Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3587/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili nümayəndə3, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya yaşa görə əmək pensiyası almaq hüququ yarandığı gündən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.1956-cı ildə Ermənistanın Vardenis rayonunda doğulmuş, ##.##.1973-cü ildən ##.##.1977-ci ilə qədər X3 İnsitutunda ali təhsil almışdır. 1977-ci ildən etibarən müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmiş, 2021-ci ildə pensiya yaşına çatmışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, ##.##.2021-ci il tarixli müraciət zamanı təqdim edilən əmək kitabçasının və diplomun surətlərinə əsasən sığorta stajının (##.##.1973-cü il tarixindən ##.##.1977ci il tarixinədək təhsil aldığı müddət nəzərə alınmaqla) 23 il 9 ay təşkil etdiyi, həmçinin ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabımın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparılmamışdır. Həmçinin, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.2004-cü il tarixindən ##.##.2006-cı il tarixinədək "xxxx" qəzetində əmək fəaliyyəti dövrü araşdırılarkən həmin müəssisənin 2004-2005-ci il tarixlərində olan arxiv sənədləri (əməkhaqqı hesablama cədvəlləri və əmrlər kitabları) saxlanılmadığı üçün onun əməkhaqqı alıb-almadığının müəyyən edilməsinin mümkün olmadığı və sözügedən qəzetin təsisçisi İsgəndərova Afərin Məhəmməd qızının şifahi məlumatına əsasən 2004-2005-ci il tarixlərində redaksiya tərəfindən əməkhaqqı hesablama cədvəlləri tərtib olunmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının və diplomunun surətlərinə əsasən sığorta stajı (##.##.1973-cü il tarixindən ##.##.1977-ci il tarixinədək təhsil aldığı müddət nəzərə alınmaqla) 23 il 9 ay təşkil edir. Həmçinin, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparılmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.2004-cü il tarixindən ##.##.2006-cı il tarixinədək “xxxx” qəzetində əmək fəaliyyəti dövrünün araşdırılarkən həmin müəssisənin 2004-2005ci il tarixlərində olan arxiv sənədləri (əməkhaqqı hesablama cədvəlləri və əmrlər kitabları) saxlanılmadığı üçün onun əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmayıb. Sözügedən qəzetin təsisçisi İsgəndərova Afərin Məhəmməd qızının şifahi məlumatına əsasən 2004-2005-ci il tarixlərində redaksiya tərəfindən əməkhaqqı hesablama cədvəlləri tərtib olunmayıb. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, imtina əsaslı olduğundan iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarda qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Nəşriyyatı tərəfindən nəşr edilən “xxxx” qəzetində ##.##.2004–##.##.2006-cı il tarixləri aralığında əmək fəaliyyəti ilə məşğul olduğu barədə əmək kitabçasında qeyd aparılmış olsa da, bu müddətdə onun faktiki olaraq əmək funksiyasını yerinə yetirməsi əsaslı şübhələr mövcuddur. Hazırkı halda iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı mübahisəli dövrlə bağlı (##.##.2004-##.##.2006-cı il tarixlər) qeydlərin həqiqiliyi şübhə doğurur. Lakin Ali Məhkəmənin *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarından göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (Ali Məhkəmənin İnzibati Kollegiyasının ## #### 2020-ci il tarixli, *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarları). Həmçinin, məhkəmə qərarda qeyd etmişdir ki, AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavab məktubundan məlum olur ki, “xxxx”qəzetinin təsisçisi və baş redaktoru olmuş X2 müraciəti əsasında, ##.##.2004-cü il tarixdə qəzetin ləğv edilməsi barədə məlumat qeydə alınmışdır. Göründüyü kimi, müvafiq dövrdə qüvvədə olmuş qanunvericliyin tələbinə görə kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verildikdə, onun qeydiyyat şəhadətnaməsi və redaksiya nizamnaməsi etibarsız sayılır və bu baxımdan hazırkı halda “xxxx” qəzetinini təsisçisinin qərarı əsasında qəzetin ləğv edilməsi barədə məlumat olduğu halda, iddiaçının həmin qəzetdə ##.##.2004-cü ildən sonrakı əmək fəaliyyətinin hüquqi əsası olmamışdır. Məhkəmə baş redaktor X2 müraciəti əsasında, ##.##.2004-cü il tarixdə qəzetin ləğv edilməsi barədə məlumatı əsas götürərək iddia tələbini təmin etməmişdir. Ancaq məhkəmə nəzərə almamışdır ki, AR Ədliyyə Nazirliyi tərəfindən verilən sorğuya cavab yalnız təsisçinin ləğv üçün müraciətidir - ləğv edilməsi demək deyil. Praktikadan da məlumdur ki, hüquqi şəxsin ləğvetmə prosesi bir ildən çox davam edən bir prosesdir. Həmçinin “xxxx” qəzetinin 23-## #### 2004-cü il tarixli, 10-## ### 2004-cü il tarixli nəşrləri çap edilmişdir ki, bu da həmin “xxxx” qəzetinin fəaliyyətinin davam etdirildiyini sübut edir (qəzet nümunələri əlavə edilir). İddiaçı qəzetin fəaliyyətini necə sübut edə bilər? Mümkün bütün vasitələrdən istifadə etməklə, qəzətin doğurdan fəaliyyət göstərdiyini yeganə sübut növü onun nəşrinin olmasıdır ki, bunu da birinci instansiya məhkəməsinə təqdim edib. Göründüyü kimi, mübahisəli dövrlərdə “xxxx” Qəzetinin mövcudluğu, fəaliyyətinin olması nəşr edilən qəzetlərlə öz təsdiqini tapdığından, iddiaçının həmin dövrlərdə sözügedən qəzetdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqsız olmuşdur. Məhkəmə bildirmişdir ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçının verdiyi izahatlarında o, parlament müxbiri kimi spesifik vəzifənin əmək funksiyalarının nədən ibarət olması, yaxud gördüyü işin xüsusiyyətləri ilə bağlı yetərli sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı öz iddiasını əsaslandırılmaq üçün “xxxx” qəzetinin bir neçə nüsxəsini məhkəməyə sübut kimi təqdim etmişdir. Həmin nüsxələrə məhkəmə iclası zamanı baxış keçirilmiş və bu qəzetlərdə iddiaçı tərəfindən yazıldığı iddia olunan bir sıra şeirlərin dərc olunduğu müəyyən edilmişdir. Lakin bu halın özü iddiaçının həmin mətbu orqanda parlament müxbiri vəzifəsində çalışdığını təsdiq edən dəlil kimi qəbul edilə bilməz. Çünki hər bir şəxs öz ədəbi yaradıcılığını müxtəlif qəzet və jurnallarda çap etdirə bilər. Bu hal həmin şəxsin rəsmi əmək münasibətlərində olduğunu və konkret jurnalist vəzifəsini icra etdiyini göstərən halla eyniləşdirilməməlidir. Bu baxımdan məhkəmə iddiaçının izahatını və təqdim etdiyi qəzet nümunələrini hazırkı mübahisənin predmeti baxımından mötəbər sübut kimi qiymətləndirməmişdir. Amma məhkəmə birinci mövqe bildirir ki, əmək kitabçası mötəbər deyil, qəzet fəaliyyətdə olmayıb, amma daha sonra razılaşır ki, qəzetin nəşrləri olub, nəşrləri qəbul edir, ancaq bu dəfə də işçinin orda real işçi olmadığını sorğulayır. Halbuki, iddiaçı baş redaktorun və redaksiya heyətinin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmiş, parlament iclaslarında iştirak etmiş, oradan məlumatlar toplamış və “parlament müxbiri“ kimi fəaliyyət göstərdiyi illərdə həmçinin yaradıcılıq fəaliyyəti ilə də məşğul olmuş və öz ədəbi yaradıcılığını həmin çalışdığı ”xxxx” qəzetində çap etdirmişdir. Həmin qəzet nümunələrini sübut kimi məhkəməyə təqdim etsə də, məhkəmə qərəzli mövqe ifadə edərək, “hər bir şəxs öz ədəbi yaradıcılığını müxtəlif qəzet və jurnallarda çap etdirə bilər” kimi bildirmişdir. Bundan əlavə, qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi vəzifə üzrə tələb olunan peşə-ixtisas hazırlığı da mövcud deyil. Belə ki, Televiziya və radio proqramları sahəsində qulluqçu vəzifələrinin Vahid Tarif- İxtisas Sorğu Kitabçasında “parlament müxbiri” vəzifəsi ayrıca göstərilməsə də, onunla oxşar vəzifələr, o cümlədən “xüsusi müxbir” və “fotomüxbir” vəzifələrin olduğu müəyyən edilmişdir. Həmin vəzifələr üzrə isə aydın şəkildə ali ixtisas təhsili tələbi irəli sürülmüşdür. Halbuki, mövcud iş materiallarında iddiaçının bu sahədə müvafiq təhsil alması və ixtisas tələblərinə cavab verməsi barədə hər hansı sənəd təqdim olunmamışdır. Bildirmək istəyirəm ki, Vahid Tarif-İxtisas Sorğu Kitabçasında müvafiq konkret vəzifə yoxdursa və qanuna əsasən təhsillə bağlı xüsusi tələb qeyd edilməyibsə, başqa vəzifənin tələbini buna şamil etmək absurddur. Məhkəmə “parlament müxbiri” vəzifəsini “xüsusi müxbir” və “fotomüxbir” vəzifələrinə qərəzli şəkildə oxşadaraq həmin vəzifələr üzrə ali ixtisas təhsilinin tələb edildiyini bildirmiş və “parlament müxbiri” vəzifəsi üçün belə təhsil almadığını bəhanə edərək, həmin fəaliyyət göstərdiyi illəri əmək stajı kimi qəbul etməmişdir. Parlament müxbiri kimdir? Parlament müxbiri isə parlamentin işini işıqlandıran jurnalistdir. Burada əsas olan plenar iclaslarda iştirak, qanun layihələri barədə məlumat toplamaq, deputatların çıxışlarını izləmək və ictimaiyyətə çatdırmaqdır ki, bu fəaliyyət üçün əlavə “xüsusi ixtisas” tələb olunmur. Sadəcə jurnalist peşəsi və ümumi siyasi savad kifayətdir. Yəni, parlament müxbiri – sırf məkan və mövzu üzrə bölgüdür (hardan xəbər toplayır - parlamentdən). Bu, texniki peşə deyil və xüsusi sahə təhsili də istəmir. Məhkəmə iclası zamanı iddiaçı ilə bu məsələ ətrafında müzakirələr aparılmış, lakin o, sözügedən vəzifə üzrə konkret əmək funksiyalarını izah etməkdə çətinlik çəkmiş, fəaliyyəti çərçivəsində hansı işləri yerinə yetirdiyini, bu sahənin spesifik xüsusiyyətlərini və öz bilik və ixtisasının həmin işə uyğunluğunu əsaslandıra bilməmişdir. Ancaq məhkəmə, iddiaçı İddiaçı həmin “xxxx” qəzetində 2004-2006-cı illərdə fəaliyyət göstərdiyini və üzərindən 19 ilə yaxın müddət keçdiyini, həmçinin yaşlı insan olduğu üçün konkret əmək funksiyalarının nədən ibarət olduğunu izah etməkdə və xatırlamaqda çətinlik çəkdiyini nəzərə almamış, konkret əmək funksiyasının nədən ibarət olduğunu bildirməyini tələb etmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş İsgəndərova Afərin Məhəmməd qızı ifadəsində İddiaçı “xxxx” qəzetində parlament müxbiri vəzifəsində çalışdığını, parlament iclaslarında iştirak etdiyini və oradan məlumatlar topladığını bildirsə də, məhkəmə əmək funksiyasının konkret nədən ibarət olduğunu əsaslandıra bilmədiyi göstərərək qərəzli mövqe ifadə etmişdir. Məhkəmə qeyd edir ki, mövcud pensiya qanunvericiliyi ##.##.2006-cı ilə qədərki dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında göstərilməsi ilə kifayətlənməyi məqbul hesab etmir, eyni zamanda əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş illərinin dövlət arxivinin arayışları və sair sənədlər ilə də təsdiq olunması imkanını tanıyır. Bununla belə, işin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Nəşriyyatı tərəfindən nəşr edilən “xxxx” qəzetində əmək fəaliyyətinə dair heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Halbuki, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi, əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun şəkildə doldurulması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətindədir. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilməsi və əmək kitabçasının lazımi qaydada doldurulması vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil, əgər əmək kitabçası qanuna müvafiq doldurulubsa, doldurmada pozuntu yoxdursa, əksini sübut edən fakt yoxdursa, mötəbər sayılır və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, məsələyə bu cür yanaşma AR Ali Məhkəməsinin mövqeyinə də uyğundur. Nəticə olaraq cavabdeh inzibati orqanının imtinasının əsası kimi əmək kitabçası və onda olan məlumatların həqiqiliyinə əsaslı şübhələrin olması halına istinad etməsi formal xarakter daşımaqla, inzibati icraatın aparılmasının norma və prinsiplərinin tələblərinə və mahiyyətinə zidd olmuş və nəticə etibarilə iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ##.##.2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (##.##.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Apellyasiya şikayətinin dəlillərinə münasibət: Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan iddiaçı İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı ##.##.1956-cı il tarixdə doğulmuşdur. İddiaçının 65 yaşı ##.##.2021-ci ildə tamam olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. Cavabdehin *-**-*/*-V-******/**** nömrəli ## ### 2024-cü il tarixli imtina məktubundan görünür ki, təqdim olunan əmək kitabçası və diplomun surətlərinə əsasən iddiaçının sığorta stajı (##.##.1973-cü il tarixindən ##.##.1975-ci il tarixinədək təhsil aldığı müddət nəzərə alınmaqla) 23 il 9 ay təşkil edir. Həmçinin, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparılmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.2004-cü il tarixindən ##.##.2006-cı il tarixinədək “xxxx” qəzetində əmək fəaliyyəti dövrünün araşdırılarkən həmin müəssisənin 2004-2005-ci il tarixlərində olan arxiv sənədləri (əməkhaqqı hesablama cədvəlləri və əmrlər kitabları) saxlanılmadığı üçün onun əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmayıb. Sözügedən qəzetin təsisçisi İsgəndərova Afərin Məhəmməd qızının şifahi məlumatına əsasən 2004-2005-ci il tarixlərində redaksiya tərəfindən əməkhaqqı hesablama cədvəlləri tərtib olunmayıb. Göründüyü kimi, iddiaçının 23 il 9 ay sığorta stajı cavabdeh tərəfindən mübahisələndirilməməkdədir. Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək olan dövrdür. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək Azərbaycan Respublikası Dövlət Nəşriyyatı “xxxx” qəzetində parlament müxbiri vəzifəsində olan əmək fəaliyyətini dövrünü nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdehin qeyd edilən dəlillərini isə əsassız hesab edir. İş materiallarında olan ПТ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: ##.##.1977-ci il tarixdən ##.##.1988-ci il tarixədək orta məktəbdə müəllim; ##.##.1988-ci il tarixdən ##.##.1989-cu il tarixədək fəhlə; ##.##.1991-ci il tarixdən ##.##.1992-ci il tarixədək fəhlə; ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək briqadir; ##.##.1991-ci il tarixdən ##.##.1998-ci il tarixədək üzümçülük briqadasında fəhlə; ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək Azərbaycan Respublikası Dövlət Nəşriyyatı “xxxx” qəzetində parlament müxbiri vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən dövrlərdən ümumilikdə 23 il 9 ay iş stajı mübahisələndirilməsə də, ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək işlədiyi dövrlər şübhə altına alınmaqla mübahisələndirilmişdir ki, bu istiqamətdə apellyasiya baxışı zamanı sorğular ünvanlanaraq “xxxx” qəzetinin fəaliyyətdə olubolmaması, iddiaçının “parlament müxbiri” kimi Milli Məclisin plenar iclaslarında iştirak edibetməməsi araşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan ***-*-*/*-**-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, sözügedən qəzet ##.##.2003-cü il tarixdə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna (ləğv edilmişdir) əsasən uçota alınmışdır. Təsisçisi və baş redaktoru X2 olmuşdur. ##.##.2004-cü il tarixdə təsisçinin müraciətinə əsasən qəzetin ləğv olunması barədə məlumat qeydə alınmışdır. Müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*-*/*-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan “xxxx” qəzetinin nüsxələri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Aparatı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən məhkəməyə ünvanlanan *-*/**-*/*-**/**** nömrəli, ## #### 2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki: “...İddiaçı Milli Məclis Aparatında 2004-2006-cı illərdə akkreditasiyası ilə bağlı parlamentin Arxivində aşağıdakı sənədlər aşkar edilib:
1. “xxxx” qəzetinin Baş redaktorunun adından İddiaçı Parlamentdə akkreditəsi ilə bağlı Milli Məclisə ünvanlanmış 2004-cü il ## ###### tarixli və 2006-cı il ## #### tarixli məktublar;
2. Milli Məclisdə KİV nümayəndələrinin 2005-ci ilin yaz sessiyasında akkreditasiyası ilə bağlı siyahıda İddiaçı də adı qeyd olunub.” Qeyd olunan sənədlər məktuba qoşma edilərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Mətbuat Şurası İctimai Birliyi tərəfindən məhkəməyə ünvanlanan *** nömrəli, ## #### 2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan jurnalistlərinin 2003-cü il mart ayının 15-də keçirilmiş İ qurultayında təsis edilmiş Azərbaycan Mətbuat Şurası medianın özünütənzimləməsini həyata keçirir və təşkilatihüquqi forma baxımından ictimai birlikdir. Mətbuat Şurasının başlıca missiyası media orqanları ilə bağlı məsələləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na uyğun qiymətləndirməkdən ibarətdir. Bu fəaliyyət, heç bir halda, hüquqi məsuliyyət tədbiri müəyyənləşdirmir, yalnız ictimai qınağa əsaslanır. Azərbaycanda media subyektlərinin qeydiyyatı, reyestri, habelə digər hüquqi fəaliyyət məsələləri ölkənin müvafiq qanunvericiliyinə uyğun tənzimlənir və bu, Mətbuat Şurasının Nizamnamə ilə müəyyənləşmiş səlahiyyəti xaricindədir. “xxxx” qəzeti Mətbuat Şurasına üzv deyil və bu nəşrlə bağlı quruma indiyədək heç bir şikayət məktubu daxil olmayıb. Apellyasiya baxışı zamanı “xxxx” qəzetinin növbəti təsisçisi və baş redaktoru olmuş İsgəndərova Afərim Məhəmməd qızı şahid qismində ifadə verərək bildirmişdir ki, “xxxx” qəzetini həyat yoldaşı Çingiz Hacıyevdən alıb, qəzetin baş redaktoru kimi onun adı olsa da, bütün işləri həyat yoldaşı aparmışdır. Yoldaşının sözlərinə görə İddiaçı qəzetdə 2004-2006-cı illərdə parlament müxbiri kimi fəaliyyət göstərmiş, qəzet isə təxminən 2011-ci ilə qədər fəaliyyətdə olmuşdur. Lakin qəzetin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edildiyindən məlumatı olmamışdır. Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin Aparatı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən təqdim olunan arxiv sənədlərindən görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni ##.##.2004-cü il tarixindən ##.##.2006-cı il tarixinədək iddiaçı İddiaçı "xxxx" qəzetinin parlament müxbiri kimi sessiyalarda iştirak edib, həmçinin İddiaçı Parlamentdə akkreditəsi ilə bağlı Milli Məclisə ünvanlanmış 2004-cü il ## ###### tarixli və 2006-cı il ## #### tarixli məktubları da məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan (yazılış, möhür, səhifələmə, sıralama ilə bağlı və s.) hər hansı hal aşkar edilməmişdir. Cavabdehin imtinaya əsas verən digər bir mövqeyi, eyni zamanda birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsində istinad etdiyi digər bir əsası qəzetin ləğv edilməsi barədə məlumatın olduğu halda iddiaçının həmin qəzetdə əmək funksiyalarını davam etdirməsidir. Bu səbəbdən əmək kitabçasında qeyd olunan həmin qeydlərin mötəbərliyinə şübhələr yaranmışdır. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq bildirir ki, iddiaçı tərəfindən təqdim olunan qəzet nüsxələrindən görünür ki, sözügedən qəzet öz fəaliyyətini davam etdirmiş, 2004-cü ildən sonra da nəşrlərini çıxartmışdır. Belə ki, qəzet 2004, 2005, 2006, hətta 2009-cu illərdə öz nəşrlərini tirajlamışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunan sənədlərdən (qəzet nüsxələri, Ədliyyə Nazirliyinə müraciət məktubu, təhvil-təslim aktı və s.) və şahid ifadəsindən aydın olur ki, İsgəndərova Afərim Məhəmməd qızı əslində həmin dövrdə “xxxx” qəzetində “baş redaktor” vəzifəsində işləmiş və ##.##.2004-cü il tarixdə təsisçi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə “xxxx” qəzetinin nəşrinin çapına başlanması ilə bağlı müraciət etmişdir. Həmçinin, “xxxx” qəzetinin əvvəlki təsisçisi X2 tərəfindən məlumat xarakterli ərizə yazılaraq bildirilmişdir ki, ##.##.2003-cü il tarixdən onun adına təsis edilmiş “xxxx” qəzetini daha nəşr etmək imkanı olmadığından təsisçilik hüququndan imtina edir və bu hüququn qəzetin baş redaktoru vəzifəsində işləyən İsgəndərova Afərim Məhəmməd qızına həvalə edir. Onunla bağlı olaraq akt tərtib edərək, “xxxx” qəzetinin möhür və ştampını, vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsini və nəşriyyatla bağlı müqaviləsini təhvil-təslim aktı əsasında təhvil vermişdir. Məhkəmə kollegiyası araşdırmaların yekunu olaraq diqqətə çatdırır ki, yeni təsisçinin məlumat xarakterli ərizəsinin qeydə alınmaması və ya onun qeydə alınması barədə məlumatın arxivdə olmaması qəzetin “fəaliyyətdə olması” faktını təkzib edə bilməz. Cavabdeh inzibati orqanın yanaşması ondan ibarətdir ki, iddiaçının 2004-2006-cı illərə dair əmək haqqı alması barədə arxivdə məlumat yoxdur. Bu da o anlama gəlir ki iddiaçı həmin dövrlərdə işləməmiş və həmin dövrlər pensiya təyini üçün tələb olunan staja daxil edilə bilməz. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəbərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-**/**** nömrəli ## ###### 2021-ci il tarixli, *- *(***)-****/**** nömrəli ## ####### 2021-ci il tarixli qərarlarında əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 1) Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. ##.##.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası diqqətə çatdırır ki, əmək haqqı cədvəllərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. İddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal kimi nəzərə alındıqda, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. İstinad olunan sənədlərə və əmək kitabçasında əks olunan qeydlərə əsasən müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı 65 yaşdan, yəni ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli