Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-36/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********17 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubuna əsasən bildirilmişdir ki, aparılan araşdırma zamanı tərəflərindən təqdim edilən X17 aid bağ sahəsinin istifadəyə verilməsi haqqında BŞİH-nin X3 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli 30019 saylı müqavilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilmədiyi və həmin müqavilənin surət olduğu müəyyən edilmişdir. Həmçinin nəzərə çatdırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin X3 və İstismarı Birliyinin (eyni nömrəli) 30019 saylı müqaviləsi ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan bağ sahəsi aşkar edilmişdir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən tərəflərindən göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyildir.
2. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********61 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubuna əsasən bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətiniə **********88 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır.
3. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 28 dekabr 2021-ci il tarixli 919 nömrəli məktuba əsasən İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X10 qalmış miras əmlaka (Bakı şəh, Sabunçu ray, Ləhiş bağ sahəsi 6890a saylı sahədə yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X14 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı oğluna və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir.
4. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və X20 ərazisində 6890 a nömrəli bağın istifadəyə verilməsi haqqında 30019 saylı 21 may 2007-ci il tarixli müqaviləyə əsasən, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 6890 a nömrəli bağ sahəsi X14 istifadəsinə ayrılmışdır.
5. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21- 3-30/2-20385/2023 **********85 nömrəli cavab məktubuna əsasən, X8 mülkiyyətində olan Ləhiş bağ sahəsi 6889 saylı və X18 mülkiyyətində olan 6890 saylı bağ sahəsinə, həmçinin keçmiş X3 və İstismarı Birliyinin 30019 saylı müqavilə ilə digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahələrinə diar sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6890 A saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Təqdim edilmiş sənədlərdə keçmiş X3 və İstismarı Birliyinin 30019 saylı müqavilə ilə digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsinin nömrəsinin 573 a/2685 olması müəyyən edilmişdir.
6. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli 3-52/2-3018/2023 nömrəli arxiv arayışına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 218 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışın təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sərəncama əsasən X3 və İstismarı Birliyinin 04 nömrəli xx.xx.2007-ci il tarixli “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” protokolu təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.21. Ləhişdəki 6890 a nömrəli bağ – X17.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Başçısı X6 İnkişafı və İstismarı Birliyi tərəfindən 30019 saylı xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, sahəsi 0.12 ha olan 6890 A saylı bağ sahəsinin mərhum X12nun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən onun istifadəsində olan 6890a saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış və xx.xx.2022-ci il tarixli, **********17 saylı məktubla ona imtina cavabı verilmişdir. Göstərilən cavabla razı deyil, belə ki, bu onun Azərbaycan Respublikası vətəndaşı kimi konstitutsion hüquqlarını pozur. X19 onun əri olmuş, aralarında qanuni nikah mövcud olmuşdur. X19 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onların ailəsi şəhid ailəsi olduğundan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı nəticəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısı X6 İnkişafı və İstismarı Birliyi tərəfindən 30019 saylı müqaviləyə əsasən onlara xx.xx.2007-ci ildə Sabunçu rayon Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsi olan, 6890 A saylı bağ ayrılmışdır. Həmin bağ sahəsi onların ailəsinin istifadəsində olmaqla tərəflərindən abadlaşdırılmışdır. Həmin bağ sahəsinə görə onlara müqavilə və idarə tərəfindən möhürlə təsdiq edilmiş sxematik plan verilmişdir. X12 vəfat etdikdən sonra o, Bakı şəhər 17 saylı Notariat Ofisinə müraciət etmiş və 30019 saylı müqaviləyə əsasən ona verilmiş Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 6890 A saylı bağ sahəsinə vərəsəlik şəhadətnaməsi alaraq bağın üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etsə də, ona imtina cavabı verilmişdir. Verilmiş imtina ilə razılaşmadığı üçün yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etmidir. Belə ki. 30019 saylı xx.xx.2007-ci il tarixli müqavilə BŞİH-nin Bağlar Təsərrüfatı və İnkişafı və İstismarı Birliyinin arxivində aşkar edilməsə də, Bakı şəhər İHB-nın Aparatının xx.xx.2022-ci il tarixli T29-112 saylı arxiv arayışından görünür ki, Ləhiş ərazisində yerləşən 6890A saylı bağ mərhum X12nun adına sənədləşdirilmişdir. Bundan əlavə, cavabdeh orqanın arxivinin qeydiyyat jurnalında mərhum ərinə bağ sahəsinin ayrılması qeyd edilmişdir. Onda yalnız müqavilənin surəti qalmışdır. Yuxarıda sadaladığı hallar bağ sahəsinin şəhid ailəsinə qanuna müvafiq qaydada ayrıldığını göstərir. Arxiv sənədlərində hansısa sənədin tapılmaması bir vətəndaş kimi onun hüquqlarını məhdudlaşdırmamalıdır. Bundan əlavə imtinada 30019 saylı müqavilə üzrə başqa bağın verilməsi göstərilsə də, həmin müqavilə üzrə verilmiş bağın 573a/2688 olmaqla onların bağlarının ərazisinə aidiyyatı yoxdur və həmin ərazidə yerləşmir. Bundan başqa bildirir ki, müqavilələr X16 tərəfindən verilmişdir və bir müqavilə nömrəsi ilə iki bağ sahəsinin verilməsi onlara məlum deyil və bu kimi məsələlər idarənin səlahiyyətindədir, onun tərəfindən yoxlanıla bilməz. Hesab edir ki, cavabdehin imtinası subyektiv mülahizələrə əsaslanaraq yazıldığı üçün əsassızdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya həmin torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritədə “6890A ” nömrəsi öz əksini tapmamışdır. İmtina bildirişində Birliyin bağlar üzrə sxematik xəritəsində 6890A saylı bağın olmaması onunla əsaslandırılır ki, sxematik planda 6889 saylı bağın yerində 6890 saylı bağ Çernobıl əlili X18 adına özəlləşdirilib, 6885 saylı bağın yerində şəhid ailəsi X4 adına olan 6889 saylı bağ özəlləşib. 6886 saylı bağın ərazisində isə şəhid ailəsi X11 adına olan 6889a saylı bağ sahəsi özəlləşib. 6883 saylı bağ sahəsi şəhid ailəsi X1 verilmişdir. Bu göstərilən bağlar hamısı 2006-cı ildə özəlləşdirilmiş və 6890a saylı bağın yeri boş olduğundan 2007-ci ildə həmin bağ sahəsi şəhid ailəsi kimi onlara 6890a nömrəsi ilə verilmişdir. Onların ərazidə verilən bağlar şəhid ailələrinə və əlillərə dövlətin onlara qayğısı nəticəsində ayrılmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdehin imtinasından sonra həmin idarədə vətəndaşların şikayətlərinə baxan komissiyanın qəbulunda olub yuxarıda göstərdiyi faktları təqdim etsə də, onların tərəfindən həmin faktlar nəzərə alınmayaraq araşdırılmamışdır. Hesab edir ki, cavabdehin əsassız imtinası ucbatından mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Əgər göstərilən bağ sahəsi sxematik xəritəyə uyğun gəlməsəydi bu günədək bağ sahəsinin kənar şəxslərin bağ sahələri ilə kəsişməsi aşkar edilər və nəticədə ona qarşı üstə-üstə düşmə faktı ilə bağlı mübahisə mövcud deyil. İşin mübahisəsiz halları ondan ibarətdir ki, göstərilən torpaq sahəsi yuxarıda istinad olunan müqavilə əsasında onlara ayrımışdır. Müqavilənin həqiqiliyi dövlət orqanının vermiş olduğu arxiv arayışı ilə təsdiq olunur. Göstərilən torpaq sahəsi naturada mövcuddur. Hesab edir ki, cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur və iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı X10 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Ləhiş qəsəbəsində yerləşən “6890a” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X17 bağ sahəsinin istifadəyə verilməsi haqqında BŞİHnin X3 və İstismarı Birliyinin xx.xx.2007-cı il tarixli, 30019 saylı müqavilə idarənin arxivində aşkar edilməmişdir. Təqdim edilən müqavilə surətdir. Həmçinin, nəzərə çatdırmaq istəyirlər ki, BŞİH-nin X3 və İstismarı Birliyinin(eyni nömrəli) 30019 saylı müqaviləsi ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsi aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyil.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
12. Məhkəmə araşdırması zamanı sözügedən dəlillərin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri ilə bağlanılmış bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə surət olmuş və həqiqətən müqavilənin surəti İdarənin arxivində aşkar olunmamışdır. Belə olan təqdirdə, mötəbərliyinə əsaslı şübhələr olan müqavilənin mötəbərliliyinin müəyyən edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə müvafiq olaraq cavabdeh orqan tərəfindən müstəqil şəkildə və öz hesabına onun mötəbərliliyinin müəyyən olunması üçün müvafiq tədbirlər görülməmişdir. Həmin halları nəzərə alaraq məhkəmə sözügedən Qanunun müvafiq müddəasının tələblərinə müvafiq olaraq müqavilənin mötəbərliliyinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlara müraciət etmiş və daxil olmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, həqiqətən iddiaçının mübahisələndirdiyi bağ sahəsi onun mərhum ərinə qanuni əsaslarla (Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına və X13 və İstismarı Birliyinin protokoluna əsasən) ayılmışdır və beləliklə müqavilənin mötəbərliyi toplanmış sübutlarla təsdiq edilmişdir.
13. Digər tərəfdən cavabdeh imtinasında, eyni müqavilə ilə başqa şəxsin adına başqa bağ sahəsinin qeydiyyatdan keçməsi və iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə mövcud olmamasını əsas gətirsə də, həmin bağ sahəsi iddiaçının mərhum ərinə məxsus bağ sahəsi ilə üst-üstə düşmür və bağ sahələrinin nömrələri tamamilə fərqlidir. Hətta eyni sıra nömrəsi ilə belə başlamırlar və müqavilələrin bağlanma tarixləri də, fərqli illərdə olmaqla eyni ildə deyil. Belə olan halda, İdarənin arxivində mövcud olan hər hansı bir müqavilənin nömrəsi ilə iddiaçının mərhum əri ilə bağlanmış müqavilənin nömrəsinin eynilik təşkil etməsi və eləcə də, bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə mövcud olmaması iddiaçının təqsiri kimi qiymətləndirilə, onun hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Elektron kadastr məlumatlarına əsasən şərti koordinatlarla göstərilən torpaq sahəsi Nardaran İnvest MMC-nin adına icarə müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin daxilində yerləşir. Əlavə olaraq, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud qeyd edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən X17 bağ sahəsinin istifadəyə verilməsi haqqında BŞİH-nin X3 və İstismarıBirliyinin xx.xx.2007-cı il tarixli, 30019 saylımüqavilə idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda təqdim edilən müqavilə surətdir. Həmçinin, BŞİH-nin X3 və İstismarı Birliyinin (eyni nömrəli) 30019 saylı müqaviləsi ilə digər fikizi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsi aşkar edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin sxematik xəritədə qeyd olunan həqiqi yeri müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması və eyni nömrəli müqavilə əsasında qeydiyyatdan keçmiş torpaq sahəsi ilə bağlı araşdırma aparılmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin iş üzrə digər səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
26. Hazırkı işə tətbiq olunan normalardan görünür ki, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsaslarını müəyyən etmişdir.
27. İşin hallarına əsasən Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 28 dekabr 2021-ci il tarixli 919 nömrəli məktuba əsasən İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X10 qalmış miras əmlaka (Bakı şəh, Sabunçu ray, Ləhiş bağ sahəsi 6890a saylı sahədə yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X14 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı oğluna və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir.
28. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və X20 ərazisində 6890 a nömrəli bağın istifadəyə verilməsi haqqında 30019 saylı 21 may 2007-ci il tarixli müqaviləyə əsasən, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 6890 a nömrəli bağ sahəsi X14 istifadəsinə ayrılmışdır.
29. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21- 3-30/2-20385/2023 **********85 nömrəli cavab məktubuna əsasən, X8 mülkiyyətində olan Ləhiş bağ sahəsi 6889 saylı və X18 mülkiyyətində olan 6890 saylı bağ sahəsinə, həmçinin keçmiş X3 və İstismarı Birliyinin 30019 saylı müqavilə ilə digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahələrinə diar sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6890 A saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Təqdim edilmiş sənədlərdə keçmiş X3 və İstismarı Birliyinin 30019 saylı müqavilə ilə digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsinin nömrəsinin 573 a/2685 olması müəyyən edilmişdir.
30. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli 3-52/2-3018/2023 nömrəli arxiv arayışına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 218 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışın təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sərəncama əsasən X3 və İstismarı Birliyinin 04 nömrəli xx.xx.2007-ci il tarixli “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” protokolu təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.21. Ləhişdəki 6890 a nömrəli bağ – X17.
31. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyi belə əsaslandırılmışdır ki, məhkəmə baxışında sözügedən dəlillərin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri ilə bağlanılmış bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə surət olmuş və həqiqətən müqavilənin surəti İdarənin arxivində aşkar olunmamışdır. Belə olan təqdirdə, mötəbərliyinə əsaslı şübhələr olan müqavilənin mötəbərliliyinin müəyyən edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə müvafiq olaraq cavabdeh orqan tərəfindən müstəqil şəkildə və öz hesabına onun mötəbərliliyinin müəyyən olunması üçün müvafiq tədbirlər görülməmişdir. Həmin halları nəzərə alaraq məhkəmə sözügedən Qanunun müvafiq müddəasının tələblərinə müvafiq olaraq müqavilənin mötəbərliliyinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlara müraciət etmiş və daxil olmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, həqiqətən iddiaçının mübahisələndirdiyi bağ sahəsi onun mərhum ərinə qanuni əsaslarla (Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına və X13 və İstismarı Birliyinin protokoluna əsasən) ayılmışdır və beləliklə müqavilənin mötəbərliyi toplanmış sübutlarla təsdiq edilmişdir.
32. Digər tərəfdən cavabdeh imtinasında, eyni müqavilə ilə başqa şəxsin adına başqa bağ sahəsinin qeydiyyatdan keçməsi və iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə mövcud olmamasını əsas gətirsə də, həmin bağ sahəsi iddiaçının mərhum ərinə məxsus bağ sahəsi ilə üst-üstə düşmür və bağ sahələrinin nömrələri tamamilə fərqlidir. Hətta eyni sıra nömrəsi ilə belə başlamırlar və müqavilələrin bağlanma tarixləri də, fərqli illərdə olmaqla eyni ildə deyil. Belə olan halda, İdarənin arxivində mövcud olan hər hansı bir müqavilənin nömrəsi ilə iddiaçının mərhum əri ilə bağlanmış müqavilənin nömrəsinin eynilik təşkil etməsi və eləcə də, bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə mövcud olmaması iddiaçının təqsiri kimi qiymətləndirilə, onun hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz.
33. Cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlilləri isə onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən şərti koordinatlarla göstərilən torpaq sahəsi Nardaran İnvest MMC-nin adına icarə müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin daxilində yerləşir. Əlavə olaraq, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud qeyd edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən X17 bağ sahəsinin istifadəyə verilməsi haqqında BŞİH-nin X3 və İstismarı Birliyinin xx.xx.2007-cı il tarixli, 30019 saylı müqavilə idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda təqdim edilən müqavilə surətdir. Həmçinin, nəzərinizə çatdırmaq istərdik ki, BŞİH-nin X3 və İstismarı Birliyinin (eyni nömrəli) 30019 saylı müqaviləsi ilə digər fikizi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsi aşkar edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin sxematik xəritədə qeyd olunan həqiqi yeri müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması və eyni nömrəli müqavilə əsasında qeydiyyatdan keçmiş torpaq sahəsi ilə bağlı araşdırma aparılmamışdır.
34. Apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsində araşdırma zamanı verilmiş məhkəmənin 2-1(103)-902/2024 saylı, 04 iyun 2024-cü il tarixli sorğusunda bildirilmişdir:”....Yuxarıda qeyd edilən mübahisə ilə bağlı cavabdehin apellyasiya şikayətində iddiaçının iddia etdiyi torpaq sahəsinin şikayətə əlavə olunmuş sənədlərə əsasən "xxxx"MMC-nin icarə hüququ qeydə alınmış 169.94 ha torpaq sahəsinin hüdudlarında yerləşdiyinin sübutu kimi həm də "xxxx"MMC-nin 169.94 ha torpaq sahəsinin Planı məhkəməyə təqdim olunmuşdur. Daha sonra iddiaçının iddia iddia etdiyi torpaq sahəsinin "xxxx"MMC-nin icarə hüququ qeydə alınmış 169.94 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi barədə “Ortofoto” görüntü məhkəməyə təqdim edilmişdir. Odur ki:
1. Yaranmış ziddiyyətin nədən ibarət olması ilə bağlı izahlı sübut və dəlillərin;
2. İddiaçının hazırkı iş üzrə ilkin olaraq cavabdehə müraciət etdiyi torpaq sahəsi ilə hazırda iddia etdiyi torpaq sahələrinin eyni yoxsa başqa-başqa torpaq sahələri olması müəyyən edilsin və müayinə aktının (fərqli torpaq sahələri olduğu təqdirdə hər ikisinə dair müayinə aktlarının) ;
3. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri olaraq istinad etdiyi BŞİH-nin X3 və İstismarı Birliyinin eyni nömrəli-yəni 30019 saylı müqaviləsi ilə digər fikizi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinə dair çıxarışın və digər sənədlərin məhkəməyə təqdim olunması tələb olunur. ”
35. Həmin Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan sənədlərdən aşağıdakılar müəyyən olunmuşdur: 1.“Ortofoto” görüntüdən və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-4198/2025 saylı mütəxəssis rəyinindən iddiaçının əvvəlki müraciətində xx.xx.2022-ci il tarixdə göstərdiyi torpaq sahəsi ilə təkrar baxış zamanı (xx.xx.2024-cü il tarixdə) təqdim edilən torpaq sahələri fərqli sahələr olduğu müəyyən edilmişdir. Qeyd olunan sahənin bir-birindən təqribən 1250 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir.
2. BŞİH-nin X3 və İstismarı Birliyinin eyni nömrəli-yəni 30019 saylı müqavilə üzrə bağ sahəsi digər fikizi şəxsin adına-X15 adına olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3.X2 adına 30019 saylı müqavilə üzrə bağ sahəsinin planı 2022-ci ildə çəkilmişdir və göstərilən sahə "xxxx"MMC-nin icarə hüququ qeydə alınmış 169.94 ha torpaq sahəsinin bir hissəsi ilə ilə üst-üstə düşür.
36. Bundan başqa xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, 1) vətəndaşın əvvəlki müraciətində (xx.xx.2022-ci il tarixdə ) vətəndaşın göstərdiyi sahənin aktı və koordinatları ərizəyə əlavə olunmuşdur.Lakin təkrar baxış zamanı (xx.xx.2024-cü il tarixdə ) vətəndaşın digər nümayəndəsi ilə yerli baxış keçirilərkən fərqli sahəni göstərərək ona aid olduğunu bildirdi.
37. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025-ci il tarixli № 10/6541 Ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “- Qərardadın birinci-üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 4198/2025 saylı mütəxəssis rəyinə əsasən, X17 Bakı şəhər İcra Hakimiyyəti Başçısı X6 İnkişafı və İstismarı Birliyi tərəfindən 30019 saylı xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış sahəsi 0.12 ha olan 6890 A saylı bağ sahəsi bağ sahəsi koordinat sistemində verilmədiyindən, həmçinin bağ sahəsinin arxiv cizgisi olmadığından naturada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, 6890a saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.242 ha təşkil edir (0.122 ha artıqdır). Torpaq sahəsinin ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. -Qərardadın dördüncü sualı üzrə:İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-4198/2025 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının əvvəlki müraciətində xx.xx.2022-ci il tarixdə göstərdiyi sahəsi ilə təkrar baxış zamanı (xx.xx.2024-cü il tarixdə) təqdim edilən torpaq sahələri fərqli sahələr olduğu müəyyən edilmişdir. Qeyd olunan sahənin bir-birindən təqribən 1250 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. - Qərardadın beşinci və altıncı sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 4198/2025 saylı mütəxəssis rəyinə əsasən, vahid elektron kadastr baza məlumatlarında qeyd olunan bağ nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağ sahələrinin əraziləridir. Sahədə yerləşən tikilinin bir hissəsi verilmiş keordinatlardan kənarda yerləşir. Həmçinin dövlət qeydiyyatı barədə bazada məlumat yoxdur. Sahəyə digər fiziki şəxs müraciəti baradə məlumat yoxdur.”
38. Məhkəmə Kollegiyası yuxarıda sadalanan iş materialları (sorğuya cavab məktubu, mütəxəssis rəyi, ortofoto və.s.) ilə ekspert rəyini birgə qiymətləndirərək (İPM-n 1.2-ci və MPM-in 88-ci maddəsi) ekspert rəyini mötəbər sübut hesab edir.
39. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, BŞİH-nin X3 və İstismarı Birliyinin eyni nömrəli-yəni 30019 saylı müqavilə üzrə bağ sahəsi digər fikizi şəxsin adına-X15 adına olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
40. Həmçinin, X2 adına 30019 saylı müqavilə üzrə bağ sahəsinin planı 2022-ci ildə çəkilmişdir və göstərilən sahə "xxxx"MMC-nin icarə hüququ qeydə alınmış 169.94 ha torpaq sahəsinin bir hissəsi ilə ilə üst-üstə düşür bu hal isə iddianın təmin olunmasını birmənalı istisna edən haldır.
41. Bu hal müəyyən olunduqdan sonra iddiaçının iddia iddia etdiyi torpaq sahəsinin "xxxx"MMC-nin icarə hüququ qeydə alınmış 169.94 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi barədə “Ortofoto” görüntü məhkəməyə təqdim edilmiş və yaranmış ziddiyyətin nədən ibarət olması ilə bağlı məhkəmə Kollegiyasının yuxarıda istinad olunan Sorğuya cavab olaraq təqdim olunan sənədlərdən o da müəyyən olunmuşdur ki, iddiaçı (nümayəndəsi) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisinə əvvəlki müraciətində, yəni xx.xx.2022-ci il tarixdə göstərdiyi sahədən tamam fərqli sahəni göstərmişdir.Belə ki, təkrar baxış zamanı (xx.xx.2024-cü il tarixdə) təqdim edilən torpaq sahələri ilə xx.xx.2022-ci il tarixdə təqdim olunan sahələr fərqli olduğu müəyyən edilmişdir. Həmçinin, qeyd olunan sahələrin bir-birindən təqribən 1250 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir.
42. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmur, odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.