Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-36/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan” Nəşriyyatının Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X29 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X21-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi X14, 3-cü şəxsin vəkili X6 iştirakı ilə, İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3191/2018 saylı 24 sentyabr 2018-ci il tarixli qərarından 3cü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X9 Sovetinin İcrayyə Komitəsi tərəfindən verilmiş B 000369 saylı 20 fevral 1981-ci il tarixli X19 X42 görünür ki, 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmışdır və həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. AN-İ ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 və X4 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, kvartal 83, 2 saylı sahə ünvaında yerləşən 0.12 ha torpaq sahəsi 3131 manat məbləğinə X1. AN-İ ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X25 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, kvartal 82, 14 saylı sahə ünvaında yerləşən 0.12 ha torpaq sahəsi 3131 manat məbləğinə X1. AN-İ ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X26 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, kvartal 82, 15 saylı sahə ünvaında yerləşən 0.12 ha torpaq sahəsi 4697 manat məbləğinə X1. RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, 0.36 sahədən ibarət olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, kvartal 83, 2 saylı sahə X11 xüsusi mülkiyyətindədir. X15 verilmiş **********69 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, kvartal 83, 2 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416354.47 Y=4492755.37, 2 saylı döngəsinin koordinatları X=416359.79, Y=4492729.46, 3 saylı döngəsinin koordinatları X=416353.14, Y= 4492728.38, 4 saylı döngəsinin koordinatları X=416359.17 Y= 4492700, 5 saylı döngəsinin koordinatları X=416364.55 Y=4492674.41, 6 saylı döngəsinin koordinatları X=416316.73 Y=4492668.55, 7 saylı döngəsinin koordinatları X=416315.01 Y=4492694.33, 8 saylı döngəsinin koordinatları X=416313.15 Y=4492721.92-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 26.45, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 6.74, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 29.01, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 26.15, 5 saylı döngədən 6 saylı döngəyə qədər məsafə 48.18, 6 saylı döngədən 7 saylı döngəyə qədər məsafə 25.84, 7 saylı döngədən 8 saylı döngəyə qədər məsafə 27.65, 8 saylı döngədən 9 saylı döngəyə qədər məsafə 26.61 metrdir. X26 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********03 və A 497637 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, 83 saylı kvartalda yerləşən 15 saylı sahə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416315.01 Y=4492694.33, 2 saylı döngəsinin koordinatları X=416359.17, Y=4492700, 3 saylı döngəsinin koordinatları X=416364.55, Y= 4492674.41, 4 saylı döngəsinin koordinatları X=416316.73 Y= 4492668,55-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 44.52, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 26.15, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 48.17, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 25.83 metrdir. X26 verilmiş Bakı ş.,Sabunçu rayonu, Nardaran-Maştağa massivi, 82 saylı kvartaldakı 15 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin sxem ona Bakı ş., Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə Bakı şəhəri, ünvan 3 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin (hazırki Sabunçu) rayon X22 İcrayyə Komitəsinin 05 oktyabr 1990-cı il tarixli sərəncam ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Həmin sxemdə isə torpaq sahəsinin məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilməmişdir. X3 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********1041 və A 497636 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, 83 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416311.39 Y=4480748.47, 2 saylı döngəsinin koordinatları X=416354.47, Y=4492755.37, 3 saylı döngəsinin koordinatları X=416359.49, Y= 4493729.36, 5 saylı döngəsinin koordinatları X=416313.15 Y= 4492721,92-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 43.63, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 26.45, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 47.25, 5 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 26.60 metrdir. X3 verilmiş Bakı ş.,Sabunçu rayonu, Nardaran-Maştağa massivi, 83 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin sxem ona Bakı ş.,Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və Rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə Bakı şəhəri, ünvan 5 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin (hazırki Sabunçu) rayon X22 İcrayyə Komitəsinin 14 yanvar 1991-ci il tarixli sərəncam ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Həmin sxemdə isə torpaq sahəsinin məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilməmişdir. X32 oğluna Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********86 və A 497627 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı ş.,Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, 82 saylı kvartaldakı 14 saylı torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416313.15 Y=4492721.92, 2 saylı döngəsinin koordinatları X=416353.14, Y=4492728.38, 3 saylı döngəsinin koordinatları X=416359.17, Y= 4492700, 4 saylı döngəsinin koordinatları X=416315 Y= 4492694,33-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 40.51, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 29.01, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 44.53, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 27.66 metrdir. X32 oğluna verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Maştağa massivi, 82 saylı kvartaldakı 14 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin sxem ona Bakı ş.,Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və Rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin, həmin torpaq sahəsinə Bakı ş.,ünvan 6 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin (hazırki Sabunçu) rayon X22 İcrayyə Komitəsinin 05 oktyabr 1990-cı il tarixli sərəncamı ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Həmin sxemdə isə torpaq sahəsinin məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 20 fevral 1981-ci il tarixli “X19 X49”na əsasən “Azərbaycan” Nəşriyyatının qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47- dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500 metrdir. Hazırda iddiaçı “Azərbaycan” Nəşriyyatı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, ona ayrılmış torpaq sahəsinin sonradan cavabdeh tərəfindən 3-cü şəxs Cəlal Qasımovun adına xx.xx.2014-cü il tarixli çıxarışla verildiyini bildirir və bununla bağlı Cəlal Qasımovun adına çıxarış verilməsi üçün əsas olmuş ayrı-ayrı şəxslərin adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədlərinin etibarsız hesab edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 195 saylı 06 may 1980-ci il tarixli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış, X12 Soveti İcraiyyə Komitəsi tərəfindən 20 fevral 1981-ci il tarixli “X19 X49” verilmişdir. Həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun qanuni istifadəsindədir. Bu hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə də müəyyən edilmiş, eyni zamanda “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hazırda məlum olmuşdu ki, X11 X7 və X2 aldığı 0.12 ha, X16 aldığı 0.12 ha, X17 aldığı 0.12 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01 may 2014-cü il tarixdə qeydiyyata alınaraq ona **********69 reyestr nömrəli çıxarış və həmin reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********69 reyestr nömrəli çıxarışda 0.36 ha torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, kvartal 83,2 saylı sahə kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd edilmişdir. Lakin, X15 və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri olmuş X20 və X4, X25, X26 verilmiş torpaq sahəsinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Halbuki, ona verilmiş 20 fevral 1981-ci il tarixli X19 X46 15 ha ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. Bundan başqa həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun qanuni istifadəsindədir və hasara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində əvvəllər 0.36 ha torpaq sahəsinin mülkiyyətçiləri olmuş X10 və X4, X25, X26 alqı-satqıdan sonra isə X15 verilmiş torpaq sahələrinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, üçüncü şəxs X39 Ağarzayev və Tamilla Ağarzayeva arasında bağlanmış 19 aprel 2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə, üçüncü şəxslər Cavad Məlikov arasında bağlanmış 19 aprel 2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə, üçüncü şəxslə Şakir Məlikov arasında bağlanmış 18 aprel 2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cəlal Qasımovun adına ********** saylı 01 may 2014-cü il tarixli çıxarış və **********69 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3191/2018 saylı 24 sentyabr 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxs X24 tərəfindən apellyasiya şikayəti verilərək iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olub-olmaması araşdırılmamışdır. Həmçinin məhkəmə qərar qəbul edilən zaman ancaq mütəxəssis rəyinə əsaslanmışdır. Halbuki, iş üzrə ekspertizanın keçirilməsi üçün cavabdeh inzibati orqanın nümayədəsi və onun vəkili tərəfindən vəsatət verilmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-796/2019 saylı 10 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3191/2018 saylı 24 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X24 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2543/2019 saylı 25 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-796/2019 saylı 10 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: 3-cü şəxsin vəkili X18 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, ekspert rəyinin isə məhkəmə tərəfindən qəbul olunmasına etiraz etməyərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdehin nümayəndəsi X30 apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyinin isə məhkəmə tərəfindən qəbul olunmasına etiraz etməyərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdi. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı və digər 3-cü şəxs (bu statusu həmin tarixdə ləğv edilmiş) Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının və digər 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı “Azərbaycan” Nəşriyyatının və digər 3-cü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X33, nümayəndə və Vəkil2 oğlu apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı 15 iyul 2022-ci il tarixli qərardadla X24 hazırki iş üzrə zəruri cəlb edilən 3-cü şəxs qismində tanınmış, Sabunçu rayon İcra Hakimiyyətinin isə 3cü şəxs qismində cəlb edilməsi ləğv olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə qaldırdığı iddia qanunla müəyyən edilmiş müddət ötürülmədən verildiyi üçün iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən görünür ki, iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “cavabdeh orqan tərəfindən X10, X4, X25, X26 verilmiş torpaq sahəsinin plan və ölçülərinin etibarsız hesab edilməsi” ilə bağlıdır. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçının iddia tələbinin əsasını X15 və mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri olmuş X10, X4, X25 və X26 verilmiş torpaq sahələrinin plan və ölçülərində göstərilən əsas döngə nöqtələri koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 hektar ölçüdə torpaq sahəsinin üzərinə düşməsi təşkil etmişdir. İddiaçı iddia tələbinin əsası kimi, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarına (“Kommunist” Nəşriyyatına (hazırda“Azərbaycan” Nəşriyyatı) Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsinin yardımçı təsərrüfat yaradılması üçün ayrılması barədə), bununla bağlı Abşeron ZDS İK tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli “X19 X49”na, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsində Maştağa Südçülük- Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına istinad etmişdir. Sabunçu rayon X22 xx.xx.1990 tarixli 30/51 saylı qərarı ilə Nardaran qəsəbəsi, 82ci kvartal, 15 saylı sahədən fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi X26, xx.xx.1991 tarixli 1/56 saylı qərarla Nardaran qəsəbəsi, 82-ci kvartal, 14 saylı sahədən fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi X3, xx.xx.1990 tarixli 30/50 saylı qərarla Nardaran qəsəbəsi, 83-cü kvartal, 2 saylı sahədən fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi X25 ayrılmışdır. Daha sonra, X11 X20 və X2 aldığı 0,12 hektar, X16 aldığı 0,12 hektar və X17 aldığı 0,12 hektar torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01 may 2014-cü il tarixdə qeydiyyata alınaraq ona **********69 nömrəli çıxarış və həmin reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mübahisələndirilən torpaq sahəsinin hüdudlarının (parametrlərinin) müəyyən olunması və həmin sahənin zəbt edilməsi hallarının mövcud olub-olmamasının müəyyənləşdirilməsi məqdəsilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu edilmişdir. Həmin Komitənin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində “X19 aid Dövlət Aktı” ilə “Azərbaycan” Nəşriyyatına Abşeron rayonunun (hazırda Sabunçu rayonunun) ərazisində ayrılmış 15,0 ha torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən geri alınmadığı və həmin sahənin Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli 195 saylı qərarı ilə keçmiş “Kommunist” (hazırki “Azərbaycan”) Nəşriyyatına daimi istifadə üçün ayrılmış 15 hektar torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olduğu və cavabdehlər tərəfindən torpaq sahəsinin özbaşına zəbt olunması hallarının mövcud olduğu göstərilmişdir. Qeyd olunan mütəxəssis rəyini vermiş mütəxəssis birinci instansiya məhkəməsində verdiyi izahatında torpaq sahəsinə baxış keçirildiyini, torpaq sahəsinin ölçülərinin müəyyənləşdirildiyini və həmin torpaq sahəsinin “Azərbaycan" Nəşriyyatına Azərbaycan SSR-nın Nazirlər Sovetinin qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu, həmin sahədə torpağı zəbt edənlərə məxsus müxtəlif tikililərin olduğunu bildirmişdir. Həmçinin Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin məktubu ilə də müəyyən edilmişdir ki, “X19 X49” ilə verilmiş torpaq sahəsi "xxxx" MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələrinə daxil deyildir. Həmin ərazi Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyində olmaqla dövlət mülkiyyətində olan torpaqdır. Qeyd olunmuşdu ki, X10 və X4 verilmiş **********05 və A 497636, X25 verilmiş **********86 və A 497627, X26 verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilmiş torpaq sahəsinin koordinatları Azərbaycan SSR-nın Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Halbuki, X3 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Maştağa massivi, 82 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin yerləşmə sxemində, X32 oğluna verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Maştağa massivi, 82 saylı kvartaldakı 14 saylı torpaq sahəsinin yerləşmə sxemində torpağın yerinin müəyənləşdirilməsi üçün vacib olan istinad nöqtələri göstərilməmişdir. Buna baxmayaraq, həmin torpaq sahələrinə plan-ölçülər tərtib olunarkən göstərilən koordinatların “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşdüyü qeyd olunmuşdur. Mütəxəssis C.F.Zeynalovun izahatından da göründüyü kimi, “Azərbaycan” Nəşriyyatının 20 fevral 1981-ci il tarixli “X19 X49”na əsasən qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngənin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47- dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500 metrdir. Həmçinin mütəxəssis bildirmişdi ki, X11 mülkiyyətində olan torpaq sahəsi Nardaran qəsəbəsi ərazisində yerləşən “Kommunist” Nəşriyyatına (hazırki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış 15 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin, X15 verilmiş **********69 reyestr nömrəli və onun verilməsinə əsas olmuş X10 və X4 verilmiş **********05 və A 497636, X25 verilmiş **********86 və A 497627, X26 verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin plan və ölçüləri tərtib olunarkən həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün əsas olan ayrıc aktı və mərz nişanları qoyulmuş torpağın təhvil verilməsi barədə akt olmadan həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün deyil. O, izahatına əlavə olaraq üçüncü şəxsə məxsus torpaq sahələrinin yerləşmə sxemlərinə əsasən onların məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilmədiyinə görə naturada müəyyənləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. Bundan başqa, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X15 və mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri X10, X4, X25, X26 verilmiş torpaq sahələrinin plan və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 hektar ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir. Həmçinin iş üzrə kassasiya instansiya məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarında qeyd olunan göstərişlərlə bağlı hazırki apellyasiya baxışı zamanı xx.xx.2021-ci il tarixli qərardadla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 10/3375 saylı 07 iyun 2022-ci il tarixli ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin verdiyi mütəxəssis rəyinə istinad olunaraq qərardadın birinci-ikinci, üçüncü beşinci və altıncı sualları üzrə göstərilmişdi ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci İl tarixil 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinİn planı əsasında Abşeron rayon X13 icraiyyə Komitəsi tərəfindən "Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X19 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış V 000369 nömrəli X19 aid Dövlət Aktında göstərilən iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmamış, dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə qeyd edilmişdir ki, Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaq sahələrinin Nardaran qəsəbəsinin inzibati xəritəsinin sərhədləri daxilində yerləşdiyi, lakin mübahisələndiriiən ərazinin sovxozun hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə qeyd edilmişdir ki, X15 verilmiş **********69 nömrəli və onun verilməsinə əsas olmuş X10 və X4 verilmiş **********05 və A 497636, Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilən koordinatlarda yerləşən torpaq sahələri Maştağa südçülük-tərəvəzçilik sovxozunun yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlərdən kənarda, Nardaran inzibati ərazisinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarında yerləşir. Qərardadın səkkizinci sualı üzrə qeyd edilmişdir ki, Maştağa südçülük-tərəvəzçilik sovxozunun yerquruluşu xəritəsində müəyyən edilmiş torpaqların müxtəlif kateqoriyalara aid olmaqla, mübahisələndiriiən iddia edilən ərazi sovxozun hüdudlarından kənarda yerləşir. Qərardadın doqquzuncu sualı üzrə qeyd edilmişdir ki, X10 və X4 verilmiş **********05 və A497636, Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınan vaxtlarda yerləşdiyi ərazinin kateqoriyasının yaşayış məntəqəsi torpaqlarına aid olduğu müəyyən edilmişdir. Qərardadın onuncu sualı üzrə qeyd edilmişdir ki, X10 və X5 verilmiş **********05 və A 497636 Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan vaxtlarda, dövlət mülkiyyətində olduğu və hal-hazırda xüsusi mülkiyyətdə olduğu müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası keçirilmiş tikinti-texniki ekspertizasının rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, həmin rəyə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin 3-cü şəxsə verilmiş plan- ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaçı 3-cü şəxsin adına verilmiş plan-ölçü sənədinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir. Qeyd olunanlarla bağlı apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin “təkrar mühəndislik ekspertizasının keçirilməsi” barədə vəsatəti də təmin olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, X20 və X4, X25, X26 ayrılmış torpaq sahələri fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılmışdı. Əgər iddiaçı ona ayrılmış torpaq sahəsinin sonradan 3-cü şəxsə verildiyini iddia edirsə, onda keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3-cü şəxsə fərdi yaşayış evinin tikintisi məqsədilə verilməsi üçün torpağın kateqoriyası dəyişdirilmiş olmalıydı. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda həmin Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 6.3 bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Məhkəmə araşdırmaları zamanı isə X10 və X4, X25, X26 ayrılmış, hazırda isə X11 mülkiyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Bu fakt da onu deməyə əsas verir ki, iddia olunan torpaq sahəsi 3-cü şəxsin mülkiyyətində olan sahə deyil. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi plan və ölçü sənədlərinin etibarsız hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. O ki qaldı kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunan “2-1(82)- 2233/2018 saylı işin nəticəsi barədə məlumat əldə edilməsi” barədə göstərişə, bu barədə aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, adı çəkilən işdə iddiaçı “Azərbaycan” nəşriyyatının cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X32, X34, X8 və qeyriləri 3-cü şəxs qismində işə cəlb olunmaqla) “çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə müvafiq mütəxəssis rəyi alınsa da, sonradan iddiaçının nümayəndəsi Azər Qasımovun “iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə verdiyi ərizə əsasında iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, sözügedən mütəxəssis rəyi başqa icraat ilə əlaqədar əldə edilmiş, hansı ki həmin icraat davam etməmiş, iddiaçının öz təşəbbüsü ilə ona xitam verilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)- 6123/2016 saylı qərarı ilə bağlı isə qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər «Azərbaycan» Nəşriyyatı, X31, X35 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3191/2018 saylı 24 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının aparılması ilə bağlı xərclər iddiaçı “Azərbaycan” Nəşriyyatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X24 tərəfindən verilmiş apelyasiya təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3191/2018 saylı 24 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. iddiaçı “Azərbaycan” Nəşriyyatından ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-36/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-36/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver