Məhkəmə qərarları › İş №2-1(103)-3589/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3589/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3589/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-294/2024 saylı, 04 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.N97N-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. xx.xx.N989-xx.xx.NN-ci il tarixlərində Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Ermənistan Respublikasının Azərbaycan Respublikasına əsassız ərazi iddiaları ilə bağlı başladığı müharibə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Ordusunun komplektləşdirilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığının çağırışı ilə bağlı xx.xx.N2-ci ildə Azərbaycan Respublikas Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində müqavilə əsasında, şəxi heyətin siyahılarına daxil edilərək və bütün növ təminatlarla təmin olunaraq manqa komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə Komandirinin xx.xx.N2-ci il tarixli 7 №-li əmri ilə döyüş əməliyyatları bölgəsinə Fizuli rayonuna ezam olunmuş, bununla yanaşı Qubadlı rayonunun müdafiəsində də iştirak etmişdir. Lakin rəsmi qeydləri aparılmamışdır. Daha sonra, xx.xx.N2-ci il tarixli 36 №-li əmri ilə N saylı hərbi hissənin şəxsi heyyətin siyahılarından çıxalırmış, bütün növ təminatlardan azad edilərək qeydiyyata durmaq üçün RHK-a göndərilmişdir. Lakin hərbi hissə komandirinin şəxsi təşəbbüsü ilə və o dövr üçün hərbi kadrların çatışmazlığı ilə əlaqədar N saylı hərbi hissədə gənc çağırışçılarin hərbi təlimlərinə iddiaçı rəhbərlik etmişdir. İddiaçı qeyd edir ki, N5-ci ildə N saylı hərbi hissə komandirinin N №-li əmrilə ehtiyata buraxılmışdır. İddiaçı 2022-ci ildə qanunvericiliyin tələblərinə uyğun olaraq ilk öncə rəsmi formada cavabdehə müharibə veteranı statusunun verilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətə imtina cavabı verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin və müharibə veteranı adının verilməsi gününədək müharibə veteranlarına təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ödənilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə yeni ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli dəqiqləşmə ərizəsinin nəzərə alınmamasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsas olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Norma ümumiləşdirilərək qeyd edilir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: -Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. -Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli 4/3- N0843 nömrəli məktubu və ona əlavə olunmuş qoşmadan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində “serjant İddiaçı” şəxsi heyətin siyahısına daxil edilməsi barədə əmrdə “adı” və “ata adı” göstərilməyib, həmçinin iddiaçının hərbi biletində olan qeydlərlə (xx.xx.N2-ci il) uyğunsuzluq təşkil edib, habelə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 36 nömrəli əmrində şəxsi heyətin siyahısından çıxarılması barədə əmrində ata adında uyğunsuzluq təşkil etdiyi və hərbi biletində olan qeydlər (xx.xx.N5-ci il, əmr 3N7) qeyd olunan əmrlə uyğunsuzluq təşkil etmişdir. Qevd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya’’ tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Həmçinin, İddiaçı xx.xx.N2-ci il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxıldığını qeyd edilmişdir. İddiaçı bilməlidir ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N6-cı il tarixdən başlamış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləsdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilmişlər. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə cağırılmıs hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N6-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 savlı Fərmanı 23 iyun N6-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 50N saylı Fərmanı isə 29 sentyabr N6-cı il tarixdə qəbul edilmişdir. İddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPMnin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “”Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-294/2024 saylı, 04 iyul 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş və İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-294/2024 saylı, 04 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iddia tələbinin Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli 4/3-N0843 nömrəli məktubu və ona əlavə olunmuş qoşmadan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində “serjant İddiaçı” şəxsi heyətin siyahısına daxil edilməsi barədə əmrdə “adı” və “ata adı” göstərilməyib, həmçinin iddiaçının hərbi biletində olan qeydlərlə (xx.xx.N2-ci il) uyğunsuzluq təşkil edib, habelə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 36 nömrəli əmrində şəxsi heyətin siyahısından çıxarılması barədə əmrində ata adında uyğunsuzluq təşkil etdiyi və hərbi biletində olan qeydlər (xx.xx.N5-ci il əmr 3N7) qeyd olunan əmrlə uyğunsuzluq təşkil etmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Həmçinin, İddiaçı xx.xx.N2ci il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxıldığı qeyd edilmişdir. İddiaçı bilməlidir ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N6-cı il tarixdən başlamış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilmişlər. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N6-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N6-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 50N saylı Fərmanı isə 29 sentyabr N6-cı il tarixdə qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.N), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2- 22N9 nömrəli Arxiv arayışına əsasən: N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N №-li əmrində həqiqi hərbi xidmət keçmək üçün 2 (iki) il müddətinə müqavilə yolu ilə hərbi komissarlıqdan gəlmiş serjant İddiaçı hərbi hissəyə qəbul edilməsi, şəxsi heyət siyahılarına daxil edilərək və bütün növ təminatlarla təmin olunaraq manqa komandiri vəzifəsinə təyin edilməsi barədə məlumat vardır (əsas: § 5, sıra 5, əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 7 №-li əmrində serjant İddiaçı döyüş əməliyyatları bölgəsinə ezam olunduğu üçün qazan təminatından çıxarılması barədə məlumat vardır (əsas: § N, sıra N55, əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 9 №-li əmrində serjant İddiaçı döyüş əməliyyatları bölgəsinə ezam olunduğu üçün qazan təminatından çıxarılması barədə məlumat vardır (əsas: § N, sıra 44, səh. N6, əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli 28 №-li əmrində serjant İddiaçı döyüş əməliyyatları bölgəsindən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § 2, sıra 4N, səh. 28, əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli 35 №-li əmrində serjant İddiaçı döyüş əməliyyatları bölgəsindən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § N, sıra 3, səh.32, əmrdə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli 36 №-li əmrində starşina İddiaçı Məzahir oğlunun 57 maddənin “E” bəndinə əsasən hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılaraq, bütün növ təminatlardan azad edilməsi və qeydiyyata durmaq üçün RHK-a göndərilməsi barədə məlumat vardır (əsas: § 3, səh.32, əmrdə atasının adı Məzahir yazılıb). - Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2- 4793 nömrəli Arxiv arayışında eyni məlumatlar öz əksini tapmışdır. - Müdafiə Nazirinin Katibliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı komissiyaya xx.xx.2022-ci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2022-ci il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir: N nömrəli hərbi hissə xx.xx.N2-xx.xx.N2-ci il, xx.xx.N2-xx.xx.N3-cü il, xx.xx.N3xx.xx.N3-cüil, xx.xx.N3-xx.xx.N3-cü il, xx.xx.N3-2N,04.N3-cü il, xx.xx.N3-xx.xx.N3-cü il, xx.xx.N3-xx.xx.N3-cü il, xx.xx.N3-xx.xx.N3-cü il, xx.xx.N3-xx.xx.N3-cü il, xx.xx.N3xx.xx.N3-cü il, xx.xx.N3-xx.xx.N3-cü il, xx.xx.N3-xx.xx.N3-cü və xx.xx.N4-xx.xx.N4-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib. Əsas: xx.xx.N7-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı” - Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı Məzahir oğlu barəsində N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N №-li və xx.xx.N2-ci il tarixli 36 №-li nizami hissə üzrə əmrlərindən Arxiv çıxarışları təqdim edilmişdir. -N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N №-li nizami hissə üzrə Əmrinə əsasən hərbi komissarlıqlardan könüllü olaraq 2 il müddətinə müqavilə əsasında hərbi xidmət keçmək üçün gələn aşağıdakı hərbi qulluqçular bölmələrin şəxsi heyətinin və bütün növ təminatların siyahısına daxil edilərək xidməti vəzifələrin icrasına buraxılmışlar: N5. Çavuş İddiaçı bölük komandiri -N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 36 №-li nizami hissə üzrə Əmrinə əsasən Hərbi qulluqçu çavuş İddiaçı Məzahir oğlu 57 maddənin “E” bəndinə əsasən hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılaraq, bütün növ təminatlardan azad edilmiş və sənədləri hərbi qeydiyyat üçün RHK-ya göndərilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-N9N9/2023 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-22N9 nömrəli arxiv arayışının və N saylı hərbi hissənin komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrindən çıxarışın xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanan N7 may 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-N9N9/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi N5 may 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq müəyyən edilmişdir ki, iddiaçının məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində “serjand İddiaçı” şəxsi heyətin siyahısına daxil edilməsi barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində “adı” və ata adı” göstərilmədiyinə, habelə hərbi biletində olan qeydlərlə (xx.xx.N2-ci il) uyğunsuzluq təşkil etdiyinə, habelə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 36 nömrəli əmrində iddiaçının şəxsi heyətin siyahısından çıxarılmağı barədə qeyd olduğuna (ata adı ilə uyğunsuzluq təşkil etdiyinə) görə və hərbi biletində olan qeydlər (xx.xx.N5-ci il əmr 3N7) qeyd olunan əmr ilə uyğunsuzluq təşkil etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilən qanunvericilik normalarından görünür ki, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: N.Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı;

2. Şəxsin həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilibedilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. Məhkəmə kollegiyası birinci hala münasibətdə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-N9N9/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-22N9 nömrəli arxiv arayışının və N saylı hərbi hissənin komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrindən çıxarışın xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. - Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2- 22N9 nömrəli Arxiv arayışına əsasən müəyyən edilir ki, N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N №-li əmrində həqiqi hərbi xidmət keçmək üçün 2 (iki) il müddətinə müqavilə yolu ilə hərbi komissarlıqdan gəlmiş serjant İddiaçı hərbi hissəyə qəbul edilməsi, şəxsi heyət siyahılarına daxil edilərək və bütün növ təminatlarla təmin olunaraq manqa komandiri vəzifəsinə təyin edilməsi barədə məlumat; N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 7 №-li əmrində serjant İddiaçı döyüş əməliyyatları bölgəsinə ezam olunduğu üçün qazan təminatından çıxarılması barədə məlumat; N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 9 №-li əmrində serjant İddiaçı döyüş əməliyyatları bölgəsinə ezam olunduğu üçün qazan təminatından çıxarılması barədə məlumat; N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli 28 №-li əmrində serjant İddiaçı döyüş əməliyyatları bölgəsindən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat; N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli 35 №-li əmrində serjant İddiaçı döyüş əməliyyatları bölgəsindən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat; N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli 36 №li əmrində starşina İddiaçı Məzahir oğlunun 57 maddənin “E” bəndinə əsasən hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılaraq, bütün növ təminatlardan azad edilməsi və qeydiyyata durmaq üçün RHK-a göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N №-li nizami hissə üzrə Əmrinə əsasən hərbi komissarlıqlardan könüllü olaraq 2 il müddətinə müqavilə əsasında hərbi xidmət keçmək üçün gələn Çavuş İddiaçı bölük komandiri bölmələrin şəxsi heyətinin və bütün növ təminatların siyahısına daxil edilərək xidməti vəzifələrin icrasına buraxılmışdır. N №-li hərbi hissə komandirinin əmrlərindən də görünür ki, sözügedən hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Kollegiya qanunvericilikdə nəzərdə tutulmuş ikinci halla bağlı qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 20N8-ci il 29 iyun tarixli NN97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 20N8-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının N.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 20N9-cu il N6 yanvar tarixli QNN-00N-N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair” Təlimatın N.3-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olub-olmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Təlimatın N.4-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir. Göründüyü kimi iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsinin” verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər iki halın mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Həmçinin qeyd edilməlidir ki, apelyator şikayətində imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilən dəlillərə istinad etməklə şikayəti əsaslandırmağa çalışmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi üçün tutarlı səbəblər bildirməmiş, sübutlar təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-294/2024 saylı, 04 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-294/2024 saylı, 04 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar