Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3595/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadə və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsiu Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8402/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir.
2. Qaradağ RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür.
3. 30 sentyabr 1982-ci il tarixdən doldurulmağa başlanmış iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər Bakı Baş Tikinti İdarəsinin 2 №-li Evtikmə kombinatında fəhlə vəzifəsində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xx.xx.1984-cü ildən xx.xx.1984- cü ilə qədər 2 №-li Evtikmə kombinatında fəhlə, xx.xx.1986-cı ildən xx.xx.1988-dək gözətçi, xx.xx.1989-cu ildən hal-hazıradək N.Nərimanov adına Neft-Qaz çıxarma İdarəsində yeraltı quyuların təmiri üzrə operator, mühəndis, geoloq vəzifələrində işləyir.
4. “Azneft” İB N.Nərimanov adına Neft və qazçıxarma İdarəsi tərəfindən verilən 09 yanvar 2025-ci il tarixli 10/81 №-li Güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2015-ci ilədək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft və Qaz Çıxarma sahəsində geoloq, xx.xx.2015-ci ildən hal-hazıradək 2 saylı Neft və Qaz Çıxarma sahəsində böyük geoloq vəzifəsində işləyir. İddiaçı işlədiyi sahə dəniz şəraitində neft və qazçıxarma stasionar obyektlərində yerləşir. X2 geoloq vəzifəsi ilə yanaşı istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə sahə rəisinin müavini funksiyalıarını da yerinə yetirir. Belə ki, həmin vəzifəni yerinə yetirən zaman o istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədi ilə növbə ərzində ortaya çıxan problemlərə adekvat həllər tapmaqla müvafiq xidmətləri (sahələri) ortaya çıxmış problemlərin həllinə yönəldir. Digər tərəfdən gündəlik görülməli olan işlərin həyata keçirilməsini idarə edir. Növbə ərzində çalışan bütün xidmətlərin (sahələrin) işini birbiri ilə uzlaşdırır. N.Nərimanov adına NQÇİ-nin rəisinin təsdiq etdiyi Neft və Qazçıxarma sahəsinin geoloqunun vəzifə təlimatına əsasən neft və qazçıxarma, quyu qazılması, geofiziki və hidrogeoloji tədqiqatlar üzrə işləri həyata keçirmək; qazmanın, yoxlamanın gedişinə, yerinə yetirilən tədqiqat işlərinin keyfiyyət və həcminə, əsaslı təmirə, neft və qaz quyularında texnoloji iş rejiminə operativ geoloji nəzarəti həyata keçirmək, quyuların ləğv edilməsi, konservasiyası və qaytarılması üzrə sənədləri tərtib etmək; Suya qarşı izolyasiya işlərinin icrasına nəzarət edilməsi, quma qarşı izolyasiya işlərinin icrasına nəzarət edilməsi. Əlavə və təkrar dəlmə işlərinin icrasına nəzarət edilməsi, geofiziki tədqiqatlar – sementin alustik karotajın aparılmasını təşkili və nəzarət edilməsi, geofiziki tədqiqatlar – neytron qamma karotajın aparılmasını təşkili və nəzarət edilməsi, geofiziki tədqiqatlar – impuls neytron karotajın aparılmasın təşkili və nəzarət edilməsi, geofiziki tədqiqatlar – muflokator karotajın aparılmasının təşkili və nəzarət edillməsi, geofiziki tədqiqatlar – tutma yerinin təyini karotajının aparılmasının təşkili və nəzarət edilməsi. Digər geoloji texniki tədbirlərin icrasına nəzarət edilməsi. Quyuların qazılmasında geoloji-texniki tapşırığa, həmçinin qoruyucu boru kəmərlərinin konstruksiyasına və keyfiyyətli sementlənməsinə, buruq məhlulunun göstəricilərinə, quyu lüləsinin əyriliyinə və istiqamətinə nəzarət edilməsi. Quyu dibinin işlənməsi ilə bağlı istifadə olunan aqreqatların normalara uyğunluğuna nəzarət edilməsi. Layda neft veriminin artırılması məqsədilə quyu dibinin işlənməsinə nəzarət edilməsi, quyu dibinin möhkəmləndirilməsi ilə bağlı tompanaj işlərinə geoloji nəzarət edilməsi. Partlayış atma işlərinin aparılmasına nəzarət edilməsi, digər geofiziki tədqiqatların aparılmasına nəzarət, geoloji texniki, geofiziki tədqiqat işlərinin təhlükəsiz aparılması üsullarının işçilərə öyrədilməsinə nəzarət edilməsi, quyularda tədqiqat mədən geofiziki partlayış işlərinin təhlükəsiz təşkilinə nəzarət edilməsi. Qazmanın gedişinə nəzarət edilməsini həyata keçirir. N.Nərimanov adına NQÇİ-nin neft və qazçıxarma sahələrində böyük geoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 10.2 “A” №-li Siyahısında 1100000b-17541 şifrəsi ilə qeyd edilmiş quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların geoloqları vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Həmin güzəştli arayışa böyük geoloqun vəzifə təlimatı da əlavə edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-509/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan həmin pensiya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. İddiaçı həmin dayandırılmanı qanunsuz hesab edilməklə pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11101/2022 saylı qərarı ilə iddia təmin edilmiş adıçəkilən qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1666/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin adıçəkilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı ilə dəyişdirimədən saxlanılmıdır. Məhkəmələr iddianı təmin edərkən Belə qənaətə gəlmişlər ki, cavabdeh orqan tərəfindən iddiaçının pensiyası dayandırılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun ziddinə olaraq inzibati icraat aprılmamışdır. Adıçəkilən qərar cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və daha sonra həmin inzibati orqan tərəfindən inzibati icraat aparılmaqla iddiaçının pensiyasının dayandırılması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-14614/2024 saylı qərar qəbul edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən DSMFin Qaradağ rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-14613/2024 saylı qərar qəbul edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 52 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14614/2024 nömrəli əmək pensiyasının dayandırılması barədə qərarının və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 14613/2024 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. O, xx.xx.1982-ci ildən müxtəlif işlərdə işləmiş və xx.xx.2017-cı ildən ona 52 yaşı tamam olmasına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra o əmək fəaliyyətini davam etdirmiş və hazırkı vaxta kimi işləməkdədir. İddiaçı bir müddət pensiya aldıqdan sonra ona təyin edilmiş pensiya cavabdeh tərəfindən dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixil, 2- 1(102)- 509/2024 saylı qərarına əsasən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin xx.xx.2022-ci il tarixdən dayandırılması qanunsuz hesab edilmiş və pensiyanın ödənilməsi dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. İşə baxan məhkəmə iddianı təmin edərkən belə qənaətə gəlmişidir ki, iddiaçının pensiyası dayandırılarkən cavabdeh tərəfindən “İnzibati icrat haqqında” AR Qanununun normaları pozulmuşdur. Yəni məhkəmə iddianı təmin edərkən mübahisəyə sırf prosessual hüquq normalarının pozuntusu kiimi yanaşmış və mübahisəyə mahiyyəti üzrə baxıb qərar qəbul etməmişdir. Adıçəkilən qərar cavabdeh tərəfindən icra edildikdən sonra yenidən inzibati icraat aparılmış iddiaçı maraqlı şəxs qismində inzibati icraata cəlb edilmiş, lakin cavabdeh orqan belə qənaətə gəlmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yoxdur. Hesab edirik ki, cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş əmək kitabçası və güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər Bakı Baş Tikinti İdarəsinin 2 nömrəli Evtikmə kombinatında fəhlə vəzifəsində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər 2 №-li Evtikmə kombinatında fəhlə, xx.xx.1986-cı ildən xx.xx.1988-dək gözətçi, xx.xx.1989-cu ildən halhazıradək N.Nərimanov adına Neft- Qaz çıxarma İdarəsində yeraltı quyuların təmiri üzrə operator, mühəndis, geoloq vəzifələrində işləmişdir. İddiaçının xx.xx.1994-cü ildən xx.xx.2015-ci ilədək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft və Qazçıxarma sahəsində işlədiyi geoloq və xx.xx.2015-ci ildən hazıradək işlədiyi böyük geoloq vəzifəsinin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərraı ilə təsdiq edilmiş 1 №-li Siyahının 10.2A bölməsinin 1100000B-17541 şifrəsi ilə qeyd edilmiş quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların geoloqlarının vəzifəsinin xüsusiyyətləri ilə eyni olmasına dair işəgötürən müəssisə tərəfindən 10/81 №-li, xx.xx.2025-ci il tarixli güzəştli arayış tərtib edilərək cavabdeh orqana təqdim edilmişdir. Lakin cavabdeh orqan qeyd edilən sənədləri nəzərə almadan iddiaçıya güzəştli şərtlərlə 52 yaşdan yaşa görə pensiya hüququnun olmaması qənaətinə gəlmişdir. Qanunvercilik aktlarından və iddia ərizəsinə əlavə edilən sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı ilədək 20 il ümumi, 10 il zərərli işdə işləməsi öz təsdiqini tapmışdır. Lakin cavabeh orqan qeyd edilən haları nəzərə almamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Nazirliyin tabeliyində DSMF-in Daxili Nəzarət departamenti tərəfindən araşdırılmışdır. İddiaçının vaxtilə Fondun Qaradağ rayon Şöbəsinə təqdim etdiyi “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin ona dair xx.xx.2017-ci il tarixli XŞ №10/161 nömrəli arayışında xx.xx.1990-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə geoloq və böyük geoloq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq həmin dövr üzrə iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün Fond tərəfindən aidiyyəti üzrə müvafiq sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq iddiaçının xx.xx.1994-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft və qaz çıxarma sahəsində geoloq, xx.xx.2015-ci il tarixindən bugünədək həmin idarənin 2 saylı Neft və qazçıxarma sahəsində böyük geoloq vəzifələrində işlədiyi, çalışdığı müddətdə quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin geoloqu vəzifəsində işləmədiyi, həmçinin xx.xx.2017-ci il tarixli XŞ№10/161 nömrəli arayışın güzəştli iş stajına dair deyil, ümumi iş stajı barədə olduğu bildirilmişdir. Göstərilən uyğunsuzluqlara baxmayaraq iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və İdarə tərəfindən həmin əmək pensiyası dayandırılmışdır. Sonradan məhkəmə qərarı əsasında həmin pensiya bərpa edilsə də, yenidən inzibati icraat aparılmaqla əmək pensiyası təkrarən dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8402/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 14614/2024 nömrəli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 14613/2024 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 10.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 -ci maddələrinə əsasən) 22.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 23.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 24.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının əmək geoloq və böyük geoloq vəzifələrində işlədiyi dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda öz əksini tapmır. Eyni zamanda, vaxtilə iddiaçıya işəgötürən müəssisə tərəfindən təqdim edilmiş arayışda onun güzəştli şərtlərlə yaşa görə pensiya çıxması hüququ olan arayış təqdim olunmamışdır.
25. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə razılaşmır.
26. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər Bakı Baş Tikinti İdarəsinin 2 №-li Evtikmə kombinatında fəhlə vəzifəsində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xx.xx.1984-cü ildən xx.xx.1984- cü ilə qədər 2 №-li Evtikmə kombinatında fəhlə, xx.xx.1986-cı ildən xx.xx.1988-dək gözətçi, xx.xx.1989-cu ildən halhazıradək N.Nərimanov adına Neft-Qaz çıxarma İdarəsində yeraltı quyuların təmiri üzrə operator, mühəndis, geoloq vəzifələrində işləyir.
27. Eyni zamanda, işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2015-ci ilədək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft və Qaz Çıxarma sahəsində geoloq, xx.xx.2015-ci ildən hal-hazıradək 2 saylı Neft və Qaz Çıxarma sahəsində böyük geoloq vəzifəsində işləyir. İddiaçı işlədiyi sahə dəniz şəraitində neft və qazçıxarma stasionar obyektlərində yerləşir. N.Nərimanov adına NQÇİ-nin rəisinin təsdiq etdiyi Neft və Qazçıxarma sahəsinin geoloqunun vəzifə təlimatına əsasən neft və qazçıxarma, quyu qazılması, geofiziki və hidrogeoloji tədqiqatlar üzrə işləri həyata keçirmək; qazmanın, yoxlamanın gedişinə, yerinə yetirilən tədqiqat işlərinin keyfiyyət və həcminə, əsaslı təmirə, neft və qaz quyularında texnoloji iş rejiminə operativ geoloji nəzarəti həyata keçirmək, quyuların ləğv edilməsi, konservasiyası və qaytarılması üzrə sənədləri tərtib etmək; Suya qarşı izolyasiya işlərinin icrasına nəzarət edilməsi, quma qarşı izolyasiya işlərinin icrasına nəzarət edilməsi. Əlavə və təkrar dəlmə işlərinin icrasına nəzarət edilməsi, geofiziki tədqiqatlar – sementin alustik karotajın aparılmasını təşkili və nəzarət edilməsi, geofiziki tədqiqatlar – neytron qamma karotajın aparılmasını təşkili və nəzarət edilməsi, geofiziki tədqiqatlar – impuls neytron karotajın aparılmasın təşkili və nəzarət edilməsi, geofiziki tədqiqatlar – muflokator karotajın aparılmasının təşkili və nəzarət edillməsi, geofiziki tədqiqatlar – tutma yerinin təyini karotajının aparılmasının təşkili və nəzarət edilməsi. Digər geoloji texniki tədbirlərin icrasına nəzarət edir. N.Nərimanov adına NQÇİ-nin neft və qazçıxarma sahələrində böyük geoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 10.2 “A” №-li Siyahısında 1100000b-17541 şifrəsi ilə qeyd edilmiş quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların geoloqları vəzifəsinin xüsusiyyətləri ilə eynilik təşkil edir
28. Həmçinin iddiaçının işlədiyi müəssisələr tərəfindən verilən işin xarakteri barədə arayışlarda işlədiyi “geoloq” peşəsinin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 1 №-li Siyahısının 10.2a bölməsinin 1100000b-17541 kodu üzrə - “quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların geoloqları peşəsinin” güzəştli pensiya hüququ verən peşələrə aid edildiyi bildirilmişdir.
29. Kollegiya hesab edir ki, qeyd olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı tutarlı sübut təqdim olunmadığından və iddiaçının ümumilikdə 10 dən artıq güzəştli iş stajının olması iş materialları ilə sübut olunduğundan hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa olunmalıdır.
30. Beləliklə də, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 32.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 33.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8402/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8402/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.