Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3591/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müvafiq sənədlərin göndərilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X6 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müvafiq sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(112)-2596/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ilin oktyabr ayından həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2002-ci ildən etibarən isə hərbi xidmətini N nömrəli hərbi hissədə davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə Vətən müharibəsi başladığından həmin tarixdən 2020-ci ilin oktyabr ayının 09-dan 10-na keçən gecəyədək olan müddət ərzində Füzuli rayonunun Alxanlı, Pirəhmədli, Qaraxanbəyli, Horadiz qəsəbəsi, Şükürbəyli kəndləri, Cəbrayıl rayonu 1-ci Maralyan, Nüzgar, Quycaq, Şeybey kəndləri, habelə Cəbrayıl, Füzuli rayonları və Hadrut qəsəbəsində, eyni zamanda bir sıra döyüş mövqelərində olmuşdur. Ezamiyyətdə olduğuna baxmayaraq və hərbi hissə döyüş əməliyyatlarına cəlb olunduğu üçün, habelə həmin vaxtda müharibənin gərginliyindən ezamiyyət vərəqəsi ondan asılı olmayan səbəblərdən məsul şəxslər tərəfindən artırılmamışdır. Bundan sonra da məsul şəxslər ümumiyyətlə bununla bağlı yenə də hər hansı bir addım atmamış, müharibə şəraitində olduğuna görə özü də bu istiqamətdə hər hansı bir addım atmaq imkanında olmamışdır. Xüsusi göstərişə əsasən faktiki ezamiyyət müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmasına baxmayaraq bu fakt ezamiyyət vəsiqəsində qeyd edilməmişdir. Həmin müddətdə döyüş əməliyyatlarının icrasının təşkilini və döyüş əməliyyatlarına rəhbərliyi həyata keşirmiş yüksək vəzifəli şəxslərlə bərabər bilavasitə döyüş əməliyyatları aparılan bölgəyə gedərək bölgədə döyüş əməliyyatlarına rəhbərlik edən müvafiq vəzifəli şəxslərin döyüş əməliyyatlarının müxtəlif təminat növləri üzrə aidiyyəti tapşırıqlarını və mühafizəsini təşkil etmişdir. 2-4 oktyabr 2020-ci il tarixlərində yaralı hərbi qulluqçuları Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli kəndləri və Cəbrayıl rayonunun Mehdili kəndindən Füzuli rayonunun Horadiz qəsəbəsində açılmış qəbul məntəqələrinə təxliyyə edilməsində, həmçinin həmin ərazilərdə döyüş tapşırığını yerinə yetirən N nömrəli hərbi hissənin şəxsi heyəti üçün döyüş sursatı, digər hərbi əmlakın, ləvazimatların çatdırılmasında iştirak etmişdir. Habelə, müharibə dövründə 051, N və N nömrəli hərbi hissələrə (döyüşən ordunun tərkibində olan hərbi hissələrdən biri N saylı hərbi hissədir) ezam olunmuşdur. Sonra isə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 13 noyabr 2020-ci il taixli 029gm nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibə bitdikdən sonra isə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı və 2021-ci il 24 iyun tarixli 2711 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissədən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 2206 nömrəli sənədə əsasən onun döyüş əməliyyatlarında iştirak etməsinə dair heç bir məlumat olmadığı qeyd olunmuşdur. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(112)-2596/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. AO ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 029gm №-li əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (bənd 10).
13. “Füzulinin azad olunmasına görə” İ-15397 №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surəti (Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli sərəncamı ilə) və “Cəbrayılın azad olunmasına görə” İ-13789 №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surəti (Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli sərəncamı ilə) iş materiallarına əlavə olunmuşdur.
14. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 2714 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdirlər: ... İddiaçı – baş gizir
15. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 2711 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdirlər: ... İddiaçı – baş gizir
16. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1103/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-1959/2025 nömrəli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
17. İddiаçı X2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1104/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-2577/2025 nömrəli həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya baxışı zamanı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında bildirmişdir ki, iddiaçı ilə N il N saylı hərbi hissədə birlikdə xidmət etmiş, müharibə zamanı döyüş bölgəsinə ezam olunmuşlar. O, 2000-ci ildən etibarən, iddiaçı isə 2002-ci ildən etibarən xidmət edir. İkinci Qarabağ müharibəsi zamanı “Cəbrayılın və Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşlar. Hazırda hərbi xidmət sıralarından tərxis olunaraq pensiyaya çıxmışdır. Həmçinin qeyd etmişdir ki, onun barəsində məhkəmə tərəfindən qəbul edilmiş qərar qanuni qüvvəsini almışdır.
19. Apellyasiya baxışı zamanı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında bildirmişdir ki, iddiaçını 2002-ci il tarixdən tanıyır. N saylı hərbi hissədə birlikdə hərbi xidmətdə olmuşlar. Vətən müharibəsi iştirakçısı olmuşlar. Onun da barəsində məhkəmə tərəfinən qərar qəbul edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər.
25. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən irəli gələn nəticəyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, həmçinin 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
26. İş materiallarına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 2714 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycam Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdirlər: ... İddiaçı – baş gizir
27. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 2711 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycam Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdirlər: ... İddiaçı – baş gizir
28. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin və “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin müddəalarından göründüyü kimi müvafiq medallar sözügedən rayonların işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına verilir.
29. İddiaçının “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmasına istinada gəldikdə, cavabdeh nəzərə almalıdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının məzmununa görə, sözügedən medallarla məhz Azərbaycan Respublikasının Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular təltif edilmişlər. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi həmin Sərəncamların məzmunu ilə təsdiq edilir.
30. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanununun müddəlarına əsasən döyüş əməliyyatlarında iştirak etdiyi üçün ali hərbi rəhbərlik tərəfindən müvafiq medallarla təltif edilmişdir.
31. İddiaçının da yuxarıda qeyd edilən medallarla təltif edildiyi işin mübahisəsiz hallarına aid edildiyindən onun döyüş əməliyyatlarında iştirak etmədiyi də istisna edilir.
32. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehin mövqeyi ziddiyyətlidir. Belə ki, cavabdeh inzibati orqan bir tərəfdən iddiaçının döyüş əməliyyatlarında iştirak etmədiyini iddia edir, digər tərəfdən də rayonların işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edərək orden və medalla təltif edilmək üçün təqdimatını verir (müvafiq qaydalara əsasən iddiaçının orden və medallarla təltif edilməsi üçün aidiyyəti üzrə təqdimatı cavabdehin özü verir).
33. Məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatlarında iştirakı olmadığı halda orden və medalla təltif edilmək üçün təqdimatının hansı səbəbdən verilməsi və ya verilmiş təqdimatın əsassız olmasına dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir.
34. Belə olan halda məhkəmə hesab edir ki, N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayış-məlumatda qeyd olunan ərazilərdə iştirakını təsdiq edən sənədlərin olmaması və həmçinin ezamiyyətdə olduğu müddət (22 sentyabr 2020-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək) müharibə səbəbilə uzadılmaması onun müraciətindən imtina üçün əsas sayıla bilməz.
35. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər.
36. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin həqiqi hərbi xidməti yalnız onun qanuni əsaslarla hərbi xidmətə çağırılmasını deyil, həm də qanuni əsaslarla tərxis olunmasını nəzərdə tutur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığı məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, AO ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 029gm №-li “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Odur ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmişdir.
38. Eyni zamanda iddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur.
39. Odur ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmişdir.
40. Beləliklə, müharibə veteranı adının verilməsi üçün zəruri olan və qanunla nəzərdə tutulan dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma (tərxis olunma) şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilir.
41. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
42. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
43. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçu və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olması, eləcə də bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapması şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
46. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(112)-2596/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev