilə aparılmış mühəndisi-geoloji tədqiqat işlərinin nəticəsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun Mühəndisi – Geolojı Mərkəz tərəfindən tərtib edilmiş ##.##.2018-ci il tarixli, **-***** nömrəli Rəyə əsasən ərazinin mühəndisigeoloji şəraitini qiymətləndirmək məqsədi ilə, sahədə dərinlikləri 6.0 m olan 219 ədəd (1314.0 p.m) və dərinlikləri 7.5 m olan 37 ədəd (277.5 p.m) kəşfiyyat quyusu qazılmışdır. Qazmanın ümumi həcmi 1591.5 p.m olmuşdur (cəmi 256 quyu). Qazılmış quyulardan müxtəlif dərinliklərdən 245 ədəd qrunt nümunəsi götürülüb laboratoriya tədqiqatlarına cəlb edilmişdir. Qazılmış quyularda rast gəlməyib. Ərazidə yeraltı sular 20-23 m-də rast gəlir. Bu sular portland sementdən hazırlanmış dəmirbeton konstruksiyalara qarşı qeyri aqressivlidir. Aparılmış mühəndisi-geoloji işlərin tərkibi, həcmi, sahənin mühəndisi-geoloji şəraitini qiymətləndirmək üçün yetərlidir və hesabat normativ sənədlərə uyğun tərtib olunmuşdur. Sahənin fon seysmikliyi 82 (səkkiz) baldır. AzDTN 2.3-1 dəyişiklik 1-ə əsasən, geoloji-litoloji kəsilişdə iştirak edən qruntlar fizikimexaniki xassələrinə və seysmik xüsusiyyətlərinə görə II sinfə aiddir. Hesabat məqbul qiymətləndirilir.
21. Cavabdehin ##.##.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir
22. Cavabdeh tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli müayinə aktından müəyyən olunur ki, əmlak kompleksində istixana 2 ədəd inzibati bina, Nəzarətçi binası və Köməkçi tikili var. İstixananın 0.4684 ha 0.0768-0.1449 ha – 0.2467 ha hissəsi plan ölçüdə olan koordinatlardan kənarda yerləşir. 1.545 ha hissəsi isə xxxx MMC-yə məxsus ************ reyestr nömrəli çıxarışın üzərində yerləşir. Köməkçi binası (E) və Gözətçi binası (D) plan ölçüdə olan koordinatlarda kənarda yerləşir. İstixana və tikililər Layihə ilə uyğundur. Torpaq sahəsi Metal tor Şəbəkəsi Daş hasarla sərhəddir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, iddiaçının etirazlarını, iş üzrə toplanmış sübutları və tətbiq edilməli maddi və prosessual hüquq normalarını birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (139-1.1.9.2.),
26. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (139- 1.1.10.1); məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (139-1.1.10.2.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.).
28. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9.2.)
29. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (8.0.10.1.); məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (8.0.10.2.); daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
30. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə (bundan sonra - ŞTM) Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur (74.1.). Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların tikintisinə icazə tələb olunmur (79.1.10.). Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1. ). Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur (80.2.).
31. İş materiallarından müəyyən edilir ki, iddiaçı Abşeron rayonu, X5 ərazisində yerləşən torpaq sahələrində quraşdırılmış istixana ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə təqdim edilmiş sənədlərin hüquqi ekspertizası zamanı aşkar edilmiş uyğunsuzluqlara əsasən dövlət qeydiyyatından imtina etmişdir.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisənin düzgün həlli üçün iddia predmetini təşkil edən obyektin hüquqi təbiətinin müəyyən edilməsi zəruridir. Çünki dövlət qeydiyyatının aparılması yalnız qanunvericiliklə daşınmaz əmlak hesab edilən obyektlərə münasibətdə mümkündür.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, torpaq sahələri, yer təki, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və təyinatına qeyri-mütənasib zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan digər əşyalar daşınmaz əşyalardır. Həmin normanın məzmunundan görünür ki, hər hansı obyektin daşınmaz əmlak hesab edilməsi üçün onun torpaqla möhkəm fiziki bağlılığı, təyinatına zərər vurmadan başqa yerə köçürülməsinin mümkün olmaması və müstəqil mülki dövriyyə obyekti kimi çıxış edə bilməsi zəruridir. İş materiallarından müəyyən edilir ki, mübahisə predmeti kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə yüngül metal konstruksiyalar və örtük materiallarından quraşdırılmış istixanadır. Həmin istixananın dəmir-beton bünövrə üzərində inşa edildiyini, torpaqla ayrılmaz şəkildə bağlı olduğunu və sökülməsi zamanı öz təsərrüfat təyinatını itirəcəyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, söhbət kənd təsərrüfatı fəaliyyətinin həyata keçirilməsi üçün quraşdırılmış yüngül konstruksiyalı istixanadan gedir. Belə konstruksiyalar öz hüquqi mahiyyətinə görə kənd təsərrüfatı istehsalının həyata keçirilməsi üçün istifadə olunan yardımçı texniki vasitələrdir və onların mövcudluğu həmin obyektlərə avtomatik olaraq daşınmaz əmlak statusu vermir.
34. Məhkəmə Kollegiyası hesab edir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən istixanaların quraşdırılmasına dair sərəncamın qəbul edilməsi, eskiz layihəsinin razılaşdırılması və sonradan tikinti obyektinin istismarına icazənin verilməsi həmin obyektin mülki hüquq baxımından daşınmaz əmlak hesab edilməsinə əsas yaratmır. İnzibati aktların mövcudluğu yalnız müvafiq fəaliyyətin həyata keçirilməsinə icazə verilməsi kimi qiymətləndirilə bilər və daşınmaz əmlakın hüquqi rejimini müəyyən etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun məqsədindən və məzmunundan da aydın olur ki, dövlət reyestrində yalnız daşınmaz əmlak və həmin əmlak üzərində hüquqlar qeydiyyata alınır. Daşınmaz əmlak əlamətlərinə malik olmayan obyektlərin dövlət reyestrində ayrıca daşınmaz əmlak kimi qeydiyyata alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.
35. Belə olan halda, iddiaçının daşınmaz əmlak hesab edilməyən istixana barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbi hüquqi əsasdan məhrumdur. Bundan əlavə, cavabdehin hüquqi ekspertizası nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan obyekt tam həcmdə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Obyektin 0,4684 hektar hissəsinin iddiaçıya məxsus torpaq sahəsindən kənarda, 1,545 hektar hissəsinin isə başqa dövlət qeydiyyatında olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı bu halları təkzib edən geodeziya ölçmələri, məhkəmə ekspertizasının rəyi və ya digər mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədində qüvvədə olan normativ hüquqi aktlarla tələb olunan rekvizitlərin tam əks olunmaması da müəyyən edilmişdir. Dövlət reyestrini aparan orqan təqdim edilmiş sənədlərin hüquqi ekspertizasını apararkən belə halları nəzərə almaqda haqlıdır.
36. Birinci instansiya məhkəməsi isə mübahisə predmeti olan obyektin daşınmaz əmlak olub-olmaması məsələsinə ümumiyyətlə hüquqi qiymət verməmiş, cavabdehin hüquqi ekspertiza zamanı müəyyən etdiyi halları araşdırmamış, iddiaçının təqdim etdiyi inzibati sənədlərin mövcudluğu ilə kifayətlənərək iddianı təmin etmişdir. Halbuki inzibati aktların mövcudluğu mübahisə predmeti olan obyektin avtomatik olaraq dövlət qeydiyyatına alınmasını təmin etmir. Dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlərin eyni vaxtda mövcud olması zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə inzibati orqanın qərarının qəbul edildiyi anda mövcud olan faktiki və hüquqi vəziyyəti qiymətləndirməlidir. Kollegiya hesab edir ki, cavabdehin imtina məktubu qəbul edilən vaxt mövcud olan hüquqi və faktiki hallar onun qərarını qanuni və əsaslı hesab etməyə imkan verir.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisə predmeti olan istixana daşınmaz əmlak hesab edilmədiyindən onun dövlət reyestrində müstəqil daşınmaz əmlak kimi qeydiyyata alınması mümkün deyildir. Bundan əlavə, təqdim olunmuş sənədlərdə və obyektin yerləşməsində müəyyən edilmiş uyğunsuzluqlar da cavabdehin qeydiyyatdan imtina etməsi üçün müstəqil hüquqi əsaslar təşkil etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianı təmin edən qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz, apellyasiya şikayəti təmin edilməli, həmin qətnamə ləğv edilməli və iddia rədd edilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov