Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3593/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1ə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; hüquqi maraq”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 (sədrlik edən və məruzəçi), X30 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Cavabdeh1ə qarşı “hasarın bərpa edilməsinə icazə verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-M-51/12-071/12/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən ərazidə "xxxx" MMC tərəfindən tikintisi davam etdirilən yaşayış binası üzrə tərəflər arasında bu və ya digər əsaslarla məhkəmə mübahisələri davam etdiyindən, mübahisəli ərazidə tərəfindən inzibati aktın qəbul edilməsi yolverilməzdir. Mübahisə predmetinə yekun məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir.
2. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış M-50 nömrəli xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, mövcud qanunvericiliyə görə torpaq sahələrinin hasara alınmasına icazə verilməsi üçün torpağa aid hüquqi sənədlərin təqdim edilməsi lazımdır. Sənədlər Rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsinə təqdim edildikdən sonra qaldırılan məsələyə yenidən baxılacaqdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5603/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-675/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-675/2022 nömrəli xx.xx.2022-ci il tarixli hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışında qalmış hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. 02.06.2021-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Mövlamov X8 rayonu İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 39 ünvanında olduğu yer üzrə qeydiyyatdadır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-02/2-M-0057/11-8/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış evinə dair 10 may 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən 26 sentyabr 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Müxtəlif dövrlərdə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələri və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında sözügedən yaşayış evinin hissələrinə münasibətdə müxtəlif hüquq əldə edənlərin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Hazırda həmin yaşayış evi X1, X12, X15, X9, X20 və X2 paylı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sözügedən yaşayış evinə dair Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1961-ci ilin iyun ayında texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin müvafiq ünvanda yerləşən yaşayış evinin payları ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olduğundan və həmin mübahisənin başa çatmasını təsdiq edən yekun məhkəmə qərarı 1 nömrəli Bakı Ərazi İdarəsinə daxil olmadığından, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxılması mümkün olmamışdır. Belə ki, “payların bölüşdürülməsi və s.” tələblərə dair məhkəmə mübahisəsi barədə Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(103)-12508/2017 nömrəli və Ali Məhkəmənin 11 may 2018-ci il tarixli, 2(102)-4265/2018 nömrəli bildirişləri 1 nömrəli Bakı Ərazi İdarəsinə daxil olsa da, iş üzrə mübahisənin yekunlaşmasını təsdiq edən məhkəmə aktı barədə hər hansı məlumat mövcud deyil. Göstərilənlərə əsasən iş üzrə yekun məhkəmə qərarı rəsmi qaydada daxil olduqdan sonra sözügedən yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-KOL-004/xx-xx/2023 **********90 nömrəli xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hər hansı digər fiziki və ya hüquqi şəxsin istifadəsinə verilməsi ilə bağlı məlumat idarədə aşkar edilməmişdir. Ərizədə qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə 1 nömrəli Bakı Ərazi İdarəsi üzərinə hər hansı öhdəlik qoyulmamışdır. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12508/2017 nömrəli, xx.xx.2017-ci il tarixli bildirişləri İdarəyə daxil olmuşdur.
8. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-İ-21-010/2024; 5- 14/2-M-63-071/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu Təbriz Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması RNQ GROUP MMC-yə həvalə edilmişdir. Həmin ərazidə RNQ GROUP MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə RNQ GROUP MMC-nın adma layihələndirilməsi Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə razılaşdırılmışdır. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 №- li Sərəncamı ilə RİH başçıstnm xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəlı çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması Qaya Qala MMC-yə həvalə edilmişdir (Nərimanov RİH başçısının sözügedən sərəncamı hal-hazırda hüquq qüvvəsindədir). Ərizədə toxunulan xüsusatlarla əlaqəli hüquq münasibətlərinə çoxnömrəli məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən eləcə də mübahisə predmetı üzrə digər şəxslərin hüquq və mənafelərinin pozulmaması baxımından Cavabdeh1 başçısının xx.xx.2019-cu ıl tarixli. 161 nömrəli Sərəncamının tam və ya hissəvi ləğv edilməsi yolverilməzdir. Müraciətdə toxunulan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5503/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə qüvvədə saxlanılan, Bakı Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-675/2022 nömrəli 14.01 2022-ci il tarixli Qətnaməsi həmin ərazidə daş hasarın tikintisi üçün əsas vermir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
9. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-M-51/14-071/12/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında mərhum atasına məxsus fərdi yaşayış evi ilə həmin ərazidə "xxxx" MMC tərəfindən tikintisi aparılan çoxmənzilli yaşayış evi arasında hasarın tikintisinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və digər dövlət qurumlarına ünvanladığı və Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətə Cavabdeh1də baxılmışdır. Sözügedən ərazidə "xxxx" MMC tərəfindən tikintisi davam etdirilən yaşayış binası üzrə tərəflər arasında bu və ya digər əsaslarla məhkəmə mübahisələri davam etdiyindən tərəfindən inzibati aktın qəbul edilməsi yolverilməzdir. Mübahisə predmetinə yekun məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-15791/2024 **********91 nömrəli xx.xx.2024-cü il tarixli məktub ilə ünvan 4 ünvana dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
11. xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X13 oğlu X31 miras əmlakdan (ünvan 7 ünvanında yerləşən yaşayış evinin 8/32 hissəsi) bərabər hissələrdə irs almalıdır.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 9 X1 (13/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X15 (30/256 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X16 (13/256), X20 (8/32 hissə) xüsusi mülkiyyətindədir.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 9 X1 (13/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X15 (5/256 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X16 (13/256), X20 (8/32 hissə), X2 (25/256 hissə qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015-ci il) xüsusi mülkiyyətindədir.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 9 X16 (13/256 – qeydiyyat nömrəsi **********; xx.xx.2015-ci il), X1 (13/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X15 (5/256 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X20 (8/32 hissə), X2 (25/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015-ci il) xüsusi mülkiyyətindədir.
15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 9 X1 (13/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X15 (5/256 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X20 (8/32 hissə), X2 (25/256 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015-ci il) xüsusi mülkiyyətindədir.
16. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 21 nömrəli dövlət notariat kontoru tərəfindən 16 oktyabr 1999-cu il tarixdə təsdiq edilən və reyestrdə 2V-73 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 07 dekabr 2010-cu il tarixdə vəfat etmiş X15 vəsiyyətnamədə göstərilən əmlakının 25/256 hissəyə vərəsəsi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 54, mənzil 40-da qeydiyyatda olan qızı X3r. Şəhadətnamə verilən miras əmlak: BTİ və MHQİ tərəfindən kitab 106, səh.2405 qeydiyyat 30/16707 , qeydiyyat tarixi 10 may 1997-ci il tarixdə verilmiş MH 084699 №li qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş 07A/6478 nömrəli 07 mart 2014-cü il tarixli Dövlət reyestrindən arayışa (forma №1) əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən mərhuma məxsus olan 5\32 hissədən ibarətdir.
17. X25 və X10 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 2 X4 hədiyyə edilmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 9 X16 (1/32 hissə), X5 (1/32 hissə), X12 (16/32 hissə - qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), X15 (5/32 hissə - açıq saxlanılır), X9 (1/32 hissə), X20 (8/32 hissə) xüsusi mülkiyyətindədir.
19. xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X17 vərəsəsi X21 miras əmlakdan (ünvan 7 ünvanında yerləşən yaşayış evinin 8/32 hissəsi) irs almalıdır.
20. xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07 dekabr 2010-cu il tarixdə vəfat etmiş X15 əmlakının 5/256 hissəsinə oğlu X25 və 5/256 hissəsinə oğlu X11 vərəsədir (Bakı şəhəri Təbriz (Çapayev) küçəsi 34).
21. xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X6 arvadı X26 və oğlu X12 miras əmlakdan (Bakı şəhəri Təbriz (Çapayev) küçəsi 34) bərabər payda irs almalıdırlar.
22. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı və X7r və onların hər biri miras əmlakdan (ünvan 9 ünvanında yerləşən A tikilisindən 13/256 hissə və B tikilisi) ½ irs almalıdırlar.
23. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 3-35/2-Kol-20-25-133/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Cavabdeh1in xx.xx.2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə Qaya Qala MMC-yə çoxmənzilli yaşayış binasının inşası üçün torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam mülkiyyətində olan ünvan 10 ünvanlarına dair hissədə ləğv edildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinin tələblərinə riayət edilməklə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq tələb edilən sənədlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edildikdə müraciətə müvafiq qaydada baxılacaqdır.
24. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ünvan 9-ə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli texniki pasportdan görünür ki, hüquq subyekti X11 və başqalarıdır. Torpaq sahəsinin faktiki sahəsi 0,05528 ha, tikintialtı sahəsi 0,03145 ha, digər sahələr 0,02383 ha təşkil edir. A tikilisinin ümumi sahəsi 111,5 kv.m, yaşayış sahəsi 79,8 kv.m, köməkçi sahəsi 31,7 kv.m, tikintialtı sahəsi 154,3 kv.m-dir. B tikilisinin ümumi sahəsi 110,6 kv.m, yaşayış sahəsi 50,8 kv.m, köməkçi sahəsi 59,8 kv.m, tikintialtı sahəsi 136,7 kv.m-dir.
25. AZ-İİ seriyalı 292801 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
26. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-M-51/14-071/3/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMCyə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə "xxxx" MMC-nin adına layihələndirilməsi Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə razılaşdırılmışdır. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamı ilə RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir (Nərimanov RİH başçısının sözügedən sərəncamı hal-hazırda hüquqi qüvvəsindədir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 №-li Qərarının 4-cü bəndi ilə 1 avqust 2018-ci il tarixinədək Pilot layihə çərçivəsində tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi haqqında sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə davam etdirilməsi nəzərdə tutulmuşdur. Şikayətdə toxunulan xüsusatlarla əlaqəli hüquq münasibətlərinə çoxnömrəli məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eləcə də mübahisə predmeti üzrə digər şəxslərin hüquq və mənafelərinin pozulmaması baxımından Cavabdeh1 başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamının ləğv edilməsi yolverilməzdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-3(103)- 30/2024 №-li Qərardadı ilə İddiaçı cavabdeh Nərimanov RİH-in xx.xx.2019-cu il tarixli 161 nömrəli Sərəncamının qanunauyğunluğunun yoxlanılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Daşınmaz əmlak üzrə hüquqlarınızın dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparıldığından və bu səlahiyyətlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq qurumlarının səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, hüquq münasibətlərinin həmin qurumla araşdırılması tövsiyə edilmişdir.
27. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-563/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə "xxxx" MMC-nin adına layihələndirilməsi Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə razılaşdırılmışdır. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamı ilə RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMCyə həvalə edilmişdir(Nərimanov RİH başçısının sözügedən sərəncamı hal-hazırda hüquqi qüvvəsindədir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 №-li Qərarının 4-cü bəndi ilə 1 avqust 2018-ci il tarixinədək Pilot layihə çərçivəsində tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi haqqında sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə davam etdirilməsi nəzərdə tutulmuşdur. Şikayətdə toxunulan xüsusatlarla əlaqəli hüquq münasibətlərinə çoxnömrəli məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eləcə də mübahisə predmeti üzrə digər şəxslərin hüquq və mənafelərinin pozulmaması baxımından Cavabdeh1 başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamının ləğv edilməsi yolverilməzdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-3(103)-30/2024 №-li Qərardadı ilə İddiaçı cavabdeh Nərimanov RİH-in xx.xx.2019-cu il tarixli 161 nömrəli Sərəncamının qanunauyğunluğunun yoxlanılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Daşınmaz əmlak üzrə hüquqlarınızın dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparıldığından və bu səlahiyyətlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq qurumlarının səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, hüquq münasibətlərinin həmin qurumla araşdırılması tövsiyə edilmişdir.
28. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-300/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən tikintisi davam etdirilən yaşayış binası üzrə tərəflər arasında bu və ya digər əsaslarla məhkəmə mübahisələri davam etdiyindən tərəfindən daş hasarın tikintisinə icazə verilməsinə dair inzibati aktın qəbul edilməsi yolverilməzdir. Mübahisə predmetinə yekun məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir.
29. Bakı şəhəri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-ep-8/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən tikintisi davam etdirilən yaşayış binası üzrə tərəflər arasında bu və ya digər əsaslarla məhkəmə mübahisələri davam etdiyindən həmin ərazidə daş hasarın tikilməsinə dair inzibati aktın qəbul edilməsi yolverilməzdir. Mübahisə predmetinə yekun məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-675/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi həmin ərazidə daş hasarın tikintisi üçün əsas vermir.
30. Bakı şəhəri Cavabdeh1 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-14/2- 435/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub ilə iş üzrə tərəflər arasında mübahisə predmeti barədə qəbul edilmiş məhkəmə aktlarının surətləri təqdim edilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3132/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10921/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2(102)- 1741/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3007/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından verilən şikayət üzrə kassasiya mümkün sayılmamışdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2(102)- 2087/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(103)-1786/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2350/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7121/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12175/19 nömrəli xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3526/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
36. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3526/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddiaçı X1 cavabdehlər Qaya Qala MMC, Bakı şəhəri Cavabdeh1, X31 və X19 qarşı “əqdlərin etibarsız elan edilməsi, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödəməyə məcbur edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı X1 iddianın təmin edilməsi barədə ərizələri (vəsatətləri) təmin edilməmişdir.
37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(103)-1045/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13216/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
38. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-30/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1ə qarşı “Bakı şəhəri Cavabdeh1in 161 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamının qanunauyğunluğunun yoxlanılması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
39. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “cavabdehlərdən əsassız iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə rədd edildiyini nəzərə alaraq ünvan 11 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsindəki qanunsuz zəbtə (50 kv.m) qoyaraq, həyətdəki qanunsuz taxta (dikt) hasarı sökərək ünvanı tərk etməsi və dağıtdığı (məhv etdiyi) küçə hasarının 4 m uzunluqda, 3,2 m hündürlükdə (qalınlığı 0,4 m) hissəsini bərpa etməsi (mişar daşı ilə) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icra etdirilməsi (tapşırılması); təqdim edilən layihə əsasında köhnə hasarla (3,5 m) 13 mərtəbəli bina arasındakı 4 m məsafədə 3,2 m hündürlükdə 0,4 m enində mişar daşı ilə hasarın çəkilməsinə icazə verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
40. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mövlamov A.M adına verilmiş xx.xx.2023cü il tarixli çıxarış sənədində onun 13/256 hissə paydan ibarət mülkiyyət hüququ Təbriz küçəsi 34 ünvanlı A tikilisinə tam mülkiyyət hüququ B tikilisinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən o və bacısı A.Mövlamovun hüquqi varisi kimi tanınmışlar. Təbriz küçəsi 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi üzərindəki mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanla təsdiq edilmiş daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinin göstərişinə əsasən mülkün sahiblərinə aiddir. 1961-ci il tarixli texniki pasportun 1ci səhifəsində Təbriz küçəsi 34 ünvanlı həyətyanı torpaq sahəsinin ölçüsü barədə məlumat qeyd edilmişdir və bu hüquqmüəyyənedici sənəddir. Lakin Cavabdeh1 Konstitusiyanın 148-ci maddəsinin tələbini pozaraq 439 saylı Fərmandan 4 il sonra xx.xx.2019-cu il tarixli 161 saylı sərəncama ünvan 2 ünvanını daxil edərək Fərmana zidd hərəkət etmişdir. Həmin torpaq sahəsi üzərində müvafiq sərəncam verərək onu "xxxx" MMC-nin istifadəsinə vermişdir. 200 kv.m-dək tikili sahələrini məhv etmiş, həyətin 300 kv.m hissəsində 13 mərtəbəli bina inşa edərək zəbt etmişdir. 12.9 m uzunluğunda 3 m hündürlüyündə 0,8 m enində olan küçə hasarından cəmi 3,5 m uzunluğunda salamat qalmış, köhnə küçə hasarı ilə arasındakı 4 m uzunluğunda məsafə MMC tərəfindən taxta dikt hasarla bağlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2232/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə MMC-nin mülkiyyətçilərin kompensasiya ödənilməklə mənzildən çıxarılması və hüquqlarına xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qətnamələri ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. MMC-nin əsassız kassasiya şikayətləri də təmin edilməmişdir. Lakin MMC 350 kv.m-lik həyətyanı torpaq sahəsinin 50 kv.m-lik hissəsini də taxta diktlərlə hasarlayaraq onu da özününkü hesab etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşları 50 kv.m-lik sahənin onun istifadəsində olmadığını bildirərək ölçməkdən imtina etmişdir. Nəticədə MMC tərəfindən 200 kv.m hissəsi qanunsuz olaraq zəbt edildikdən sonra sahəsi 350 kv.m-dək azaldılmış həyətin ölçüsü xx.xx.2023-cü il tarixli çıxarışda 296 kv.m olaraq qeyd edilmişdir. İyul 2023-cü il tarixdə etdiyi yazılı müraciətlərə yalnız xx.xx.2023-cü il tarixli (M-50) məktub və Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən əsassız cavab almışdır
41. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı iddianın mümkün sayılmaması qərara alınmışdır.
42. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbində iddiaçının hüquqi marağının nədən ibarət olması aydın olmadığından məhkəmə tələbin dəyişdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsini mümkün hesab etmir.
43. X46 Məhkəməsinin presedent hüququna əsasən: - "Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X42rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). - "Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). - Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X35rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X18rşı, § 38). - Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
44. Odur ki, iddia tələbində iddiaçının hüquqi marağı aydın ifadə edilməyib və tələb özlüyündə aydın deyil. Hazırkı iddianı qaldırmaqda nail olmaq istədiyi məqsəd əsaslandırılmamışdır.
45. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
46. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
48. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
49. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
51. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
53. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
56. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
57. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
58. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
59. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
60. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
61. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
62. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
64. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
65. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.
66. Hazırkı qərarın 49-cu bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
67. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
68. Həmçinin qeyd olunmalıdır ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə pozduğunu sübut etməlidir.
69. Göstərilənlərə əsasən, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, bununla da iddiaçıların hər hansı bir subyektiv hüququ pozulmadığından iddia düzgün olaraq mümkün sayılmamışdır.
70. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3047/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.