Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3590/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7114/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı (**********) barəsində xx.xx.2022-ci il tarixli **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-12- 1(112)-7114/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmişdir. Lakin hesab edilir ki, ekspertizanın keçirilməsi artıq vaxt itkisidir, ekspert tərəfindən veriləcək rəyin iş üçün əhəmiyyəti yoxdur. İş üzrə icrat davam etdirilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, qərardadın ləğv edilməsini, iş üzrə icraatın davam etdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. İş materiallarından məlum olur ki, İddiaçı (**********) barəsində xx.xx.2022-ci il tarixli **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı MMC-yə 5473204,9 manat mənfəət vergisi və 2736602,46 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi, vergi yoxlamasının özünün Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılması, həm də həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya hesablanmış vergi borcunun özü mübahisələndirilir. Belə ki, xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktının məzmunundan görünür ki, vergi yoxlaması keçirilərkən müvafiq ekspertizanın keçirilməsi zərurəti yaranmış, lakin onun aparılması mümkün olmamışdır. Belə olan halda vergi orqanı tərəfindən hesablamalar zamanı analoji müəssisə kimi “eyni fəaliyyətlə məşğul olan” “X5” MMC-nin AzərbaycanRespublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)- 43/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, iş üzrə vergi orqanının tərtib etdiyi aktdakı hesablamaların yoxlanılması məqsədilə müvafiq ekspertizanın keçirilməsi arzusundadır. Bu barədə məhkəmə kollegiyası qeyd etmişdir ki, həqiqətən də iddiaçının mübahisələndirdiyi vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə müəssisəyə hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq ekspertizanın keçirilməsi istisna edilmir. İPM-in 29-1.-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd olunan Məcəllənin 98.1-ci maddəsinə görə ekspertiza təyin edilməsi barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə görə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxsin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. İPM-in 50.0.1-ci maddəsinə görə sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iş üzrə icraatın dayandırılması və ya təxirə salınması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması ilə bağlı qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3590/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3590/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver